Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə26/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

 64 
ödənilməməsindən  asılı  olmayaraq  istifadə  edirlər.  Əgər  istehlakçılar  bu  malların 
 h
aqqını ödəmək istəmirsə, onda kimlər onu ödəyəcək?  
Dövlət? Bəli! Dövlət. 
Bəs, o  bunu necə edir?  
Şəxsi gəlirləri vergiyə cəlb etməklə! 
 
5. 
Yanaşı gəlir və xərclərə düzəliş edilməsi 
Xüsusi bazarlar "üçüncü 
şəxsin effekt"inə uyğunlaşmaq qabiliyyətində  deyildir. 
Nəticədə əgər yanaşı xərclər çox yer tutarsa, onda daha çox mal istehlak olunur, axı 
isteh
lakçılar  bütün  xərcləri  ödəmədiyindən  mallar  onlara  ucuz  başa  gələcək.  Əgər 
yanaşı  faydalar çox olarsa, həmin maldan az istehsal olunacaq, çünki  yanaşı fayda 
əldə edən insanlar onların haqqını ödəmirlər.  
Bazarın dayanıqsızlığına gətirib çıxaran bu halları aradan  qaldırmaq  məqsədilə 
dövlət  istehsala  və istehlaka  vergilər tətbiq  edir.  Yanaşı  effektləri daha yaxşı başa 
düşmək  üçün  bir  misala  müraciət  edək.  Tutaq  ki,  Əhmədin  ailəsi  böyük  torpaq 
ərazisinin  sahibidir.  Onların  gözəl   və  rahat  evi  var.  Ətrafında  güllər  səliqə  ilə 
əkilmiş  və təmizlik  hökm sürür. Lakin, bütün torpaq sahəsini əkib-becərmək  çətin 
olduğundan  onlar torpağın bir hissəsini satmaq qərarına gəlirlər.  
Əhmədin  ailəsi  zibili  həmişə  məhv  edir.  Bəzən   onu  doldurmağa  xəndək  qazır, 
bəzən isə yandırır. Yeni qonşu özünü çox pinti göstərir, zibili düz hasarın yanına tökür. 
Çox keçmir ki, evin 
ətrafı ərzaq tullantıları, qarpız, yemiş qabıqları ilə çirklənir və çox 
pis  iy  verir. 
Ətrafı milçək və ağcaqanadlar bürüyür. Əhmədin qonşusu ilə danışıqları 
baş tutmur, o öz bildiyini  edir və bunu onunla əsaslandırır ki, torpaq onundur və nə 
istəsə onu da edə bilər. Əgər belə bir hal "təmiz" və "səliqəsiz" sakinləri olan kənddə 
baş  verərdisə,  onda  necə  olardı?  Bu  zaman  kəndin  kim  tərəfindən  və  nə  qədər 
çirkləndiyini  müəyyənləşdirmək  çətindir.  Problemin  həlli  məqsədilə  bütün  sakinlər 
arasında  maliyyə  sövdələşməsini  həyata  keçirmək  mümkün   deyil  və  bunun  üçün 
dövlətin qayda müəyyənləşdirməsi tələb olunur. Çirklənmənin əksər problemləri hava, 
dəniz,  çay,  meşə  və  sahibi  xüsusi  şəxslər  olmayan  digər  resurslarla  bağlıdır.  Ətraf 
mühitin 
çirklənməsi  -  yanaşı  effektin  klassik  nümunəsidir.  Bununla  bağlı  başqa 
hallar  da 
vardır,  məsələn,  siqaret  çəkənlərin  vurduğu  ziyanlar.  Bundan  siqaret 
çəkməyənlərə  də  zərər  düşür. Və  yaxud alkoqollu  içkilərdən  istifadəyə  görə  xərclər. 
Bunu  da 
keflilərin qurbanı olan ayıq insanlar ödəməyə məcburdurlar. Yanaşı faydaya 
misal  kimi 
aşağıdakıları  göstərmək  olar.  Qripə  qarşı  peyvənddən  hamının 
fa
ydalanması mümkündür. Bu proseduranı keçən insanların xəstələnmək şansı azalır. 
Və  yaxud  insanların  orta  təhsil  səviyyəsinin  yüksəlməsi  cinayətkarlığın  azalmasına 
gətirib çıxarır.  
 
6. 
İqtisadiyyatın sabitləşdirilməsi 
Dövlət  orqanları  tam  məşğulluğu  və  qiymət  sabitliyini  təmin  etmək  üçün 
müxtəlif üsullardan istifadə edirlər. 
Dövlət  firma  və  insanlar  üçün  investisiyaya,  yığıma,  iş  yerlərinin  açılmasına 


 65 
stimulları  dəstəkləyir.  Bu  barədə  daha  geniş  müzakirəni  sonrakı  fəsillərdə  - 
makroiqtisadiyyat 
bölməsində açacağıq. 
 
7. 
İqtisadiyyatda istehlakçının mövqeyi 
İndiyə  kimi  biz  sizinlə  bazar  qanunlarını,  bazarın  tiplərini,  dövlətin 
iqtisadiyyatda rolunu 
və digər məsələləri nəzərdən keçirmişik. Biz bilirik ki, insanlar 
stimullara reaksiya 
verirlər. Lakin biz indiyədək şəxsi gəlirlərin hansı mənbələrdən 
formalaşdığını  aydınlaşdırmamışıq?  Bunu  hansı  formada  daha  yaxşı  həyata 
keçirmək  mümkündür?  Hər  şeydən  əvvəl  insanlar  öz  istəklərini  təmin  etmək 
istəyirlərsə iki işi mütləq görməlidirlər; 
- birincisi, pul 
qazanmalı; 
- ikincisi, h
əmin pula nələr alacağını müəyyənləşdirməlidir. 
Bizim  h
ər  birimiz  hər  gün  müxtəlif  mallar  almaqla  və  xidmətlərin  geniş 
şəbəkəsindən  istifadə  etməklə  ölkə  iqtisadiyyatının  inkişafına  yaxından  yardım 
edirik. 
Gəlirlərin əldə edilməsinin iki üsulu vardır. 
Birinci  üsul-  öz 
əməyini  mübadilə  etməklə  pul  qazanmaqdır.  Bəzən  bunu 
peşəkar  fəaliyyətdən  gəlir  də  adlandırırlar.  İnsanların  əksəriyyətinin  şəxsi 
gəlirlərinin  mənbəyini  bu  tip   gəlirlər  təşkil  edir.  Onlar  firmalarda,  dövlət 
təşkilatlarında işləyir və sərf etdikləri əməyin müqabilində məvacib  alırlar. 
Gəlirlərin əldə edilməsinin ikinci üsulu - sərvətdən  gəlir götürülməsidir.  
 
 
 
 
Bəzi  insanlar  böyük  sərvət  sahibidir  və  ondan  müəyyən  olunmuş  qaydada 
istifadə edib, nəticədə gəlir əldə edirlər. Məsələn, adam var ki, iki, üç mənzili var. 
Onlar h
əmin mənzillərdən birini saxlayıb, digərlərini kirayə verməklə, gəlir əldə edə 
bilərlər.   Və  yaxud  başqa  misal.  Pul  formasında  sərvətə  malik  olan  insan  öz 
vəsaitlərini banka qoymaqla, faiz formasında qazanc əldə edə bilər. 
Birinci  misalda   
sərvət sahibi  "renta", ikinci  misalda isə  "faiz" alır. Gəlirlərin 
h
ər  iki  növü sərvətdən gəlir adlanır. İnsanların il ərzində xərclədiklərinin miqdarı 
onların malik olduqları gəlirlərdən asılıdır. Təbii ki, gəlirləri çox olan insanlar heç 
nədən  imtina  etmək  istəməz. O  kinoya, konsertə, saunaya  gedər, idmanla  məşğul 
olar, 
özünə  fərdi  kompüter  alar,  dil  öyrənər,  müasir  dəbdə  geyinər  və  hər  gün 
bərbərxanaya baş çəkər. Lakin gəlirləri azalan kimi, o, xərclərinin bir hissəsindən 
imtina 
etməyə  başlayacaq.  Artıq  teatr  və  konsert  planda  yoxdur.  Əgər  gəlirlərin 
azalması davam edirsə, onda sauna, idman da plandan çıxır. Bərbərxanaya getmək 
isə gündə deyil, ayda bir dəfə ilə əvəz olunur. 
Əgər  gəlirlərin  azalması  yenə  davam   edərsə,  bərbərxanaya  getməyə  son 
qoyulur. 
İnsanlar  artıq  öz  saçını  dosta-tanışa  qırxdırır  və  köhnələri  geyinməyə 
başlayır. 
Сярвят  -  инсанларын  саhиб  олдуьу 
бцтцн ямтяялярин дяйяридир. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə