Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

 29 
satıcı  və  alıcının  qarşılıqlı  fayda  əsasında  razılaşması  gərəkdir.  Belə  razılaşma  - 
qiymətdir. Alıcı və satıcını təmin edən qiymət. Qiymət - satıcı və alıcını təmin edən 
və  mübadilə  olunan  malın  dəyərinin  pulla  ifadəsidir.  Bazar  iqtisadiyyatının 
mah
iyyəti  saziş  və  qiymət  üzrə  tərəf  müqabillərin  axtarışı  ilə  ifadə  olunur.  Bu  o 
demək  deyil  ki,  alıcı  ilə  satıcı  hər  dəfə  mütləq  görüşməlidir.  Siz  mağazanın 
piştaxtasında  gördüyünüz  malın  qiymətini  ya  münasib  hesab   edə,  ya  da  ki,  onun 
h
əddindən  çox  yüksək  olduğunu  düşünə  bilərsiniz?  Görəndə  ki,  qiymət  bahadır, 
mağazadan  yan  ötürsünüz.  Bu  zaman  satıcı  malın  nəyə  görə  satılmaması  barədə 
düşünür və belə qərara gəlir ki, yəqin malın qiymətini baha müəyyənləşdirib. 
Tutaq  ki,  piroq 
satıcısı  əvvəlcədən  malını  hansı  qiymətə  daha  çox  satmağı 
öyrənmək  qərarına  gəlib.  Bunun  üçün  o  rastlaşdığı  adamlar  arasında  mini  sorğu 
keçirir 
və  bir  saat  ərzində  müxtəlif  adamlara  eyni  sualla  müraciət  edir. “Əgər  1 
piroqun 
qiyməti  1600 manat olarsa, onu alarsınızmı?” 100 nəfər müsbət cavab verir. 
Bundan sonra o h
əmin sualı axşama qədər, hər bir saatdan sonra  qiyməti 200 manat 
ucuzlaşdırmaqla  təkrar  edir.  Nəhayət,  satıcı  öz  sorğusunun  nəticələrini  cədvəl 
formasında qruplaşdırır ki, buna da tələb şkalası deyilir. 
 
 
 
Cədvəl 3 
TƏLƏB ŞKALASI 
 
Q
iymət, man. 
T
ələb, ədəd 

1600 
100 

1400 
110 

1200 
120 

1000 
140 

800 
160 

600 
200 
Cədvəl Tələb Qanununun fəaliyyətini əyani surətdə nümayiş etdirir. 
Tələb Qanununa görə malın qiyməti ucuzlaşarsa, onun alıcılarının sayı çoxalır. 
Cədvəldən göründüyü kimi, həqiqətən də piroqun qiymətinin aşağı olduğu tədqirdə 
onu almaq 
istəyənlərin sayı artır. Bu nəyə görə baş verir? 
Bütün 
bunların izahı çox sadədir. 
Piroqu 
aşağı qiymətə almağa imkanı çatan alıcıların sayı daha çoxdur. Belə ki, 
əhalinin bir hissəsi piroqun qiymətinin ucuzlaşdığını biləndə kökə, keks və digər bu 
kimi 
malları  almaqdan  imtina  edərək  piroq  almağa  üstünlük  verəcəkdir.  Deməli, 
piroqa 
tələbat daha çox  olacaq.  İndi isə tələb şkalasından  istifadə  etməklə tələbin 
qrafikini 
qurmağa  cəhd  edək.  Koordinat  sistemi  çəkib,  onun  şaquli  hissəsində 
piroqların sayını, üfüqi hissəsində isə malların qiymətini qeyd edək. Bunun üçün Q 
(
ingiliscə-Quantity), P (ingiliscə-Price) hərflərindən istifadə edək. 
 
 


 30 
 
 
 
P, man 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
D   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                     80         140           200          Q, 
ədəd  
Şəkil 3. Tələb əyrisi 
 
Bu 
əyri adətən D (ingiliscə - Demand) hərfi ilə işarə olunur və tələbi ifadə edir. 
Tələb  əyrisi  həmişə  azalan  istiqamətdə,  daha  doğrusu  aşağıya  və  sağa  doğru 
meyllənən  kimi  görsənir.  Nəyə  görə  qiymət  artımı  olduğu  halda  tələbin  ölçüsü 
 
aşağı  düşməyə  meyllidir?  Bu,  iki  səbəbdən  baş  verir.  Birincisi,   əvəzləyicinin 
effekti 
ilə bağlıdır. Çünki qiymət artdıqca, siz həmin malı başqaları ilə əvəz etməyə 
çalışırsınız.  Məsələn:  əgər  «Coca-Cola»nın  qiyməti  2  dəfə  artarsa, hamı  «Fanta» 
içməyə başlayacaq. Eyni zamanda, onun qiymət artımı digər sərinləşdirici içkilərin 
də bahalaşmasına gətirib çıxaracaq.  
Qiymətin artdığı halda tələbin ölçüsünün aşağı düşməsinin ikinci səbəbi gəlirin 
effekti 
ilə əlaqədardır. Gəlin, bunun neçə olduğunu aydınlaşdıraq. Malların qiyməti 
bah
alaşdıqca,  siz  özünüzü  kasıb  hiss  etməyə  başlayırsınız,  elə  deyilmi?  Əgər 
əvvəllər  2000  manata  2  piroq  alırdınızsa,  qiymət  artımından  sonra  birini  ala 
bilirsiniz. 
Deməli, bu bahalaşma sizi kasıblaşdırıb. Düzdürmü? 
Əksinə,  qiymətlərin  ucuzlaşması  sizin  varlı  olmağınıza  şərait  yaradır.  Tələbin 
azalan 
əyrisi  ilə  bağlı   iqtisadçıların  verdikləri  ikinci  izah  belədir:  əhalinin  tələbi 
hüdudsuzdur, lakin bu 
tələbat müəyyən məhsullar üzrə ödənilə bilər!  
Müəyyən vaxt vahidi ərzində, istehlakçı hansı malı arzulayırsa, onu da ala bilər. 
Adətən, tələb bir-birinin ardınca Son Faydalılıq Qanununa uyğun surətdə  ödənilir. 
Gəlin, bu Qanunun mahiyyətinə varmaq üçün onun məzmununun tərkib hissələri ilə 
tanış olaq. Əvvəla, biz bilməliyik ki, faydalılıq - tələbatın ödənilməsi qabliyyətidir. 
Heç  kim  etiraz 
edə  bilməz  ki,  optik  eynək  -  faydalı  şeydir.  Eyni  zamanda  hamı 
təsdiq edər ki, eynək kimin görmə qabiliyyəti zəifdirsə, onun üçün faydalıdır. Daha 
doğrusu,  əmtəənin  “faydalılığı”  subyektiv  anlayışdır  və  müxtəlif  insanlar  üçün 
kəskin fərqlənir. 
2000 
1800 
1600 
1400 
1200 
1000 
800 
600
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə