Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə32/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

 78 
 
 
 
 
 
 
 
 
 
 
Hüquqi 
şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi 
şəxs  tərəfindən,  yaxud  fiziki  və  hüquqi  şəxslərin  toplusu  tərəfindən  yaradıla  bilər, 
üzvlüyə əsaslana bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya olmaya bilər. 
Firmanın  əmlakı  müəssisəyə  məxsusdur  və  əgər   firmanın  sahibi   ona 
yiyələnmək istəyirsə, onun buna hüququ  çatmır. Bu yalnız firmanın bütün borcları 
ödənildikdən sonra yerdə  qalan əmlakın  ləğvetmə komissiyasının  qərarı ilə  iştirak 
 
paylarına görə bölünməsi zamanı mümkündür. 
Qanunda sahibkarlar üçün 
aşağıdakı  öhdəliklər müəyyənləşdirilib: 

dövlət qeydiyyatına düşmək; 

bəzi  xüsusi  razılıq  tələb  edən  növlər  üzrə  fəaliyyət  üçün   icazə  (lisenziya) 
alınması; 
- vahid mühasibat uçotunun 
aparılması; 
- xüsusi bank h
esabının açılması;  
- vergi 
ödəyicisinin  eyniləşdirilmiş nömrəsinin alınması  və s. 
Adətən,  fəaliyyət  sahələri  əsas  götürülməklə  sahibkarlıq  firmalarını  4 
kateqoriyaya 
bölürlər; 
-  firmalar (istehsalat, 
ticarət  və s.); 
- banklar; 

sığorta şirkətləri; 
- investisiya 
qrupları. 
Bu zaman  bazar 
münasibətlərinin başlıca subyekti biznes -firma   sayılır, yerdə 
qalanlar- 
xidmətedicilər  hesab  olunur. 
Biznes-firmalar  biri-
birindən  fərqlənir.  Onlar  əmtəə  və  xidmətlərin  geniş 
şəbəkəsini təqdim edir. Bütün bu rəngarəngliyə baxmayaraq, biznesin təşkilinin bir 
neçə forması mövcuddur. Bu formaların əsas kateqoriyasına fərdi müəssisələr, ortaq 
müəssisələr və korporasiya daxildir. Biznesin təşkilinin  adıçəkilən hər bir forması 
özü 
fərqləndirici xüsusiyyətə malikdir, bu da istehsalçılar və istehlakçılar üçün xərc 
və mənfəət baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir biznes firmanın təşkili 
formasından  asılı  olmayaraq  hərəkətverici  qüvvəsi  mənfəət  qazanmaq  və  xərcləri 
minimumlaşdırmaqdan ibarətdir. Mənfəətin iqtisadi mahiyyəti onun praktikada daha 
çox 
tətbiq  olunan  mühasibat  mahiyyətindən  xeyli  fərqlidir.  Belə  ki,  iqtisadçılar 
bütün 
xərcləri,  həm  gizli  (alternativ  dəyər),  həm  də  aşkar  (mühasibat  məsrəfləri) 


 79 
xərcləri nəzərə alırlar. 
Firmaları  təsnifləşdirməyə  cəhd  edək.  Adətən,  onları  fəaliyyət  növləri  üzrə 
fərqləndirirlər.  Sənayedə  başlıca   məşğuliyyət   məhsul  istehsalıdır, 50%-dən  çox 
gəlirini sənaye məhsulunun buraxılışından əldə edən firmalar - sənaye istehsalı üzrə 
ixtisaslaşmış firma hesab olunur.  
Ticarət firmaları tədavül sferasında alqı-satqı əməliyyatları ilə məşğul  olurlar. 
Nəqliyyat firmaları sərnişin və yük daşınmasını həyata keçirirlər. Onlar, adətən 
ayrıca  növdə  ixtisaslaşır  və  su, hava,  avtomobil,   dəmir   yol,  boru  kəməri  
nəqliyyatına bölünürlər. 
Eyni  zamanda 
nəqliyyatda  ekspeditor, sığorta və  digər fəaliyyətlə  məşğul  olan 
firmalar da mövcuddur. 
Firmaların   təşkilinin  digər  vacib  hesab  olunan  aspektinə-onun  hüquqi 
vəziyyətinə  baxaq.  Bu  nöqteyi- nəzərdən  təşkilati-hüquqi  formasına  görə  biznesin 
 
təşkili aşağıdakı kimi fərqləndirilir: 
-
fərdi müəssisələr; 
-
ortaqlıqlar; o cümlədən məhdud məsuliyyətli cəmiyyətlər; 
-
səhmdar cəmiyyəti. 
Fərdi müəssisələrdə - bir nəfər sahiblik edir. Adətən belə tip müəssisələr kiçik 
və   orta   firmalar  formasında  təşkil  olunur  və  kiçik  biznes  sahəsi  adlanırlar.  Kiçik 
biznes 
insanların  çox  vacib  tələbatlarını  ödəyir.  İnsanlar  hər   hansı  bir  nailiyyətə, 
cəhdə,  risk  etməyə,  özünə  inama  görə  fərqlənirlər.  Və  müxtəlif   insanlar  öz 
müvəffəqiyyəti üçün fərqli çıxış  yolları arayırlar.  
İnsanlar hansısa firmaya xidmət  etməklə  özlərini tamamilə təmin  edə bilərlər. 
Onlar  firmalarda 
çalışmaqla  əldə  etdiyi  qazanclar  hesabına  yeməkdən  doya,  yaxşı 
geyinə,  mənzillə  təmin  oluna,  lakin  bütün  bunlar  onların  azad  fəaliyyətinin 
məhdudlaşdırılması hesabına başa gələ bilər.  
Firmanın yaradılması və onun idarəolunma işinin səmərəli təşkili uzun müddət 
tələb edən mürəkkəb prosesdir. 
Eyni  zamanda, 
şəxsi   fəaliyyət  insanın  enerjisinin  reallaşdırılmasına  şərait 
yaradır,  onun  sahibkarlıq  fəaliyyətini  aşkara   çıxarır  və  insanlar  bununla   hansısa 
başqa  işlə  müqayisədə  öz  istəklərini  daha  tez  zamanda  təmin  edə  bilirlər.   Çünki, 
 h
ər bir mülkiyyətçi müəssisənin mənfəətinin sahibidir. 
 Lakin  biznesin 
belə  formasının  çatışmazlığı  da  mövcuddur.  Bu,   tam  əmlak 
məsuliyyətidir.  Daha  doğrusu,  firmanın  bütün  borcları,  biznesin  problemləri   bir 
nəfər sahibkarın çiyninə düşür. Firmanın pul vəsaitləri çatmadığı hallarda sahibkar 
öz   
şəxsi  mülkiyyətindən,  maşınından,  evindən,  pulundan  və  s.-dən  mərhum   ola 
 
bilər. 
Digər  çatışmazlıq  sahibkarın  işə  qoyduğu  vəsaitlərin  məhdudluğu  ilə  bağlıdır. 
Adətən vəsaitlər xırda ticarətə, bəzən isə çox da böyük olmayan istehsalata çatır. 
Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir: 

 
Asan 
təşkil olunur 

 
Nəzarət sadədir 


 80 

 
Fəaliyyət  sərbəstliyi  var 

 
Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə ehtiyac duyulmur 
Çatışmazlıqları isə  aşağıdakılar hesab edilir: 

 
Genişləndirmək üçün pul  vəsaiti tapmaq çox çətindir 

 
Qeyri –sabitdir 

 
Məhdud məsuliyyət subyektidir 

 
Sahibkarı məcbur edir ki, idarəetmənin bütün funksiyaları ilə məşğul 
olsun 
Ortaqlıq- iki  və ya  bir neçə şəxsin birliyidir. Firmanın bu cür təşkili fəaliyyət 
sferasına çoxlu pul vəsaitləri cəlb etməyə imkan verir. Eləcə də hər bir tərəfdaş işə 
 özünün 
ideyalarını və s. qoyur. 
Lakin  burada  da, 
şəxsi  təsərrüfatçılıqda  olduğu  kimi,  tərəfdaşlar  ortaqlıq 
öh
dəlikləri ilə şəxsi əmlak məsuliyyəti daşıyırlar. 
Bundan 
başqa  əgər  tərəfdaşlardan  biri  ortaqlıqdan  çıxmaq  qərarına  gəlirsə,  o, 
qanuna  müvafiq 
surətdə  öz  fəaliyyətini  rəsmi  olaraq  dayandırır.  Yox,  əgər  qalan 
tərəfdaşlar  öz  fəaliyyətlərini  davam  etdirmək  istəyirlərsə,  onda  mütləq  yeni 
müqavilə tərtib olunmalıdır. 
Ortaqlığın üstünlüklərini aşağıdakılarla ümumiləşdirmək olar: 

 
Asan 
təşkil olunur 

 
İdarəetmənin daha yüksək səviyyədə ixtisaslaşması mümkündür 

 
Fərdi müəssisə ilə müqayisədə maliyyə resursları cəlb etmək imkanları daha 
üstündür 

 
Məhdud tənzimləmə subyektidir 
Çatışmazlıqlarına isə bunlar aid edilir: 

 
Mülkiyyətin bölüşdürülməsində fikir ayrılığı halı yaranır 

 
Bir 
tərəfdaşın getməsi və ya ölümü ilə əlaqədar olaraq onun mövcudluğuna 
avtomatik olaraq son qoyulur 

 
Məhdud  məsuliyyət subyektidir 

 
Maliyyə resursları məhduddur. 
Məhdud  məsuliyyətli  cəmiyyətlər  (MMC)  ortaqlıqların  bir  növü  olmaqla 
kapitalın birləşdirilməsi formasıdır. 
Belə müəssisələrin  iştirakçıları firmanın öhdəlikləri üzrə heç də şəxsi əmlakına 
g
örə deyil, yalnız özünün pay qoyuluşları həcmində məsuliyyət daşıyırlar. 
MMC-nin 
kapitalı iştirakçıların payına görə bölünür. Pay dividendlər almağa və 
firmanın ləğvi zamanı onun əmlakının bir hissəsini əldə etməyə hüquq  verir. 
Dividend - 
firmanın mənfəətindən pay sahiblərinə ayrılmış hissəni ifadə edir. 
 S
əhmdar cəmiyyəti - nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş 
cəmiyyətdir.  Səhmlər  buraxmaüa  yalnız  səhmdar  cəmiyyətlərinin  hüququ  vardır. 
S
əhmdar  cəmiyyətinin  iştirakçıları  (səhmdarlar)  onun  öhdəlikləri  üçün  cavabdeh 
deyildirlər  və  cəmiyyətin  fəaliyyəti  ilə  baülı  zərər  üçün  onlara  mənsub  səhmlərin 
dəyəri həddində risk daşıyırlar. 
Səhmdar  cəmiyyət   -   səhmlərin  buraxılış  yolu  ilə  kapitalın  birləşməsidir.  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə