Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

 112 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Karl Marks (1818 - 1883) 
 
Alman 
iqtisadçısı və filosofu Karl Marks – bəşər 
tarixinin  
ən görkəmli şəxslərdən biridir. 1841-ci ildə  
Berlin universitetini 
bitirən və hüquq elmləri doktoru 
dərəcəsini  alan  Marks  elmi  və  siyasi  fəaliyyətinə 
başlayıb.  Ömrünün  çox  hissəsini  emiqrant  kimi 
İngiltərədə  keçirtməyə  məcbur  olub.  Marks  belə 
nəticəyə  gəlib  ki,  insanlar  arasındakı  iqtisadi 
münasibətlər  cəmiyyətin  ictimai  həyatının  quruluşunu  müəyyən  edir.  Buna 
görə  də  iqtisadi  hadisələrin  təhlili  onun  cəmiyyətin  inkşafı  haqqında 
nəzəriyyəsinin  əsasını  təşkil  edib.  Marksın  iqtisadi  nəzəriyyəsinə  görə 
kapitalistlər  muzdlu  işçiləri  istismar  edir,  yəni  onlara  bütün  əmək  haqlarını 
yox, ancaq 
əmək haqlarının minimum hissəsini, yəni fəhlənin və onun ailəsinin 
mövcudluğu  üçün  imkan  yaradan  qədərində  məbləği  ödəyir.  Buna  görə  də 
proletariat 
və  burjuaziya  arasında  olan  ziddiyyət  dəfedilməzdir.  Onun 
qənaətincə,  fəhlələr  istismardan  qurtulmaq  üçün,  cəmiyyətdə  siyasi 
hakimiyyəti ələ almalı və bütün kapitalı ictimai mülkiyyətə çevirməlidirlər. 
Marksın  fikrincə,  gələcəkdə  sinifsiz  kommunizm  cəmiyyəti  qurulacaq. 
Burada 
hər  kəs  bacardığı  qədər  işləyib  və  öz  ehtiyaclarına  uyğun  olaraq 
cəmiyyət tərəfindən yaradılmış məhsul payını alacaq. Belə cəmiyyətdə hər kəs 
ictimai 
maraqları öz maraqlarından üstün tutacaq.  
Marksın  ən  tanınmış  işləri  Engelslə  birgə  yazılan  «Kommunist 
partiyasının Manifesti» (1848) və «Kapital» (1867) əsərləridir.   
 
 
Xülasə: 
 
Əmək  bazarı  insanlara  iş  tapmağa  imkan  verən  üsuldur.  Eyni  zamanda 
əmək  bazarı  müxtəlif  firma  və  təşkilatlara  onlara  lazım  olan  işçini  tapmağa 
imkan verir. 
Bu  bazarda 
digər  bazarlarda  mövcud  olan  qanunlar  hökm  sürür.  Daha 
doğrusu tələb və təklif qanunları. 
Konkret 
əmək üzrə tələb və təklif əyrilərinin kəsişmə nöqtəsi, bu əməyin 
bazar 
qiymətini, daha doğrusu əmək haqqını göstərir. 
Dünyanın əksər ölkələrində,  o cümlədən Azərbaycanda da iş qüvvəsinin 
alqı-satqısının  2  mexanizmindən  istifadə  olunur:  fərdi  əmək  müqaviləsi  və 
kollektiv 
müqavilə. 
 
 


 113 
Əməkdə  diskriminasiya  o  zaman  olur  ki,  işçi  seçilərkən,  vəzifəsi 
artırılarkən və s. heç bir əsas olmadan ona fərq qoyulur.  
 
 
Müzakirə üçün suallar: 
 
1.
 
Əhalinin artımı ölkənin iqtisadi artımına hansı formada mane ola bilər?  
2.
 
Fərz edək ki, Həmkarlar İttifaqlarının rəhbərisiniz. Siz ilk dəfə işəgötürənlə 
danışıqlar aparırsınız. Kollektiv müqaviləyə mütləq daxil etmək 
istədiyiniz bəndlərin siyahısını tərtib edin. 
 
 
 
TEST 
 
6.1. 
Əmək bazarı: 
a) 
İnsanlara iş, onlara bu təşəbbüsdə kömək edəcək təşkilatı tapmağa imkan 
verən vasitədir 
b) 
İşsizlərin onlara iş təklif olunacağı ümidilə toplaşdığı yeganə yerdir 
c) 
İşsizlərin onlara iş təklif olunacağı ümidilə respublikada və şəhərin müxtəlif 
yerlərində toplaşdığı məkandır. 
6.2. 
Əmək bazarında işləyir: 
a) 
Yalnız Tələb qanunu 
b) 
Yalnız Tələb və Təklif qanunları 
c) 
Yalnız Təklif qanunu 
d) 
Digər «qeyri-bazar» qüvvələri nəzərə alınmaqla əsasən Tələb və Təklif 
qanunları 
 
6.3. «
Əməkdə diskriminasiya» nəticəsi olaraq: 
a) 
İnsanlar əla yaşayır 
b) Biz insan 
resurslarını maksimum səmərəli istifadə etmirik 
c) 
İnsanlar təhsildən imtina edirlər 
d) Biz insan 
resurslarını maksimum səmərəli istifadə edirik 
 
 
 
 
 
 
 
 
 
 
?
 
? ! 


 114 
 
Yeddinci 
fəsil 
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
«Makroiqtisadiyyat» 
nəyi 
öyrənir? 
 

 
Dairəvi axınlar 
 

 
Makroiqtisadi 
nəticələri 
necə ölçməli? 
 

 
Milli 
gəlir, məşğulluq və 
iqtisadi sabitlik 
 

 
ÜDM 
və ÜMM: «ikili hesabın» 
istinası 
 
 
 
 
 
 
 
 
Bu 
fəsilə girişdən öncə xatırladaq ki, makroiqtisadiyyat iqtisadiyyatın vahid tam 
kimi 
öyrənilməsi ilə məşğul olur. 
Gəlin xatırlayaq ki, əvvəlki fəsillərdə bizim öyrəndiyimiz münasibətlər sisteminə 
isteh
lakçılarla  istehsalçıların  və  həmçinin  insanlarla  şirkətlərin  davranışı  daxil  idi. 
Bu 
fəsildə  isə  həmin  münasibətlər  sisteminin  daha  mürəkkəb  formaları  ilə  tanış 
olacağıq.  Belə  münasibətlərin  çərçivəsi  insanlarla,  şirkətlərlə  məhdudlaşmır.  Artıq 
bir  azdan 
biləcəyik  ki,  həmin  münasibətlərin  fəaliyyət  dairəsində  dövlət,  müxtəlif 
bazarlar  (
əmək,  əmtəə  və  s.)  və  ev  təsərrüfatları  da  çıxış  edir.  Gəlin,  əvvəlcə  adı 
çəkilən iştirakçılar arasında qarşılıqlı münasibətləri sadələşdirilmiş şəkildə aşağıdakı 
sxemin 
köməyi ilə  təsvir edək. 
     
 
 
 

 
 
 
 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə