Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə40/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   67

 100 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin v
ə anlayışlara diqqət yetirin: 
 

 
Əmək resursları-bu bizik! 
 

 
Hər  kəsə əməyinə görə! 
Və ya  bazar  qüvvələri əmək haqqını necə 
müəyyənləşdirir 
 

 
Əmək resurslarının  təkamülü 
(
tədrici inkişafı) 
 

 
Əməyin diskriminasiyası. 
Əmək haqqına təsir göstərən 
digər qeyri - bazar qüvvələr  
 

 
Əməyin stimullaşdırılması 
 
 
 
 
 
 
 
 
Hər  kəsə  əməyinə  görə!  Və  ya  bazar  qüvvələri  əmək  haqqını  necə 
müəyyənləşdirir? 
Siz  heç 
şübhəsiz  ki,  orta  məktəbi  bitirəndən  sonra  təhsilinizi  kollecdə,  yoxsa 
universitetdə  davam  etdirməyiniz  haqqında  düşünür  və  bəziləriniz  bu  istəyi 
reallaşdırmağa üstünlük verirsiniz. İstənilən halda, fərqi yoxdur, sizlərin əksəriyyəti 
nə vaxtsa - tez və yaxud  da gec - əmək bazarına müraciət edəcəksiniz! 
Hansısa vaxtdan etibarən sizlər əmək resurslarına münasibət  göstərəcəksiniz!  
Əmək bazarı işsizlərin toplaşdığı konkret yer deyil.  Bu bazarın digər bazarlarla 
 
oxşarlığı  da, fərqi də mövcuddur. 
 
 
 
 
 
 
 
Ямяк базары
 
- инсанлара  иш тапмаг да 
кюмяклик эюстярян васитядир, тяшкилатдыр. О 
инсанлара юз г абилиййятляриня вя баъарыьына 
эюря иш тапмаьа шяраит йарадан иътимаи вя 
дювлят механизмидир.
 
 


 101 
 
Əmək bazarı vasitəsilə həm də  müxtəlif firmalar və təşkilatlar onlar üçün lazım 
olan 
işçilərlə təmin olunurlar. 
Be
ləliklə, əmək bazarında  öz "əmək resurslarını" təklif edən işçilər (satıcılar) və 
məlum profil üzrə işçiyə tələbatı olan alıcılar (işəgötürənlər) fəaliyyət göstərirlər. 
Bu  bazarda  da 
digər bazarlarda mövcud olan iqtisadi   qanunlar, daha doğrusu, 
tələb  və  təklif  qanunu  fəaliyyət   göstərir.   Burada  işçilər    satıcı  rolunda   çıxış 
edərək, öz əməyini  təklif edir. Firmalar isə alıcı rolunda çıxış edərək, təklif olunan 
məhsulu, daha doğrusu  əməyi  alırlar. 
Əgər biz əməyə tələb  və təklifin qrafikini  qursaq, onun əyrisi əvvəlki fəsillərdə 
öyrəndiyimiz standart  əyridən heç nə ilə fərqlənməyəcək. Yalnız  bu  qrafikin şaquli 
xəttində  "Əməyin miqdarı", üfüqi xəttində isə  "əmək haqqı"  qeyd olunacaq. 
Gəlin,  bu  suallara  cavab  axtaraq.  Nəyə  görə  müxtəlif  işçilərin  əmək  haqları 
fərqlidir?  Nəyə  görə,  yüksək  ixtisaslı  xarratın  əmək  haqqı  yardımçı  təsərrüfatda 
çalışan fəhləninkindən çoxdur?  Hətta, onlara tələbat demək olar  ki, eyni olanda da 
h
əmin  fərq  mövcuddur.  İş  burasındadır  ki,  əməyin  təklifi  əhəmiyyətli  dərəcədə 
fərqlidir. Çünki, yüksək ixtisaslı işçilərin sayı, ixtisassızlara nisbətən azdır. 
Bu 
vəziyyəti özündə əks etdirən 28 və 29-cu qrafiklərə nəzər yetirək. 
 
 
 
Əmək haqqı 
                  P 
                                                      S 
 
 
 
                                                                   D 
 
 
                        
Əməyin miqdarı             
 
 

 
Şəkil 26. İxtisaslı kadrın əməyinə olan tələb və təklif əyrisi 
 
 
          
Əmək haqqı 
                  
                                               
 
 
                                                         
 

                                                      
                                                           
     D 
 
                        
Əməyin miqdarı             
 
 



 102 
 
Şəkil 27. İxtisassız kadrın əməyinə olan tələb və təklif əyrisi 
 
İndi isə aydınlaşdıraq görək əmək haqqı nədir: 
Əmək  haqqı  -  iş  qüvvəsinin  dəyəri,  yaxud  görülmüş  işin  müqabilində 
işəgötürənlər  tərəfindən  işçilərə  pul  şəklində  ödənilən  haqdır.  Əmək  haqqı  əmək 
müqaviləsi  əsasında  nizamlanır.  İşəgötürənin  kimliyindən  və  ya  görülmüş  işin 
xarakterindən  asılı  olaraq  əmək  haqqı  müxtəlif  cür  adlandırıla  bilər:  maaş 
(
məmurlarda),  pul  məvacibi  (hərbi  qulluqçularda),  vəzifə  maaşı  (rəhbər  işçilərdə), 
qazanc  yaxud  muzd (ev  qulluqçusunda) 
və s. Əmək ya görülən işin həcminə, ya da 
sərf  edilən  vaxta  əsasən  qiymətləndirilir.  Buna  uyğun  olaraq  əmək  haqqının 
h
esablanmasının iki forması mövcuddur:  işəmuzd və vaxtamuzd (bu barədə biz az 
sonra  daha 
geniş  məlumatlar  öyrənəcəksiniz).  Əmək  haqqına  bəzi  əlavələr  edilə 
bilər:  daimi  mükafatlar, həvəsləndirici  ödənişlər,  onüçüncü  maaş,  xəstəliyə  görə 
müavinət və s.  
 
 
 
 
 
 
 
Əmək  haqqının   ödənilməsindəki  bütün  fərqlər  tələb   və  təklif   terminləri 
vasitəsilə izah oluna bilər. 
Əgər, işçi öz  əməyinə  görə  yüksək əmək  haqqı tələb   edirsə,  onda  firma bunu 
daha az sayda 
işçi işə götürməklə həyata keçirəcək (tələb qanunu). 
Əgər, firma yerinə yetirilmiş müəyyən işə görə az əmək haqqı ödəyirsə, onda bu 
işi çox az sayda işçi  yerinə yetirmək  istəyində  olacaq (təklif qanunu). 
Konkret   
əməyi xarakterizə edən tələb və təklif əyrisinin kəsişdiyi nöqtə həmin 
əməyin bazar qiymətini,  daha  doğrusu əmək haqqını göstərir. Burda da bizə tanış 
olan  iqtisadi qanunlar 
fəaliyyətdədir. 
İşçilər  öz  əməyinə  görə  maksimum  yüksək  haqq  almağa,  işəgötürənlər  isə 
mümkün 
qədər az ödəməyə çalışırlar. 
Mümkündürmü, 
işçi  ilə  firma  öz  aralarında  müqavilə  bağlayıb,  bu  məsələləri 
razılaşdırmasın?  Hərdən  bəzi  hallarda  bu  mümkün  olsa  da,  bütövlükdə  işə 
götürülənlər və işçilərin bir-birindən ayrı fəaliyyəti mümkün deyildir. Tez və ya gec 
 onlar 
arasında kompromis baş tutacaq.   
İndi  isə  gəlin  görək  müxtəlif  ölkələr  üzrə  əmək  haqlarının  kəskin  surətdə 
fərqləndiyini necə izah etmək olar. 
Yəqin  ki,  Siz  dostlarınızla  söhbətlərdən,  bəlkə  də  televiziya  kanallarından 
eşitmisiniz ki, Qərbi Avropada, ABŞ və  Yaponiyada  əmək haqları xeyli yüksəkdir. 
Hindistan, 
Azərbaycan  və  digər  ölkələrdə  isə  bu  göstərici  həmin  ölkələrdəki 
Ямяк 
h
аг г ы
 - 
мялум вахт ва
h
иди ярзиндя 
мцяййян ишин 
 
йериня йетирилмясиня эюря 
муздлу ишчийя юдянилян пул мцкафатынын
 
юлчцсцдцр.
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə