Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

 92 
Siz sual 
verə bilərsiniz ki, sabit, dəyişən və marjinal xərcləri müəyyənləşdirmək 
nəyə  gərəkdir. Məgər,  real həyatda o nəyəsə lazımdırmı? Cavab belədir: Əlbəttə! 
Bu 
məqsədlə xərclərin harada və hansı formada lazım olduğunu izah etmək üçün 
tədqiqatlarımızı davam etdirək. 
Biz 
artıq  bilirik  ki,  firmanın  gəliri  onun  buraxdığı  məhsulun  qiyməti  ilə 
miqdarının  hasilinə  bərabərdir.  G  +  P  ⋅  Q.  Və  təbii  ki,  ayaqqabı  buraxılışı  və 
satışının   miqdarını  artırmaqla   firma  daha  çox  gəlir  əldə  edə   bilər.  Lakin,  bu  o 
deməkdirmi,  firmanın  mənfəəti  də  artıb?   Biz   yəqin  ki,  hələ unutmamışıq  ki, 
sahibkar 
mənfəətin əldə olunması naminə çalışır. 
Bir 
neçə  hesablama  aparaq.  Tutaq  ki,  bir  cüt  ayaqqabı  60000  manata   satılır. 
Belə  olan  halda  30  cüt ayaqqabının  satışından  daxil   olan  gəlir  1  milyon  800  min 
manata  
bərabər olacaq (G= X Q=60 min man x 30). Oxşar hesablamaları istehsalın 
 
müxtəlif səviyyələri üzrə aparmaqla əldə  edilən  nəticələri başqa bir cədvəldə əks 
etdirək. 
 
Cədvəl 13 

Məcmu 
gəlir 
Sabit 
 
xərclər 
Dəyişən 
xərclər 
Ümumi 
xərclər 
Mənfəət və ya 
zərər 








100 

100 
- 100 
30 
1800 
100 
900 
1000 
+800 
31 
1860 
100 
950 
1050 
+810 
32 
1920 
100 
990 
1090 
+830 
33 
1980 
100 
1025 
1125 
+855 
34 
2040 
100 
1055 
1155 
+855 
35 
2100 
100 
1090 
1190 
+910 
36   2160 
100 
1150 
1250 
+910 
37 
2220 
100 
1225 
1325 
+895 
38 
2280  
100 
1310 
1410 
+870 
 
1-ci sütunda 
ayaqqabı istehsalının gündəlik miqdarı verilir. 
2-ci  sütunda 
gəlirin  həcmi,  daha  doğrusu  1-ci  sütunda  göstərilmiş  miqdarla 
ayaqqabının 1 cütünün qiymətinin hasili (60 min manat) təqdim olunur. 
3, 4 
və 5-ci sütunların məlumatları əvvəlki cədvəldən götürülüb. 
İndi   bizim  qarşımızda  duran  başlıca  vəzifə  6-cı  sütun  üzrə  məlumatların 
h
esablanmasıdır.  Bu  zaman  2-ci  sütunun məlumatlarından  5-ci  sütunun 
 
məlumatlarını çıxmaq tələb olunur. Bu məqsədlə belə düstur tətbiq olunur: M=G-X. 
Sütun (2)- sütun (5)=sütun  (6) 
Cədvəldən  göründüyü  kimi  sıfırıncı  istehsal  səviyyəsi  zamanı  firma  100  min 
manat  h
əcmində  zərərə  davam  gətirir  ki,  bu  da  onun  sabit  xərclərinin  miqdarını 
göstərir. 
30  cüt 
ayaqqabı  istehsalı  zamanı  mənfəət  800  min   manatdan  ibarətdir  və 
 bundan  sonra  da  h
ər  cüt  ayaqqabı  vahidinə  düşən  buraxılışın  həcminin  artımı 


 93 
mənfəət məbləğini də  çoxaldır. 
Cədvəldən  göründüyü  kimi,  mənfəətin  maksimum  məbləği  35-ci  cüt  ayaqqabı 
buraxılışında mümkündür. 
Lakin  37-ci  cüt 
ayaqqabı  istehsalından  sonra  ümumi  gəlir  artsa  da,  mənfəət 
azalır. 
Bu 
cədvəlin  məlumatlarını  13-cü  cədvəlin  məlumatları  ilə  müqayisə  edəndə 
qeyd 
olunanların  nəyə görə baş verdiyini başa  düşmək olar. 
Məsələn,  cədvəldən  görünür  ki,  firma   üzrə   36-cı  cüt  ayaqqabı   istehsalına 
ümumi 
xərclər 60 min manat təşkil edir, lakin elə həmin cütün ümumi qiyməti də, 
yəni  satışının  dəyəri  də  60  min  manatdır.  Deməli,  həmin  cüt  ayaqqabı  istehsalı 
mənfəət  yoxdur  və  sonrakı  cüt  ayaqqabı  istehsalında  zərərin   yaranmasına   gətirib 
çıxarır. 
Sizcə, sahibkar özünüz olardınızsa, gündə neçə cüt  ayaqqabı istehsal edərdiniz? 
Əlbəttə  ki,  otuz  beş  cüt!  Çünki,   istehsalın  yalnız   bu  səviyyəsində   biz 
maksimum 
mənfəət əldə  edə bilərik. Bu vəziyyəti qrafikin  köməyi ilə təsvir  edək.   
 
 
        

 
                                                                                                                                 
                                                                                                                                       
 
                                                                    MC –son 
hədd xərcləri 
 
 
                                                                              MR – son 
hədd gəliri 
 
 
 
 
     Q      
  
                R    
 
 
 
 
 
 
                                                                       MP – son 
hədd mənfəəti 
  
 


 94 
 
                                                  36                                     Q  
               
Şəkil 24. Son hədd xərcləri və son hədd gəlirlərinin qarşılıqlı əlaqəsi 
 
Qrafik bizim 
əldə  etdiyimiz nəticələri əyani surətdə təsdiq edir. Göründüyü kimi 
ayaqqabı  buraxılışının  artırılması  nəticəsində  son  hədd  xərcləri  və  gəliri  çoxaldır. 
 Son  h
ədd mənfəəti bu iki göstərici  arasındakı fərqlə müəyyənləşdirilir.  Nə  qədər 
 ki, 
əyri  üzərində MR=MC nöqtəsi  əldə olunmayıb,  o vaxta kimi mənfəət  artır və 
bu  da 
müsbət  dəyişiklikləri  xarakterizə  edir.  Bu  nöqtəyə  çatandan  sonra   mənfəət 
aşağı   düşməyə  başlayır  və  beləliklə  də  son  hədd  mənfəəti  mənfi  işarə  ilə   ifadə 
olunur. 
Sual   
verə bilərsiniz ki, nəyə görə belə vəziyyət  yaranır? Hansı səbəbdən gəlir 
xərclərə bərabər  olur?  Axı, belə vəziyyətdə onların fərqi sıfırı ifadə edir,  bu  isə o 
deməkdir ki, mənfəət yoxdur? 
Burada bir "sirr" 
gizlənir. Bir çox hallarda ona o qədər də diqqət  yetirilmir. 
G
əlin, bir daha xərclərin tərkibinə nələr daxil olduğunu yada salaq? 
Bazar 
iqtisadiyyatlı  bir  çox  ölkələrdə  xərclərin  tərkibinə  biznesin təşkili  və 
mənfəətin  minimumlaşdırılması  naminə  hətta  "sahibkarlıq  qabiliyyəti" resurslarına 
görə ödənilən haqlar da daxil edilir. 
B
elə  olan  halda  sıfır  mənfəətinin  izahı  ondan  ibarətdir   ki,   istənilən  istehsalat 
fəaliyyəti nəticəsində əldə edilmiş gəlir istifadə olunmuş bütün 4 növ resurslara görə 
h
aqların    hamısını  ödəyir  və  əlavə  vəsait  qalmır.  Deməli,  bu  zaman  sahibkar  öz 
mənfəətini xərcləri çərçivəsində qazanır. 
Bu 
mənfəətə, yəni sahibkarın öz işlərini təşkil etmək üçün əldə etdiyi vəsaitə 
normal 
mənfəət deyilir. 
Bundan 
aşaüı mənfəət sahibkarı qane etmir. Çünki, normal mənfəətdən az vəsaitlə 
fəaliyyəti davam etdirmək sərfəli deyil və  buna görə də  sahibkar  işlərini 
dayandıraraq biznesinin başqa sahədə təşkilinə başlayır. 
Normadan 
yuxarı mənfəət iqtisadi mənfəət adlanır. 
Biz 
başa  düşürük  ki, hər  bir  sahibkar  mənfəətin  maksimumlaşdırılmasına 
ç
alışmalıdır, çünki aşaüı mənfəət onun fəaliyyətini sərfəsiz edir. 
Beləliklə,  bəzi  yekunlara  diqqət  yetirək:  son  hədd  xərcləri  adətən  MC  ilə 
(
ingiliscə  Marginal cost) işarə  olunur  və  bu  firmanın  əlavə  məhsul  istehsalına 
çəkdiyi məsrəfləri xarakterizə edir. 
Əgər  istehsalat artırsa onda son  hədd xərcləri  əvvəlcə azalır, sonradan artır və 
maksimum 
səmərəlilik nöqtəsini ötən kimi azalan qaytarma qanunu qüvvəyə minir. 
Son  h
ədd gəliri - hər bir sonrakı  məhsul istehsalından əldə olunmuş əlavə 
gəlirdir və MR (Marginal  revenue) ilə işarə olunur.   
Son  h
ədd  mənfəəti  -  son  hədd  gəliri  ilə  son  hədd  xərcinin  fərqidir  və 
MP (marginal profit) 
ilə işarə edilir. 
Bu 
istiqamətli fikirlərimizi yekunlaşdırarkən, qeyd etməliyik ki, firma istehsalın 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə