Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə21/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   67

 53 
bacarmaq üçün,  
Sizlərə aşağıdakı ardıcıllığa əməl etməyi tövsiyə edirik: 
1)  Problem 
nədən  ibarətdir? (Hansı  qərarı  qəbul  etməyə  cəhd 
göstərirsiniz?) 
2) O, 
hansı alternativlərə malikdir? 
3)  Qi
ymətləndirmənin  meyarı  necədir? (Qərar  qəbul  etməklə  hansı 
məqsədlərə nail  olmaq ümidindəsiniz?) 
4) Bu 
meyarları vaciblik dərəcəsi üzrə düzün. (Hansı meyar daha vacibdir? 
Nisbətən az vacib olanı hansıdır? Meyarları uyğun nömrələrlə sıralayın). 
5) Alternat
ivləri qiymətləndirin.  
6) 
Qərar  qəbul  edin  (Alternativlərdən  hansı  biri  ilk  məqsədlərinizin  yerinə 
yetirilməsinə daha çox uyğun gəlir? Hər bir alternativ nə qədər uduşa malikdir? 
Alternativlərdən  hər  birini  qəbul  edərkən  sizdən   nəyi  qurban  vermək  tələb 
olunur?). 
İqtisadiyyat  sizə  bizim   hamımızın  bildiyi,  lakin  bir  çox  hallarda  lazımi 
səviyyədə  izah  etməkdə  çətinlik  çəkdiyimiz  bəzi  sirlərin  açılmasını  öyrənməyə 
kömək edir. Aşağıda təqdim olunan və hamını düşündürən suallara diqqət yetirək. 
Nəyə  görə  ölkəmizin  gələcəyi  olan  gənclər  arasında  işsizlik  səviyyəsi  daha 
yüksəkdir? 
Nəyə görə boksçular, karateçilər və bu kimi başqa zədə  yetirən insanlar həmin 
zədəni müalicə edən həkimlərə nisbətən daha çox qazanc əldə edirlər?   
Nəyə görə respublikada istehsal müəssisələrinin  böyük hissəsinin dayandığı və 
əhalinin işsiz qaldığı bir şəraitdə insanlar xaricdən gətirilmiş ərzaq, paltar və digər 
idxal 
malları almağa üstünlük verirlər? və s.  
Mümkündür ki, 
insanın davranışının belə öyrənilməsi heç də  hamı üçün böyük 
maraq 
doğurmasın. Əgər, siz bütün insanlar üçün ümumi qəbul edilən prinsiplərdən 
istifadə  etsəniz,  öyrənmək  istədiklərinizin  böyük  hissəsinin  cavabını  bu  kitabdan 
tapacaqsınız.  Bu  prinsiplər  insanların  irqindən,  dinindən,  cinsindən, 
mədəniyyətindən, siyasi mənsubiyyətindən asılı deyildir. Siz mütləq bilməlisiniz ki, 
iqtisadiyyat 
yalnız pulu deyil, ilk növbədə - istehlakçıların davranışını öyrənir.  
İqtisadiyyat - istehlakçıların davranışının təhlili qaydasıdır.  
Əgər  iqtisadi  düşüncələrin  prinsiplərini  xatırlasaq  görərik  ki,  əksər  hallarda 
insanların davranışını əvvəlcədən müəyyənləşdirmək olur: 
1. 
İnsanlar  seçirlər!  Resursların  məhdudluğu  insanları  həm  varlı  və  həm  də 
yoxsul, h
əm böyük və həm də kiçik ölkələrdə seçməyə məcbur edir. Çünki adətən 
insanların tələbatları onların imkanlarını üstələyir. 
2. 
İnsanların həyata keçirdikləri seçim həmişə xərclərlə bağlı olur! İnsanlar 
öz 
seçimləri  haqqında   düşünmədən  qərar  qəbul  etmirlər.  Adətən,  onlar  öz 
seçimlərini  edərkən  müəyyən  hesablama  aparır.  Bu  zaman  onlar  hərdən  intuitiv 
olaraq,  bir  çox  hallarda 
isə  hər  bir  alternativ  üzrə  gəlir  və  xərcləri  nəzərdən 
keçirirlər.   
3. 
İnsanlar  stimullara müəyyən formada reaksiya verirlər. Müsbət stimullar 
iqtisadi 
fəaliyyətə  kömək,  mənfi  stimullar  isə  mane  olur.  Stimullar  heç  də  həmişə 


 54 
pul 
formasında  çıxış  etmir, ona insanların  mükafat kimi qəbul etdiyi hər bir şey aid 
oluna 
bilər.  
4. 
İnsanlar  iqtisadi  sistemləri  yaradır  ki,  o  da  fərdi  seçim  və  stimulları 
h
ərəkətə  gətirir.  Qanun  və  qaydalar  hər  dəfə   dəyişərkən  alternativlər  çoxalır   və 
yaxud 
əksinə  məhdudlaşır  ki,  bunun  da  nəticəsi  olaraq  stimullar  dəyişir.  Müxtəlif 
iqtisadi 
sistemlər  iqtisadi  fəaliyyətin  ayrı-ayrı  növlərini  fərqli  qaydada 
mükafatlandırır.  
5. 
İnsanlar  könüllü  mübadilədən  fayda  əldə  edirlər.  Adətən,  iki  nəfər 
mübadilə edərkən onlardan hər biri nisbətən  az dəyərli nəyisə qurban verir ki, daha 
çox 
dəyərli bir şey ala bilsin. Mübadilə başa çatdıqdan sonra məlum olur ki, hər bir 
iştirakçı  ayrı-ayrılıqda  onlar  üçün  böyük  dəyəri  olan  nə  isə  əldə  edib.  Deməli, 
müb
adilə  hər  iki  iştirakçı   və  bütövlükdə  iqtisadiyyat  üçün  əlavə  dəyər  (sərvət) 
yaradıb.  
6.  Seçim 
insanları  özünü  gələcəkdə  büruzə  verən  məqsədlərə  çatdırır. 
Məsələn:  əgər  məktəbli  dərsinə  hazırlaşmaq  əvəzinə  televizorda  dedektiv  filmə 
baxırsa, onda bu seçim  özünü  gələcəkdə  hansısa qaydada  göstərəcək.  Mümkündür 
ki, 
şagird  növbəti  dərsdən  qeyri-kafi  qiymət  alsın  və  yaxud,  ola  bilər  ki,  bir  neçə 
ildən  sonra  şagirdin  vaxtı  ilə  öyrənmədiyi  məşğələ  ona  yaxşı  iş  tapmaqda  mane 
olsun.  Bu 
prinsipləri, həmçinin  "qərar  qəbulu  addımları"nı  öyrəndikdən  sonra  bir 
neçə "İqtisadi tapmacaya" cavab axtarmağa cəhd  edək.  
1. 
Nəyə görə dünyada balinaların sayı az, toyuqların sayı isə çoxdur? 
2. 
Nəyə görə  insanlar cəzalandırılacaqlarını bilə-bilə  yenə cinayət edirlər? 
3. 
Nə  üçün Azərbaycan  Yaponiya ilə müqasiyədə daha çox təbii ehtiyatlara 
malik 
olduğu halda dünyanın kasıb ölkələri siyahısına salınır? 
4. 
Nə  üçün  Bakıda  sovet  dövründə  tikilmiş  binaların  xarici  görünüşü  və 
girişi səliqəsiz olduğu halda, mənzillərin içi təmiz və səliqəlidir? 
Belə  tapmacaların  sayını  çoxaltmaq  olar. 1 və  4-cü  tapmacanın  cavabına  açar 
rolunda  «xüsusi 
mülkiyyət", 3-cü sualda "səmərəlilik" çıxış  edir. Bəs ikinci sualın 
cavabı  necədir?   Bildiyimiz  kimi,  insanlar  özlərinin  sonsuz  istəkləri  ilə  məhdud 
im
kanlarını  uzlaşdıra  bilmirlər.   Belələri  cinayət  etməyə  qərar  verərkən   hesab 
edirlər ki, onun uduşu cəzalanmaq şansından xeyli  dərəcədə çoxdur.  
BAÇARIN  DAYANIQSIÇLIQ HALLARI 
Müasir  iqtisadiyyatda 
müəyyən funksiyaları yerinə  yetirmək  məqsədilə bir çox 
q
ərarları "bazar" diktə edir. Adətən bazarın funksiyası 5 qrupa bölünür:  
1. 
Qiymətqoyma;  
2. 
İnformasiya; 
3. 
Vasitəçilik; 
4.  
Tənzimləmə;  
5. 
Sağlamlaşdırma. 
Bu  funksiyalar 
hansı  əlamətlərinə  görə  fərqləndirilir  və  bazar  onları   hansı 
formada h
əyata keçirir?  
Qiymətqoyma. Tələb və təklif qanununa müvafiq olaraq qiymət bazarda  təyin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə