Akif Bayramov
146
bundan xiffət çəkir, ağıl heç nə udmur. Məhəbbət
ürəyi və ağlı irəli, həyatın burulğanları içinə atır. Bu
vaxt ürək səadəti məhəbbətdə görür, ağıl isə yer
üzünün ən ağır əzab-əziyyətinə dözür. İnsanı insan
eləyən də məhəbbətdir!
- Mənim həmyerlim, yaşlı ustadlardan biri
demişdi:
Kim qadınsız yaşayırsa, bir çox çətinliklərdən
azad olur. Kim də ki qadınsız yaşamaq istəsə,
həyata heç bir xeyir verə bilməz.
Mirzə Şəfi oxuduğum bu hikmət üçün öz
minnətdarlığını bildirdi və şərab içdi. O getməyə
hazırlaşanda mən onu saxlayıb dedim:
- Mirzə Şəfi, sən bilirsən ki, sənin məhəbbət
macəranda mən nə qədər yaxından iştirak etmişəm.
Lakin sən Hafizənlə necə tanış olmağın barədə
mənə bir kəlmə də danışmamısan!
- Burada danışılası nə var ki?
- Nə bilirsən hamısını danış. Mən belə
söhbətləri, hətta ən kiçik hadisələri də təfsilatı ilə
dinləməyi çox sevirəm. Sən qəlyanını yenidən
yandır, şərab içib, başla məhəbbət tarixçəni
danışmağa.
Gəncəli Ustad dindi: - Bu çox da uzun bir
hadisə deyil.
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
147
Görüşmək,
sevişmək,
seçmək,
burada
danışmağa nə var, de görək.
- Məni maraqlandıran odur ki, sən Hafizəni
necə görüb, sevib, seçmisən? – deyə onu
qabaqladım.
- Bu, adi bir şeydir. Sən mənim evimə gəlmək
üçün hansı küçə ilə getdiyini bilirsən. Həmçinin sən
bilirsən ki, axşamçağı qızlar ay işığında damların
üstünə çıxıb söhbəti, rəqs etməyi sevirlər. Bir neçə
gün bundan əvvəl birinci döngənin arxasındakı
evlərin yanında damın üstünə çıxmış, ucaboylu
gözəl bir qız diqqətimi cəlb elədi. Mən bu
sehrlənmiş məxluqu, sənə Züleyxadan danışan
axşamı, qəlbim gənclik illərinin acı xatirələri ilə
dolu olduğu bir vaxtda görmüşəm. Mən damın
üstündə duran ucaboylu bu gözəl qıza laqeyd qala
bilməzdim. O özünü mənə bir an elə göstərdi ki,
guya məni görmür. Mən hayanın istiliyindən, həm
də yorğun və susuz olduğumdan, dincimi almaq
üçün dayanıb, papağımı çıxartdım və özümü
havaya verdim. Bu vaxt qız damın üstündən yox
oldu. Başım gicəlləndi, ürəkağrısı ilə evə gedib,
yerimə döşəndim. Rahatlığım pozuldu, yuxum ərşə
çəkildi. Nəhayət, saat yarım yatmışdım ki, Züleyxa
yuxuma girdi. Onun surətini tezliklə gördüyüm
qızın əksi əvəz etdi. O dəqiqə yuxudan yarımçıq
Akif Bayramov
148
oyandım. Yerimdə o yan-bu yana çevrilib, yata
bilmədim. Yuxu gördüyüm üçün özümü günahkar
sayıb, məzəmmət edirdim. O biri günü öz-özümə
dedim: “Mirzə Şəfi, işini aydınlaşdır! Sən illərlə
xalça üzərində əyləşib, sərbəstlik və hikmət
aləmində qayğısız yaşamısan, indi keçmiş günlərin
acı sınaqlarından keçəndən sonra, yenidənmi
coşğun məhəbbətin dənizində üzən gəmiyə
minmək istəyirsən? Bəlkə sakit həyatını davam
etdirəsən?” Mən son fikrimdə qalmağı qərara
aldım. Səni inandırım ki, sənə dərs demək üçün
gəldiyim o yoldan keçməkdən qorxub, qaçırdım.
Evimə qayıdanda da eyni cür hərəkət edirdim.
Buna baxmayaraq, gecəni qabaqlardakından daha
narahat keçirirdim. Səhəri günü öz-özümə dedim:
Mirzə Şəfi, sən sirrini gizlətməklə özünü niyə
aldadırsan? Sən sevirsən! Yanan bir evi əgər
vaxtında söndürməsələr, o, alovlar içində özülünə
qədər yanıb məhv olar. Lakin ürəyin işi başqadır.
Onun alovunu su ilə də söndürmək olmur. Yanan
bir ürək başqasını alovlandıra bilərsə, təskinlik
tapar. Taleyinə nə yazılıbsa, ona da əməl etməlisən!
Mən də belə hərəkət etdim. Ayın işığında
gördüyüm o gözəl qızın surətini səhv salmamaq
üçün onu gün işığında görmək mənə nəsib oldu. Öz
arzuma çatana kimi bir neçə gün keçdi. Dördüncü
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
149
günü o qızı damın üstündə görəndə mənə
xoşbəxtlik üz verdi. Qız yan-yörəsinə göz
gəzdirirdi. Lakin ətraf damların üstündə heç kəs
görünmürdü, küçələrdə də sakitlikdi. Kişilər
bazarlardan evlərinə hələ qayıtmamışdılar. Mən bu
gözəl məxluqa, onun zərif balaca ayaqlarına,
yanlara tökülən hörüklərinə, yaraşıqlı qədd-
qamətinə yaxından baxmaq üçün onun, damında
durduğu evlə üzbəüz dayandım. Gənc qızlar adətən
kişi görəndə qaçıb gizlənirlər. O isə məndən
qaçmadı, üzünü açdı, parlaq nəzərlərlə mənə baxıb
gülümsədi. Bu vaxt o, ay işığında gördüyümdən də
gözəl idi. Onun baxışından qəlbim odlu səadət
hissinə büründü və məni sevindirdi. Bəzən səadətin
bir anı bir əsrə, bir əsri isə bir ana bərabər olur. Bu
gözəl qızı gözlərim önümdən itirincə nə qədər
dayandığımı bilmirəm. Onu biliriəm ki, onu
gördüyüm qədər dayanıb durmuşam. Sanki yuxuda
idim, o da bir xəyal kimi canlanır, xəyal kimi də
çəkilib gedirdi. Mən o dəqiqə özümü ələ alıb,
papağımı düzəltdim.
- Yəqin ağ başını göstərirdin? – deyə zarafat
etdim.
- Hava isti olduğundan, başımı sərinləşdirir-
dim, - o gülümsünərək sözünə davam etdi.
Akif Bayramov
150
- Evə qayıdanda gördüm ki, küçədə canlanma
var. Görünür, gözəlimin tez getməsinə də səbəb
küçədəki adamlar imiş. Mən sanki sərxoş idim.
Gözlərim önündə hər şey fırlanırdı. Mən dəqiq
bilmək istəyirdim yatıram, yoxsa oyağam. Buna
əmin olmaq üçün əl-qolumu çimdikləyirdim, hiss
edirdim ki, oyağam. Gənc qızları damların üstündə
görəndə də mənə elə gəlirdi ki, onları yuxuda
görürəm.
Gözəl qızların camalını görəndə
Sanki gözlərimə inanmıram mən.
Bilmirəm gözlərimdə həqiqətmi yuxuya dönmüş.
Yoxsa yuxu həqiqətə.
Artıq işini bilməlisən, Mirzə Şəfi! – deyə öz-
özümə pıçıldadım. –Yad bir qızın sənə dikilmiş
səmimi baxışına, demək, tələbkar baxışlarla
baxacaqsan? Əgər bu sənə nəsib olmasa, demək,
onun gül yanaqlarının alovunun qəlbini yandırması
ağılsızlıq olar? Həqiqəti bilmək üçün gözəl bir
nəğmə
yazmışdım.
Ələ
düşən
kimi
ona
oxuyacaqdım. Əgər bunu edə bilməsəydim onda
nəğmə yazılmış kağızı badam qabığına büküb,
gözəlimə atacaqdım.
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
151
-
Sən o nəğməni əzbər bilirsənsə, mənə oxu! –
deyə ondan xahiş etdim. Ustad xahişimə əməl edib,
oxudu:
Sənin sehrlənmiş o baxışın məni sevindirir.
Getdikcə təsir edir, qəlbimi alovlandırır.
Bəxtimin o parlaq qəribəliyində.
Ehtiramla qulaq as, şirin həyatım,
bir sual verirəm sənə:
O baxışlar həsrətləmi zillənmiş mənə, bildir
bir işarənlə bu sirri mənə!
Sənin icazənlə nazını çəksəm,
ağuşumda əlçatmaz olarsan.
Qəlbim mənim də şadlıqla dolu, olmazdı
sevincimin həddi-hüdudu!
Möcüzəli taleyimdə səadətimi anlarıma,
anlarımı səadətə qatardım.
İllər boyu mən xoşbəxt yaşardım!
- Az bir müddət içində şeiri ona oxumağa
imkan tapdım, - deyə Mirzə Şəfi hekayəsinə davam
etdi. – Mən nəğmənin birinci bəndini oxuyub
qurtaranda, qonşu damların üstündə yığışan qızlar
bizə mane oldular. Mənim gözəlim onları görüb
qorxdu və mənə getmək işarəsi verdi. Mən onun
işarəsinə əməl etməmişdən əvvəl nəğməni badam
qabığına büküb, ona atdım. Qız gedərkən, gördüm
ki, qırmızı sapa bağlayıb badam yarpağına
Akif Bayramov
152
bükdüyüm şeiri yerdən götürdü və tələsik gözdən
itdi. Nəğməmin onda olması, əlbəttə, xoş bir qələbə
idi. Bu da mənə kifayətdi. Onun mənim nəğməmə
qulaq asması və qəlbindəki hisslərini büruzə
verməsi buna sübut idi. O biri günü onunla
görüşmək mənə yenə nəsib oldu. Gözəl qız damın
üstündə üzüörtülü vəziyyətdə əyləşmişdi. O məni
uzaqdan görcək üzünü yana çevirdi. Mən ona baxıb
evin yanından tənbəl addımlarla keçəndə, o mənə
baxmadı. Bu vaxt evin arxasından ucaboylu, yaşlı
bir qadın çıxıb mənə sarı gəldi. O, yorğun səslə:
“Mirzə Şəfi, uzaqdan məni izlə və arxamca gəl!” –
dedi. O mənim adımı bilirmiş. Bu qadın mənim
gözəlimin xəbər göndərdiyi adamdan başqa kim ola
bilərdi? Qadının dediyi kimi, onu izləyib, arxasınca
getdim. O bir azdan yerdən adam boyu qədər
ucalığı olan tənha bir evin yanında dayandı.
Ətrafına baxandan sonra mənə əl eləyib, gəlmək
işarəsi verdi və özü içəri keçdi. Mən də onun
arxasınca, kasıb avadanlığı olan zəif işıqlandırılmış
evə daxil oldum. Evdə on-on iki yaşlarında iki gözəl
qız vardı. Onlar evin ortasında salınmış həsirin
üstündə oturub, qadın işi görürdülər. Biz içəri
girəndə onlara damın üstünə çıxıb təmiz hava
almağa icazə verilmişdi. Onlar getdikdən sonra biz
tək qaldıq.
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
153
- Mirzə Şəfi, -deyə arvad mənə müraciət etdi. –
Sənə xoş xəbər desəm, nə verərsən? Sənin taleyin
məndən asılıdır!
Nə pulum vardısa, hamısını ona verdim və
gələcəkdə bundan da artıq verəcəyimi vəd etdim.
Sənə dediyim kimi qarı mənə söylədi ki, Hafizə
mənə və mənim nəğmələrimə ürəkdən səmimi
münasibət bəsləyir. Eyni vaxtda öyrəndim ki,
onunla evlənmək mənim üçün çətin olacaq. Çünki
onun pulgir, tacir atası böyük məbləğdə kəbin pulu
istəyib, bir neçə gələn elçisini geri qaytarıb. Bu
qadının nələr danışdığını sənə nəql etsəm, qurtaran
deyil. Onun hər iki tərəfə işləməyə həvəsi vardı.
Arvad məndən artıqlaması ilə hədiyyə almaq
niyyətilə o biri günə görüş təyin etdi. Mən,
danışdığımız kimi, görüş vaxtı qılığına girib, ondan
bütün bildiklərini öyrəndim. Məqsədimi həyata
keçirmək üçün, bu qadınla xeyli danışdıqdan,
götür-qoydan sonra ona çoxlu pul vəd edib
razılığını aldım. Şərtimiz belə oldu ki, məqsədim
baş tutandan sonra ona vəd etdiyim pulu alacaq.
Mənim pulum onu razı sala bilərdi. Məhəbbət
yolunda nə qurbanlar verilmir?!
Bizim görəcəyimiz iş belə idi: mən arvad
paltarı geyməliydim. Qoca qadının boyu mənimlə
eyni olduğundan, mənə qırmızı rəngdə tuman
Akif Bayramov
154
gətirməli idi. O biri günü hər şey hazır olduqdan
sonra mən gözəl qadın paltarı geydim. Hətta
Hafizəgilə gedəndə yolda kişilər iki dəfə mənə öz
məhəbbətlərini bildirdilər.
- Saqqalın səni ələ vermədi ki?
- Sifətimi Azərbaycan qızlarının sifətinə
oxşatmaq üçün çarşaba bürünüb elə utancaq
vəziyyət almışdım ki, ancaq gözlərim görünürdü.
Çarşabın üstündən başıma şal da salmışdım.
Bədənimi ağ çadraya elə bükmüşdüm ki, məni
görən cavan, qoca, utancaq qız olduğumu zənn
edirdilər. Beləliklə, heç kimdə şübhə oyatmadan
Hafizə ilə görüşürdüm. Görüş zamanı onun mənə
və şeirlərimə olan məhəbbəti getdikcə artırdı.
Hafizənin anası gəlib bizi bir yerdə görənə qədər
mən onunla xoş saatlarımı yaşadım. Hafizə ilə
danışan
vaxt
səsimin
cingildəməsi
arvadı
şübhələndirmişdi. Sən demə, o mənim arxamdan
sakitcə yaxınlaşıb, söhbətlərimizlə maraqlanıbmış.
Anasından söhbət düşəndə hürkmüş Hafizə
qorxudan elə vəziyyətə düşdü ki, bu kədərli
səhnəni yenidən xatırlamaq mənə çox ağırdır. Ana
ürəyi qızının bu vəziyyətini hiss etməsəydi, hər şey
məhv olub gedəcəkdi. Qızının göz yaşları, onun
mənə olan saf məhəbbəti ilə bərabər nəğmələrim də
ana qəlbini həyəcana gətirmişdi. Mən bir şeirimdə
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
155
demişdim: “Hafizəni dünyaya gətirən ana elə bir
pəridir ki, bütün dünya şahzadələri onun qulu
olmağa layiqdir. Qızılgülün bitdiyi yerin sinəsi
sanki ayın əksidir!” Mən bu misraları anaya
oxuyanda onun qəlbində mənə qarşı olan kini
məhəbbətə çevrildi və gələcəkdə arzumu yerinə
yetirmək üçün qızını mənə verəcəyini vəd etdi.
Hafizənin atasının razılığını almaq üçün ara adamı
tapmalıydım. Qocanın mənə və mənim şeirlərimə
az bələd olması, bir tərəfdən də tələbinin nəticə
verməməsi qızın anasına öz sözünü deməyə
qoymamışdı. Əgər mən kəbin kəsdirmək üçün öz
imkanım barəsində bir sənəd təqdim etsəydim,
kəbin və toy günü uzanmalıydı. Rus əlifbası
barədəki əhvalat işin gedişinə yenə mane olurdu.
Müftinin fikri qızın atasını məcbur eləmişdi ki,
mənim barəmdə müctəhidlərdən, mollalardan daha
ətraflı məlumat toplasın. Bu dindarlar sürüsünün
mənim barəmdə nə fikirdə olduğunu özün bilirsən.
Yaxın vaxtda mən Tiflisi tərk etməliydim.
Görüşüb ayrılarkən ümidvardım ki, gəncəli Ustad
öz məqsədinə nail olanda, işlərinin sahmana
salınmasında onun yaxın dostlarının əllərindən
gələni əsirgəmədiyinə qəti inanacaq. Konsntanti–
nopolda ondan aldığım məktubda bildirilirdi ki,
artıq gimnaziyada işləmir, hərbi qəza məktəbində
Akif Bayramov
156
yaxşı bir işə düzəlib. Başqa bir mənbədən öyrəndim
ki, o öz vəzifəsinin öhdəsindən vicdanla gəlir.
Tezliklə aldığım ayrı məktubdan aydın oldu ki,
Hafizənin atası sarılıq xəstəliyindən vəfat etdikdən
sonra Mirzə Şəfi xoşbəxtlik dağına səbrlə
qalxmışdır. Hafizənin anası isə onlara mane
olmamışdır. Mirzə Şəfi bu arada öz bacarığı və
qənaətcilliyi sayəsində toy tədarükü üçün pul yığa
bilibmiş. Kaş toy təntənəli keçəydi! Məni səbr və
diqqətlə izləyən oxucularımı yormamış, toy məclisi
barəsində öyrəndiyim məlumatlarla sizi tanış etmək
istəyirəm. Mirzə Şəfi yasdan səkkiz gün keçəndən
sonra yaxın qohumlarından birini kəbin gününü
təyin etmək üçün Hafizənin anasının yanına
göndərib. Farslar bu günə “Şirin-xürrəm” deyirlər.
Bu gündə bəyin valideynləri, yaxın qohumları
gəlinin evinə yığışırlar. Hər iki tərəfi şirin
yeməklərlə, qəndə, mürəbbəyə qonaq edirlər.
Kəbinkəsilmə günü belə bir adət gələcək
ailənin mehriban yaşamasına işarədir. Qadınlar
kişilərdən ayrı, onlar üçün düzəldilmiş otaqda,
xalça üstündə, şirniyyat süfrəsinin ətrafında
əyləşirlər. Məsələ həll olandan sonra tərəflər bir-
birini təbrik edib, musiqinin sədaları altında
şadlanırlar. Belə günlərdə saz, qaval və zərb
alətlərindən istifadə olunur. Onların birlikdə
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
157
çıxardığı ahəng avropalı üçün qulaqbatırıcı təsir
bağışlayır. Farslar, azərbaycanlılar bu musiqidən
böyük zövq alırlar. Vətənindən Peterburqa sürgün
edilmiş bir şərqlinin vətəninə qayıtdığı ərəfədə
doğma sazəndələrin və alətlərin ahəngini dinləmək
və qiymətləndirmək Peterburq salonlarında verilən
konsertləri dinləməkdən daha üstündür.
Nişan günü gəlinə nişan hədiyyələrini
aparmaq üçün bəyin evinə toplaşırlar. Hədiyyə
əsasən nişan üzüyü, parça, imkan dərəcəsində
bahalı paltar, şal, çəkmə, sabun, xına və sürmədən
ibarətdir. Xonçanı aparan qızların da görkəmi gözəl
olmalıdır. Kirpiklərinə sürmə çəkmək, əl-ayaq
barmaqlarını xına ilə boyamaq yadlarından çıxmır.
Bəyin qohumlarından biri gəlini otağın ortasına
dəvət edib, nişan üzüyünü barmağına taxır.
Beləliklə, hamı xoş əhval-ruhiyyə ilə gəlini təbrik
edib, ona xoşbəxtlik arzulayır. Üç gündən sonra
gəlin bəyə hədiyyə göndərir. Bu, əsasən zərif
toxunmuş əlcəkdən, pencək üçün parçadan və
gündəlik işlədilən bəzək əşyalarından ibarətdir.
Bundan sonra toya hazırlıq başlayır. Nişanlılar toy
paltarlarını hazırlayana qədər xeyli vaxt keçir. Toya
hazırlığın əsas məsələlərindən biri bu münasibətlə
bəyin evinə tələsik gəlib-gedən saysız xidmətçi
qadınların bir yerə yığışıb məsləhət etmələridir. Bəy
Akif Bayramov
158
bu arada çalışır ki, qızın anasının hörmətini
qazanmaq üçün, gəlinin xəbəri olmadan, qız evinə
bir səbət meyvə, kiçik bəzək əşyaları, gül dəstəsi və
yaxud erkək göndərsin. Öz yerlərinin adət-
ənənələrinə
görə,
bəylə
gəlin
toy
qabağı
görüşməməlidirlər. Əgər onlar bu qaydanı pozsalar,
onları pis başa düşərlər. Hərgah bu ərəfədə
görüşmək arzusunda olsalar, özləri üçün münasib
vaxt və yer seçməlidirlər ki, onları heç kəs
görməsin. Şərqdə cinslər arasındakı münasibət,
Avropaya görə, çox ciddidir. Şərqin qoca bir
müdrikinin dediyinə görə, “əgər Şərqdə bir kişi, bir
arvad olsaydılar və onlar bir anlıq birləşsəydilər,
bütün yer, dəniz insanlarla dolardı”.
Nəhayət, təyin olunmuş toy günü gəlib çatır
(qatı dindarın məsləhəti ilə təyin olunmuş gün).
Bəy, qız evində dəvət olunmuş saysız qonaqları razı
yola salmaq qayğısına qalır. Toy danışığında yalnız
qohumlar və tanışlar iştirak edir. Bu formal
qanunlaşdırılmış danışıqda, kişi hər ehtimala qarşı
qadınından
ayrılmaq
istəyəndə,
arvadının
ləyaqətinə toxunmadan, ona qaytarılacaq pulun və
yaxud əşyaların müəyyən edilmiş miqdarını
verməyə boyun olur. Bundan sonra qızdan üç dəfə:
“Səni alan bu oğlandırmı? Sən bu oğlana getmək
istəyirsənmi? Kəbinin kəsilməsinə razısanmı? ” –
Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri
159
deyə soruşurlar. Qız mollanın yanında öz fikrini
dedikdən sonra molla öz təsdiq möhürünü kəbin
kağızına basır. Bununla da xırda-para işlər bitir,
yığıncaq dağılır. Qədim adət-ənənəyə görə, bir çox
ailələr toy məclisini daha da şənləndirmək,
mənalandırmaq üçün mollalara Qurandan surələr
oxudur, ya da toyda bir şənlik o birini əvəz edir.
Kəbin kəsilib qurtardıqdan sonra gəlin bir dəstə
qızla
hamama
gedir.
Oradan
da
onu
qohumlarından birinin evinə aparırlar. Bundan
sonra gəlini musiqinin sədaları altında, bir dəstə
qızın əhatəsində bəyin evinə yola salırlar. Burada
bəy çimib, təmizlənmiş halda gəlini qarşılayır.
Onları, hər iki əllərində şam, gəlin üçün ayrılmış
otağa ötürürlər. Şamları iki yerə bölüb, içərisində
düyü olan sinilərə düzürlər. Gəlin paltarını dəyişir,
bir ləyən su gətirib, nişanlısının ayaqlarını yuyur və
sonra suyu müqəddəs otağın dörd küncünə çiləyir.
Bundan sonra sakitlik çökür, içəri iki qadın daxil
olur, onlar bəylə gəlini bir-birinə tapşırıb, Allahın,
peyğəmbərin qoyduğu qayda-qanunla yaşamağı
məsləhət edir. Xeyir-dua verdikdən sonra bəylə
gəlini
bağlı
qapı
arxasında
öz
talelərinin
sərəncamına verib çıxırlar ...
Akif Bayramov
160
Akif Bayramov.
“Fridrix Bodenştedtin Mirzə Şəfi
Vazeh haqqında xatirələri".
Gəncə, 160 səh. 2014
Texniki redaktor: F.R.Mirzəyev
Kompüter yığımı: İ.A.Cəfərova
Kompüter dizayneri: N.C.Mirzəyeva
Yığılmağa verilmişdir: 01.04.2014
Çapa imzalanmışdır: 04.04.2014
Kağızın formatı: 60x90, 1/16
Uçot nəşr vərəqi: 10,7
Tirajı: 200
AMEA Gəncə Bölməsi,
H.Əliyev prospekti 153.
Document Outline - 655 (07) – 2004
- Texniki redaktor: F.R.Mirzəyev
- Kompüter yığımı: İ.A.Cəfərova
- Kompüter dizayneri: N.C.Mirzəyeva
- Yığılmağa verilmişdir: 01.04.2014
- Çapa imzalanmışdır: 04.04.2014
- Kağızın formatı: 60x90, 1/16
- Uçot nəşr vərəqi: 10,7
- Tirajı: 200
- AMEA Gəncə Bölməsi,
- H.Əliyev prospekti 153.
Dostları ilə paylaş: |