Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə43/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

 108 
etməklə  işləmək  öhdəliyi də razılaşdırılır. Bu  müqaviləyə görə, şirkət  işçini  yalnız 
alternativsiz  iqtisadi 
zərurət  yarandıqda,  müdiriyyətin  göstərişi  ilə  ixtisarlar 
aparılanda əvvəlcədən xəbərdarlıq etməklə işdən azad edə bilər. 
Bütün bunlarla 
yanaşı, bu və ya digər əmək razılaşmalarından yüksəkdə həmişə 
h
ər bir ölkənin əmək qanunvericiliyi durur. 
Bu 
isə  o  deməkdir  ki,  əmək  sazişləri  özündə  işçinin  işə  götürülməsi  qaydası, 
əməyinin  ödənilməsi  forması  və  ölçüsü,  müqavilənin  ləğv  edilməsi  ilə  bağlı  ölkə 
qanunvericiliyinin 
prinsiplərini nəzərə almalıdır. 
Əmək münasibətləri ilə bağlı bütün normalar "Əmək Məcəlləsi"ndə cəmləşir. Bu 
Məcəllə ilə işə götürənin və işçinin fəaliyyət çərçivəsi müəyyənləşdirilir. 
Məsələn, "Məzuniyyətlər  haqqında"  Qanuna  görə,  hər  işçiyə  illik  məzuniyyət 
h
aqqı  ödənilməli  və  onun  müddəti  deyək  ki,  müəyyən  kateqoriya  işçilər  üçün  30 
təqvim  günü  təyin  olunmalıdır.  Bu  o  deməkdir  ki,  firma  öz  işçisinə  məzuniyyət 
verməlidir, lakin onun müddəti nə 45, nə də ki, 60 təqvim günü, eləcə də 30 gündən 
az da ola 
bilməz. Buna onun hüququ çatmır! 
Mütləq  olaraq  demək  mümkündür  ki,  əmək  bazarı  bir  sıra  xüsusiyyətlərini 
çıxmaq şərtilə digər bazarlara oxşardır.  
Bu 
xüsusiyyətlər  hansılardır?  Əvvəla,  o  dövlət  tərəfindən  müvafiq  qanunların 
qəbulu yolu ilə daha sərt formada tənzimlənir. 
Kollektiv 
müqavilə ilə tənzimlənmədə hüquqi prosedurların yaratdığı inzibati və 
iqtisadi 
münasibətlərdə sərtlik daha çox hiss olunur. 
Bütün  bunlar 
tələb  və  təklif  qanununun  azad  fəaliyyətini  məhdudlaşdırmaqla 
müvafiq 
surətdə əməyin qiymətinə, daha doğrusu əmək haqqının bazar səviyyəsinə 
təsir göstərir. 
Bu 
bazarın daha bir xüsusiyyəti bazarda qiymətlərin aşağı düşməsinin müəyyən 
h
əddinin mövcudluğudur. 
Bu  çox  vacibdir! 
Əgər,  hər  hansı  bir  mal  satılmırsa,  sahibkar  onun  qiymətini 
aşağı salır ki, heç olmasa zərərini azaltsın. 
"
İş  qüvvəsi"nin  satılması  zamanı  isə   minimal  qiymət  müəyyənləşdirilir  ki,   o 
ondan 
aşağı  qiymətə satıla bilməz. Bu  qiymət yaşayış  minimumu adlanır. Yaşayış 
minimumu 
insanların  fizioloji  normadan  aşağı  olmayan  səviyyədə  yaşaması  üçün 
zəruri ərzaq  məhsullarını,  həmçinin digər tələbatlarını, o  cümlədən  geyim,  mənzil 
xidmət  haqqı,  nəqliyyat  xidməti,  gigiyena  və   sanitariya  əməliyyatları  həyata 
keçirmək üçün tələb  olunan gəlirlərinin səviyyəsidir. 
Hər hansı bir ölkənin iqtisadi vəziyyəti araşdırılarkən minimum əmək haqqı və 
orta 
aylıq  əmək  haqqı  kimi  göstəricilərdən  istifadə  olunur.  Hökumət  tərəfindən 
sosial normativ kimi minimum 
əmək haqqı həddi müəyyənləşdirilir. 
Müxtəlif  ölkələrdə  mütəxəssislər  tərəfindən  bu  hədd  elə  səviyyədə 
müəyyənləşdirilir ki, o səviyyədə gəlirlərə malik olan vətəndaşlar acından və digər 
səbəblərdən  xəstələnməsin, ölməsin.  
Məsələn, 1988-ci  ildə  keçmiş  SSRİ-də,  deməli  həm  də  Azərbaycanda  da  bu 
göstərici il ərzində ailənin 1 üzvü üçün 1271 manata (106 manat x 12 ay) bərabər 


 109 
idi. 1991-ci ilin 
qiymətləri ilə həmin göstərici 3144 manat olub (262 manat x 12 ay). 
Respublikamızda milli  valyutanın (manatın) dövriyyəyə buraxılışından sonra keçid 
dövrü 
ilə  əlaqədar  yaranmış  iqtisadi  böhranın,  həm  də  inflyasiya  ilə  müşahidə 
olunması nəticəsində müstəqil ekspertlərin hesablamalarına görə, bu göstərici xeyli 
dəyərsizləşmişdi.  Hazırda  Həmkarlar  İttifaqları  Konfederasiyasının  son 
h
esablamalarına görə minimum istehlak büdcəsinin 2003-cü  il ərzində aylıq dəyəri 
orta  hesabla  360  min  manat  olub. 
Azərbaycanın  da  üzv  olduğu  Beynəlxalq  Əmək 
Təşkilatının  131  saylı  Konvensiyasına  görə  hər  bir  ölkədə  minimum  əmək  haqqı 
səviyyəsi  minimum  istehlak  büdcəsinin  dəyəri  götürülür  və  minimum  əmək  haqqı 
əsassız  olaraq  müəyyənləşdirilən  aşağı  əmək  haqqının  qarşısını  almaq  üçün  tətbiq 
edilir. 
Buna  baxmayaraq,  keçid 
iqtisadiyyatlı  dövlətlər  arasında  bir  sıra  ölkələrdə 
minimum   
əmək  haqqı  məbləği  minimum istehlak büdcəsi səviyyəsindən aşağıdır. 
Bu  hal 
Azərbaycan üçün də xarakterikdir. Sistem dəyişikliyi ilə əlaqədar olaraq  90-
cı  illərin  ortalarınadək  davam  edən  tənəzzül  ölkə  əhalisinin  kasıblaşmasını 
səciyyələndirməklə  yanaşı,  əməyin  düzgün  qiymətləndirilməsinə  də  mənfi  təsir 
göstərdi.  Hazırda  iqtisadiyyatda  artım  baş  verdiyi  indiki  halda  həmin  səviyyələrin 
biri-
birinə  tədricən  yaxınlaşdırılması  prosesi  gedir.  Belə  ki,  01  iyul  2004-cü  ildən 
etibarən Azərbaycanda minimum əmək haqqı səviyyəsi 100 min manat təyin olunub. 
 
Əməyin diskriminasiyası 
Əməyin diskriminasiyası nədir?  
Bu, birinin 
işinə və yaxud xidmətlərinə görə vəzifəyə irəli çəkilməsinə digəri ilə 
müqayisədə  üstünlük  verilməsi  və  yüksək  tutulmasıdır.  Belə  olan  halda  bu 
istiqamətli  qərar qəbul edərkən işçilərin nə əmək vərdişi, nə  qabiliyyəti, nə də ki, 
bacarıüı  nəzərə  alınmır.  Müasir  dünyada  belə  hallarla  hələ  də  irqi,  milli  ayrı-
seç
kiliklər  zamanı  rastlaşmaq  mümkündür.  Lakin  hazırda  daha  çox  rastlaşdıüımız 
diskriminasiya h
alları cinsi əlamətlər (kişi və qadın) üzrə qeydə alınır. 
D
iskriminasiyanın  qurbanı  olaraq  çoxlu  sayda  işləyənlər  bu  prosesdən  əziyyət 
ç
əkdiyinə  görə,  o  son  nəticədə  hamıya  mənfi  təsir  göstərir.  Axı  diskriminasiya 
nəticəsində hansısa istedadlı işçi işləməkdən və ya xidmətinə görə irəli çəkilməkdən 
kənarlaşdırılır. Deməli, belə olan halda biz insan resurslarından maksimum dərəcədə 
səmərəli istifadə edə bilmirik. 
Biz 
əmək  bazarından  və  orda  mövcud  olan  tələb  və  təklif  qanunundan 
danışarkən,  tələb  və  təklifin  fəaliyyətinə  təsir  göstərən  qeyri-bazar  qüvvələrindən 
söh
bət açmamışdıq. 
Diskriminasiya  -  qeyri-bazar 
qüvvələrinə  əyani  nümunələrdən  ən 
birincisidir. B
elə ki, onun nəticəsində qadın bacardıüı, lakin ənənəvi olaraq kişi işi 
hesab 
edilən hansısa bir işi görməkdən  imtina edir. Bu nəyə gətirib çıxaracaq? Bu 
fəaliyyət  sferasında  kişilərin  işçi  qüvvəsinin  təklifi  aşaüı  və  onun  nəticəsi  olaraq 
əmək haqları yüksək olur. 
Əmək bazarında digər qeyri-bazar qüvvələri də fəaliyyət göstərir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə