Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə53/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

 133 
alınmır. 16 və ondan yuxarı yaşı olan əhali isə üç qrupa bölünür: 
Məşğullar-bura  istənilən  ödənişli  işi  yerinə  yetirən, habelə  işi  olan,  lakin 
xəstəlik səbəbindən müvəqqəti işləməyən əhali qrupları  aid olunur.  
İşsizlər  -  elə  insanlara  deyilir  ki,  onlar  işləmir  və  paralel  olaraq  iş 
yerlərinin  axtarılması  ilə  fəal  surətdə  məşğul  olurlar.  Daha  dəqiq  desək, 
işləməyən,  eyni  zamanda  iş  tapmaq  üçün  xüsusi  səy  göstərənlər  işsiz  hesab 
olunur. 
Lakin unutmayaq  ki, 
əhalinin bəzi qrupları işləməsələr də,  işə düzəlməyə cəhd 
də göstərmirlər. Belə insanları  iqtisadi cəhətdən qeyri-fəal əhali kateqoriyasına aid 
edirlər.  
İqtisadi  cəhətdən  qeyri-fəal  əhali  (onlar  işsizlərin  siyahısına  aid  edilmir)  - 
əhalinin  elə  qrupları   hesab  olunur  ki,  bunlar  ya   təhsil  alırlar,  ya  ev 
təsərrüfatlarında   məşğuldurlar,  ya  pensiya  yaşındadırlar,  ya  da  sağlamlıq 
durumu 
ilə əlaqədar işləyə bilmirlər,  nəhayət yaxud da sadəcə olaraq işləmək 
istəmirlər. 
Yuxarıda deyilənləri qısa şəkildə ifadə etsək, məlum olur ki; 

İşi olan insanlar - məşğullar adlanırlar. 

İşi olmayan, lakin iş tapmağa səy göstərənlər işsizlər hesab olunurlar. 

İşi olmayan və onun axtarışı ilə  fəal surətdə məşğul olmayanlar iş qüvvəsi 
kateqoriyasına  daxil edilmirlər. 
İşsizliyin 4 tipi mövcuddur: 
1.
 
Friksion 
işsizlərə  iş  yerlərini  dəyişən  zaman  aralıq  müddətdə  işsiz  qalan 
insanlar daxildir. Friksion 
işsizliyi bir iş yerindən gedib digərini axtararkən 
və  yaxud,  məktəbi  və  ya  kolleci  bitirdikdən  sonra  işləmək  üçün  yaxşı 
variantlar tapmaq 
prosesində olanlar yaradır.  
2.
 
Tsiklik 
işsizlik tənəzzül zamanı yaranır. Bu  o səbəbdən baş verir ki, əhali 
mal 
və  xidmətlərin  böyük  miqdarda  alışından  imtina  edir  və  nəticədə 
rəhbərlər  öz  məhsul  və  xidmətlərini  realizə  edə  bilmədiyindən  iş  yerlərini 
ixtisar  edir, 
işçiləri  işdən  azad edirlər. 
3.
 
Struktur 
işsizlik  mövcud  olan  vakansiyaların  tələbləri  ilə  iş  axtaranların 
istəklərinin  üst-üstə  düşməməsi  səbəbindən  baş  verir.  Belə  işsizlərə  o 
adamlar aid  edilir ki, 
onları aşağı təhsil səviyyəsinə və  zəruri ixtisaslarının 
olmamasına görə işə götürmürlər. 
4.
 
Mövsümi 
işsizlərə  hava  şəraitinin  dəyişməsi  səbəbindən  ilin  bir  hissəsini 
işsiz qalan insanlar aid edilir. Belə ki, onlar ilin bəzi fəsillərində işlə təmin 
olunur, 
digər  fəsillərində  isə  təbii  (mövsümi)  dəyişikliklərlə  əlaqədar  işsiz 
qalırlar. 
Gəlin, aşağıda təsvir olunmuş hər bir situasiyaya diqqət yetirib, onun 
qarşısında işsizlik tipini ifadə edən müvafiq hərfi qeyd edək.  

 
Əgər nümunə friksion işsizliyə aiddirsə - F

 
Əgər nümunə tsiklik işsizliyə aiddirsə - T

 
Əgər nümunə struktur işsizliyə aiddirsə - S


 134 

 
Əgər nümunə mövsümi işsizliyə aiddirsə - M.  
1.
 
Sumqayıt inşaatçıları qış fəslində iş tapa bilmirlər. 
2.
 
Bakı kondisioner zavodunun fəhlələri uzun sürən tənəzzülə görə işdən azad 
olunurlar. 
3.
 
Gəncədəki işindən çıxan kompüter proqramçısı Bakıya iş axtarmağa gəlir. 
4.
 
Dükanın satıcısı işini ona görə tərk edir ki, tənəzzül zamanı əhalinin iqtisadi 
aktivliyinin 
azalmasına görə satışın həcmi azalıb. 
5.
 
 Orta 
məktəbi yarımçıq tərk edən şagird işə qəbul olunmaq üçün bir neçə 
yerə ərizə ilə müraciət edir və onların hamısından ixtisasının aşağı olması  
motivi 
ilə imtina cavabı alır. 
6.
 
Kollecin builki 
məzunu özünə ilk iş yeri axtarır. 
7.
 
İş axtaran bir nəfər əmək haqqının aşağı olmasına görə işə götürülmə 
təklifindən imtina edir. 
Burada yaln
ız 1-ci sualın cavabı «M», 2 və 4-cü «T», 3,  6  və 7-ci isə «F» və 
nəhayət 5-cı sualın cavabı isə «S»-dir. 
 
Qiymət dəyişikliyinin ölçülməsi 
İqtisadiyyatda  ümumi  qiymətlərin  orta  səviyyəsinin  ölçülməsi  üçün  qiymət 
indeksindən istifadə olunur. 
Qiymət  indeksini  tətbiq  etməklə  bir  sıra  məhsul,  iş  və  (və  ya)  xidmətlərin 
qiymətlərini «kombinələşdirmək» və bir rəqəmlə bütün qiymət dəyişikliklərini ifadə 
etmək  mümkündür.  İstehlak  qiymətləri  indeksi  (Consumer Price Index -CPI ), 
özündə qiymət dəyişilməsinin ölçüsünü göstərir. Bu indeks vasitəsilə əhalinin adətən 
istehlak  etdiyi 
əmtəə  və  xidmətlərin  qiymət  dəyişikliyi  ölçülür.  Bu  indeksin 
formalaşmasında insanların istehlakında daha çox üstünlük təşkil edən başlıca ərzaq 
məhsullarının və xidmətlərin qiymətinin dəyişməsi mühüm rol oynayır. Bu indeksin 
özü 
təxminən  400  adda  məhsul  və  xidmətdən  ibarət  olan  bazar  zənbili  əsasında 
formalaşır.  Bunun  vasitəsilə  orta  istehlakçının  hər  bir  məhsul  istehlakına  nə  qədər 
vəsait xərclədiyi müəyyənləşdirilir. 
Bununla 
yanaşı digər qiymət indeksləri də vardır. Onlar aşağıdakılardır: 

 
1. 
İstehsalçıların  qiymət  indeksi.  Bu  indeks  istehlak  mallarının  onların 
pərakəndə  satış  səviyyəsinədək  olan  qiymətini,  həmçinin  firmaların  əldə 
etdikləri avadanlıq və ehtiyatların qiymətini özündə əks etdirir. 

 
2.  ÜDM  -in  deflyator 
qiyməti,  bütün  qiymət  indeksləri  ilə  müqayisədə 
nisbətən  inteqral  göstərici  hesab  olunur.  Belə  ki,  bu  indeksdə  istehsal 
olunmuş  və  göstərilmiş  bütün  məhsul  və  xidmətlərin  qiymət  dəyişikliyi 
nəzərə alınır.  
İstənilən qiymət indeksini hesablamaq üçün  əvvəlki dövr, adətən 1 il -baza ili 
kimi  seçilir. 
Asanlıq üçün baza dövründə  istənilən  indeks  və  onun komponentləri 
həmişə  praktiki  olaraq  100  səviyyəsində  götürülür.  İstehlak  qiyməti  indeksini 
hesablamaq  üçün 
təklif olunan düstur  aşağıdakı kimidir: 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə