Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

 62 
olunur.Yoxsulluq  faktiki  olaraq 
fərdlərin  şəxsi  tələbatlarını  qarşılaya  bilmədiyi, 
sosial-iqtisadi 
tərəqqi üçün imkanlara çıxışın məhdud olduğu şəraitdə geniş yayılır.   
Dünya 
ölkələri sırasında daha çox inkişaf etməkdə olan ölkələr, o cümlədən də 
keçid  iq
tisadiyyatlı dövlətlər  üçün xarakterik olan bu problemin yaratdığı obyektiv 
və subyektiv çətinliklər Azərbaycan Respublikasında da qabarıq görünür. 
2003-2005-ci 
illərdə  Azərbaycanda  yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf 
üzrə Dövlət proqramının icrası ilə əlaqədar birinci mərhələdə nəzərdə tutulan işlərin 
gedişi haqqında hesabatda göstərilir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi  2001-
ci 
ildəki  49 % səviyyəsindən  2002-ci  ildəki  46.7 % və  2003-cü  ildəki  44.7%-ə  
qədər  azalıb.  Göründüyü  kimi,  2001-ci  ilə  nisbətən  2003-cü  ildə  yoxsulluğun 
səviyyəsi  4.3%  bənd  aşağı  düşüb.  Yeri  gəlmişkən,  müqayisə  üçün  qeyd  edək  ki, 
1996-
cı  ildə  Dünya  Bankının  qiymətləndirmələrinə  görə,  Azərbaycanda  yoxsulluq 
səviyyəsi  61% olub.  
Azərbaycanda  yoxsulluğun  səviyyəsi  Dövlət  Statistika  Komitəsinin  «Ev 
Təsərrüfatlarının  Müayinəsi»  layihəsi  üzrə  5000  ev  təsərrüfatı  arasında  sorğuların 
nəticəsində  müəyyənləşdirilir.  Bu  zaman  müqayisəyə  gələn  göstəricilər  ev 
təsərrüfatlarının  orta aylıq  gəlirləri ilə istehlak səbətinin  dəyəri  hesab  olunur. Belə 
ki, 
rəsmi  statistik  məlumatlara  görə  1996-2001-ci  illərdə  istehlak  səbətinin  aylıq 
dəyəri orta hesabla 120 min manat, 2002-ci ildə 175 min manat,  2003-cü ildə 180 
min manat olub.  
Dünya 
Bankı  tərəfindən  qəbul  edilmiş  populyar  istehlak  yanaşmasına  görə, 
gündəlik qazancı ABŞ dollarının 1985-ci il məzənnəsi ilə 1 dollardan aşağı olanlar 
yoxsul 
sayılırlar. Hazırda bir sıra ölkələrdə bu göstərici minimum yaşayış indikatoru 
olaraq 
qəbul  edilmişdir.  Bununla  belə  bu  göstərici  özündə  qeyri-dəyər  
göstəricilərinin  əhəmiyyətini  əks  etdirə  bilmir  və  yalnız  kalorik  yanaşma  əsasında 
qurulur. 
Məsələn,  yaşayış  standartlarına  daxil  olan  həyatın  psixoloji  keyfiyyəti,  
özünəhörmət  və  s.  bu  kimi  göstəricilər  nəzərə  alınmır.  Yoxsulluğun 
müəyyənləşdirilməsi  ilə  bağlı  olan  obyektiv  və  subyektiv  baxışlarda  ehtiyac 
içərisində  yaşamağın  müxtəlif  aspektləri  qabardılır.Bura  insanın  minimal  inkişafı, 
sosial 
ayrı-seçkilik, yaşayış vasitələrinin dözülməzliyi, zəif qabiliyyət  göstəriciləri 
daxildir.  
Yoxsulluq 
səviyyəsini  xarakterizə  etmək  üçün  göstəricilərdən  biri  də  sosial 
bərabərsizlik əmsalıdır. Sosial bərabərsizliyi ölçmək üçün Cini indeksindən  istifadə 
olunur. 
Cini indeksi - 
jəmiyyətdə gəlirlərin bölgüsünün qeyri-bərabərliyini əks etdirən 
statistik 
göstəricidir.  
Cini 
indeksindən cəmiyyətdə gəlirlərin diferensasiya dərəcəsini 
qiymətləndirmək üçün istifadə olunur. Onu gəlirlərin təmərküzləşməsi əmsalı da 
adlandırırlar.  
Cini  indeksinin 
qiyməti  sıfırla  vahid  arasında  dəyişir.  Hər  bir  sosial  qrup 
cəmiyyətin ümumi gəlirlərində özünün sayına proporsional paya malik olduqda Cini 
indeksi   0-a 
bərabər olur və bu, ideal variant sayılır. Cini indeksinin qiymətinin 0-


 63 
dan 
uzaqlaşıb 1-ə yaxınlaşması cəmiyyətdə sosial bərabərsizliyin dərinləşməsini əks 
etdirir. 
İnkişaf  etmiş  ölkələrdə  bu  indeksin  qiymətinin  0-a  yaxınlaşma  meyli 
üstünlük 
təşkil  edir. Tədqiqatlar göstərir ki, Azərbaycanda Cini indeksinin  qiyməti 
1990-
cı ildəki 0,346-dan 1997-ci ildə 0,703-dək artıb. Deməli, Azərbaycanda sosial 
bərabərsizlik  dərəcəsi  yüksək  əmsalla  ifadə  olunur.  Bu  halda  dövlət  nə  etməlidir? 
Problemi 
necə çözməli? 
Dövlət  yoxsul  təbəqənin  problemlərini  pensiya  və  sosial  təminat  sistemi 
vasitəsilə  həll  edir.  Belə  olanda  dövlət  vergi  şəklində  topladığı  vəsaitdən  istifadə 
edərək  yoxsullara  maddi  yardım  edir.  Beləliklə  də  gəlirlərin  yenidən  bölgüsünü 
h
əyata keçirir.  
 
4. 
İctimai əmtəə və xidmətlərin buraxılışı 
Alıcılar  bazarda  satılan  əmtəə  və  xidmətlərə  olan  tələbatlarını  ödəmək  üçün  
konkret mallar 
alırlar. Lakin, elə mallar da  var ki, ona hətta kəskin  tələbin olmasına 
baxmayaraq,  onun  isteh
salı  xüsusi  mülkiyyətçi  tərəfindən  təşkil  olunmur.  Siz  nə 
vaxtsa 
özəl şirkətinişıqfor quraşdırılması ilə məşğul olmağı ilə rastlaşmısınızmı? 
Çox   güman  ki,  yox! 
Özəl  bölmə  nəyə  görə  belə  xidmətləri  göstərmir?  Cavab 
s
adədir! Həmin sahələrdə görülən işin haqqını almaq imkanları yox dərəcəsindədir.  
Misal  üçün, 
götürək  küçələrin  işıqlandırılmasını;  onun  haqqını  kimdən  və  nə 
qədər  almalı?  Avtobus  sürücüsündənmi,  sərnişindənmi,  yoxsa  həmin  küçədən 
təsadüfən keçən piyadadanmı? Hansı qaydada, bəlkə hər bir sütunun yanında xəzinə 
aparatı  quraşdırılmalıdır?  Axı  biz  bilirik  ki,  sahibkar  mənfəət  naminə  bizneslə 
məşğul  olur.  Əgər  gəlir  əldə  etmək  mümkün  deyilsə,  onda  belə  fəaliyyətlə  kim 
məşğul olacaq. Buna görə də bu cür xidmətləri dövlət göstərir.  
İstehlak  zamanı  istisnasızlıq  və  yoxluğu  ilə  xarakterizə  olunan  mal  və 
xidmətlər ictimai mallar və xidmətlər adlanır.  
Rəqibinin  yoxluğu  xüsusiyyətinə  malik  olan  məhsulun  bir  şəxs  tərəfindən 
isteh
lakı  onun  başqalarına  çatan  miqdarını  azaltmır.  İstisnasızlıq  dedikdə  isə  hətta 
h
aqqını  ödəməyənlərin  də  həmin  məhsulun  istehlakından  kənarlaşdırılmasının 
 mümkünsüzlüyü 
başa  düşülür.  Beləliklə,  əmtəə  və  xidmətlər  xüsusi  və  ictimai 
olurlar. Xüsusi mallar bir 
nəfər tərəfindən bir dəfə əldə oluna və istehlak edilə bilər. 
Onun h
aqqını ödəməyənlər ondan heç vaxt istifadə edə bilməzlər. Məsələn, biletsiz 
kinoya 
girmək,  avtobusa,  qatara,  təyyarəyə  minmək  mümkün  deyildir.  İctimai 
məhsullar  isə  o  mallardır  ki,  ondan  eyni  zamanda  hamının  istifadə  etməsi 
mümkündür. Bu zaman 
başqaları üçün də əlverişli olan malların miqdarı azalmır. 
 
Soruşa  bilərsiniz  ki,  bu  necə  ola  bilər?  Gəlin  dənizdə  mayakları  yada  salaq. 
Məgər ondan istifadəyə görə gəmilər haqq ödəyirlərmi? Və ya svetofor! Yüzlərlə və 
ya 
minlərlə  piyada  və  sürücülər  bu  xidmətdən  istifadə  edirlər.  İctimai  mallardan 
istifadəyə  görə  ayrı-ayrı  adamlar  könüllü  haqq  ödəmək  istəyində  olmur.  Onlarda 
belə  malların  haqqını  ödəmək  üçün  stimul  azdır,  bu  zaman  çoxları  "başqasının 
h
esabına  gəzməkdə"  maraqlıdırlar.  İnsanlar  ictimai  məhsul  və   xidmətlərdən  milli 
müdafiə,  polisin,  yolların  və  körpülərin  saxlanılması  məqsədilə  haqqının  ödənib 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə