89
adlanır. Bu xərclər məhsul buraxılışının həcmindən asılı deyildir.
Məsələn, gözətçinin məvacibinə diqqət yetirək. Onun vəzifəsi fabriki
qorumaqdır. Onun maaşı fabrikin işləyib-işləməməsindən, orda ayaqqabının çox və
ya az istehsal
edilməsindən asılı deyildir. O öz işini yerinə yetirir - ərazini qoruyur və
buna
görə də sabit əmək haqqı alır.
Və yaxud fabrikin icarəyə götürdüyü sex binalarına nəzər salaq. Hətta fabrik
h
ansısa dövrlərdə işləməsə belə icarəyə götürdüyü tikiliyə görə haqq ödəməyə
məcburdur.
Fabrik üç
növbədə işləyib, daha çox ayaqqabı buraxsa da belə bu haqqın
məbləği dəyişməyəcək.
Başqa bir misal kimi telefona görə abonent haqqını göstərək. Yenə də əvvəlki
misallarda
olduğu kimi onun məbləği fabrikin istehsal etdiyi məhsulun həcmindən heç
cürə asılı deyil.
Sabit
xərclər müxtəlif formalarda olur və firmalarda adətən onu ümumi qaimə
xərcləri adı ilə rəsmiləşdirirlər. Müasir xarici iqtisadi ədəbiyyatlarda sabit xərcləri
FC-
lə (Fixed cost) işarə edirlər.
Firmanın məsrəfləri ilə bağlı tədqiqatımızı davam etdirəndə sabit xərclərlə
yanaşı, dəyişən xərclərin də mövcudluğunu aşkara çıxarırıq. Dəyişən xərclər barədə
yəqin ki, sizdə artıq müəyyən təsəvvür yarandı. Belə xərclər məhsul buraxılışının
h
əcmindən asılı olaraq dəyişir.
Tutaq ki, h
ansısa ayaqqabı sexində gündə 30 cüt ayaqqabı tikilir. Sexin sahibi
isteh
salın həcminə uyğun miqdarda dəri, yapışqan, mıx, rəng və sairə alır. İşçi
götürür
və onlara əmək haqqı verir.
Əgər, sahibkar bir müddətdən sonra gündəlik istehsalını 45 cütə qaldırmaq
qərarına gəlirsə, onda lazım olan resurslar, o cümlədən dəri, rəng və s. bəs
etməyəcək. Buna görə, daha çox material almaq zərurəti yaranacaq. Tezliklə, ikinci
növbəni təşkil etmək üçün yeni işçilər götürmək tələb olunacaq. Bu o deməkdir ki,
45 cüt
ayaqqabı istehsalının xərcləri 30 cüt ayaqqabının buraxılışına nisbətən
artacaq.
Bu
xərclər bir neçə dəfə dəyişə bilər. Onun dəyişməsinin həcmi istehsalın
Сабит (фикся едилмиш) хяръляр о хяръляря
дейилир ки, онларын юлчцсц мяhсул бурахылышынын
hяъминдян асылы дейил.
Дяйишян
хяръляр о хяръляря дейилир ки,
онлар мяhсул бурахылышынын hяъминдян
асылы олараг дяйишир.
90
h
əcminin artıb - azalmasından asılıdır.
Dəyişən xərclər istehsalın miqyasından, xammal, materialların qiymətindən,
işçilərin əmək haqqın səviyyəsindən və s.-dən asılı olaraq dəyişir. Adətən, onu VC
(variable cost)
ilə işarə edirlər.
Sabit
və dəyişən xərclərin məbləğinin cəmi ümumi xərcləri təşkil edir.
Ümumi
xərclər isə TC (total cost) ilə işarə olunur.
Daha
doğrusu, ümumi xərcləri hesablamaq üçün aşağıdakı şəkildə düstur tərtib
olunur.
TC=FC+VC
Sabit
dəyişən və ümumi xərclərin qrafiki aşağıdakı kimi təsvir olunur. (Bax:
şəkil 23-ə)
P
TC
VC
FC
Q
Şəkil 23. Sabit, dəyişən və ümumi xərclərin qrafik təqdimatı
Bütün bu
məsrəf anlayışları ilə yanaşı satılmış məhsuldan əldə edilmiş vəsaitin
nə qədər sərfəli olmasını öyrənmək üçün bir məhsul vahidinin istehsalçıya neçəyə
başa gəldiyini də müəyyənləşdirmək vacibdir. Belə olan halda, sual olunur: bir cüt
ayaqqabının dəyərini necə müəyyənləşdirmək olar?
Bu
məqsədlə ümumi istehsalat xərclərini istehsal olunmuş ayaqqabının
miqdarına bölmək tələb olunur. Bu zaman alınmış nəticə, yəni bir məhsul vahidinə
çəkilən xərc orta ümumi xərc adlanır və ATC (average total cost) ilə işarə olunur.
ATC = AT / Q
Biz orta ümumi
xərclərin hesablanmasını ona görə vacib hesab edirik ki, bu
metodikaya
uyğun olaraq, həmçinin orta sabit (fiksə edilmiş) xərcləri (AFC) və
orta
dəyişən xərcləri (AVC) hesablaya bilək. Belə olan halda, yuxarıda göstərilən
formul
əsasında orta ümumi xərcin düsturunu aşağıdakı kimi yazmaq olar.
ATC= AFC+AVC
91
Orta ümumi
xərclər orta sabit xərclərlə orta dəyişən xərclərin cəminə
bərabərdir.
Xərclərin siyahısı bununla bitmir. Bəzən istehsalçını başqa bir xərc də
maraqlandırır ki, ona da marjinal və ya son hədd xərcləri deyilir.
Bizim
nümunəmizdə bu əlavə bir cüt ayaqqabı istehsalına lazım olan xərcdir.
Bu
deyilənləri daha aydın şəkildə izah etmək üçün 12-ci cədvəlin köməyi ilə
ayrı-ayrı xərclərin məzmununu ətraflı surətdə öyrənək.
Cədvəl 12
Sabit,
dəyişən və marjinal xərclər
Buraxılışın
miqdarı
Q
Sabit
xərclər
FC
Dəyişən xərclər
VC
Ümumi
xərclər
TC
Marjinal
xərclər
MC
1
2
3
4
5
0
100
0
100
900
30
100
900
1000
50
31
100
950
1050
40
32
100
990
1090
35
33
100
1025
1125
30
34
100
1055
1155
35
35
100
1090
1190
60
36
100
1150
1250
75
37
100
1225
1325
85
38
100
1310
1410
-
12-ci
cədvəl vasitəsilə 10 müxtəlif variantda ayaqqabı istehsalı üçün xərc
göstəriciləri ilə tanış olaq.
1-ci sütunda- isteh
salın səviyyəsi, daha doğrusu buraxılmış ayaqqabı cütünün
miqdar
göstəricisi verilir. Onu Q hərfi ilə işarə edək.
2-ci sütunda - sabit
xərclər verilir və göründüyü kimi onun məbləği istehsalın
istənilən səviyyəsində dəyişmir.
3-cü sütunda -
dəyişən xərclər təqdim olunur ki, o əksinə olaraq istehsalın
səviyyəsi yüksəldikcə daha da artır.
4-cü sütunda - ümumi
xərclər təsvir edilib. Onun dəyəri 2 və 3-cü sütunların
cəminə bərabərdir.
5-ci sütunda - marjinal
xərclər verilir. Bu göstərici əlavə bir cüt ayaqqabının
neçəyə başa gəldiyini ifadə edir.
М аржинал
(
сон
h
ядд
)
хяръ
-
ялавя
бир
мя
h
сул
ва
h
идинин
исте
h
салы
цчцн
тяляб
олунан
ялавя
хяръдир
.
Dostları ilə paylaş: |