Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə30/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67

 74 
mümkün  olarsa 
belə,  sizin  istehsal  elədiyiniz  avtomobillərə  kimlərinsə  üstünlük 
verəcəyinə  heç  bir  inam  yoxdur.  Və  çox  güman  ki, heç  kim  tanımadığı  firmanın 
istehsal  etdiyi  avtomobili  almaq 
məqsədilə  külli  miqdarda  vəsait  ödəməyəcək. 
İkincisi, reklama xeyli pul tələb olunduğu halda və hətta bu istiqamətdə ehtiyaclar 
qarşılansa da  yenə də yeni avtomobilin uğur qazanmaq prespektivi azdır. 
Oliqopoliyada 
digər baryer həmin sahəyə girərkən yaranır. Axı, bir çox hallarda 
patentlər  və  kvotalar,  xammal  üzərində  dövlət   nəzarəti  bu  fəaliyyətin 
məhdudlaşdırılmasına  yönəldilir. Belə  olan  halda həmin sahəyə  girmək xeyli çətin 
olur.  
Bəs  oliqopiya  şəraitində  firmalar  arasında  rəqabət  hansı  şəraitdə  baş   verir? 
Göründüyü  kimi,  o  "qeyri-
qiymət" xarakteri daşıyır. Bu bazarda fəaliyyət göstərən 
firmalar 
bilirlər ki, öz aralarında “qiymət müharibəsi”nə başlasalar onlardan heç biri 
qalib  olmayacaq.  Tutaq  ki, 
Azərbaycan  bazarında  məhsulunu  satan  şirkətlərdən 
 "Mersedes" 
və  "Ford"  şirkətləri  bir-biri  ilə  "qiymət  müharibəsi”nə  başlayır. 
"Mersedes" 
şirkəti öz maşınlarının qiymətini iki dəfə aşağı salır. Ona cavab olaraq 
"Ford"  da  
qiymətləri  2-3   dəfə  ucuzlaşdırır.  Buna  baxmayaraq, hər  iki  şirkət  
"
yaşayacaq"  və  bizim  ölkə  həmin  firmaların  çoxsaylı  bazarlarından  biri  kimi 
qalacaq. Bütün 
bunların nəticəsi olaraq onların maliyyə-satış  fəaliyyətlərindən əldə 
etdikləri mənfəətin miqdarı  azalacaq. 
Bunu 
başa düşən firmalar oliqopol bazarda  fəaliyyət  göstərən zaman heç  vaxt 
 "
qiymət" rəqabəti  aparmır. Lakin,  digər  bütün  sahələrdə onlar arasında mülayim 
 
rəqabət mübarizəsi gedir. Beləliklə də bəzi avtomobil şirkətləri öz məhsullarını ən 
təhlükəsiz məhsul kimi  reklam edir, digərləri komfort və ya sürət parametrini  önə 
çəkir.  
Belə  bazarların da  öz liderləri  olur  və adətən oliqopoliya zamanı firmalar ya 
əvvəlcədən qiymət siyasətini bir-birilə razılaşdırır və ya da lider - firma öz qiymətini 
birinci  olaraq 
müəyyənləşdirir,  yerdə  qalanlar  da  öz  məhsullarına  ona 
 
istiqamətlənmiş qiymət  qoyurlar. Və nəhayət, 
 
XALİS İNHİSAR 
İnhisar  o   vaxt  mövcud  olur  ki,  yalnız  bir  firma  həmin  məhsulun  yeganə 
isteh
salçısı sayılır  və onun bazarda əvəzedicisi yoxdur.  
Məhsulun  əvəzləyicisinin  olmamasından  danışarkən,  başlıca  olaraq,  alıcının 
seçiminin, alternativinin 
məhdudluğu başa düşülür. Malın əvəzləyicisinin olmaması 
reklam 
baxımından  çox  sərfəlidir.  Belə  olan  halda  inhisarçıya  reklama  külli 
miqdarda 
vəsait  xərcləməyə  ehtiyac  qalmır,  çünki  onsuz  da  onun   bazarda  rəqibi 
yoxdur.  Biz 
öyrənmişdik  ki,  xalis  rəqabətdə  ayrıca  firma  bazarın  təyin  etdiyi 
qiymətlə  razılaşmağa  məcburdur.  İnhisarçı  isə  qiymət  üzərində   nəzarəti  həyata 
keçirir,  
qiymətləri  diktə  edir.  O,  istehsal  olunmuş  məhsulların  miqdarı  üzərində 
manipulyasiya 
etməklə qiymətə təsir göstərir. İnhisarın mövcudluğu praktiki olaraq 
iqtisadi,  texniki, hüquqi 
və s. baryerlərin  dəf  edilməsi ilə  izah  olunur. Burada, biz 
xüsusilə  qeyd  etməliyik  ki, "təbii   inhisarlar"a  əsasən  ictimai  istehlak  sferasında, 


 75 
elektrik,  su 
və  qaz   təhcizatı  sahəsində   rast  gəlinir.  Bu  sahədə  rəqabət  tezliklə 
isteh
lakçıların   xeyrinə  dəyişdiyindən  hökumət  istisna  olaraq  bu  sahəyə  əlavə  bir 
firma da 
cəlb edir. Lakin bu dəyişiklik olsa da belə hökumət adətən qiymətə nəzarət 
hüququnu 
özündə saxlayır.  
Cədvəl 10 
Bazarın növləri və onların xarakterik əlamətləri 
Əlamətləri 
Xalis 
rəqabət 
İnhisar rəqabəti 
Oliqopoliya 
İnhisar 
Firmaların sayı  xırda 
firmaların 
çox 
olması 
çox 
sayda 
firmanın olması 
bir 
neçə 
iri 
firmanın olması  
bir iri firma 
Məhsulun növü  eyninövlü 
eynicinsli 
eyninövlü 
və  ya 
differensiallaşmı
ş 
unikal 
Bazara 
daxil 
olma 
şəraiti 
çox asan 
nisbətən asan 
böyük 
maneələr 
çox 
çətin 
Qiymətlərə 
nəzarət 
yoxdur 
əmtəənin 
əvəz 
edilməsi 
imkanları 
baxımından 
məhduddur 
qiymət  liderinin 
üstünlüyü 
tam 
nəzarət 
Nümunələr 
kənd 
təsərrüfatı 
məhsulları, 
balıq,  səhm, 
istiqraz 
pərakəndə  ticarət 
üzrə 
yerli 
mağazalar 
pivə,  alüminium, 
pambıq, 
avtomobil, 
alkoqolsuz 
içkilər, sabun 
su 
təchizatı, 
qaz 
xidməti, 
telefon 
və 
digər 
kommunal 
xidmətlər 
 
SAHİBKAR:  O KİMDİR? 
Çoxları  hesab  edir  ki,  sahibkarlıq  bizim   iqtisadiyyatımızda  yeni  fəaliyyət 
növüdür. Bu 
fəaliyyət kimin  üçün yenidir? Təbii ki, bu işlə məşğul olmayan bizlər 
üçün 
belə  fəaliyyət  yeni  hesab  oluna  bilər.  Lakin  sahibkarlıq  bu  və   ya  digər 
 formada h
əmişə mövcud olub. Hətta sovet dövründə də  sahibkarlığın inkişaf tarixi 
bir  
neçə mərhələdən keçib. 
Birinci 
mərhələ Ötən əsrin 20-ci illərin əvvəllərinədək olan dövrü əhatə  edib. 
Bu 
mərhələdə  sahibkarlıq  iqtisadi  həyatdan  sıxışdırılıb  çıxarılıb.  Bütün   sferalarda 
dövlət inhisarı qurulub. Əvvəlcə sənaye  müəssisələrinin, sonra isə kiçik  firmaların 
milliləşdirilməsi prosesi gedib. 
İkinci mərhələ - yeni  iqtisadi siyasət dövrüdür. Bu dövrdə özəl  sahibkarlıqdan 
iqtisadi 
inkişaf üçün  istifadə olunub. Yenidən özəl firmalar meydana  gəlib. 
Üçüncü 
mərhələnin  ömrü  60  ildən  çox  uzanıb.  Bu  dövr  ərzində   sahibkarlıq 
leqal  sektordan   "sürgün"  edilib,  qeyri- leqal   
şəraitdə  fəaliyyət  göstərib.  Gizli 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə