Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

 81 
Səhmlərini   sərbəst  olaraq  bir  şəxsdən  digərinin  adına  keçirmək  mümkün  olan 
səhmdar  cəmiyyətləri  açıq  tipli  səhmdar  cəmiyyətlər  adlanırlar  və  o  qısaca  olaraq 
ATSC kimi 
ifadə olunur.  
Səhmdar cəmiyyət yaradılarkən, təsisçilər xüsusi sənədlər hazırlayırlar ki,  o da 
"
Səhm"  adlanır.  Səhm  -  qiymətli  kaüız  olub,  onun  sahibinə  səhmdar 
cəmiyyətinin   mənfəətinin  bir  hissəsini  dividendlər  şəklində  almaq,  idarə 
etmədə iştirak və cəmiyyətin ləüvindən sonra qalan əmlakın bir hissəsinə malik 
olmaq hüququ verir. 
Səhmin üzərində yazılmış qiymət onun nominal dəyərini əks 
etdirir. 
Təsisçilərlə   səhmdarları  fərqləndirmək  lazımdır.  Təsisçilər  firmanı 
yaradanlar, 
səhmdarları  isə  səhm  sahibləridir.  Səhmlər  özü  də  iki  cür  olur: adi  və 
imtiyazlı.      
Adi 
səhm  sahibləri  müəssisənin   mənfəətindən  dividend   almaqla  yanaşı, 
səhmdar  cəmiyyətin  idarəetmə  prosesində  iştirak  etmək  hüququna  da  malikdir. 
İmtiyazlı  səhm  sahibləri  isə  müəssisənin  maliyyə  fəaliyyətindən   asılı   olmayaraq 
 h
əmişə sabit  dərəcələrlə  dividend alsa da səhmdar cəmiyyətinin  idarəedilməsində 
iştirak  hüququndan  məhrumdurlar.  Adi  səhmlərə  görə  dividendlərin  verilməsi  isə 
cəmiyyətin  işləməsindən  və  onun  nə  qədər  mənfəət  əldə  etməsindən  asılıdır. 
Səhmdar  cəmiyyətlər  yaradılma  formasına  görə  2  cür  olur:  açıq  və  qapalı  tipli. 
Onların  başlıca  fərqi  səhmdarların  hüquqlarını  reallaşdırmaq  imkanları  ilə 
müəyyənləşdirilir. Belə ki, açıq tipli səhmdar cəmiyyətin səhmdarları öz səhmlərini 
dəyişə,  sata,  bağışlaya  bilər.  Qapalı  tipli   səhmdar  cəmiyyətlərdə  isə  səhmdarlar 
səhmlərini yalnız öz  aralarında sata və ya dəyişə bilərlər.  
Səhmdar cəmiyyətin mənfəəti çox olduqda, onun  dividend  vermək qabiliyyəti 
də  yüksək  olur  və  belə  olan  halda  firmanın  səhmləri  beynəlxalq  fond   birjalarının 
listinqinə (siyahısına) daxil edilir.  
Səhmdar cəmiyyətin üstünlüklərini aşağıdakı kimi fərqləndirmək olar: 

 
Səhm və istiqrazların satışı yolu ilə külli miqdarda kapital cəlb etmək 
qabiliyyətinə malikdir 

 
Səhm sahiblərinin məsuliyyəti məhduddur 

 
Sabitlik 
və daimilik 

 
İxtisaslaşmış rəhbər  heyətin  idarəetmə məsələlərinə cəlbi imkanı 
mövcuddur 
Çatışmazlıqlarına gəlincə isə onlar belədir: 

 
Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə reaksiyası güclüdür 

 
Ağır maliyyə yükü və təşkilati xərcləri daşıyır 

 
İkiqat vergiqoymanın subyektidir: korporativ gəlirlərə və dividendlərə  

 
Sahiblik 
və nəzarət bölüşdürülür (sahibkar – icraçı problemi). 
Fond 
birjası  -  müstəsna  olaraq  fəaliyyət  predmeti  qiymətli  kağızların 
normal 
tədavülü  üçün  zəruri  şərait  yaradan,  onların  bazar  qiymətlərini 
müəyyən  edən  (qiymətli  kağızlara  olan  tələb  və  təklif  arasında  tarazlığı  əks 
etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanı yayan, qiymətli 
kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək 


 82 
üçün  mühit 
formalaşdıran  təşkilatdır.  Fond  birjası  qapalı  səhmdar  cəmiyyəti 
formasında  yaradılır.  Fond  birjası  öz  fəaliyyətini  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən  verilən  xüsusi  razılıq  əsasında  həyata  keçirir.  Fond  birjası  qiymətli 
kağızlar  bazarında  ticarətin  təşkilatçısı  kimi,  depozitar  fəaliyyəti  və  qarşılıqlı 
öh
dəliklərin  müəyyən  edilməsi  (klirinq)  fəaliyyəti  istisna  olmaqla,  digər  fəaliyyət 
növləri ilə məşğul ola bilməz. 
Fond 
birjası -  qiymətli kağızların alqı-satqı yeridir.  Məsələn, tutaq ki, hansısa 
firmanın  səhmlərinin  nominal  dəyəri  100  min  manatdır.  Əgər  səhmlərə  çoxlu 
dividendlər  verilərsə,  onda   birjada  onun  qiyməti  bahalaşır.  Fərz  edək  ki,  səhmin 
nominal   
qiyməti  150  min  manatdır.  Əgər  bu   səhm   sahiblərinə  az  gəlir  gətirirsə, 
onda birjada  
səhmlərin  qiyməti aşağı düşür. Hər  bir səhmin bazar qiyməti  nominal 
dəyərdən aşağı və yaxud da yuxarı ola bilər. 
Fond 
birjalarında dövriyyədə olan bütün qiymətli kağızların orta məzənnəsi fond 
indeksi 
adlanır. 
Biz  tez-tez  televiziya 
ekranlarından,  radio  efirindən  maliyyə  xəbərlərini 
dinləyərkən   müxtəlif  indekslər  barəsində  eşidirik.  Onların  arasında  ən  geniş 
yayılmışları bunlardır: Dou-Cons indeksi, Nasdaq indeksi, Faynenşal tayms indeksi, 
Nikkey indeksi 
və s.  
Dou-Cons  indeksi  Nyu-York  fond 
birjasında  ABŞ-ın  30 ən  iri sənaye şirkətlər 
qrupunun 
səhmlərinin  orta  məzənnə  göstəricisidir.  Bu  indeks  gündəlik  olaraq 
birjanın bağlanmaısı zamanına hesablanır.  
 Nasdaq  indeksi  –  özünün  xüsusi 
satış  hərraclarına  malik  olan  birjadan  kənar 
kompyuter sisteminin 
aparıcı indeksidir. 
Nikkey  indeksi  Tokio 
birjasında Yaponiyanın 225 ən iri şirkətinin səhmlərinin 
orta q
iyməti əsasında müəyyənləşdirilir. 
 
Firmanın təşkili 
Firmanın  yaradılması  təsisçi  adlanan  şəxs  tərəfindən  həyata  keçirilir.  Təsisçi 
kimi 
vətəndaş  da,  müəssisə  də   çıxış  edə  bilər. Təsisçilər  yaratdıqları  müəssisələri 
qeydiyyatdan 
keçirmək üçün tələb  olunan bütün sənədləri  qanuna  müvafiq surətdə 
h
azırlayırlar.  Onlardan  ən  başlıcası  təsis  müqaviləsi  və  nizamnamədir.  Təsis 
müqaviləsi   təsisçilərin  hüquq  və  öhdəliklərini  tənzimləyir.  Burda  təsisçilərin   adı, 
onların öhdəliklərinin bölgüsü, onlardan  hər birinin qoyduğu payların  həcmi  və s. 
göstərilir.   
Nizamnamə bütün səhmdarların  hüquq  və  öhdəliklərini tənzimləməklə  yanaşı 
firmanın  əsas  fəaliyyət  prinsiplərini  də  müəyyənləşdirir,  xüsusilə  də,  firmanın 
  
adını,  onun  fəaliyyətini,  vəzifə  və  məqsədlərini,  yerləşdiyi  yeri,  nizamnamə 
kapitalının  həcmini,  səhmlərin  növlərini  və  onların  nominal  dəyərini,  idarəetmə 
 
orqanlarının  strukturunu, qərarların qəbulu  proseduralarını, mühasibat uçotunun 
aparılması, mənfəətin bölüşdürülməsi qaydalarını tənzimləyir.  
Firmanın  qeydiyyatı  məcburi xarakter  daşıyır və  müxtəlif  məqsədlərə xidmət 
edir. 
Belə ki, bu zaman: 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə