|
G.Ə. Mustafayeva, D. V. Mustafayevbir kəs mütləq bildirçin əti və yumurtasından istifadə
21
bir kəs mütləq bildirçin əti və yumurtasından istifadə
etməlidir. Bildirçin yumurtasının çox böyük əhəmiyyətini
dərk edən həvəskar bildirçinçilər özləri üçün, öz ailələrinin
tələbatını ödəmək üçün bildirçin saxlayırlar. Bazarda isə
bildirçin məhsullarına təlabat ildən-ilə artır.
Satış üçün qablaşdırılmış bildirçin əti
Bildirçinçilik çox gəlirli sahədir. Bu sahənin
rentabelliyi 60-80%-dir. Bildirçinçilik həm də tez dövr edən
bir biznesdir : bildirçin 40-45 gündə yumurta qoyur, ildə
qoyulan yumurtanın sayı 280-300 ədəd olur. Bildirçin
yumurtası və ətinin əhali arasında gündən günə
məşhurlaşması, yəni bu məhsulların xeyrinin daha çox dərk
edilməsi bildirçinçilik biznesinin böyük perspektivindən
xəbər verir.
Hal-hazırda
xarici
dövlətlərdə
bildirçinlər
laboratoriya obyektləri kimi istifadə olunur, bildirçinçilik
məhsulları isə təzə funksional məhsulların istehsalında
xammal kimi istifadə olunur. Avropa Birliyi (Almaniya,
Fransa, Macarıstan, Çexoslovakiya) eləcə də Cənub-Şərqi
Asiya dövlətləri (Yaponiya, Çin, Hindistan, İndoneziya) bu
sahədə fəaliyyətlərini gündən-günə genişləndirirlər.
22
Bildirçin yumurtasının istifadə sahələri aşağıdakılar
ola bilər:
-
İmmunprofilaktika məhsulları - vaksinlər,
antizərdablar;
-
İmmunobioloji dərman maddələri – I növbədə
antiallergik və antiastmatik preparatların
hazırlanması;
-
Bioloji aktiv maddələr (əlavələr), (yod və selen
mikroelementləri olan əlavələr);
-
Uşaqların və hamilə qadınların qidalanması
üçün hazırlanan funksional qidanın tərkib
hissələri (inqredinetlər );
-
Kosmik qida komponentləri;
-
Spirtli içkilərin tərkib hissələri, rəngli araqların
və müxtəlif içkilərin istehsalı;
-
Hemopatik vasitələr – immunostimulyatorlar və
seksual stimulyatorlar.
Bildirçinlər haqqında bu həqiqəti bilmək də çox
maraqlıdır. Kosmosu fəth edənlər içərisində bildirçinlər də
vardır. Kosmosda doğulan ilk canlı məhz bildirçin
olmuşdur. Xüsusi kosmik inkubatorda 22 mart 1990-cı ildə
ilk bildirçin cücəsi dünyaya göz açmışdır. Sonradan digər
bildirçin cücələri II, III və sairə bildirçinlər göz açmışlar.
Lakin bu quşların kosmosda yemləndirilməsi qeyri
mümkün olduğundan onlar məhv olmuşlar. 1999-cu ilin
fevral ayında «Mir» orbital stansiyasında xüsusi kosmik
inkubatorda 56 bildirçin yumurtasından 37 bildirçin cücəsi
sıxmışdır. 2 gün sonra bu lələkli kosmonavtlar xüsusi
kameraya yerləşdirilərək, yerə qaytarılmışlar. Yolda 7
bildirçin balası çox soyuğa dözməyərək tələf olmuşlar.
Kosmosda doğulmuş ilk canlı məhluqlar yenidən Yer
kürəsinə qaytarıldılar.
Çox maraqlı bir faktı bilmək lazımdır - 1 qram
yükün kosmosa qaldırılması 1000000 $-a başa gəlir. 11-12
23
qramlıq bildirçin yumurtasının kosmosa göndərilməsinin
çox böyük məbləğdə pul tələb etdiyini hesablamaq çox da
çətin deyildir. Lakin elm üçün çox böyük əhəmiyyət kəsb
etdiyini xatırlamaq kifayətdir ki, bu xərclərin mahiyyətini
dərk edəsən.
Beləliklə, bildirçin yumurtası həm qiymətli qida
maddəsi olmaqla yanaşı, həm də olduqca böyük müalicəvi
təsirə malik olan bir mikroaptekdir. Hər bir insan gündə 2-
3 ədəd səhər tezdən bildirçin yumurtası qəbul etsə, o öz
orqanizminə lazım olan gündəlik vitamin və qida maddələri
almış olur. Beləliklə, orqanizm bütün gün ərzində sağlam
və gumrah olur. Ətraf mühüt müasir dövrdə çox
çirklənmiş, insan üçün müxtəlif xəstəliklərə gətirib
çıxarmışdır. Məhz buna görə də bəşəriyyət ətraf mühitin,
ekologiyanın zərərli təsirlərini aradan qaldıra bilən bu
yumurtalara çox möhtacdır. İndi bizim hamımız bu “qızıl
quşların”-bildirçinlərin verdiyi “qızıl yumurtalara” çox
möhtacıq. Əgər özümüzü möhkəm və gumrah görmək,
uzunömürlü olmaq istəyiriksə, gəlin bu qızıl quşları
hamılıqla sevək, onlara dost olaq, onların məhsulundan
daha çox istifadə edək. Çünki onlar insanı həmişə sağlam
və gumrah saxlayan bir nemətdir.
Bildirçin yumurtasından və ətindən hazırlanan yeməklər
Rusiyada hələ çox qədimlərdən bildirçin ətindən
yemək hazırlamışlar. Çox qədim rus kulinar kitablarında
müxtəlif reseptlərə rast gəlmək olur ki, orada vəhşi
bildirçin ətindən müxtəlif yeməklər hazırlanır.
24
Bildirçin yumurtalarından qida məqsədilə çiy, bişmiş,
qızardılmış və ya marinada qoyulmuş halda istifadə olunur.
Kulinariyada bu yumurtalardan omlet, qayğanaq və
mayonez hazırlanmasında istifadə olunur. Bildirçin
yumurtasını uşaqlar çox sevir və onu həvəslə yeyirlər.
Uşaqları həmin yumurtaların qeyri-adi rəngli qabığı və
ölçülərinin kiçik olması cəlb edir. Həkimlər tam əmin
olmuşlar ki, bildirçin yumurtası çox faydalıdır və ondan
istifadə etmək üçün heç bir əks göstəriş yoxdur. Bildirçin
ətindən hazırlanan yemək «şah yeməyi» adlanır.
Bildirçin əti müxtəlif ədviyyatlarla qrildə.
1 ədəd sarımsaq dilimi, 1 çay qaşığı tmin, yarım
soğan, 1 çimdik istiot, 2 xörək qaşığı zeytun yağı bildirçinə
sürtülür və 2 saat saxlanılır. Sonradan bu tavaya tökülür,
az miqdarda su əlavə olunur. Bişdikdən sonra cəfəri və
limon dilimləri də qoyulur və süfrəyə verilir.
II yemək – Bildirçin əti yuyulur və duzlanır, qazana
yağ tökülür, bildirçin əti yağın içinə qoyulur ki, yağ
tamamilə əti örtsün. Qazanın qapağı bağlanır və
qaynadılır. Sonradan qazan əvvəlcə güclü, sonra isə zəif
25
istilikli sobaya qoyulur. 50-60 dəqiqə saxlanılır. Süfrəyə
verilməmişdən əvvəl göyərti ilə bəzədilir.
Bildirçin ətindən hazırlanmış yemək
Qızardılmış bildirçin - Bildirçin əti duzlanır və dərin
tavada qızardılır. Süfrəyə verilməmişdən əvvəl bütöv
bişirilmiş bildirçin yumurtası ilə bəzədilir.
Qızardılmış bildirçin əti
26
Bildirçin salatı – uzunsov formada çox nazik
doqranmış bildirçin əti , duzlanmış və təzə xiyar, qabığı
soyulmuş alma, qaynadılmış kartof və qabıqdan
təmizlənmiş bildirçin yumurtası xırda doğranılır, limon
suyu, yaxud sirkə turşusu əlavə olunur, duzlanır, üstdən
çox az miqdarda qənd tozu əlavə olunur. Cəfəri və şüyüd
göyərtisi, eləcə də bildirçin yumurtası dilimləri və qırmızı
alma dilimləri ilə bəzədilir.
Qızardılmış yumurtalar – Yumurtalar sındırılır, bircinsli
məhlul şəklinə salınır və isti yağın içərisinə tokülür. Sonra
bişmiş yumurta şüyüd və cəfəri göyərtiləri ilə bəzədilir.
Bildirçin yumurtası ilə buterbrod. Ağ və ya qara çörəyin
nazik dilimlərinin üzərinə yağ çəkilir, üstünə bir qat xırda
doğranmış duzlu balıq qoyulur, sonra onun üzərinə yarıya
bölünmüş bildirçin yumurtası , xırda doğranmış göyərti və
soğan dilimləri səpilir.
Çiy yumurta içkisi - 3-5 ədəd çiy yumurtanı meyvə
şirəsinə (yaxud kofeyə) töküb zövqə görə şəkər tozu əlavə
edilir. Belə şirəli içkini hər gün istifadə etmək çox
xeyirlidir.
Uşaqlar üçün reseptlər:
Qoqul-moqul : 4-6 ədəd bildirçin yumurtası şəkər tozu
ilə çalınır, zövqə görə süd və ya meyvə şirəsi əlavə olunur
və qarışdırılır.
27
Sıyıq, kəsmik, kartof püresi, qatıqlara əlavə. Yağsız və
ya az miqdarda yağla hazırlanmış ilıq və ya soyuq
yeməklərə bildirçin yumurtası çiy halda qatılır, yaxşı -yaxşı
qarışdırdırılır.
Omlet - 12-15 ədəd yumurta 1 stəkan südlə qarışdırılır,
duz, xırda doğranmış soğan, kolbasa, yaxud hisə verilmiş
balıq qatılır. Tavada 1 xörək qaşığı yağ tökülür, yağ
qaynadıqnda hazırlanan qarışıq əlavə olunur. Bu yemək
süfrəyə qaynar-qaynar verilir.
Salat - 12-15 ədəd bildirçin yumurtası 100 q kolbasa, 1
duzlu xiyar, 1 stəkan yaşıl noxud, 2 qaynadılmış kartof
yumrusu, 200 qram smetan və yaxud mayonez, duz, şüyüd,
cəfəri yarpağı tələb olunur. Bunlar xırda doğranır,
mayonezle qarşıdırılır, üstdən xırda doğranmış göyərti ilə
bəzədilir.
Bildirçin yumurtası düyü və kartof püresi ilə - Bişirilmiş
düyü yaxud kartof püresi dəyirmi formada tökülür, orta
hissəssinə isə qabıqsız yumurtalar qoyulur. Bildirçin
yumurtasını qabıqsız bişirmək mümkündür. Bunun üçün 1
litr qaynar suya 1 xörək qaşığı sirkə turşusu, 1 çay qaşığı
duz əlavə olunur. Sonra bildirçin yumurtaları bir-bir
sındırılıb qaynar suya salınır. 2-3 dəqiqədən sonra
yumurtalar bütöv bişmiş olur.
28
Yağda bişirilmiş bildirçin yumurtaları
İçi doldurulmuş bildirçin. Toyuğ və ya dananın qara ciyəri
soyuq suda isladılır, pərdə və qan damarlarından
təmizlənilir. Baş soğan yağda qızardılır, qara ciyər əlavə
edilir və birlikdə 20-25 dəqiqə müddətdə bişirilir.
Bildirçin ətindən hazırlanmış yemək
Soyuduqdan sonra ətçəkənin kiçik gözündən iki
dəfə keçirilir. Alınmış kütləyə zövqə görə kərə yağı, duz,
istioğ, sarıkök əlavə edilir. Kütlə quru olarsa, bir qədər
bulyon əlavə edilir.
29
Təmizlənmiş bildirçinlərə duz, turşu və ya nar şirəsi
çəkilir, içinə paştet doldurulur və sobaya qoyulur. Dərin
tavaya yağ töküb, hər tərəfini qızıartmaq da olar.
Qızarandan sonra üzərinə bir qədər bulyon və ya su töküb
qapağı bərk bağlanılır, hazır olana qədər qaynadılır.
Bildirçin ləvəngisi. 150-200 qr qoz ət maşınından
keçirilir. 3-4 ədəd baş soğan da ət maşınından keçirilir,
tənziflə sıxılır və suyu çıxarılır. Həmin kütlə çəkilmiş qozla
qarışdırılır, turşu, zövqə görə duz və istiot əlavə edilir.
Soğan yağda qovrulur, ət maşınından çəkiləndən sonra da
olunur. Hazırlanmış bu içlə 3-4 bildirçinin içi doldurulur.
İçi doldurmazdan əvvəl bildirçin əti duzlanır, turşu çəkilir.
İçi doldurulmuş bildirçinlər sobaya qoyulub bişirilir.
Mündəricat
Bildirçinçiliyin inkişafı
....................................................3
Bildirçin əti və yumurtasının
Müalicəvi
əhəmiyyəti…….
............................................7
Bildirçin yumurtasından və ətindən
hazırlanan yeməklər
...............................................24
Bildirçin əti müxtəlif ədviyyatlarla
qrildə
............................................................................ 25
Qızardılmış
bildirçin
.....................................................................25
Bildirçin
salatı
............................................................................26
Qızardılmış
yumurtalar
................................................................. 26
30
Bildirçin yumurtası ilə
buterbrod.
.....................................................................26
Çiy yumurta
içkisi
.............................................................................27
Qoqul-
moqul
...............................................................................27
Sıyıq, kəsmik, kartof püresi,
qatıqlara əlavə
...........................................................27
Omlet
..............................................................................27
Salat
...............................................................................27
Bildirçin yumurtası düyü və
kartof püresi ilə
......................................................27
İçi doldurulmuşbildirçin
...........................................28
Bildirçin
ləvəngisi
......................................................................29
Dostları ilə paylaş: |
|
|