Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə29/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

 72 
Məhz  buna  görə  də  bazarın  dayanıqsızlıq  hallarına  təsadüf  edilir  ki,  belə 
h
alların tənzimlənməsinə də dövlətin zəruri müdaxiləsi tələb olunur. 
İstənilən   halda  bazar  mexanizmi   praktikada  səmərəliliyi  və  həyat  qabiliyyəti 
ilə özünü təsdiq edib. 
Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir: 
1. 
Mükəmməl  bazar (xalis rəqabətli); 
2. 
İnhisar rəqabətli; 
3. Oliqopoliya; 
4. 
İnhisar. 
Onların hər birini ayrı-ayrılıqda xarakterizə edək. 
 
 
X
ALİS RƏQABƏTLİ (MÜKƏMMƏL) BAZAR 
 
Bazarın birinci tipi olan xalis rəqabətli bazarda eyni adlı məhsul istehsal edən və 
satan 
çoxsaylı kiçik müstəqil firmalar çıxış edir. 
İstehlakçılar  istənilən  halda  onlara  lazım  olan  malları,  daha  doğrusu, 
isteh
salçıdan  eyni  adlı  və  oxşar  qiymətli  məhsulları  alır.  Bütün  hallarda,  ayrıca 
götürülmüş xırda  istehsalçı bazar (tarazlıq)  qiymətinə, heç cür təsir  göstərə bilmir. 
Əgər  o  öz  malının  qiymətini  əhəmiyyətli  dərəcədə  qaldırarsa,  sadəcə  olaraq  onun 
malı nadir hallarda satılacaq, çoxlu sayda istehlakçılar malı almaqdan imtina edərək, 
başqa  dükanlarda  daha  ucuz  qiymətə  satılan  məhsullara  üstünlük  verəcək.  Onların 
fəaliyyəti  heç  cürə  bütövlükdə  bazar  qiymətinə  təsir   göstərə  bilmir.  Çünki,  belə 
firmaların  istehsal   etdikləri  və   yaxud,  satdıqları  məhsulların  oxşar  mallar  üzrə 
ümumi  yekunda  xüsusi 
çəkisi  cüzi  payı  ifadə  edir.  Əgər,  xalis  rəqabət  şəraitində 
isteh
salçı  qiymətləri  əhəmiyyətli  dərəcədə  aşağı  salarsa,  bu  halda  da  onun  qərarı 
bazarın tarazlıq qiymətinə heç cürə təsir göstərə bilməyəcək. Nəticədə, sadəcə olaraq 
onun ucuz 
qiymətə təklif etdiyi malları tez bir  zaman  ərzində  satılıb qurtaracaq və 
sahibkar kiçik 
mənfəətlə qənaətlənir. 
Belə  tip  bazara  giriş  və  çıxış  sərbəstdir.  Daha   doğrusu,  eyni   məhsul  istehsal 
 
edən  yeni  müəssisə asanlıqla yarana və bağlana  bilər. Çünki bu bazarda heç  kim 
 
onların  fəaliyyətinə  əngəl  törədə  bilmir.  Mükəmməl  bazarda  "qeyri-qiymət" 
rəqabəti  mövcud olmur. Praktiki olaraq bütün  firmalar oxşar məhsul istehsal edib, 
müxtəlif qiymətə satdığına  görə onlar  arasında rəqabət yalnız məhsulların qiyməti 
ətrafında gedir. 
Xalis 
rəqabətli bazarda ayrıca firmalar öz qiymətlərini təyin edərkən bazardakı 
tarazlıq qiymətini nəzərə almağa məhkumdurlar. Bu bazara giriş və çıxış asandır. 
 
 
 
İNHİSAR RƏQABƏTLİ BAZAR 
 


 73 
İkinci model   - inhisar rəqabətidir. 
 
 
 
 
 
 
Burada,  h
əmçinin  hər bir firma  bazarda böyük paya malik olmur və ona görə 
də  bazar  qiymətinə  az  nəzarət   edilir.  Lakin  xalis  rəqabətli  bazardan  fərqli  olaraq 
isteh
salçılar  eyni  məhsulların   müxtəlif  növlərini  buraxır.  Televizorda  müxtəlif 
kanallar 
vasitəsilə  seyr  etdiyiniz  reklamları  yadınıza  salın  və  həmin  reklamlarda 
bizə hər hansı malı almağı təklif edən zaman, adətən  onun hansısa xüsusi cəhətini 
qeyd 
edirlər. Məsələn, götürək tutacağının yuxarı hissəsi 18 dərəcəli bucaq  altında 
əyri olması ilə düzxəttlilərdən xeyli fərqlənən diş fırçasını. Bu yaxşıdır və ya pisdir, 
eləcə də onu almaq istəyirik ya yox, gəlin bu barədə düşünək. Əgər, biz istəyiriksə, 
adi  deyil, 
mütləq  18  dərəcəli  bucaq  altında  əyilmiş  fırça  alaq,  onda   onu  yalnız 
 müvafiq  firmadan   
əldə  etmək  olar.  Və  yaxud  avtoqələmi  götürək.  Avtoqələmin 
müxtəlif növlərinin olduğunu hamımız bilirik.  Demək  olar ki, onların  hamısı eyni 
məqsədə  xidmət  etsə  də,  ölçüsünə,  formasına,  dizaynına  görə  bir-birindən  xeyli 
fərqlənir.  Bunlar  dükanların  vitrinini   bəzəyir.  Belə    müxtəliflik   öz   aləmində 
 
unikallığı  göstərir.  İnhisar  rəqabəti  şəraitində  firmalar  arasında  rəqabət  yalnız 
qiymət  ətrafında  deyil, həm  də  məhsulun  keyfiyyəti,  reklamı,  satış  şəraiti  və  sair 
meyarlar 
üzrə gedir. Bu bazara  giriş  və çıxış nisbətən asandır.  
 
OLİQOPOLİYA 
Bazarın belə formasının  fərqləndirici cəhəti,  orda çıxış edən  firmaların sayının 
az 
olmasıdır. Onların sayı ikidən - üçdən ona, on beşədək dəyişə bilər. Oliqopoliya 
oxşar və ya  fərqləndirilmiş  ola bilər.   
Oxşar  oliqopoliyaya  nümunə  olaraq,  alüminium  və  ya  poladtökmə  sənayesini 
göstərə  bilərik.  Fərqləndirilmiş  oliqopoliyalara  nümunə  kimi  isə  avtomobil 
sənayesini və ya məişət elektronikası (televizor) istehsalını göstərmək olar.  
Kifayət  qədər  səmərəli  istehsalat  firmanın  optimal  gücü  ilə  (adətən  istehsal 
gücünün 80 faizi 
səviyyəsində)  işləməsi zamanı mümkündür. Buna miqyasın effekti 
də deyilir. (Bu barədə daha ətraflı "Mikroiqtisadiyyat” bölməsində  öyrənəcəksiniz). 
Miqyasın  effektinin   reallaşdırılması   rəqabət   aparan  firmaların  müntəzəm 
olaraq 
müflisləşmə və  birləşmə hesabına saylarının azalmasını nəzərdə tutur. Lakin, 
sonralar 
texnikanın  təkmilləşməsi  kimi  tədbirlər  ucbatından  nisbətən  az  gücü  olan 
firmalar  daha  güclü  isteh
salçılardan   geri  qalıblar.  Siz  hamınız  bütün  dünyada 
məşhur  olan  iri  avtomobil   istehsalçılarının  əksəriyyətinin  adını  bilirsinız.  Və  nə 
vaxtsa 
digər adda avtomobil istehsalı üzrə yeni firma açmaq istəsəniz, onu bir neçə 
səbəbdən  edə  bilməyəcəksiniz.  Birincisi,  bu  işi  başlamaq  üçün  həddindən  çox 
sərmayə  yatırımı  tələb  olunacaq  (təxminən  bir  neçə  milyard  dollar).  Əgər  bu 
Инhисар ряг абяти дедикдя, базарда чохлу 
сайда хырда истеhсалчыларын охшар, лакин бир 
г ядяр фярг ли м яhсуллар тяклиф етм яси баша 
дцшцлцр.
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə