Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

 145 
Bəs  nə  üçün  insanlar  adı  çəkilən  əşyaların  çoxunun  pul  rolunda   qalmasından 
imtina 
etdilər? 
Yaxşı  mübadilə  vasitəsi  olmaq  üçün  pul  rolunda  çıxış  edən  əşyalar  müəyyən 
tələblərə cavab verməlidir.  Belə ki, pul: 

insanların  hamısı  tərəfindən  qəbul  edilməlidir,  yəni  alqı-satqı  əməliyyatları 
zamanı  insanlar onu pul kimi qəbul etməyə hazır olsun; 
-  rahat 
daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə 
etmək mümkün olsun; 

dəyərinin  saxlanılması  baxımından  elə  olmalıdır  ki,  uzun  müddətli  dövrdə 
alıcılıq qabiliyyəti azalmasın; 
- kompakt, bircinsli 
və bölünən olmalıdır; 
- uzunömürlü 
və daimi dəyərə malik olmalıdır. 
Gəlin  müxtəlif  dövrlər  üzrə  pul  rolunu  oynamış  əşyaların  adını  sadalayaq  və 
onların yuxarıdakı  tələblərə uyğunluq dərəcəsini nəzərdən keçirək. 
1.
 
İri buynuzlu mal-qara 
2.
 
Duz 
3.
 
Daş təkərlər 
4.
 
Hisə verilmiş balıq 
5.
 
Qızıl 
6.
 
Mis 
sikkələr 
7.
 
Kağız əskinaslar 
Birincisi,  kompakt  deyil,  bircinsli 
sayılmır  (məsələn,  inəklərin  eləsi  var  ki, 
iridir, 
eləsidə  var  ki,  nisbətən  xırdadır,  bəziləri  kök-piyli,  digərləri  isə  arıq-
sümüklüdür), uzunömürlü deyil (onlar 
müxtəlif səbəblərdən, o cümlədən xəstəlikdən 
ölə  bilərlər),  bölünmür  (inəyi  lazım  gələrsə  bir  neçə  hissəyə  bölüb,  sonra  da 
birləşdirə bilməzsən). 
İkincisi, kompakt olsa da, daşımaq üçün çox da münasib deyil, dağıla, yaş ola 
bilər, bircinslidir, kifayət qədər uzun ömürlüdür, bölünən olsa da kristalları çox kiçik 
old
uğundan qeyri-münasiblik yaradır. 
Üçüncüsü, 
daşınmalar zamanı münasib deyil, kifayət qədər bircinslidir, bölünən 
deyil, uzunömürlüdür. 
Dördüncüsü,  bir 
neçə cinslidir, kompakt deyil, kifayət qədər uzun ömürlüdür, 
bölünən deyil. 
Beşincisinin əsas nöqsanı odur ki, iri sövdələşmələr zamanı böyük çəkini ifadə 
edir. 
Altıncısı, böyük miqdarlarda kompaktlığa malik deyil. 
Nəhayət,  yeddincisi, bütün göstəricilər üzrə uyğun gəlir. 
Yəqin  ki,  yuxarıda  sadaladığımız  müxtəlif  əşyalar  arasında  bu  tələbləri  daha 
dolğun ödəyənin məhz kağız əskinaslar olması fikrinin geniş izaha ehtiyacı yoxdur. 
Lap 
qədimlərdən bəri pul 3 başlıca funksiyanı yerinə yetirib. Belə ki, pul: 
1) 
tədavül vasitəsidir; 
2) 
əmtəə və xidmətlərin dəyər ölçüsüdür; 


 146 
3) 
sərvət toplanması vasitəsidir. 
«
Tədavül  vasitəsi» adı altında nə başa düşürük. Bunu  misalla aydınlaşdırmağa 
çalışaq: 
Fərz edək ki, pul mövcud deyildir! 
Bütün 
istehsalçılar  öz  məhsullarını  bazara  çıxarırlar. «A»  firmasının 
nümayəndəsi satışa ayaqqabı təklif edir və onun əvəzinə istəyir ki, dəri məmulatları 
alsın. «B» firması  dəri  məmulatları  satır, lakin  istəyir  ki,  bazardan  duz  alsın. «C» 
firmasının nümayəndəsi bazarda duz satır, onun da ürəyindən özünə ayaqqabı almaq 
və saçını kəsdirmək keçir. Bərbər isə istəyir kiminsə saçını kəsib, əvəzinə ondan öz 
uşağı üçün  oyuncaq alsın. Belə siyahını sonsuzluğa qədər uzatmaq olar, elə bil ki, 
iqtisadiyyatda 
gözəgörünməyən  əllər  vardır,  onlar  vasitəsilə,  firmalar,  insanlar  öz 
aralarında bir şəbəkə qururlar.  
Gəlin bu şəbəkəni sxem vasitəsilə təsvir edək. 
 
 
 
 
 
 
 ayaq-
        
dəri
 
  
qabı
   
      
dəri
 
 
 
 
      
duz 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 36. Mübadilənin natural forması 
 
Sizcə, satıcılar bu çətin problemin öhdəsindən necə gələ bilərlər? Təsəvvür edin 
ki, «C» 
firmasının nümayəndəsi öz müəssisəsinin istehsal etdiyi duzu «B» firmasına 
satır  və  əvəzində  ona  lazım  olmayan  dəri  məmulatları  alır.  Sonra  o  gəlir  «A» 
firmasına və əldə  etdiyi  dəri  məmulatlarını  ona təklif  edir, əvəzinə  ona lazım  olan 
ayaqqabını alır. Bundan sonrakı mərhələdə ona daha mürəkkəb kombinasiyanı həll 
etmək  qalır:  saçlarını  kəsdirmək,  lakin  onun  bərbərə  təqdim  etməyə  oyuncağı 
yoxdur.  
İndi,  yəqin  ki,  Sizlərə  pulun  (burda,  kağız  əskinaslar  nəzərdə  tutulur) 
istehsalçılar  və  istehlakçılar  arasında  əmtəə  mübadiləsi  aparmaq  üçün  əhəmiyyətli 
dərəcədə işləri asanlaşdırmaq qabiliyyəti oldu. Əmtəə və xidmətlərin biri-birinə bu 
cür 
əvəzlənməsinə iqtisadiyyatda tədavül deyilir.  
А
 
Б
 
Д
 
Ъ
 
Г
 
Е
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə