Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə57/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

 141 
Sey  qeyd  edir  ki, 
istehsalçı  öz  məhsulunu  satarkən  çalışır  ki, «yalnız  öz 
məhsulunun qiymətinə elə məhsullar alsın ki, bunlar ona istehlak üçün lazım 
olsun», 
deməli, satıcı bütövlükdə pul axtarmır və onda lüzum görmür, əgər ona 
malik 
olmağı  arzulayırsa,  deməli  onu  öz  istehlakını  təmin  edən  əşyalara 
dəyişir. Bunlar Seyin mübadilə nəzəriyyəsinin əsas tezislərini təşkil edir. 
 
 
Xülasə 
 
1. 
İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam 
məşğulluğunu,  əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi 
artımı  təmin  etmək  daxildir.Tam  məşğulluq  dedikdə  əksər  əhalinin 
iqtisadiyyatda 
təminatlı  əmək  haqqı  olan  iş  yerləri  ilə  təmin  olunması  başa 
düşülür.  Qiymətlərin   sabitliyi  dedikdə  iqtisadiyyatda  elə  vəziyyət   təsvir 
olunur  ki,  bu  zaman  ümumi  
qiymətlərin  orta  səviyyəsi  nə  artır,  nə  də  ki 
azalır.İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində  daima artan miqdarda 
əmtəə və xidmətlərin  buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını 
qabaqladıqda  hər  adambaşına  düşən  məhsul  və  xidmətlər  buraxılışı  da 
getdikcə çoxalır. 
 
2. 
İşsizliyin 4 tipi mövcuddur: 
-  Friksion 
işsizlik; 
-  Tsiklik 
işsizlik; 
-  Struktur 
işsizlik; 
- Mövsümi 
işsizlər.   
 
3. 
İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin  ölçülməsi üçün 
qiymət indeksindən istifadə olunur. Digər qiymət indeksləri də vardır. 
Onlardan 
ən çox istifadə olunanları aşağıdakılardır: 

 
 
İstehsalçıların qiymət indeksi.  

 
 ÜDM -in deflyatoru  
 
4. 
Qiymətlərin orta səviyyəsinin əvvəlki dövrlərə nisbətdə  davamlı 
surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.    
 
 
5. 
İqtisadçıların fikir ayrılığının səbəbləri aşağıdakılarla izah olunur.   
-   
Müxtəlif müddət çərçivəsi; 
-  
Fərqli yanaşmalar; 

Müxtəlif iqtisadi nəzəriyyələr;  
-  
Fərqli  qiymətləndirmələr.  
 
Müzakirə üçün suallar 
 
Başlıca iqtisadi məqsədləri sadalayın və onların hər birinin izahını verin.  
?
 
 


 142 
İşsiz  olub  iş  axtaranlarla  iş  axtarmayanların  fərqində  nələr  durduğunu 
aydınlaşdırın. İşsizliyin tiplərini sadalayın və onların hər birinin izahını verin. 
Hər bir tipə aid misallar göstərin.  
Qiymət  indekslərini  sadalayın  və  onların  hər  birinin  tərifini  verin. 
İnflyasiya və deflyasiyanın fərqini göstərin. 
Müxtəlif misallar əsasında iqtisadi artım tempini hesablayın.  
Nəyə  görə  iqtisadçılar  arasında  fikir  ayrılığının  mövcudluğunu 
əsaslandırın və onun daha aydın izahını vermək üçün eyni mövzu ətrafında 3-4 
nəfər arasında debat təşkil edin. 
 
 
Test 
 
8.1. 
Əgər 1990-cı ildə ölkədə qiymət indeksi 100  və 1999-cu ildə 120 
faiz, 1999-cu i
ldə nominal ÜDM 480 mlrd. manat təşkil edirsə, onda 1990-
cı ilin qiymətləri ilə 1999-cu ildə  real ÜDM nəyə bərabərdir? 
a) 384 mlrd.manat 
b) 400 mlrd.manat 
c) 424 mlrd. manat 
d) 460 mlrd manat 
e) 480 mlrd manat. 
 
8.2. 
Əgər iqtisadiyyatda qiymətlərin orta səviyyəsi  aşağı düşürsə: 
a)  
Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha az yerli 
mallar 
alırlar 
b) 
Digər bərabər şərtlər daxilində, alıcılar daha çox idxal və daha çox yerli 
mallar 
alırlar 
c) 
Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha çox yerli 
mallar 
alırlar 
d) 
Digər bərabər şərtlər daxilində, alıcılar daha az idxal və daha az yerli 
mallar 
alırlar 
 
8.3.  Sadalanan 
hadisələrdən  hansı  struktur  işsizliyini  xarakterizə   
edir? 
a)   Kompüter 
proqramçısı işdən imtina edir və daha yüksək əmək haqqı 
olan 
iş axtarır 
b) 
İnşaatçı qışda işsiz qalır 
c)  
İqtisadi böhran zamanı avtomobil zavodunun fəhləsi iş yerini itirir 
d)  
Poladtökən fəhləni robot əvəz edir. 
 
8.4.  
Məcmu tələbin dəyişikliyi (əyrinin hərəkəti) müşahidə olunur, o 
zamani: 
a) 
İstehlak qiymətləri indeksi dəyişir 
b)  
İstehsalat resurslarının qiyməti dəyişir 
c)  
İstehlakçıların gözləmələri dəyişir 
?



 143 
d)  
Məhsuldarlıq dəyişir 
e)  Enerji 
daşıyıcılarının qiyməti dəyişir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Doqquzuncu 
fəsil  
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
Pul – bu 
hər şeydir 
 

 
Pul 
və onun funksiyaları 
 

 
Mübadilə və mübadilə vasitəsi 
 


 144 

 
Monetarist monetar 
siyasət 
 

 
Pul 
kütləsi və onun aqreqatları 
 

 
Milli Bank pul 
kütləsini 
necə tənzimləyir? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tarixən  insanların  əmtəə  və  xidmətlərin  istehsalı  üzrə  ixtisaslaşması 
dərinləşdikcə   natural  mübadilə  əməliyyatlarının  aparılması  getdikcə  çətinləşirdi.  
Bu  zaman  h
ansısa bir universal mübadilə vasitəsinə tələbat meydana çıxırdı. Pulun 
yaranmasına  səbəb   ticarətin  sürətli  inkişafı  oldu  ki,  o  da  mal  mübadiləsinin 
asanlaşdırılmasına xidmət etməli idi. 
Pul - 
əmtəə və xidmətin mübadiləsi  zamanı  sərbəst şəkildə qəbul edilə bilən hər 
əşya ola bilər. Pul - mübadilə vasitəsidir. 
 
Əgər insanlar pulu kəşf  etməsəydilər, hələ də əvvəlki tək  natural və  ya barter 
mübadiləsi mövcud olardı ki, bu da müasir həyatı sadəcə mümkünsüz  edərdi. 
Təsəvvür  edin  ki, siz ədəbiyyat  müəllimisiniz. Sizcə, supermarketdən aldığınız 
malların  haqqını  Məhəmməd  Füzulinin  həyat  və  yaradıcılığı  haqqında  danışmaqla 
ödəməyi bacarardınızmı? Və yaxud, avtomobiliniz üçün aldığınız bir bak benzinin 
əvəzinə  benzin  doldurma  məntəqəsinin  işçilərinə  Qarabağ  probleminin  səbəbləri 
h
aqqında 20 dəqiqəlik mühazirə oxumağı təklif edə bilərsinizmi? 
Pul  insanlara  öz 
məhsulunu  ona  lazım  olan  digər  məhsulla  mübadilə  etməyə 
imkan verir! 
Prinsipcə hər şeyi pul kimi qəbul etmək mümkündür - əgər onları başqa əmtəələr 
üçün 
mübadilə  vasitəsi  kimi  dəyişirlərsə.   Daha  doğrusu, "PUL"-  ticarəti 
asanlaşdırmaq üçün istifadə olunan xüsusi əşyaların ümumiləşdirilmiş adıdır. 
Keçmişdə ayrı-ayrı ölkələrdə müxtəlif  əsrlərdə çox sayda əmtəə və əşyalardan 
mübadilə vasitəsi kimi istifadə olunmuşdur. Pul kimi qızıl və gümüşdən başqa daş 
təkərlər, duz, tütün, pivə, filin, su itinin dişləri, iribuynuzlu mal-qara, sikkələr, kağız 
banknotlar 
və s.-dən istifadə edilib. Hətta XIX əsrədək Dokotoda siçan quyruğu da 
pul kimi 
çıxış edirdi.  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə