Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə47/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

 118 
 
İqtisadçılar adətən iqtisadi fəaliyyətin son nəticəsini qiymətləndirmək üçün digər 
göstəricilərdən də istifadə edirlər. Onlardan biri də ümumi milli məhsuldur (ÜMM).  
Ümumi  milli 
məhsul  (ÜMM)  -  ölkənin  milli  iqtisadi  vahidləri  tərəfindən 
həmin ölkə daxilində və xaricində il ərzində istehsal olunmuş son (hazır) məhsulun 
bazar 
qiymətləri ilə ümumi dəyərini göstərir.  
Bu 
göstəricilər nə ilə fərqlənir? Burada ilkin yanaşmadan gözəçarpan  əsas fərq 
"daxili" 
və "milli" sözlərindədir. Bunu bir qədər geniş şəkildə aydınlaşdıraq. 
Bizim  respublikada 
müxtəlif  dövlətləri  təmsil  edən  çoxsaylı  xarici  şirkətlər 
fəaliyyət  göstərir.  İstehsal  və  ticarət  sferasında  yerli  şirkətlərlə  yanaşı  Türkiyə, 
İran, Amerika, Yapon, Rusiya və s. ölkələrin şirkətləri də məşğuldur. Eyni zamanda 
ölkəmizdə   səhmdarları  bir  neçə  ölkədən  olan  çoxlu  birgə  şirkətlər  də 
fəaliyyətdədirlər. Bundan əlavə, bizneslə  həmçinin fiziki şəxslər də məşğuldurlar ki, 
onların da arasında müxtəlif ölkələrin vətəndaşlarına rast gəlmək olar. 
Beləliklə, ÜDM - istehsalçıların “vətəndaşlığından” asılı olmayaraq, Azərbaycan 
 
ərazisinin  hüdudları  daxilində  istehsal  edilmiş  əmtəə  və  xidmətlərin  son  dəyərini 
əks  etdirir.  ÜMM  –  yalnız  Azərbaycan  vətəndaşlarının  bizneslə  məşğul  olduğu 
coğrafi məkandan  asılı olmadan istehsal etdiyi əmtəə və xidmətlərin son  dəyəridir. 
Məlumdur  ki,  müxtəlif səbəblərdən sayı  milyonlarla olan  Azərbaycan  vətəndaşları 
Rusiya, Ukrayna, 
Türkiyə və digər ölkələrdə, eləcə də  Mərkəzi Asiya, Yaxın Şərq, 
Avropa 
və  s.  regionlarda  yaşayır  və  bizneslə  məşğul  olurlar.  Deməli,  onların  il 
ərzində  yaratdıqları  məhsul  və  xidmətlərin  son  dəyəri  ÜMM-ə  daxildir.  Eləcə  də, 
nəzərə alsaq ki, bəzi Azərbaycan  şirkətləri digər ölkələrdə  də filiallara malikdirlər, 
deməli  onların  da  yaratdıqları  əmtəə  və  xidmətlərin  son  dəyəri  ÜMM-də  nəzərə 
alınır. Hazırda müasir iqtisad elmində və iqtisadiyyatın idarəedilməsi praktikasında 
daha  çox 
istifadə  olunan  göstərici  ÜDM  olduğundan  diqqətimizi  onun  üzərində 
geniş cəmləyək. Bu məqsədlə həmin göstəriciyə yenidən nəzər salaq və onun nələri 
əks etdirdiyini dəqiq surətdə  aydınlaşdıraq. 
ÜDM  -  torpaq, 
əmək  və  kapital  hesabına  istehsal  edilmiş  əmtəə  və 
xidmətlərin  (kompüter  oyunlarından  dəzgahlara  qədər)  pulla  ifadə  olunan 
ümumi 
dəyəridir. 
ÜDM 
iqtisadiyyatın nəticəsinin ümumi göstəricisidir. Onu 2 üsulla hesablamaq 
olar: 

gəlirlər və xərclər  əsasında. 
Bu  2  üsul, 
demək  olar  ki,  eyni  nəticəlidir.  Əgər,  biz  iqtisadiyyatda  dairəvi 
 
axınlar  sxeminə  diqqət  yetirsək,  görərik  ki,  əsas  2  axın  mövcuddur:  xərclərin  və 
gəlirlərin  axını,  onlar  da  sonda  bir-birinə  bərabər  olur.  İqtisadiyyatda  belə   bir 
prinsip mövcuddur: 
Birinin 
xərcləri = digərlərinin gəlirləri.  
Gəlin, bu bərabərliyin sağ və sol tərəfindən istifadə etməklə, ÜDM-i hesablayaq.  
Yenidən  diqqətimizi  ÜDM-in  hesablanması  məsələsinə  yönəldək.  Bu  zaman 
qarşıya  çıxan  əsas  problem  "ikili   hesab"  adlanır.  Bu  problemin  aradan 


 119 
qaldırılmasının vacibliyini qiymətləndirmək üçün yaxın tariximizə nəzər yetirək. 
Xatırladaq  ki,  bir  vaxtlar  SSRİ  adlanan  dövlətin  mövcudluğu  vaxtında  bütün 
vacib 
müşavirələrdə, partiya qurultaylarında bildirilirdi  ki,  ölkədə  cari ilin  ÜDM 
göstəricisi keçən ilə nisbətdə artıb. Lakin, hətta belə «artım»ların davamlı olmasına  
baxmayaraq 
SSRİ-nin iqtisadiyyatında  qeyri-adi bir vəziyyət  yaranmışdı. Belə ki, 
əmtəə  və  xidmətlərin  dəyər  baxımından  həcmi  artdığı  halda  insanlar  ildən-ilə  
müflisləşirdi. 
Sizcə,  bu  necə  ola  bilərdi?  Bu  sualın  bir  neçə  cavabı  var: "İkili", bəzən  hətta, 
"üçlü" hesab! 
Aşağıdakı misallarla tanış olduqdan sonra  bu “hesab”ları  daha yaxşı 
başa düşmək olar.  
Fərz edək ki, müəyyən bir şirkət taxta materialları, yəni lövhə, parket, faner və s. 
istehsal edir. 
Şirkət məhsulunu  müxtəlif qrup istehlakçılara satır. 
D
igər  zavod   isə  vint,  mismar  buraxır  və  bazara  çıxarır.  Üçüncü  şirkət  isə 
isteh
lakçılara  kimyəvi  məhsullar,  o  cümlədən   boya,  lak,  rəng  və  sair  məhsullar 
təklif edir. Bu şirkətlərin hər biri öz növbəsində, istehsal etdiyi və satdığı  məhsulun 
dəyəri haqqında  hesabatlar  verir. 
Fərz  edək  ki,  bu  məhsulların  istehlakçılarından  biri  də  mebel  fabrikidir.    Belə 
olan  halda  mebel  isteh
salında  hər  3  şirkətin  məhsulu  xammal  və  yarımfabrikat 
sayılır. Mebel istehsal edilib, satıldıqdan sonra, bu  fabrik də satılan məhsulun həcmi 
barədə hesabat verir.   
Gəlin, bir qədər əvvəl öyrəndiyimiz makroiqtisadi  axınları yenidən yada salaq. 
Satılmış  məhsulun  dəyəri  xammal  və  materialların  dəyərini,  əmək  haqqını 
örtməli  və  mənfəət  əldə  etməyi  tə'min  etməlidir.  Başqa  sözlə,  mebelin  dəyərində 
lövh
ə, faner, boya, lak, mıx və s.-nin dəyəri nəzərə alınıb. 
Belə  çıxır  ki,  ÜDM  hesablananda  bu  materialların  hər  birinin  dəyəri  onun 
həcminə  2  dəfə  daxil  edilir.  Birinci  dəfə  ayrı-ayrı  istehsalçıların  buraxılışı  kimi, 
ikinci 
dəfə isə mebelin dəyəri ilə birlikdə. 
Vaxtilə  kapitalist  ölkələri  ikili  hesabdan  qaçmağa  çalışırdılarsa,  o  zamanlar 
sosialist 
dövlətləri görünüş üçün ikili və üçlü hesabdan istifadə edirdi. Beləliklə də 
sovet 
dönəmində ÜDM "şişir" və ildən-ilə artım baş verirdi.  
Bu  problemin 
həllinə  düzgün  yanaşmaq  üçün  "son  məhsul"  termininin 
 
mənasını  başa  düşməliyik.  Mümkündür  ki,  mismarlar,  laklar,  lövhələr  və  s. 
əmtəələr son  məhsul  kimi  ÜDM  hesablanmasında istifadə  olunsun. Siz  özünüz bu 
məhsulların  hər  birinin  ayrı-ayrı  təsərrüfat  dükanlarında  satıldığının  şahidi 
olmusunuz.  Lakin  bizim 
misalımızda  həmin  məhsullar  son  deyil,  aralıq  məhsul 
olaraq 
çıxış edir və sonda mebelin dəyərinə daxil olur. 
Bir 
sözlə, ÜDM-ün hesablanması zamanı  başqa nemətlərin istehsalında istifadə 
olunan 
aralıq  məhsul  xaric  edilir.  ÜDM-in  hesablanmasının  problemi  bununla 
bitmir. 
Belə ki, ÜDM-un hesablanmasında bir  problem də özünü büruzə verir. Bu  
qiymətlərin dəyişməsi  problemidir. 
Heç 
kəsə  sirr  deyil  ki,  hər  bir  məhsul  növü  üzrə  qiymətlərin  zamandan  asılı 
olaraq  
dəyişmək  xüsusiyyəti  mövcuddur  və  bu  ilin  göstəricisini  keçən  ilin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə