Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

 26 
Bazar 
iqtisadiyyatı aşağıda qeyd olunan üç vacib elementin əsasında təşəkkül tapır: 
- Xüsusi mü
lkiyyət;  

Rəqabət; 

Sərbəst qiymətqoyma sistemi;  
 
 
 
 
 
 
Mülkiyyətin  sahibləri  şəxsi  kapitalından  maksimum  dərəcədə  səmərəli  istifadə 
edərək  nə  istehsal  etməli  və  onu  neçəyə  satmalı  sualına  istehlakçıların  sifarişi 
əsasında bazarda cavab tapır. Beləliklə də, istehsalçı nə lazımdırsa, onu da istehsal 
edərək, mənfəət götürür. 
Nəyə görə? Ona görə ki, onlar bilirlər ki, mənfəət əldə etmək, eləcə də çoxlu pul 
qazanmaq üçün 
istənilən məhsulu deyil, elə məhsul istehsal etmək lazımdır ki, onun 
qiyməti münasib olsun və onu alıcı alsın. 
Xüsusi 
mülkiyyətin  üstünlüyündən  və  onun  stimullaşdırıcı  rolundan  klassik 
iqtisad elminin banisi Adam Smit “
Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında 
tədqiqatlar” adlı fundamental elmi əsərində təfərrüfatı ilə söhbət açmışdır. 
 
 
 
 
 
Əmtəə  və  xidmətlərin  istehsalçıları  bir-biriləri  ilə  rəqabət  aparmaqla  ən  zəruri 
malları istehsal etməyə cəhd edirlər. Onların hər biri çalışır ki, elə məhsullar istehsal 
etsin ki, 
başqasında olmasın və yaxud olsa da onun məhsulunun  qiyməti ucuz olsun. 
Yəni burda başlıca məqsəd alıcını cəlb etmək, onun zövqünü oxşamaqdır. 
Bu 
mübarizədən kim qazanır? 
Əlbəttə ki, biz-istehlakçılar! 
Rəqabət həm də ona görə faydalıdır ki, istehsalçılar daha səmərəli işləməyə səy 
göstərir, resurslara qənaət edirlər. 
Alıcılar da öz aralarında rəqabət aparırlar. Hər bir alıcı daha yaxşı əmtəə və ya 
xidmət əldə etmək istəyir. Bu mübarizədə də daha yüksək qiymətləri ödəməyə qadir 
olanlar udurlar. 
 
 
 
 
 
 
Хцсуси мцлкиййят - инсанларын вя 
фирм аларын истеhсал васитяляриня саhиблик 
hцг уг удур. 
 
Ряг абят – ейни м ящсулун истещсалчылары 
арасындакы бящсляшм ядир. 
 
Сярбяст г иймятг ойма системи – еля бир 
систем дир ки, бурада г ийм ятляр алыъы вя 
сатыъыларын г аршылыг лы фяалиййяти нятиъясиндя 
сярбяст сурятдя базарда м цяййян
 
олунур.
  
 


 27 
 
Bazar 
qiyməti  istehsalçıya  minimum  xərclə  maksimum  mənfəət  əldə  etmək 
imkanları yaradır.  
Bazarda 
qiymətlər adətən alıcı  və satıcının  qarşılıqlı fəaliyyətinin təsiri altında 
formalaşdığına görə bazar iqtisadiyyatını bəzən “qiyməti idarəedən” də adlandırırlar. 
Mənfəət  dalınca  qaçma  satıcını   məhsul  istehsalını  minimum  xərclə  təşkil 
etməyə  vadar  edir  ki,  bu  da  son  nəticədə  qiymətlərin  aşağı  salınmasını 
səciyyələndirir. Beləliklə də bazar iqtisadiyyatında nə istehsal etməli məsələsini alıcı 
h
əll edir. 
Soruşa bilərsiniz ki, hansı şəkildə? 

Alış zamanı! 
Alıcı  bu  və  ya  digər  məhsulun  haqqını  ödəməklə  bazara  “siqnal”  verir:  nəyi, 
h
ansı qiymətə istehsal etməli. İstehsalçılar bu “siqnala” həssaslıqla reaksiya verir və 
təbii ki, həmin məhsulu buraxır  satıb  ondan mənfəət qazanır.  
 
İnzibati amirlik sistemi 
Bu 
sistemdə  nəyi,  necə  istehsal  etməli  və  hansı  qiymətə  satmalı  məsələlərini 
bazar 
müəyyən  etmir,  bütün  bu  suallara  mərkəzləşdirilmiş  plan  orqanları   cavab 
verir.  
Keçmiş SSRİ-də belə mərkəzləşdirilmiş orqanlar həddindən çox idi: Dövlət Plan 
Komitəsi, Dövlət Qiymət Komitəsi, Dövlət Əmək Komitəsi, Dövlət Maddi Texniki 
Təchizat Komitəsi və başqaları. 
Bu 
komitələrin  adları  ilk  baxışdan  çox  şey  deyir:  məsələn,  Dövlət  Qiymət 
Komitəsi hər bir malın və xidmətin qiymətini təyin edirdi. Dövlət Əmək Komitəsi 
h
ər bir müəssisəyə nə qədər işçi lazım olması məsələsini həll edirdi, eləcə də hansı 
mütəxəssisə  nə qədər maaş vermək məsələsi də bu komitənin işi hesab olunurdu. 
Məlumdur  ki, hər  bir  müəssisənin  istehsal  xüsusiyyətini  və  yaxud   müxtəlif 
regionlarda 
yaşayan  insanların  istəklərini  vahid  mərkəzdən  müəyyənləşdirmək 
mümkün  deyil. 
Məhz  bu  səbəbdən  də  qəbul  olunan  qərarların  çoxunun  nəticəsi 
 qeyri-effektiv 
alınırdı.  
Ənənəvi sistem 
Belə  sistem  çox  azsaylı  ölkələrdə  saxlanılıb.  Onlar  əsasən  az  inkişaf  etmiş 
ölkələrdir. Bu ölkələrdə istehsal olunan mal və xidmətlər  min illərlə dəyişmir. Bu 
ölkələrin  vətəndaşları   ataları,  babaları  nə  ediblərsə  onu  da  təkrarlayırlar.  Belə 
 
ölkələrdə adətlər və ənənələr çox güclüdür. 
İki əsas iqtisadi sistemi daha dərindən öyrənmək və onları müqayisə etmək üçün 
a
şağıda  təqdim  olunan  cədvələ  nəzər  yetirək.  Cədvəl  vasitəsilə  hər  iki   sistemdə 
iqtisadi 
məsələlərin necə həll olunması, qərarların qəbul edilməsi və s. məsələlərlə 
tanış olaq. 
 
Cədvəl 2 


 28 
İQTİSADİ SİSTEMİN  TİPLƏRİ 
 
Bazar 
İnzibati 
 
İstehsal resurslarına kim 
nəzarət edir? 
İqtisadiyyatda istehsal 
resurslarına nəzarət və 
sahiblik 
ayrı-ayrı 
şəxslərdədir. 
İnsan resursları istisna olmaqla, 
istehsal 
resurslarının əksər hissəsi 
dövlətin və ya hökumətin sahibliyi 
və nəzarəti altındadır. 
 
Resurslardan 
istifadə 
qərarını kim qəbul edir? 
Resurslardan 
istifadə 
üzərində qərarı bazarın 
çoxsaylı alıcı və satıcıları 
qəbul edir. 
Qərarları mərkəzləşdirilmiş 
planlaşdırılmaya məsul olan 
dövlət orqanları qəbul edir. 
 
Qərar qəbul edən şəxs 
hansı motivə əsaslanır? 
Motivləşmə baxımından 
ayrı-ayrı şəxslər xüsusi 
maraqlardan 
çıxış edir. 
Motivləşmə baxımından 
mərkəzləşdirilmiş planlaşdırmaya 
məsul şəxs sosial məqsədlərdən 
çıxış edir. 
 
Siz 
nə qədər mal alırsınız? Və yaxud qiymət, tələb və təklif 
isteh
lakçı davranışı 
 
Hər  gün  istehlakçılar,  daha  doğrusu  biz  sizinlə  çoxlu  sayda  müxtəlif  mallar 
alırıq. 
Pərakəndə mal satıcıları və istehsalçılar daha çox tələbata uyğun olan, istehlakçı 
tərəfindən  alınan  malları  satmağa  və  ya  istehsal  etməyə  üstünlük  verirlər.  Onlar 
mallarını satmaqla mənfəət əldə edirlər.  
İstehlakçıların  davranışı  anlayışı  istehsalçılar  üçün  çox  mühümdür.  Onlar 
qiyməti aşağı saldıqca, alınan malların miqdarı artmağa başlayır.  
Qiymət  və  alınmış  malların  miqdarı  arasındakı  belə  münasibətlərə  tələb 
qanunu deyilir. 
Tələb  dedikdə,  məlum  müddət  ərzində  digər  amillərin  dəyişmədiyi  şəraitdə 
müəyyən qiymətlə alınmış malların miqdarı başa düşülür.  
Tələb bəzən belə də tərif olunur.  
 
 
 
 
 
Əgər  siz  özünüzə  fotoaparat  almaq  istəyirsinizsə,  amma  bunun  üçün  pulunuz 
yoxdursa, onda bu 
tələb deyil, arzu hesab olunmalıdır. Yox əgər sizin pulunuz varsa 
və siz həmin pula fotoaparat almaq istəyirsinizsə, artıq bu tələbdir. 
Bazar 
iqtisadiyyatında malın qiyməti bazarda formalaşır. Bu necə baş verir?  
Satıcılar  daha  çox  fayda  əldə  etmək  məqsədilə  öz  mallarını  baha  qiymətə 
satmağa səy göstərirlər. 
Alıcılar isə həmin malı ucuz almağa çalışırlar. 
Lakin, bazar - könüllü 
mübadilə və saziş yeridir. Burada malın satılması üçün 
Тяляб
 
– м ялум  вахт ващиди ярзиндя м цяййян 
г ийм ятля м алларын вя хидм ятлярин алынм асы 
истякляри вя им канлары
 
дем якдир.
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə