Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə24/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

 59 
5. 
Yanaşı effektlərə düzəliş edilməsi; 
6. 
İqtisadiyyatın sabitləşdirilməsi. 
Bu 
funksiyaları ayrı-ayrılıqda öyrənməyə və onların məğzini başa düşməyə cəhd 
edək.  
 
1. Hüquqi baza 
və sosial təminat 
əsaslarının yaradılması 
Mülkiyyət  hüququ  dəqiq  müəyyənləşdirildikdə,  eləcə  də  bağlanmış 
müqavilələrə, imzalanmış kontraktlara riayət edilməsi qanunla təsbit edildikdə bazar 
effektiv 
işləyir.  Standartlaşdırılmış  pul,  ölçü  və  çəki  vahidlərindən  istifadə  olunur. 
Ticarət maneələri minimuma endirilir (gömrük qaydaları və rüsumları və s.). 
Dövlətin bu istiqamətdə qanunvericilik fəaliyyətini həyata keçirən institut kimi 
parlament 
çıxış edir. Parlament polisin, məhkəmələrin, sahibkarların və digərlərinin 
funksiyaları  ilə  əlaqədar  müxtəlif  qanunlar  hazırlayır  və  qəbul  edir.  Pulun  çap 
olunması  və  tədavülü,  onun  dövriyyəsinin  tənzimlənməsi  məsələləri  ilə  isə  Milli 
Bank 
məşğul olur. Bu barədə sonrakı fəsillərin birində daha geniş danışacağıq.  
İqtisadiyyatın bazar "relslərinə" keçidinin  başlanğıcında bir çox insanlar onlara 
tamamilə tanış olmayan şəraitlə üzləşir. İnsanlar qeyri-müəyyənliklərdən, ictimai və 
siyasi 
sabitsizlikdən  qorxduğundan  dövlətin  bu  funksiyasının  rolu  "keçid" 
iqtisadiyyatında daha da yüksəlir.  
 
2. R
əqabətin dəstəklənməsi 
İnhisar hakimiyyətinin  məhdudlaşdırılması çox çətin və ağrılı prosesdir. Bəzən 
dövlətin  iqtisadiyyatın  bütün  sferalarına  müdaxilə  cəhdi  müşahidə  olunur.  Bu 
köhnəliyin xəstəliyidir. 
Ayrıca  bir  firmanın  bazarı  zəbt  etmə  cəhdi  də  malların  keyfiyyətinin  aşağı 
düşməsinə,  qiymətlərin  bahalaşmasına  gətirib  çıxarır  ki,  dövlət  də  qanunların 
köməyi  ilə  belə  hallara  qarşı  mübarizə  aparmalıdır.  Nümunə  olaraq  antiinhisar 
qanunvericiliyini 
və onların icrasına nəzarət edən orqanları göstərmək olar.  
 
3. G
əlirlərin yenidən bölgüsü 
Bu 
funksiyanın üzərində ətraflı dayanaq.  Bu funksiya vasitəsilə ölkə əhalisinin  
həyat səviyyəsi tarazlaşdırılır.  
Həyat  səviyyəsi  -  insanların  fiziki,  mənəvi  və  sosial  tələbatlarının  ödənilməsi 
səviyyəsinin  inteqral  xarakteristikasıdır.  Əhalinin  həyat  fəaliyyətinin  müxtəlif 
tərəflərini  əks  etdirən  göstəricilər  sistemi  ilə  ifadə  olunur:  əhalinin  hər  nəfəri 
(
adambaşı) hesabı  ilə  istehlak  edilən  mal  və  xidmətlərin  həcmi,  ən  mühüm 
məhsulların  natural  istehlakının  həcmləri,  adambaşına  real  gəlir,  mənzil  təminatı, 
h
abelə kommunal, nəqliyyat və rabitə xidmətləri ilə təmin edilmə səviyyəsi, təhsil, 


 60 
səhiyyə və mədəniyyət xidmətlərinin əldə edilə bilməsi və s. Beynəlxalq standartlara 
uyğun  olaraq  buraya  həmçinin  məşğulluq,  əmək  şəraiti,  iş  gününün  uzunluğu, 
şəxsiyyət  hüquqlarının  sosial  təminatları,  onun  təhlükəsizlik  şərtləri,  demoqrafiya, 
ekologiya, 
sağlamlıq, ərzaq təminatı göstəriciləri, maddi və maliyyə yığımları, sosial 
diferensasiya  (
təbəqələşmə),  cinayətkarlığın  yayılması  və  s.  kimi  göstəricilər  də 
daxildir.  Göründüyü  kimi 
həyat  səviyyəsini  xarakterizə  edən  müxtəlif  göstəricilər 
vardır  və  insanların  hamısının  onlara  çıxış  imkanları  eyni  deyildir.Buna  görə  də 
insanlar 
yaşayış səviyyələrindəki kəskin fərqlərdən narazı qalırlar. İqtisadiyyatda bu 
fərqi əks etdirən qrafik mövcuddur ki, onu da yaradıcısının şərəfinə "Lourens əyrisi" 
adlandırırlar.  
 
 
 
Gəlirlər 
 
 
 
 
 
 
 
 
 
 
 
                                          
Əhalinin sayı 
Şəkil 20. Lourens əyrisi 
 
Bu  qrafik 
kamanı  xatırladır,  gördüyümüz  düz  xətt  o  gövdəyə,  əyri  xətt  isə 
gərilmiş  ipə  bənzəyir.  Belə  ki,  gövdə  bütün  ölkələrin  gəlirlərinin  mütləq 
bərabərliyini, əyri xətt isə  mütləq bərabərsizliyini xarakterizə  edir. Gerçək  həyatda 
cəmiyyət  həmişə  mütləq  bərabərliklə  bərabərsizlik  arasındakı  sahədə  dayanır. 
Lourens 
əyrisindən də bu ölkədəki gəlirlərin bölgüsünün mütləq bərabərsizliyə və ya 
bərabərliyə yaxın olması görünür.  
İpin gərilməsi nə qədər çoxdursa cəmiyyət bərabərsizliyə bir o qədər yaxın olur. 
Lourens 
əyrisinin  düz  xəttə  yaxınlaşması  gəlirlərin  bərabərliyini  əks  etdirir.  Belə 
vəziyyət əmək məhsuldarlığına stimulları məhv edir. İstənilən ölkədə insanlar fərqli 
qabiliyyətlə doğulurlar. Çox az insan elmdə kəşflər etməyə və ya idman olimpinin 
yüksəlişinə  çatmağa  və  yaxud  da  yaratdığı  müəssisəni  çiçəkləndirməyə  və  s. 
qadirdir.  
Onların əməyi necə qiymətləndirilir? Cəmiyyət üçün hansı vacibdir - əmək faktı, 
yoxsa onun 
nəticəsi? 


 61 
Bir 
vaxtlar 
sosialist 
dövlətlərində  məvaciblər  əməyə  görə,  əmək 
məhsuldarlığından asılı olmayaraq hamı üçün eyni qaydada ödənilirdi.  
Yox, 
əgər  maaşlar nəticələrə  görə  ödənilirsə, onda az qabiliyyətli insanlar çox 
qabiliyyətlilərə  nisbətən  yoxsul  yaşayacaq.  Hazırda  bazar  iqtisadiyyatına  keçidlə 
əlaqədar  xüsusi  mülkiyyətin  üstünlüyü,  onun  vərəsəlik  üzrə  ötürülməsi 
bərabərsizliyi  daha  da  çoxaldır.  Gəlin  razılaşaq  ki,  iqtisadiyyatın  normal  inkişafı 
üçün 
bərabərsizliyin mövcudluğu qəbul olunandır. Yoxsa, insanların əmək fəallığını 
heç 
nə ilə  mükafatlandırmaq  mümkün  olmur.  Axı,  dövlət  heç bir  iqtisadi tədbirlə 
bütün 
insanların təxminən eyni gəlirlər səviyyəsində yaşayışını təmin edə bilməz. 
Yeri 
gəlmişkən  onu  da  qeyd  edək  ki, "Lourens  kamanının  gərilmə  həddi  " 
əhalinin 40 faiz yoxsul təbəqəsinin gəlirlərinin  ümumilikdə ölkə üzrə gəlirlərin 12 
faizindən  az  olduğu  zaman  başlanır.  Gəlirlər  əməyin  nəticəsindən  və  mülkiyyətin 
h
əcmindən asılı ola bilər və hökmən asılı olmalıdır. Lakin, heç vaxt əhalinin həyat 
səviyyəsində  həddindən  çox  fərqlər  yaranmasına  imkan  vermək  olmaz.  Bu  sosial 
partlayışlara  gətirib  çıxara  bilər.   Yoxsul  təbəqə  ilə  varlıların  istəkləri  arasında 
 yaranan 
ziddiyyətlər  təbii  hesab  olunmalıdır.  İşə  götürəni  sosial  ədalət  məsələləri 
maraqlandırmır.  Onlar  resurslardan  istifadəyə  görə  haqq  ödəyərək,  əmtəə  və 
xidmətlər istehsal edirlər.  Dövlət həmişə çalışır ki, öz vətəndaşlarına az və ya çox 
dərəcədə  şərait  yaratsın  və  bununla  da  sosial  partlayışlardan  qaça  bilsin.  Soruşa 
bilərsiniz ki, bu hansı formada həyata keçirilir? Cavab belədir: əhalinin  gəlirlərinə 
vergi 
qoyulması  və  əhalinin  daha  yoxsul  təbəqələrinə  dövlətin  sosial  yardım 
sisteminin 
tətbiqi vasitəsilə.  
Dövlət sosial yardım siyasətini yoxsulluğun azaldılması məqsədilə həyata keçirir 
və bu siyasətin subyektində yoxsullar dayanır. 
Bəs, yoxsulluq səviyyəsi necə müəyyənləşdirilir?  
Bunun üçün biz 
bilməliyik ki, ölkədə yaşayış minimumu nə qədərdir və o necə 
ölçülür. 
Y
aşayış  minimumu  -  insanın  həyat  fəaliyyətini  qoruyub  saxlaması  üçün  fiziki 
baxımdan  zəruri  olan  yaşayış  vasitələrinin  minimum  qiymətidir.  Adambaşına 
yaşayış  minimumunun   səviyyəsi,  mütəmadi  olaraq,  istehlak  mallarının  və 
xidmətlərin  minimal  dəsti  (istehlak  səbəti)  və  onların  fəaliyyətdə  olan  qiymətləri 
əsasında təyin edilir. Yaşayış minimumundan əhalinin yaşayış səviyyəsinin, minimal 
əmək  haqqının,  minimal  pensiya,  təqaüd  və  müavinətin,  aztəminatlı  vətandaşlara 
sosial 
dövlət yardımının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən yaşayış 
minimumunun 
səviyyəsi yoxsulluq həddi kimi qəbul edilir.  
Deməli,  yoxsulluq  yaşayış  minimumundan  aşağı  həyat  səviyyəsi  hesab  olunur. 
Daha 
doğrusu  insanların  və  ya  ailələrin  aldıqları  gəlirlər, hətta  onların  başlıca 
tələbatlarını belə ödəmirsə, deməli onlar yoxsullar təbəqəsinə aiddir.  
Gəlin  nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif 
ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, 
resurslarla  pis 
təminat,  imkanların  reallaşdırıla  bilinməməsi  və  s.  xarakterizə 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə