Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə46/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   67

 115 
 
 
 
 
 

 
 
 
 
 
   
 
 
 

 
   
 
 
 

Şəkil 30. Ev təsərrüfatları və şirkətlər arasında qarşılıqlı əlaqə 
 
Sxemdən göründüyü kimi, öncə insanlar şirkətlərə öz əmək qabiliyyətlərini (1) 
təklif  edirlər  və  öz  əmək  resurslarının  əvəzində  isə  qazanılan  haqqı-  məvacibi  (2) 
alırlar. Artıq  insanlarda pul  olandan sonra, onlar əmtəə  və xidmətlər  əldə  etməyə 
başlayırlar və bu  məqsədlə  şirkətlərə pul təklif  edirlər (3), əvəzində isə əmtəə  və 
xidmətlər alırlar (4). Lakin iqtisadiyyatda fəaliyyət göstərən qarşılıqlı münasibətlər 
sisteminin  2 
iştirakçışından  (insanlar  və  şirkətlərdən)  başqa  3-cü  iştirakçı  da 
mövcuddur- bu 
dövlətdir. Belə olan halda,  biz dövlətin həm  insanlarla və həm də  
şirkətlərlə  qarşılıqlı  münasibətlərini  araşdırmalıyıq.  Bildiyimiz  kimi,  insanlar  və 
şirkətlər  hər  biri  öz  xidmətlərini  fərqli  bazarlarda  təklif  edirlər.  Daha  doğrusu, 
insanlar 
iş qüvvəsini əmək bazarında satır və həmin bazarda da şirkətlər onları əldə 
edir. 
Şirkətlər də məhsul və xidmətlərini əmtəə bazarında satışa çıxarır və insanlar 
da  öz 
növbəsində  həmin  bazarlardan  əmtəə  və  xidmət  alırlar.  Lakin  şirkətlər 
isteh
sallarını  qurmaq  üçün  yalnız  əmək  bazarına  müraciət  etmir  və  əlavə olaraq 
digər bazarlardan xammal, material və kapital alırlar. İndiki halda bu münasibətləri 
daha  da 
aydınlaşdırmaq  məqsədilə  qarşılıqlı  münasibətlər  sxemini  bir  az  da 
mürəkkəbləşdirmək mümkündür. Bu sxemi aşağıdakı kimi təqdim etmək olar (bax: 
şəkil 31). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
8 
 
 
 
 
 
 11 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           7  
 
 
 
 
                   10 
 
 
 
 
       
 
 
 
 
 
 
 
         6   
 
 
 
 
                   12   
 
 5     
 
 
 
 
9 
 
 
 
 
 
 
 
  
Ев тясяррцфаты
 
  
Ширкятляр
 


 116 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 31. Ev təsərrüfatları, firmalar və dövlət arasında olan 
 
         
qarşılıqlı əlaqə 
 
İndi isə gəlin, bu nisbətən mürəkkəb sxemə istinadən ayrıca götürülmüş formada 
insanlarla 
dövlətin  qarşılıqlı  münasibətlərinə  nəzər  yetirək.  Sxemdən  göründüyü 
kimi  insanlar 
yalnız  şirkətlərə  deyil,  dövlətə  də  öz  əməyini  və  bacarığını  təklif 
edirlər.  Belə  ki,  onlar  dövlət  xidmətində  və  şirkətlərində,  ayrı-ayrı  büdcə 
idarələrində (dövlət büdcəsindən maliyyələşdirilən), o sıradan  qanunvericilik, icra, 
hüquq-müh
afizə orqanlarında və s. təşkilatlarda (5) çalışırlar. Onlar bu və ya digər 
fəaliyyətə sərf etdikləri əməklərinin əvəzində dövlətdən əmək haqqı (6) alır. Bütün 
insanlar, h
ansısa şirkətdə və yaxud dövlət bölməsində işləməsindən asılı olmayaraq, 
öz 
gəlirlərindən  dövlətə  vergi  ödəyirlər  (7)  və  onun  əvəzində  dövlətdən  ictimai 
əmtəə və xidmətlər (8) alırlar.  
Növbədə şirkətlərlə dövlətin qarşılıqlı münasibətləridir. Diqqət yetirsək görərik 
ki, 
dövlət özü firmalar üçün sifarişçi rolunda çıxış edir. O firmalara (dövlət və özəl 
şirkətlərə) pul ödəyir (9), əvəzində isə əmtəə və xidmətlər əldə edir (10). 
 Bu 
sistemdə  mövcud  olan  qarşılıqlı  münasibətlər  sistemini  daha  dərindən 
mənimsəmək üçün, diqqətimizi bu məqama çəkək. Biz artıq bilirik ki, ictimai əmtəə 
və  xidmətlərin  təklifi  dövlətin  iqtisadi  funksiyalarından  biridir.  Məsələn,  ölkənin  
xariclə sərhədlərinin mühafizəsi. Bunun üçün dövlətə bu funksiyanı yerinə yetirmək 
məqsədilə güclü, döyüş qabiliyyətli ordu lazımdır. Ordunu isə saxlamaq  üçün əsgəri 
paltar, 
ayaqqabı, silah və gündəlik  yeməklə  təmin etmək tələb olunur. Buna görə də 
dövlət şirkətlərə pul ödəyir va onlara hərbi paltar, ayaqqabı, silah, sursat  və s. sifariş 
  
 
  
фирмалар
 
Дювлят
 


 117 
verir. 
Şirkətlər  insanlardan  (3)  və  dövlətdən  (9)  pul  alıb,  istehsal  xərclərini  ödəyir, 
yerdə qalan məbləği  isə mənfəət formasında bölüşdürürlər. Biz bilirik ki, şirkətlər 
mənfəətinin  bir  hissəsini  dövlətə  vergi  kimi  ödəyirlər  (11),  əvəzində dövlətdən 
subsidiya  
və dotasiyalar alırlar (12).  
"Subsidiya  
nədir?" Deyə bilərsiniz  ki, subsidiya bir sıra sosial cəhətdən  vacib 
iqtisadi  sah
ələrin müəyyən xərclərini dövlətin öz üzərinə  götürməsidir. Bu, əsasən 
kənd təsərrüfatı və energetika sahəsində baş verir. Məqsəd də ondan ibarətdir ki, o 
sahədə  qiymətlər  tənzimlənsin,  mal  və  xidmət  buraxılışının  xərcləri  azalsın, 
məşğulluq  təmin  olunsun  və  s.  Axı  hər  bir   dövlət  istehsal  həcminin  artmasında, 
bütün 
əhalinin məşğulluğunda, qiymətlərin sabit saxlanılmasında maraqlıdır. 
Subsidiya  
dövlət  büdcəsindən  aşağı  səviyyəli  büdcələrə,  o  cümlədən  yerli 
büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.  
Dotasiya  
dövlət  büdcəsindən  aşağı  səviyyəli  büdcələrə,  o  cümlədən  yerli 
büdcələrə  onların  gəlir  və  xərclərini  tənzimləmək  üçün  əvəzsiz  verilən  maliyyə 
vəsaitidir.  
Beləliklə də makroiqtisadiyyat iqtisad elminin bir sahəsi kimi aşağıdakı sualları 
araşdırır və onlara cavab verməyə çalışır. 

Nə üçün istehsal və məşğulluq  tez-tez aşağı düşür? 

İşsizliyi necə azaltmalı? 

İnflyasiyanın səbəbləri nədir və onu nəzarət altında necə saxlamaq olar? 
Bu 
problemlərin  həlli  üçün  sadə  düsturlar  mövcud  deyil.  Hələ  bu  azmış  kimi 
qoyulmuş problemlərin həllinin müxtəlif səviyyələrində onlar arasında ziddiyyətlər 
 meydana 
çıxır. Gəlin əvvəlcə makroiqtisadi siyasətin əsas məqsədini müəyyən edib, 
bu 
fəsildə araşdırmaq istədiyimiz 2 başlıca suala cavab verməyə çalışaq: 

İqtisadçılar iqtisadiyyatın məcmu nəticələrini necə qiymətləndirirlər? 

Yuxarıda  sadalanan  məqsədlərə  çatmaq  üçün  tələb  olunan  iqtisadi  siyasətin 
alətləri hansılardır? 
 
MAKRO
İQTİSADİ NƏTİCƏLƏRİ 
NE
CƏ QİYMƏTLƏNDİRMƏK OLAR? 
 
Bu 
məqsədlə  iqtisadçılar  adətən  bir  neçə  göstəricidən  istifadə  edirlər.  Bu 
göstəricilər  arasında  ən  vacibləri  ümumi  daxili  məhsul  (ÜDM),  məşğulluğun 
səviyyəsi  və  inflyasiyanın  tempidir.  İqtisadi  fəaliyyətin  son  nəticəsi  əmtəə  və 
xidmətlərin  təminatı  ilə  bağlıdır.  İqtisadiyyat  üçün  mənzil  tikintisi,  ərzaq,  paltar 
toxunuşu, insanların təhsili və əyləncəsindən vacib nə ola bilər? 
 
 
 
 
 
ЦДМ  - мцяййян дювр ярзиндя юлкядя 
истеhсал олунмуш вя сатылмыш бцтцн мяhсул 
вя хидмятлярин сон дяйяридир. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə