Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə28/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   67

 68 
qonaq 
etməyinizlə bağlı xərclər aid edilir. 
Və  bütün  bu  xərcləri  ödəməklə  yanaşı  siz  500  manatı  yığmaq  imkanlarına  da 
maliksiniz.  Ola 
bilər  ki,  bunu  o  məqsədlə  edirsiniz  ki,  növbəti  həftə 
maqnitofonunuza 1 
ədəd audiokaset alasınız. 
Lakin 
büdcə heç də həmişə sabit olmur. Bəzən məvacib və yaxud sair gəlirlərin 
heç  biri 
alınmır.  Onda  çox  güman  ki,  həm  kinoya  getməkdən,  həm  də  yığımdan 
imtina 
etmək lazım gəlir.   
Sizlərdən  çoxu büdcənin maddələrinə baxarkən ilk növbədə "yığım" maddəsini 
qeyd  edirsiniz.  Siz  h
ər gün ətrafınızda bankların  əhalinin  əmanətlərini cəlb  etmək 
istəyi ilə verdikləri müxtəlif  reklamlarla üzləşirsiniz. 
Bankların  necə  işlədiyini,  insanların  vəsaitlərini  əmanət  şəklində  niyə 
 
saxladıqlarını biz sizinlə makroiqtisadiyyat  fəslində öyrənəcəyik. İndi söhbətimizi 
bitirərkən  bir  daha  qeyd  edək  ki,  konkret  insanın,  ailənin,  bütövlükdə   dövlətin 
 
büdcəsi olur. 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Ernest Engel  (1821-1896) 
 
Alman  statistiki,  Prussiya  statistika  bürosunun 
rəhbəri,  məşhur  «Engel 
qanunu»nun 
müəllifi  Ernest  Engelin  adı  hər  bir  iqtisadçıya  yaxşı  tanışdır.  
Engelin 
əsas tədqiqat sahəsi ailə büdcəsinin strukturu olub. O bu istiqamətdə 
apardığı çoxillik statistik təhlillərin nəticəsində belə qənaətə gəlmişdir ki, ailə  
gəlirlərinin  artımı  onun  büdcəsinin  strukturuna  təsir  göstərir.  Bu  zaman 
fizioloji 
tələbatlara -qidalanmaya xərclərin xüsusi çəkisi aşağı düşür, geyimə, 
yaşayışa  sərf  olunan  xərclər  əvvəlki  səviyyədə  qalır,  mədəni  tələbatların 
ödənilməsinə yönələn xərclərin isə ümumi yekunda payı yüksəlir. Bu nəticələr 
üzərində qurulmuş qanunauyğunluq iqtisadiyyatda «Engel qanunu» adını alıb.  
Beləliklə  də  ayrı-ayrı  ölkələrdə  ailə  büdcəsinin  strukturunun  təhlilinin 
nəticələri  ilə  tanış  olmaqla,  orda  ölkə  əhalisinin  yaşayış  səviyyəsini  
qiymətləndirmək  mümkündür.  Əgər  ailə  büdcəsində  qidalanma  xərclərinin 
xüsusi 
çəkisi yüksəkdirsə, deməli bu göstərici həmin ailənin pis dolanışığının 
ifadəsidir və əksinə.  
 
Xülasə: 
 
1.
 
İqtisadiyyatın 5 başlıca sosial məqsədi vardır: 

 
iqtisadi 
azadlıq 

 
iqtisadi 
səmərəlilik 

 
iqtisadi 
bərabərlik 

 
iqtisadi 
təhlükəsizlik 
 


 69 

 
tam 
məşğulluq və sabitlik 
 
2.
 
Daha 
tənqidi düşünmək və qərar qəbul etməyi bacarmaq üçün alternativ 
qərarları nəzərə almaq və məqsədləri vaciblik dərəcəsinə görə 
qruplaşdırmaq vacibdir. 
İqtisadiyyat – istehlakçıların davranışlarını təhlil etmək üsuludur. 
 
3.
 
Bazarlar 5 funksiyaya malikdir: 

qiymət əmələ gəlməsi 
- informasiya 

vasitəçilik 

tənzimləyici 

sağlamlaşdırma 
 
4.
 
Bazar mexanizmi 
nöqsansız deyil. O, cəmiyyətin bütün problemlərinin 
həllini təmin etmir. Elə hallar olur ki, iqtisadiyyatda baş verən 
problemləri bazar çözə bilmir və belə hallar «bazarın dayanıqsızlığı» 
adlandırılır. 
 
5.
 
Ölkədə gəlirlər əməyin nəticəsindən və mülkiyyətin ölçüsündən asılıdır 
və əslində  də belə olmalıdır, ancaq insanların həyat səviyyəsində 
həddindən artıq böyük fərqlərə imkan vermək olmaz. Çünki bu sosial 
gərginliyə gətirib çıxara bilər. 
 
 
Müzakirə üçün suallar: 
 
- «
İqtisadi azadlıq» anlayışını izah edin 
- «Tam 
məşğulluq» ölkədə işsizlərin olmaması deməkdirmi? 

İqtisadi bərabərlik dedikdə nə başa düşülür? 
 

İctimai rifahın əsas xarakteristikaları hansılardır? İstisna prinsipinin 
əhəmiyyətini izah edin. Hansı vəsaitlərlə hökumət ölkənin ictimai rifahını 
təmin edir? 
 

Bizə dövlət nə üçün lazımdır? (dövlətin əsas funksiyalarını sadalayın) 
- Özünüzün 
həftəlik büdcənizi tutun və onun nə üçün  kəsirdə qalmasını və ya 
artıq olmasını müəyyənləşdirin. 
 
 
 
TEST 
 
3.1. Azad sahibkarl
ıq sistemi nəyin üzərində qurulur 
1 — öz
əl mülkiyyətin  2 — azad qiymətqoyma sisteminin  3 — rəqabətin  
a) Yal
nız 1-cinin  
?
 
? ! 


 70 
b) Yal
nız 2-cinin  
c) 1-ci 
və 3-cünün  
d) 
hamısının 
 
3.2. 
Aşağıda sadalananlardan hansı bazarın funksiyasına daxil deyil 
a) vasit
əçilik  
b) 
sağlamlaşdırma 
c) 
qiymətqoyma 
d) t
ənzimləyiji 
e) investisiya 
f) informasiya 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 71 
Dördüncü 
fəsil 
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
Bazar 
modelləri 
 

 
Sahibkarlıq  
 

 
Firmanı necə yaratmalı? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bazar  iqtisadi  sistemi  çoxlu  sayda 
müsbət  cəhətlərə  malikdir.  Onun 
üstünlüklərinə  resurslardan  səmərəli  və  çevik  istifadə,  istehlakçıların  istəyinə 
intensiv reaksiya 
vermək qabiliyyəti, fəaliyyət seçiminin azadlığı və sairə aid  edilə 
bilər. 
Lakin, bu sistemin 
çatışmayan tərəflərini də heç vaxt nəzərdən qaçırmaq olmaz. 

resursların  əvəzedilməzliyini   saxlamaq  qabiliyyətinə,  ətraf  mühitin  mühafizəsi 
mexanizminə, bütün insanlara  mənsub olan resursları səmərəli şəkildə tənzimləmək 
imkanlarına  malik  deyil.  Bazar  iqtisadiyyatı  kollektiv   istifadədə   olan  (yollar, 
ictimai 
nəqliyyat,  təhsil,  səhiyyə  və  başqaları)  məhsul  və  xidmət   istehsalı  üçün 
stimullar 
yaratmır,  ən  başlıcası  isə  bu  sektorda  əmək  və  gəlir  hüququna  təminat 
vermir.  Bazar  sosial 
təyinatlı  zəruri  məhsulların  istehsalına  deyil,  haqqını  ödəmək 
imkanlarına  malik  olan  istehlakçıların  sifarişləri  üzrə   tələbatların  yerinə 
yetirilməsinə xidmət edir. 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə