Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə50/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   67

 125 
Xaricilər də bizim məhsulları az almağa başlayacaqlar. Nəticədə idxalın həcmi  
artacaq 
və ixracın həcmi aşağı düşəcək, ona müvafiq olaraq ÜDM aşağı düşəcək. 
 
M
ƏCMU TƏKLİF 
 
Məcmu təklif -hər mümkün qiymət səviyyəsində istehsalın həcmini göstərən 
anlayışdır. 
Qeyd 
etmək lazımdır ki, məcmu təklif əyrisinin formasına müxtəlif yanaşmalar 
 mövcuddur. 
Deyilənləri daha yaxşı başa düşmək üçün  tarixə qısa ekskurs edək. 
Hələ  Şimali  Amerikanın  müstəqilliyi  uürunda  müharibə  vaxtı  Adam  Smit 
özünün 
məşhur "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatlar” adlı 
kitabını yazmışdır.  
Adam Smit hesab edirdi ki, iqtisadiyyata 
münasibətdə ən yaxşı dövlət siyasəti -
qarışmamaqdır!  O  və  onun  davamçıları  israr  edirdilər  ki,  iqtisadiyyatın  azad 
inkişafına  maneələr  olmazsa,  tələb  və  təklif  qanunları  bazar  tarazlıüına,  işsizliyin 
azalmasına  -bir  sözlə  bütünlüklə   firavanlıüa  gətirib  çıxaracaq.  Həqiqətən,  uzun 
müddət kapitalist ölkələrinin iqtisadiyyatı bu yolla inkişaf edirdi. 
Lakin  XX 
əsrin 30-cu  illərində  dünyanın  ən inkişaf  etmiş  kapitalist  dövlətində 
(AB
Ş-da) böyük iqtisadi böhran baş verdi. Sonradan bu böhran "Böyük durüunluq" 
adı  ilə  tarixdə  qaldı.  ABŞ  və  digər  kapitalist  ölkələrində  müflisləşmə  və  işsizlik 
rekord 
səviyyəyə  çatdı.  Məhz  bu  illərdə  ingilis  iqtisadçısı   Con  Meynard  Keyns 
iqtisadiyyatda 
dövlətin  rolu  haqda  yeni  fikirlər  irəli  sürdü.  Bu  fikirləri  özünün 
məşhur "Məşüulluq, faiz və pulun ümumi nəzəriyyəsi" kitabında cəmləşdirdi. 
M
əlumat  üçün  qeyd  edək  ki,  C.M.Keyns  məşhur  ingilis  iqtisadçısı  ailəsində 
doüulub,  fond  biræ
asında  qiymətli  kaüızlarla  "oynamaqla"  özünə  xeyli  var-dövlət 
qazanıb. O, hökumətdə xəzinədarlıq xidmətində çalışmış və maliyyə məsələləri üzrə 
müşavir  olmuşdur.  C.M.Keyns  isbat  edirdi  ki,  bazarda  tarazlıq  vəziyyəti  olduüu 
halda  da 
yüksək  işsizlik  səviyyəsinin  mövcudluüu  mümkündür.  Əgər  dövlət  bu 
problemin  h
əllinə  qarışmazsa bu vəziyyət xeyli  davam  edə bilər. O sübut etdi  ki, 
dövlət  istənilən  məqamda  ictimai  iş  yerlərinin  maliyyələşdirilməsinə  başlayarsa, 
onda 
işsizliyin səviyyəsi azalacaq. 
İndiki  dövrdə  də  inflyasiya  və  yaxud  tənəzzül  zamanı  təkcə  iqtisadçılar  deyil, 
sıravi vətəndaşlar da hökumətin hansı ölçülər götürəcəyi haqda fikirləşirlər. 
İndi  isə  "məcmu  təklif"  anlayışına  qayıdaq.  Məcmu  təklif  termini  dedikdə 
iqtisadiyyatda  istehsal  olunan 
əmtəə və xidmətlər başa düşülür. İdeal halda məcmu 
təklif məcmu tələbə bərabərdir. Lakin gerçək həyatda bu baş vermir. Bütün istehsal 
edilən əmtəələr satılmır. Onların bir hissəsi ehtiyat şəklində şirkətlərin anbarlarında 
qalır. Bəzi hallarda isə proses əksinə  baş verir - əmtəələr çatışmır. Bu 2 vəziyyətdən 
birini misallarla izah 
edək. 
F
ərz edək ki, istənilən bir dövlətdə 4  növ əmtəə istehsal edilir: velosiped, paltar, 
piroæna 
və dəzgahlar. 
İstehsalat


 126 
Velosiped - 10 mln.manat 
Paltar - 20 mln.manat 
Piroæna - 5 mln.manat 
D
əzgahlar - 10 mln.manat 
M
əcmu təklif - 45 mln. manat 
X
ƏRCLƏR 
İstehlakçıların xərcləri 
Velosiped - 9 mln. manat 
Paltar - 15 mln. manat 
Piroæna - 5 mln. manat 
 
Şirkətlərin xərcləri (investisiyalar) 
D
əzgahlar - 7 mln. manat 
M
əcmu tələb - 36 mln. manat 
F
ərq - 9 mln. manat 
Araşdırdıüımız misalda məcmu tələb məcmu təklifdən 9 mln. manat azdır. 
S
izcə,  şirkətlər  bundan  sonra  nə  edəcəklər?  Əlbəttə  ki,  onlar  məhsulların 
qalıqlarını  satmaüa  çalışacaqlar.  Buna  nail  olmaq  üçün  də  qiymətləri 
ucuzlaşdırmaq  və  ya  yeni  məhsulun buraxılış  həcmini  ixtisar  etmək  və  yaxud  da 
h
ər ikisini birlikdə tətbiq etmək tələb olunur. 
İstənilən halda bu tədbirlər dairəvi axının azalmasına gətirib çıxaracaq. Beləliklə 
də onunla birlikdə də ÖDM də aşaüı düşəcək. 
Y
enə də iqtisadi təlimlər tarixinə müraciət edək. Keyns məktəbinin iqtisadçıları 
qeyd 
edirlər  ki,  qısa  müddət  ərzində  əmtəələrin  qiyməti  dəyişməz  qalır,  tələbin 
yüksəlməsi  bu  əmtəələrin  istehsalının  həcminin  artırılmasına  gətirib  çıxarır.  Bu, 
qrafikdə aşaüıdakı kimi təsvir olunur: 
Q
rafikdən görünür ki, Keyns hissəsində tələbin artımında qiymətlər dəyişilməz 
qalır (P), istehsal edilmiş əmtəə və xidmətlərin miqdarı isə artır (Q). 
 
Şəkil 34. Qiymət səviyyəsinin və buraxılışın tarazlığı 
 
M
akroiqtisadiyyatın klassik məktəbinə aid olan iqtisadçılar isə hesab edirlər ki, 
Гиймят
 
сявиййяси
 
П2 
П 
П1
 
 
АД
 
Реал ЦДМ 
Г 
Кейнс 
 


 127 
tələbin  artımı  ilk  növbədə  əmtəə  və  xidmətlərin  qiymətinin  artımına  gətirib 
ç
ıxaracaq. 
Göründüyü kimi, 
tələbin artımı əmtəə və xidmətlər buraxılışının miqdarına təsir 
etmir. Onun 
əvəzinə qiymətlər bahalaşır. 
Həqiqətən də hər iki yanaşma müəyyən şəraitdə özünü doürulda bilər. 
Əslində isə məcmu təklif əyrisi aşaüıdakı formaya malikdir. 
T
ələbin artdıüı  dövrdə,  qiymətlərin  dəyişməz  qaldıüı  zaman şirkətlər əmtəə  və 
xidmət istehsalının həcmini artırırlar. Əyrinin bu hissəsi "Keyns kəsiyi" adlanır.  
 
 
Şəkil 35. Məcmu təklif əyrisi 
Amma 
fərz edək ki, tələb getdikcə artır. Bu halda sizcə nə baş verəcək? 
B
əli! Qiymətlər artmaüa başlayacaq. 
Çünki,  isteh
salın  həcminin  artması  bəzi  resursların  qiymətini  də   bahalaşdırır. 
B
əzi resursların qiymətlərinin artması isə  xərclərin çoxalmasına gətirib çıxarır. Bu 
isə əmtəə və xidmətlərin qiymətini bahalaşdırır. 
Biz 
nə  qədər  çox  istehsal   ediriksə,   resurslar  bir  o  qədər  də  məhdudlaşır 
(müvafiq olaraq bah
alaşır) və ona görə də əmtəələrin qiyməti getdikcə artır. «Aralıq 
kəsik» adlanan bu hissə BC ilə işarə olunub. 
N
əhayət, uzun müddətli perspektivdə elə məqam qeydə alınır ki, bütün mümkün 
olan resurslar istehsala 
cəlb edilir və  o zamandan başlayaraq,  qiymətlər bahalaşsa 
da   
əmtəə  və  xidmət  istehsalını  artırmaq  mümkün  olmur.  Əyrinin  bu  kəsiyi  CD 
sahəsindədir. Bu kəsiyi iqtisadiyyatda "klassik" adlandırırlar. 
Və  biz  deyə  bilərik  ki,  məcmu  təklif  -  qiymətlərin  ümumi  səviyyəsi 
şirkətlərin  buraxmaq  istədikləri  məhsullarının  həcmi  arasında  qarşılıqlı 
əlaqələri təsvir edir. 
Növbəti  fəsildə  biz  belə  əlaqələri  özündə  əks  etdirən 
işsizlik və inflyasiya ilə tanış olacağıq.  
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Con Meynard Keyns (1883 - 1946) 
Г иймят
 
сявиййяси
 
А
 
Реал ЦДМ 
Д
 
Ж
 
Б
 
АС
 
классик 
 
шаг ули 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə