Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

 83 
-  
firmaların yaranması və ləğvi ilə  bağlı dövlət nəzarəti həyata keçirilir; 
- kommersiya 
fəaliyyətində qeyri-qanuni amillər aşkar olunur; 
- vergiqoyma h
əyata keçirilir. 
Qeydiyyat 
dövlət  reyestrinə  salınma  yolu  ilə  aparılır.  Qeydiyyat  yeri  və 
qaydaları müxtəlif ölkələr üzrə fərqlidir və dövrü olaraq dəyişə bilər.  
Məsələn,  bizim  respublikada  90-cı  illərin  əvvəllərində  bu  iş  hər  bir  inzibati 
rayonun  icra  h
akimiyyətinə həvalə olunmuşdursa, hazırda  qeydiyyat məsələləri ilə 
bütövlükdə  Ədliyyə  Nazirliyi  və  onun  bölgələr  üzrə  nümayəndəlikləri   məşğul 
olurlar. 
Firma 
adı  özündə  bəzən  onun  bir  və  ya  bir  neçə  sahibinin  adını  əks   etdirir. 
Məsələn, "Ford", "Kraysler", "Fillps", "Dovqan".  Firmalarının  adı  fəaliyyətin 
xarakterini 
də   özündə   əks  etdirə   bilər:  məsələn,  «Ceneral  Motors»,  «Coca-
Cola» 
və s. 
Firma 
adı  birləşmənin  xarakterini  də  göstərməlidir.  Məsələn,  Səhmdar 
Cəmiyyətlər  bizdə  SC  ilə,   Fransada,  Belçikada,  İspaniya  və  İtaliyada  "SA", 
Almaniyada  "AG" 
ilə  ifadə olunur.  Və  ya  məhdud  məsuliyyətli  cəmiyyət 
Azərbaycanda "MMC", Rusiyada "OOO", Britaniyada   "LTD" ilə  işarələnir.  
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
Adam Smit (1723 – 1790)  
 
Böyük 
iqtisadçı, şotland Adam Smit iqtisad elminə verdiyi 
töhfəsinə  görə  bütün  müasir  iqtisadçı-alimlərin  hamısına  
bərabər  sayıla  bilər.  Onun  «Xalqların  sərvətinin  təbiəti  və 
səbəbləri haqqında tədqiqatlar» (1776-cı il)  kitabı Adam Smit 
adını həmişəlik olaraq iqtisadi fikirlər tarixinə yazıb. Bu kitab 
ona «iqtisad elminin 
atası» titulunu qazandırıb. Smitin şöhrətə 
doğru  gedən  yolu  asan  olmayıb.  O, doğulmasına  bir neçə ay 
qalmış çox da varlı olmayan, gömrük məmuru olan atası vəfat 
edib. 
Adamı  anası  tərbiyə  edib.  Smit  14  yaşında  Qlazqo 
Univ
ersitetinə  daxil  olub,  28 yaşında  isə  artıq  həmin 
Universitetin professoru 
adına layiq görülüb. 
Adam  Smit 
insanı  ideallaşdırmır,  o  insanın  qüsurlarını  və  zəif  cəhətlərini  görür  və  
yazırdı: «İnsanların  hamısında  bu  cəhət  eynidir,  onlar  daimi  olaraq  öz  vəziyyətini 
yaxşılaşdırmağa çalışır - elə burdan da ictimai, milli və həmçinin şəxsi sərvətlər əmələ gəlir». 
O özünün 
əvvəlki sələflərindən fərqli olaraq başa düşməyə və sübut etməyə çalışırdı ki, milli 
sərvətlər  yalnız  kənd  təsərrüfatı  və ticarətdə  deyil,  iqtisadiyyatda  da mövcud  olan  istehsal 
sferasının  bütün növlərində  yaradılır.  Böyük  şotland  alimi göstərirdi  ki,  əmtəə mübadiləsi 
yalnız o halda baş tutur ki, bu sövdələşmə hər iki tərəf üçün fayda gətirsin. Bu o dövr üçün 
iqtisadiyyatda  inqilab hesab olunurdu. 
Smitə qədər qədim yunanlar ticarətə və mübadiləyə 
münasibətlərini  zarafatla belə ifadə edirdilər: «Bazar – elə bir yerdir ki, orada insanlar bir-
 


 84 
birini  aldada 
bilirlər». Yəni,  onların fikrincə, istənilən sövdələşmədən bir tərəf udur,  digər 
tərəf isə mütləq surətdə uduzur. A.Smitin əsaslı mövqeyi   belə baxışlara son qoydu. 
 
Xülasə: 
1.
 
Rəqabət nöqteyi-nəzərincə bazarın 4 tipi fərqləndirilir: 
-  
mükəmməl (xalis) rəqabətli  bazar 

inhisarçı rəqabətli bazar  
- oliqopol bazar  

inhisarçı bazar 
2.
 
Mükəmməl  rəqabətli  bazarda  ayrı-ayrı  firmalar  öz  qiymətlərini  bazarın 
bazarlıq qiymətinə uyğunlaşdırırlar. 
3.
 
İnhisarçı rəqabətli bazarda firmalar arasında rəqabət yalnız qiymət üzərində 
deyil, eyni zamanda 
keyfiyyət, reklam, satış şərtləri və s. üzrə həyata keçirilir. 
4.
 
Oliqopoliyanın fərqləndirici cəhəti bu bazarda fəaliyyət göstərən firmaların 
az  sayda 
olmasıdır.  Belə  bazara  «giriş»  həddindən  artıq  çətindir.  Çünki,  bu 
bazarda  
işə  girişmək  və  uğur  qazanmaq  üçün  ilkin  olaraq  külli  miqdarda 
vəsait tələb olunur. Belə bazarda rəqabət «qeyri-qiymət» xarakteri daşıyır. 
5.
 
İnhisar o vaxt mövcud olur ki, hər hansı məhsulun yeganə bir istehsalçısı 
olsun, 
yəni həmin firmanın əvəzedicisi olmasın. İnhisarçı qiymətə təsir edərək 
yalnız  istehsal  olunmuş  məhsulun  miqdarında  sahibkar  manipulyasiya  edə 
bilər. 
6.
 
Fərdi,  ortaqlıq  firmaları,  şirkətləri  və  səhmdar  cəmiyyətləri  müəssisələrin 
əsas hüquqi formalarıdır.  
 
 
Müzakirə üçün suallar:
 

Nə üçün mükəmməl (xalis) və inhisarçı rəqabətli bazarlara «giriş» və «çıxış» 
asandır? 
- Oliqopol bazarda firmalar bir qayda olaraq qeyri-
qiymət rəqabəti aparır. Bu 
hal 
firmaların zəif, yoxsa güclü cəhətidirmi? 
- Biznesin 
təşkilati-hüquqi formaları hansılardır? Onların hər birinin 
üstünlükləri və çatışmazlıqları nədədir? 
 
TEST 
4.1. 
İnhisarçı rəqabət nəyə deyilir: 
a) Bazarda 1 
şirkət olanda 
b) Bazarda 3-5 iri firma olanda 
c) Bazarda  eyni 
məhsuldan çoxlu kiçik firmalar satanda  
d) bazarda eyni, lakin bir 
qədər fərqli məhsul istehsalına 
 
4.2.  Avtomobil 
sənayesinə  bir  neçə  iri  korporasiya  hökmranlıq  edir. 
Nəticəsi necə olur, bu sahədə rəqabətdən danışmağa dəyərmi? 
a) 
dəyməz 
b) bütövlük
də qiymət xarakteri daşıyır.   
c) qeyri-
səmərəli istehsalın mövcudluğuna gətirib çıxarır. 
?
 
? ! 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə