Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

 55 
olunur. 
İnformasiya.  Bazarda  alıcılar  yeni  mal  və  xidmətlərlə  tanış  olur,  onların 
qiymətini və istehlakçı xüsusiyyətlərini öyrənirlər. Eyni zamanda istehlakçılar məhz 
bazardan bu 
və ya digər mala olan tələb haqqında informasiya alırlar. 
Vasitəçilik.  Bazarda  alıcı  və  satıcı  bir-birini  tapır  və  onlar  kompromis  əldə 
edirlər.  
Tənzimləmə.  Bazar  bu  və  ya  digər  mallara  olan  tələbat  və  onların  qiyməti 
h
aqqında  informasiyalara  malikdiir.  Məhz  bu  informasiyalar  əsasında  istehsalçı 
bu 
və ya digər malın buraxılışının  artırılması və ya ixtisar edilməsi haqqında qərar 
qəbul  edir.  
Sağlamlaşdırma  -  bu  çox   vacib  funksiyadır.  Bu  terminin  mənası  ondan 
ibarətdir ki, bazar "sanitar"  rolunu yerinə yetirir. Meşədə canavarlar zəif və xəstə 
h
eyvanları məhv etdiyi kimi, bazar da ziyanla işləyən və mənfəət əldə edə bilməyən  
firmaları  sıradan   çıxarır.  Buraxdığı  məhsulları  heç  kimə  lazım  olmayan, 
istehlakçıları  cəlb  edə  bilməyən  firmalar rəqabət  mübarizəsində  uduzur  və  sıradan 
çıxırlar. 
Biz, 
Sizinlə bazarın bir çox qanunlarını  öyrənmişik və indi hamı bilir ki, tələb 
və təklif nədir. Bazar iqtisadiyyatının başlıca prinsiplərindən biri satılmış məhsulun 
əvəzinə  fayda  əldə  etməkdən  ibarətdir.  Bu  zaman  iş  qüvvəsi,  istehsal  olunmuş 
məmulat,  şəxsi  torpaq,  tikili  və  yaxud  biznes  işinin  təşkili  bacarığı  və  s.  satışın 
predmeti ola 
bilər.  
Əgər  satış  üçün  buraxdığınız  malınız  keyfiyyətlidirsə  və   onu  alıcıya  münasib 
qiymətə  təklif  edirsinizsə,  onda  rəqabət  mübarizəsində  qələbə  qazanıb  maliyyə 
imkanlarınızı daha da yaxşılaşdıracaqsınız. 
 
Şəxsi faydaya görə alıcı və satıcılar hər gün öz maraqları ilə cəmiyyətin ümumi 
maraqları arasında ən yaxşı kompromis axtarıb tapırlar. Bazarın bu "görünməz əli" 
h
ər bir satıcını nəinki öz maraqları, hətta ölkəsinin maraqları haqqında düşünməyə 
məcbur edir. Yoxsa, onun buraxdığı mal heç kimə gərək olmaz.   
 
 
 
 
 
 
 
 
Bu  tip 
məsələlərin  həllində  bazar  mexanizmi  inzibati-amirlik  iqtisadiyyatına 
nisbətən xeyli  dərəcədə az səhv buraxmaqla yanaşı, qərarları da  tez bir zamanda və 
çevik 
şəkildə  qəbul  edir.  Çünki,  bu  zaman  hər  kəsin  şəxsi  marağı  önə  çıxır  və 
onların hər biri öz marağından çıxış edir. Təəssüflər olsun ki, bazar mexanizmi də 
qüsursuz deyil. O heç 
də həmişə cəmiyyətin bütün problemlərinin həllini təmin edə 
bilmir.  
Базар - ямтяя вя хидмятляря гиймят 
гойулан вя онларын мцбадиляси апарылан 
мякандыр. 


 56 
Bazar  "
sınaq  və  səhv"  metodu  ilə  işləyir.  Bunu  müxtəlif  ölkələr  üzrə 
müşahidə  etdiyimiz  iqtisadi  böhranlarla  izah  etmək  olar.  Ayrıca  şirkətlər  həmişə 
çalışırlar ki, öz rəqiblərini sıradan çıxartsın, bazarı bütövlükdə ələ keçirsinlər. Belə 
olan  halda,  h
əmin  şirkət  istehlakçılara  özünün  istədiyi   qiyməti  diktə  edir  və  daha 
çox qazanmaq 
imkanları yaradır və bundan da bəhrələnməyə çalışır.  
İntensiv  istehsal  ətraf  mühitə  ziyan  vurur.  Bazar  qüvvələrinin  fəaliyyəti 
nəticəsində bir sıra yanaşı mənfi və müsbət effektlər yaranır. Daha doğrusu, elə hal 
olur  ki,  bazar  iqtisadiyyatda 
yaranmış  problemi  həll  etməyi  bacarmır.  Belə 
hallara  
bazarın dayanıqsızlıq halları deyilir. 
Bu  cür  h
alların  aradan  qaldırılması  məqsədilə  dövlət  orqanları  məhsulun 
isteh
salı və istehlakını  tənzimləyə bilər.  
Yanaşı effektlər o vaxt mövcud olur ki, hər hansı bir malın istehsalı və istehlakı 
ilə  bağlı  xərclər  və  ya  faydalar  həmin  məhsulun  nə  istehsalçısı,  nə  də  istehlakçısı 
sayılmayan üçüncü şəxslərə təsir edir.  
Yanaşı effektə aid bir misal göstərməklə onu daha asan başa düşmək olar. Fərz 
edək  ki,  avtomobil  şəhərdaxili  yolla  gedir.  Yoldan  keçən  piyada  avtomobilin 
buraxdığı qazı udur. Piyada avtomobilin nə istehsalçısı, nə də istehlakçısıdır. Ətrafı 
zəhərləyən  qaz  yanaşı  effektdir,  o  həm   istehsalçıya, həm  istehlakçıya, həm  də 
üçüncü 
şəxsə ziyan vurur.   
Belə  olanda,  dövlət  vergilərin  və  digər  tənzimləyici  vasitələrin  köməyi  ilə 
vəziyyəti   qismən   və  ya  tamamilə  düzəldə  bilər.  Lakin  bazarın  dayanıqsızlığının 
mənfi  nəticələrinin  korrektəsinə  yönəldilmiş  bu  cür  proqramlar  və  onların 
reallaşdırılması  dövlətə  xeyli  baha  başa  gəlir.  Və  onlar  o  vaxt  həyata  keçirilir  ki, 
 
gözlənilən fayda zəruri xərcləri üstələsin.  
Ətrafdakı  zavodlar  və  fabriklər,  təyyarələr  və  avtomobillər  atmosferə  hər  gün 
çoxlu  miqdarda 
işlənilmiş  qazlar  atır.  Biz  də  bu  cür  çirkli  hava   ilə  nəfəs  alır, 
tərkibində külli miqdarda zəhərləyici elementlər olan sudan içirik. Fərz edək ki, hər 
yüz 
stəkandan birində ölüm riski var, onda biz bu sudan içərikmi? 
Və yaxud  zəhərlənmək şansı milyarddan bir olarsa, qərarınız necə ola bilər?  
Cəmiyyət  insanları  zəhərləyici  çirklənmələrdən  istənilən  qiymətə  müdafiə 
etməlidirmi?  
Sizcə,  bununla  biz  nə  demək  istəyirik?  Gəlin  bu  problemi  daha  yaxşı  başa 
d
üşmək üçün  belə bir suala cavab verməyə çalışaq: insan ömrü  neçəyədir? Əminik 
ki,  çox  adam 
deyəcək  ki,  insan  ömrünü  qiymətləndirmək  mümkün  deyil,  onun 
dəyəri yoxdur. Gəlin fikirləşək  görək,  insan  ömrünün qiymətini  necə  təyin  etmək  
olar. 
Təsəvvür edin ki, uşaq qəza nəticəsində dağılmış evin altında  qalıb, faciə baş 
verib. 
Hamı uşağı təhlükədən xilas etməyə çalışır. İnsanların bir qismi tunel qazır, 
digərləri donor axtarır və s. Nəhayət uşaq xilas olunur! 
Gəlin,  uşağın  xilas  edilməsinə   sərf  olmuş  resursların  (insan,  kapital,  təbiət) 
miqdarını   qiymətləndirək.  Bu  məqsədlə  işə  çoxlu  texnika  cəlb  olunmuş,  həyəcan 
təbili  çalınmışdır.  Sizcə,  insan  ömrünün  qorunmasına  bu  qədər  xərc  çəkməyə 
dəyərmi? Yəqin ki, sizlərin çoxu bu suala birmənalı şəkildə müsbət cavab verər və 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə