Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə44/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   67

 110 
B
elə  qüvvələrə  "iş  qüvvəsinin  mobilliyi"  deyilir.  Bütün  dünyada  insanların 
h
amısı  daimi  olaraq  öz  əməklərini  daha  baha  qiymətə  satmaüa  çalışır.  Hazırda 
müşahidə olunan böyük miqrasiyalar bununla izah oluna bilər. Bizdən fərqli olaraq 
S
izlərə  bunu  təsvir  etmək  nisbətən  çətindir.  Çünki,  siz  ən  azı  sovet  quruluşunda 
yaşamamısınız. Belə ki, bizdə uzun müddət daimi yaşayış yerindən çox da kənarda 
olmayan,  daimi 
iş  yeri  üstün  tutulmuşdur.  Nəticədə  biz  "çətin  yoxuş"  qarşısında 
dayanmışdıq.  Çoxlu  insanlar  bilsə  də  ki,  başqa  regionda  maaşlar  yüksəkdir,  buna 
baxmayaraq  bir  çox  hallarda  ora  köç
məkdən  imtina  ediblər.  Bunun  müxtəlif 
səbəbləri  olub: xəstə və ya  qoca valideynlərə, iqlimə və sairə  görə. 
Bütün bunlar 
ən yeni tariximizdə  - sovetlər dönəmində baş vermişdir. 
N
əticədə də qeyd olunan regionda əməyin təklifinin aşaüı səviyyəsi və müvafiq 
olaraq 
yüksək əmək haqqı əvvəlkitək sabit qalmışdır. 
 
Əməyin stimullaşdırılması 
Biz 
sizinlə  artıq  işə  götürülmə  ilə  əlaqədar  danışmışıq.  Fərz  edək   ki,  siz  də 
h
əmin  qaydalarla  işlə  təmin  olunmusunuz.  Bu  vaxtdan  etibarən,  iqtisadi 
münasibətlərin  iştirakçılarının  (işçi  və  işəgötürənin)  qarşısında  yeni  problemlər 
əmələ gəlir: 

işçi fikirləşir ki, necə etmək olar ki, öz əməyinə görə yüksək məvacib alsın. 

işəgötürən  isə  düşünür  ki,  necə   edim  ki,  işçi  daha  yüksək  məhsuldarlıqla 
ç
alışsın. 
İnsanlar  əməyin  stimullaşdırılmasının  müxtəlif  üsullarını  bilsələr  də,  onlardan 
əsasları aşaüıdakılardır: 

əmək haqqı vasitəsilə stimullaşdırma 

işçiləri  işlədiyi  müəssisənin  sahibliyinə  və  yaxud  da  idarəetmə  heyətinə  cəlb 
etmək. 
Əvvəlcə əmək haqqı vasitəsilə stimullaşdırmanı aydınlaşdıraq. 
Bütün  dünyada 
ən  çox  rastlaşdıüımız  əməyin  ödənilməsi  forması  vaxta  və  işə 
muzddur. 
Vaxtamuzd 
zamanı  işçi  müəyyən  vaxt  ərzində  öz  vəzifə  öhdəliklərini  yerinə 
yetirdiyinə  görə  maaş alır. Məsələn, gözətçi  müəyyən olunmuş  məvacibi  ona  görə 
alır  ki,  o  üç  gündən  bir  axşam  saat  9-dan  səhər  saat  7-yə  qədər  obyekti  qoruyur. 
Onun 
əmək  haqqının  səviyyəsi  vaxtdan  asılı  olaraq  dəyişir.  Daha  doürusu,  o  iki 
gündən  bir  işləyirsə,  onda  yüksək  maaş  alacaq.  Əməyin  ödənilməsinin  vaxtamuzd 
formasına görə, işçi yerinə yetirdiyi hər bir məmulatın buraxılışına görə əmək haqqı 
alır. 
M
əsələn, xarrat istehsal etdiyi pəncərə və qapıların sayından asılı olaraq məvacib 
qazanır.  O  nə  qədər  çox  istehsal  edərsə,  bir  o  qədər  də  çox  qazana  bilər.  Hər  iki 
sistem 
sadə olduüuna görə bütün dünyada çox yayılıb. 
Əməyin  ödənilməsinin  vaxtamuzd  formasında  əmək  haqqının  səviyyəsi 
görülmüş iş saatlarının miqdarından birbaşa asılıdır. 
Əməyin  ödənilməsinin  işəmuzd  formasında  əmək  haqqı   yerinə  yetirilmiş 


 111 
istehsalat 
əməliyyatlarının  və  ya  hazırlanmış  məhsulların  miqdarından  birbaşa 
asılıdır. 
Əməyin  stimullaşdırılmasının  ikinci  forması  bütün  dünyada  geniş  yayılsa  da, 
bizim 
ölkəmizdə hələ ki, çox tətbiq olunmur. 
S
əbəblər  çox  olsa  da,  başlıca  səbəb  ölkədə   bazar  iqtisadiyyatının  zəif  inkişafı, 
özəl istehsalçıların sayının azlıüı ilə izah oluna bilər. 
G
əlin aydınlaşdıraq görək, bu nə ilə yekunlaşa bilər? 
Bu 
formanın  mahiyyəti  ondan ibarətdir ki, burda işçinin  müvəffəqiyyəti  yalnız 
şəxsi  göstəricilər üzrə deyil, müəssisə üzrə bütövlükdə qiymətləndirilir. 
P
sixoloqların  rəylərinə  görə,  hər  bir  işçi  müəssisənin  idarəedilməsində  iştirak 
etməkdə  maraqlıdır,  o  bununla  hörmətli  olmaüa  can  atır.  Bir  sözlə,  insanlar 
firmaların uüurlarında iştirakdan zövq alırlar. 
Yeri 
gəlmişkən  qeyd  edək  ki,  əməyə  münasibətdə  belə  yanaşmaya  ilk  dəfə 
olaraq  Asiyada,  konkret 
surətdə  Yaponiyada üstünlük verilib. Bu  daha çox  hər bir 
şəxsiyyətə,  güclü  menecerlərə,  bir  sözlə  fərdiliyə  ünvanlanıb.  Hazırda  Avropa 
ölkələri və ABŞ da "uüurda  iştirakın Yapon modeli"ndən bəhrələnməyə çalışırlar. 
Əməyin  ödənilməsindən  söhbət  edərkən,  pensiya  "stimullaşdırılması"na  xüsusi 
fikir 
vermək  lazımdır. Siz gəncsiniz, sizə  elə  görsənir ki, həyat əbədidir, lakin  hər 
 bir insan qocalmaüa 
məhkumdur. 
Mövcud 
əmək qanunvericiliyinə görə hər bir vətəndaşa işləməyə görə də zaman 
məhdudiyyəti  tətbiq  olunur.  Azərbaycanda  müvafiq  qanunvericiliyə  görə,  qadınlar 
 56, 
kişilərsə 61 yaşında təqaüdə çıxırlar. Yaxın gələcəkdə pensiya yaşının qadınlar 
üçün  60-a, 
kişilər  üçünsə  65-ə  çatdırılması  nəzərdə  tutulub.  Hesab  olunur  ki,  bu 
yaşdan sonra onlar normal əmək yükündən əziyyət çəkə bilərlər. Axı, həyat bu yaşda 
qurtarmır? Bəs bundan sonra nə ilə yaşamalı? Dövlət deyə bilər ki, bu problemi hər 
bir 
kəs özü həll etsin, mütləq həmin gün üçün vəsait yıüsın. 
T
əbii ki, belə yanaşma məntiqi cəhətdən də düz deyil. Çünki,  hamının gəlirləri 
də  eyni  deyil, kimisi çox, kimisi  isə az  qazanır. Hər bir ölkədə pensiya təminatını 
ödəyən  dövlət  və  ya  qeyri-dövlət  sığorta  sistemi  mövcuddur  və  bu  sistemə  görə 
təqaüd yaşlı insanın pensiya almaq hüququ vardır. 
Pensiya  -  qanunla 
müəyyən  edilmiş  yaş həddinə  çatan, əlil  olan, ailə başçısını 
itirən vətəndaşların, habelə müəyyən peşə fəaliyyəti ilə baülı olaraq uzun müddətli 
əmək  qabiliyyətsiz  şəxslərin  maddi  təminatı  üçün  dövlət  büdcəsindən  və 
büdcədənkənar xüsusi fondlardan verilən aylıq pul ödəməsidir. 
 
 
 
 
 
 
Əksər ölkələrdə pensiyaların məbləüi orta əmək haqlarının 50-80 faizi həcmində 
müəyyənləşdirilir. 
Пенсийа 
-
 вяtяndа
şларыn г аnуnла мцяййяn oлуnмуş 
йа
şdаn  баşлайараг ,  иşляdийи  илляриn  сайыndаn  асылы 
oлараг  алdыüы pул вясаиtиdир. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə