Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

 128 
 
Con  M.  Keynsin 
adı  iqtisad  elmində  inqlabla  bağlıdır.  Yalnız  nəzəriyyəsi  deyil, 
həmçinin bioqrafiyası da qeyri – adi dərəcədə maraqlı olan Keyns nüfuzlu  İton kollecini, 
sonra 
isə  Kembric  Universitetini  müvəffəqiyyətlə  bitirərək  ingilis  cəmiyyətinin  kübar 
təbəqələri  mühitində  püxtələşmişdir.  Bu  onun  birja  əməliyyatlarından  var-dövlət  qazanıb 
zənginləşməyinə  də  imkan  yaratmışdır.  Keynsin  «Məşğulluğun,  faizin  və  pulun  ümumi 
nəzəriyyəsi» (1936) əsəri dünya iqtisadi fikrini xeyli inkişaf etdirmişdir. 
Keynsin 
nəzəriyyəsini  dərk  etmək  çətindir,  çünki  burada  heç  də  həmişə  ardıcıllıq 
qorunmur,  bu 
səbəbdən  hələ  də  iqtisadçılar  arasında  bu  nəzəriyyəyə  fərqli  münasibətlər 
ətrafında  mübahisələr davam edir. Lakin Keynsin gəldiyi ümumi nəticə  və  onun tərəfindən 
tövsiyə  edilən iqtisadi  siyasət  hamı  üçün aydındır.  Keyns  sübut  etmişdir ki,  bazar  sistemi 
ölkələri  iqtisadi  tənəzzüldən  həmişə  öz  gücü  ilə  çıxa  bilmir.  Belə  problemlər  dövlətin 
müdaxiləsi əsasında məcmu tələbin artırılması yolu ilə  həll edilməlidir.  
Keynsin bu 
fikirləri qərb ölkələrinin makroiqtisadi nəzəriyyəsinə və dövlətlərin iqtisadi 
siyasətinə  ciddi  təsir  göstərmiş,  lakin  onun  bəzi tövsiyələrindən  bir  sıra  dövlətlər  sonralar 
imtina 
edilmişdir.  Keyns  həmçinin  pul  və  banklar  sahəsində  də  görkəmli  nəzəriyyəçi  və 
praktik 
sayılır.  Onun  tövsiyələri  ilə  İngiltərədə  və  digər  ölkələrdə  bank  islahatları  həyata 
keçirilmişdir.  Doğma vətəni qarşısında xidmətlərinə görə C.  M.  Keyns Lord tituluna layiq 
görülmüşdür.
   
 
 
Xülasə: 
 
1.
 
Ümumi  daxili 
məhsul  (ÜDM)  və  ümumi  milli  məhsul  (ÜMM) 
iqtisadiyyatın əsas göstəriciləridir. 
2.
 
ÜDM-nin 
hesablanması zamanı əsas problem ikili hesabı ləğv etməkdir. 
3.
 
ÜDM-i il 
ərzində olan bütün gəlirlər və ya xərcləri toplamaqla hesablamaq 
olar 
4.
 
Nominal ÜDM-nin 
köməyi ilə cari ildə istehsal olunan məhsulların həcmi 
həmin ilə olan qiymətlərə ölçülür. Real ÜDM-in həcmi isə hər hansı baza 
ilinin 
qiymətləri ilə müəyyənləşdirilir. 
 
Müzakirə üçün suallar:
 
1.
 
Niyə ÜDM-in hesablanması zamanı məhsulun yalnız son dəyərinə diqqət 
yetirilir? 
2.
 
ÜDM 
və ÜMM bir-birindən nə ilə fərqlənir? 
3.
 
Məcmu təklif əyrisi Keyns, aralıq və klassik kəsiklər arasındakı fərqləri 
necə əks etdirir? 
 
TEST 
7.1. 
Aşağıda verilənlərdən hansı iqtisadi göstəricilər iqtisadiyyatda 
istehsalatı və buraxılışın həcmini daha yaxşı xarakterizə edir? 
a)  
İstehlak  qiymətləri indeksi 
b)   
İşsizliyin  səviyyəsi 
?
 
? ! 
 


 129 
c)   Ümumi daxili 
məhsul 
d)   Bazis 
dərəcəsi 
e)  
Aparıcı göstəricilərin indeksi
 
 
7.2. 
Aşağıda sadalanan xərclərdən hansılarına ÜDM-in hesablanmasında 
investisiya kimi 
baxılır:  
1-   Avtomobil zavodunun  kompüter 
alışı  
2-   
Katibənin IBM-in səhmlərini alışı  
3 -  Yeni 
binanın tikintisi 
Javab 
variantları: 
a) 
yalnız 1.    
b) 
yalnız 2.  
c) 
yalnız 1 və 2.           
d) 
yalnız  1 və 3. 
e) 
yalnız 2 və 3. 
 
7.3. ÜMM — budur: 
a) ölk
ədə istehsal olunmuş bütün əmtəələrin dəyəri 
b) ölk
ədə göstərilmiş bütün xidmətlərin dəyəri 
c) milli 
şirkətlərin və fiziki şəxslərin coğrafi məkandan asılı olmadan istehsal 
el
ədiyi bütün əmtəə və xidmətlərin dəyəri 
d) ölk
ədə istehsal olunmuş əmtəə və xidmətlərin dəyəri 
 
7.4. ÜDM-in 
gəlir və xərclər nöqteyi-nəzərdən hesablanması zamanı daha 
böyük olçü hesab olunur: 
a)  Renta 
ödənişləri 
b)  
Əmtəə və xidmətlərin əldə olunmasına dövlət xərcləri 
c)   
İstehlak xərcləri 
d)   
Əmək haqqı və ya muzdlu işçilərə kompensiyalar  
e)  Xalis faiz. 
 
 
 
 
 
 
 
 
 
 
Səkkizinci fəsil 
 


 130 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin v
ə anlayışlara diqqət yetirin: 
 

 
Başlıca iqtisadi məqsədlər 
 

 
Tam 
məşğulluq  
 

 
Qiymətlərin sabitliyi 
 

 
İqtisadi artım 
 

 
Nəyə görə makroiqtisadçıların 
fikirləri üst-üstə düşmür? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İstənilən  dövlətin  başlıca  iqtisadi  məqsədlərinə  ölkə  vətəndaşlarının  tam 
məşğulluğunu,  əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı 
təmin etmək daxildir. Gəlin, bu anlayışlar barəsində daha ətraflı söhbət aparaq. 
 1. Tam 
məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı 
olan 
iş yerləri ilə təmin olunması başa düşülür. Hətta, tam məşğulluq şəraitinə riayət 
edilməsi halında müəyyən səviyyədə müvəqqəti işsizliyin mövcudluğu mümkündür. 
Belə ki, təbii olaraq işçilər iş yerlərini dəyişən zaman və yaxud da  kimlərsə özünə 
birinci 
iş  yeri  axtararkən  müvəqqəti  işsizliyə  düçar  olur.  Əlavə  olaraq  struktur 
işsizliyi də bura daxil olur. Struktur işsizliyi o vaxt mövcud olur ki, insanlar təqdim 
olunmuş işi və ya xidməti   ixtisaslarının uyğun olmaması səbəbindən yerinə yetirə 
bilmirlər (bu barədə bir az sonra daha ətraflı danışacağıq).
  
2. 
Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət  təsvir olunur ki, bu 
zaman ümumi  
qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır. Lakin bu heç də o 
demək deyildir ki, ayrıca hansısa bir malın və ya xidmətin qiyməti dəyişmir. Təbii 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə