Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

 31 
“Son 
faydalılıq” dedikdə istehlakçının hər bir əlavə məhsul vahidini istehsal 
edərkən əldə etdiyi üstəlik fayda başa düşülür. 
İnsanların  konkret  mallara  tələbatını  ölçsək  “son  faydalılığın” hər  yeni  vahid 
üçün 
aşağı düşdüyünün şahidi olarıq.  
Nəyə görə? Bu suala cavab vermək məqsədilə aşağıdakı misala diqqət yetirək.  
Tutaq  ki, 
qoltuğunda  qiymətli  daşlarla  dolu  çantası  olan  yolçu  səhra  ilə  gedir. 
Bir 
neçə kilometr məsafə qət etdikdən sonra onun su ehtiyatı tükənir və  o az qalır 
ki, susuzluqdan ölsün. 
Elə  bu  anda  təsadüfən  əlində  su  çəlləyi  olan  bir  allah  bəndəsi  ilə  rastlaşır  və 
h
əmin  adam  1  stəkan  suyu  10  iri  briliyant  daşa  dəyişməyi  təklif  edir.  Yolçu 
fikirləşmədən  1  stəkan  suya  10  briliyant  ödəyib,  onu  axır  damlasına  qədər  içir. 
Bundan  sonra  daha  bir 
stəkan  su  xahiş  edir  və  onu  da  bir  qurtuma  içir.  Üçüncü 
stəkanı  o  yavaş-yavaş,  xırda  qurtumlarla  içir,  dördüncü  stəkanla  yuyunur,  beşinci 
stəkandan isə ümumiyyətlə imtina edir. Axı həm birinci, həm də beşinci stəkandakı 
suyun 
tərkibi  eynidir.  Bəs  görəsən,  nə  dəyişib?  Faydalılıq!  Birinci  stəkandakı  su 
onun  üçün  daha  çox 
faydalı  idi,  ikinci,  ondan  bir  az,  beşincisi  isə  tələb  olunan 
qiymət baxımından tamamilə faydasızdır. 
Daha 
doğrusu,  Son  Faydalılıq  Qanununa  uyğun  olaraq,   əgər  qiymət  aşağı 
düşərsə istehlakçı yenə su ala bilərdi. 
Məhsul istehsal etməyə dəyərmi? Və yaxud istehsalçının davranışı! 
Biz 
sizinlə  istehlakçının  davranışından  danışdıq.  Lakin  bazar  münasibətlərində 
ikinci   bir 
iştirakçı  -  satıcı  və  ya  istehsalçı  mövcuddur.  Biz  bunları  bir-birindən 
ayırmırıq, çünki mal satılmazsa, heç kim onu istehsal etməz. Digər tərəfdən də, əgər 
h
ər hansı bir mala bazarda tələbat varsa, bu heç də o demək deyildir ki, həmin malı 
mütləq istehsal etmək lazımdır. Belə ki, mal və xidmətlər yalnız mənfəət əldə etmək 
üçün  istehsal  olunur 
və  malın  təklifi  onun  qiymətindən  asılı  olur.  Əvvəlcə, 
aydınlaşdıraq  görək  mənfəət  adı  altında  nə  başa  düşürük?  Bəlkə,  bu  istehsalçının 
satılmış  mala  görə  aldığı  puldur?  Əsla  yox.  Heç  vaxt  belə  fikirləşməyin.  Mal 
satışından  əldə  edilən  pul  gəlir  adlanır.  İstehsalçı  hər  hansı  bir  malın  buraxılışına 
müəyyən məsrəflər sərf edir ki, bu da istehsalat məsrəfləri adlanır. O bu məqsədlə 
xammal, material 
alır, yer icarəyə götürür, işçi cəlb edir və bütün bunlara görə haqq 
ödəyir. İstehsalat xərcləri - məhsul buraxılışına və görülmüş işlərə sərf olunan 
bütün növ 
məsrəflərin məbləğidir. Məhsul satışından əldə edilən gəlirlə istehsalat 
xərcləri  arasındakı  fərqə  mənfəət  deyilir.  Bu,  düsturla  aşağıdakı  şəkildə  ifadə 
olunur. 
 
G - X = M 
Burada “G”- 
gəlir, “X” - “xərclər”, “M”-mənfəətdir
  
 Bir 
məsələni də aydınlaşdıraq.  
 Tutaq  ki,  isteh
salçı  satışa  iki  növ  məhsul  təklif  edir,  onlardan  biri  məktəbli, 
digəri  isə  idman  çantasıdır  və  hər  ikisinə  tələbat  eynidir.  Bu  iki  maldan  hansını 


 32 
istehsal 
etməli? Bəlkə hər ikisini? 
İstehsalçı hər iki malın  istehsalat xərclərini ayrı-ayrılıqda hesablamağa başlayır. 
Alınmış   nəticəyə  görə  məktəbli  çantası  ona  25.000  manata,  idman  çantası  isə 
22.000 manata 
başa gəlir. Xərclərin fərqli olması ilə yanaşı məktəbli çantasına qıfıl 
da 
qoymalıdır  və  bunun  üçün  əlavə  pul  ödənilməlidir.  Bu  məlumatlar  əsasında 
cədvəl quraq. 
Cədvəl 4. 
 
G (man) 
X (man) 
M=G-X 
Məktəbli çantaları 
30000 
25000 
5000 
İdman çantaları 
30000 
22000 
8000 
Sizcə, istehsalçı nə ilə məşğul olacaq? Əlbəttə ki, idman çantasının istehsalı ilə. 
Əgər,  məktəbli  çantasına  tələb  artarsa,  qiymət  35.000  manat  olarsa,  necə?  Bu 
vəziyyət aşağıdakı cədvəl vasitəsilə təsvir olunur. 
Cədvəl 5. 
 
G (man) 
X (man) 
M=G-X 
Məktəbli çantaları 
35000 
25000 
10000 
İdman çantaları 
30000 
22000 
8000 
 
Cədvəl  məlumatlarına  əsasən  demək  olar  ki,  istehsalçı  idman  çantasının 
buraxılışını  dayandırıb,  məktəbli  çantası  istehsal  etməyə  başlayacaq.  Beləliklə, 
isteh
salçı  bazarda  mövcud  tələbin  “işarə”si  ilə  elə  məhsulun  istehsalına  üstünlük 
verir  ki,  ondan 
əldə  edilən  gəlir  ona  çəkilən  xərclərdən  maksimum  dərəcədə  çox 
olsun.  
Biz burdan 
aşağıdakı nəticələri çıxarırıq: 
İstehsalçının  davranışı  istehlakçının  davranışına  birbaşa  ziddir.  İstehsalçılar 
böyük 
məmnuniyyətlə  yüksək  qiymətə  çoxlu  miqdarda  mal  buraxılışına  üstünlük 
verdiyi halda, isteh
lakçılar ucuz qiymətə mal almaqda maraqlıdırlar. Fikrimizi daha 
da 
dəqiqləşdirmək  məqsədilə  bir  daha  Tələb  Qanununu  öyrənərkən  istifadə 
etdiyimiz  piroq 
misalına  qayıdaq.  Lakin  bu  dəfə  təklif  şkalasını  qurmağa  çalışaq. 
Təklif  -   məlum  vaxt  ərzində  satıcının  alıcıya  müəyyən  qiymətlə  təklif  etdiyi 
malın miqdarıdır. Bu əsasda təklif şkalası təqribən aşağıdakı kimi ola bilər. 
Cədvəl  6. 
TƏKLİF ŞKALASI 
 
Q
iymət, man 
T
əklif, ədəd 

600 
80 

800 
120 

1000 
140 

1200 
160 

1400 
170 

1600 
180 
 
Cədvəldən göründüyü kimi piroqun qiyməti aşağı düşdükcə, istehsalçı nisbətən 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə