Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

 139 
 
Bizim misalda iqtisadi 
artım tempinin müsbət olmasına baxmayaraq əhalinin orta 
yaşayış səviyyəsi aşağı düşmüşdür. Belə situasiya ilə inkişaf etməkdə olan ölkələrdə 
də  tez-tez rastlaşmaq mümkündür. Həmin ölkələrdə iqtisadi artım tempinin müsbət 
olmasına baxmayaraq, əhalinin yüksək artım tempi  son nəticədə həyat səviyyəsinin 
aşağı düşməsini şərtləndirir.  
 
Nəyə görə makroiqtisadçıların fikirləri üst-üstə düşmür? 
 
İqtisadçıların fikir ayrılığının səbəbləri 
Makroiqtisadi 
proseslərə münasibətdə ekspertlərin fikirlərinin  biri-birilə üst-üstə 
düşməməsi tamamilə normal hadisə hesab olunur. Ekspertlərin eyni fikrə gəlməməsi 
yalnız iqtisadi hadisələrə deyil, bir çox hallarda müxtəlif məsələlərə münasibətdə  də 
mümkündür, 
hətta  nüvə  enerjisinə,  ətraf  mühitin  mühafizəsinə,  və  yaxud  hansı 
idmançının  kuboku  qazanmasına  münasibətdə  də  onların  fərqli  münasibətləri  ilə 
rastlaşmaq  mümkündür. Axı, görəsən nəyə görə onlar mübahisə edirlər? Asanlıqla 
başa  düşmək  olar  ki,  müxtəlif  nöqteyi-nəzərlər  və  fərqli  tövsiyələr  vardır.  Burda 
diqqətimizi  iqtisadçılar  arasında  fikir  ayrılığına  gətirib  çıxaran  bir  neçə  mühüm 
amilə yönəldək. 
1.
 
Müxtəlif  müddət çərçivəsi 
İqtisadçılardan  biri  sübut  edə  bilər  ki,  dövlətin  müasir  siyasəti  inflyasiyaya 
gətirib çıxarır, digərləri  ola bilər  ki,  onunla razılaşmasın. Əgər  müxtəlif  vaxtlarda, 
məsələn 6 aydan, 1 ildən sonra dövlət siyasətinin inflyasiyaya təsirini əsas götürsələr 
onların hər ikisi haqlıdırlar.  
2.
 
Müxtəlif yanaşmalar 
Belə  ki,  iqtisadiyyat  öz-özlüyündə  mürəkkəb  sistemi  əhatə  edir.  Ona  görə  də 
halda  bir  çox  hallarda 
ayrı-ayrı  tədbirlərin  və  hadisələrin  effektini  qabaqcadan 
de
mək  çətin  olur.  Buna  görə  də  iqtisadçılar  proqnozlar  verərkən  müəyyən 
qanunauyğunluqlara əsaslanırlar. Məsələn, bir iqtisadçı hesab edir ki, növbəti il üçün 
büdcə  kəsiri  artacaq,  digəri  onunla  razılaşmır.  Proqnozların  fərqlənməsinə  iqtisadi 
artım tempi, vergi daxilolmalarının və dövlət borclarının həcmi təsir göstərir. 
 
3.
 
Müxtəlif iqtisadi nəzəriyyələr  
İqtisadçılar bir çox məsələlərdə vahid mövqeyə  də  gəlirlər. Məsələn, «əgər mal 
ətinin  qiyməti  bahalaşarsa,  əhali  alışlarını  azaltmağa  başlayacaq».  Bu  proqnozla 
faktiki  olaraq  bütün 
iqtisadçılar razılaşırlar, çünki bu hamı tərəfindən  qəbul  edilən 
tələb qanunu ilə əsaslandırılır. Buna baxmayaraq, makroiqtisadiyyata dəxli olan bir 
çox 
məsələlər  üzrə  iqtisadçılar  arasında  mübahisələr  kəsilmək  bilmir.  Bir  neçə 
mühüm 
proseslərin  fərqli  izahatı  və  ya  nəzəriyyələr  mövcuddur  ki,  onlar  da 
makroiqtisadi dinamikaya 
əsaslı təsir göstərir. İndiyədək bu nəzəriyyələrdən heç biri 


 140 
hamı tərəfindən qəbul olunan səviyyəyə qədər inkişaf edə bilməyib və ya biri digəri 
tərəfindən  tam  qəbul  edilməyib.  Bu  baxımdan  makroiqtisadi  məsələlər  üzrə 
iqtisadçıların  fikirləri  ona  görə  üst-üstə  düşmür  ki,  onlar  müxtəlif  nəzəriyyələrin 
tərəfdarlarıdırlar. 
4.
 
Müxtəlif qiymətləndirmələr 
İqtisad elmi çalışır ki, iqtisadiyyatda baş verən proseslərin tam izahatını versin. 
Belə  izahatların  hədəfində  bir  çox  hallarda  proqnozlaşdırma  da  durur.  Belə  ki, 
iqtisadçılar  prezidentə  və  ya  millət  vəkillərinə  izah  edə  bilməlidir  ki, «əgər,  Siz  1 
saylı  siyasəti  aparsanız,  onda  A,  B,  C  hadisələri  baş  verəcək.  Yox  əgər, 2 saylı 
siyasəti aparsanız, onda bu siyasət Q, D, E hadisələrini şərtləndirəcək. Hansı siyasəti 
istəyirsinizsə,  özünüz  seçə  bilərsiniz».  İqtisadçılar  özlərinin  qiymətləndirmələri 
əsasında  müəyyənləşən  iqtisadi  siyasəti  düzgün  hesab  edir  və  onun  nəticələrinin 
müsbət olacağına inanırlar. Məsələn, bəzi iqtisadçılar 1 saylı siyasəti  ona görə üstün 
hesab 
edirlər ki, onun nəticəsində baş verən A, B, C hadisələri onların xoşuna gəlir. 
Digər iqtisadçılar da həmçinin 2 saylı siyasəti ona görə üstün hesab edirlər ki, Q, D, 

hadisələri  onların  xoşuna  gəlir.  Əsaslı  fərqlər  və  fikir  ayrılıqları  nəticələrə 
münasibətdə meydana çıxır. 
 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Jan - Batist Sey  (1767- 1832) 
 
Jan  -  Batist  Sey  - 
fransız  iqtisadçıdır.  Dəyər  nəzəriyyəsi,  istehsalın  üç 
amili 
haqqında  baxışlar  və mübadilə nəzəriyyəsi ona məxsusdur. Sey hesab 
edirdi  ki, 
istehsalın üç amili –əmək,  kapital və təbiət (torpaq) üç əsas gəlirə 
uyğundur: iş qüvvəsi əmək haqqını, kapital faizi, torpaq rentanı yaradır. Hər üç 
gəlirin  məbləği  məhsulun  dəyərinin  ölçüsünü  müəyyən  edir.  O,  faydalılığı 
dəyərin əsası hesab edirdi. Sey həmçinin qeyd edirdi ki, əşyanın dəyəri onun 
qiyməti ilə ölçülür, qiyməti isə faydalılıq müəyyən edir. 
Sey 
təsdiq  edirdi  ki,  istehsalçı  öz  məhsulunun  qiyməti  barədə  xəbər 
verərkən  əmindir  ki,  onun  malı  o  adamlar  tərəfindən  qiymətləndirilərək 
alınacaq ki, onların bunu almağa vəsaiti olsun. Belə vəsait  digər məhsullardan, 
məhsuldar  sənayedən,  kapitaldan,  torpaqdan  ibarətdir.  Buradan  da  o,  nəticə 
çıxarır  ki, «satış  üçün  məhsul  istehsalatın  özündə  yaranır». «Satmaq  olmaz, 
ona 
görə ki, pul azdır» tezisinə qarşı Sey başqa bir tezis qoyur: «satmaq olmaz, 
ona 
görə ki, digər məhsullardan azdır». Sey təsdiq edir ki, «pul həmişə kifayət 
qədərdir ki, tədavülə və qiymətlilərin qarşılıqlı mübadiləsinə  xidmət etsin» .  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə