Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   23   24   25   26   27   28   29   30   31

Akif  Bayramov 
 
 
146 
bundan  xiffət  çəkir,  ağıl  heç  nə  udmur.  Məhəbbət 
ürəyi və ağlı irəli, həyatın burulğanları içinə atır. Bu 
vaxt  ürək  səadəti  məhəbbətdə  görür,  ağıl  isə  yer 
üzünün ən ağır əzab-əziyyətinə dözür. İnsanı insan 
eləyən də məhəbbətdir! 
-  Mənim  həmyerlim,  yaşlı  ustadlardan  biri 
demişdi: 
Kim  qadınsız  yaşayırsa,  bir  çox  çətinliklərdən 
azad  olur.  Kim  də  ki  qadınsız  yaşamaq  istəsə, 
həyata heç bir xeyir verə bilməz. 
Mirzə  Şəfi  oxuduğum  bu  hikmət  üçün  öz 
minnətdarlığını  bildirdi  və  şərab  içdi.  O  getməyə 
hazırlaşanda mən onu saxlayıb dedim: 
-  Mirzə  Şəfi,  sən  bilirsən  ki,  sənin  məhəbbət 
macəranda mən nə qədər yaxından iştirak etmişəm. 
Lakin  sən  Hafizənlə  necə  tanış  olmağın  barədə 
mənə bir kəlmə də danışmamısan! 
- Burada danışılası nə var ki? 
-  Nə  bilirsən  hamısını  danış.  Mən  belə 
söhbətləri,  hətta  ən  kiçik  hadisələri  də  təfsilatı  ilə 
dinləməyi  çox  sevirəm.  Sən  qəlyanını  yenidən 
yandır,  şərab  içib,  başla  məhəbbət  tarixçəni 
danışmağa. 
 Gəncəli  Ustad  dindi:  -  Bu  çox  da  uzun  bir 
hadisə deyil. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
147 
Görüşmək, 
sevişmək, 
seçmək, 
burada 
danışmağa nə var, de görək. 
-  Məni  maraqlandıran  odur  ki,  sən  Hafizəni 
necə  görüb,  sevib,  seçmisən?  –  deyə  onu 
qabaqladım. 
- Bu, adi bir şeydir. Sən mənim evimə gəlmək 
üçün hansı küçə ilə getdiyini bilirsən. Həmçinin sən 
bilirsən  ki,  axşamçağı  qızlar  ay  işığında  damların 
üstünə  çıxıb  söhbəti,  rəqs  etməyi  sevirlər.  Bir  neçə 
gün  bundan  əvvəl  birinci  döngənin  arxasındakı 
evlərin  yanında  damın  üstünə  çıxmış,  ucaboylu 
gözəl  bir  qız  diqqətimi  cəlb  elədi.  Mən  bu 
sehrlənmiş  məxluqu,  sənə  Züleyxadan  danışan 
axşamı,  qəlbim  gənclik  illərinin  acı  xatirələri  ilə 
dolu  olduğu  bir  vaxtda  görmüşəm.  Mən  damın 
üstündə  duran  ucaboylu  bu  gözəl  qıza  laqeyd  qala 
bilməzdim.  O  özünü  mənə  bir  an  elə  göstərdi  ki, 
guya  məni  görmür.  Mən  hayanın  istiliyindən,  həm 
də  yorğun  və  susuz  olduğumdan,  dincimi  almaq 
üçün  dayanıb,  papağımı  çıxartdım  və  özümü 
havaya  verdim.  Bu  vaxt  qız  damın  üstündən  yox 
oldu.  Başım  gicəlləndi,  ürəkağrısı  ilə  evə  gedib, 
yerimə döşəndim. Rahatlığım pozuldu, yuxum ərşə 
çəkildi. Nəhayət, saat yarım yatmışdım ki, Züleyxa 
yuxuma  girdi.  Onun  surətini  tezliklə  gördüyüm 
qızın  əksi  əvəz  etdi.  O  dəqiqə  yuxudan  yarımçıq 


Akif  Bayramov 
 
 
148 
oyandım.  Yerimdə  o  yan-bu  yana  çevrilib,  yata 
bilmədim.  Yuxu  gördüyüm  üçün  özümü  günahkar 
sayıb,  məzəmmət  edirdim.  O  biri  günü  öz-özümə 
dedim:  “Mirzə  Şəfi,  işini  aydınlaşdır!  Sən  illərlə 
xalça  üzərində  əyləşib,  sərbəstlik  və  hikmət 
aləmində  qayğısız  yaşamısan,  indi  keçmiş  günlərin 
acı  sınaqlarından  keçəndən  sonra,  yenidənmi 
coşğun  məhəbbətin  dənizində  üzən  gəmiyə 
minmək  istəyirsən?  Bəlkə  sakit  həyatını  davam 
etdirəsən?”  Mən  son  fikrimdə  qalmağı  qərara 
aldım.  Səni  inandırım  ki,  sənə  dərs  demək  üçün 
gəldiyim  o  yoldan  keçməkdən  qorxub,  qaçırdım. 
Evimə  qayıdanda  da  eyni  cür  hərəkət    edirdim. 
Buna  baxmayaraq,  gecəni  qabaqlardakından  daha 
narahat  keçirirdim.  Səhəri  günü  öz-özümə  dedim: 
Mirzə  Şəfi,  sən  sirrini  gizlətməklə  özünü  niyə 
aldadırsan?  Sən  sevirsən!  Yanan  bir  evi  əgər 
vaxtında  söndürməsələr,  o,  alovlar  içində  özülünə 
qədər  yanıb  məhv  olar.  Lakin  ürəyin  işi  başqadır. 
Onun  alovunu  su  ilə  də  söndürmək  olmur.  Yanan 
bir  ürək  başqasını  alovlandıra  bilərsə,  təskinlik 
tapar. Taleyinə nə yazılıbsa, ona da əməl etməlisən! 
Mən  də  belə  hərəkət  etdim.  Ayın  işığında 
gördüyüm  o  gözəl  qızın  surətini  səhv  salmamaq 
üçün onu gün işığında görmək mənə nəsib oldu. Öz 
arzuma  çatana  kimi  bir  neçə  gün  keçdi.  Dördüncü 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
149 
günü  o  qızı  damın  üstündə  görəndə  mənə 
xoşbəxtlik  üz  verdi.  Qız  yan-yörəsinə  göz 
gəzdirirdi.  Lakin  ətraf  damların  üstündə  heç  kəs 
görünmürdü,  küçələrdə  də  sakitlikdi.  Kişilər 
bazarlardan evlərinə hələ qayıtmamışdılar. Mən bu 
gözəl  məxluqa,  onun  zərif  balaca  ayaqlarına, 
yanlara  tökülən  hörüklərinə,  yaraşıqlı  qədd-
qamətinə  yaxından  baxmaq  üçün  onun,  damında 
durduğu evlə üzbəüz dayandım. Gənc qızlar adətən 
kişi  görəndə  qaçıb  gizlənirlər.  O  isə  məndən 
qaçmadı, üzünü açdı, parlaq nəzərlərlə mənə baxıb 
gülümsədi. Bu vaxt o, ay işığında gördüyümdən də 
gözəl  idi.  Onun  baxışından  qəlbim  odlu  səadət 
hissinə büründü və məni sevindirdi. Bəzən səadətin 
bir anı bir əsrə, bir əsri isə bir ana bərabər olur. Bu 
gözəl  qızı  gözlərim  önümdən  itirincə  nə  qədər 
dayandığımı  bilmirəm.  Onu  biliriəm  ki,  onu 
gördüyüm qədər dayanıb durmuşam. Sanki yuxuda 
idim,  o  da  bir  xəyal  kimi  canlanır,  xəyal  kimi  də 
çəkilib  gedirdi.  Mən  o  dəqiqə  özümü  ələ  alıb, 
papağımı düzəltdim. 
-  Yəqin  ağ  başını  göstərirdin?  –  deyə  zarafat 
etdim. 
-  Hava  isti  olduğundan,  başımı  sərinləşdirir-
dim, - o gülümsünərək sözünə davam etdi. 


Akif  Bayramov 
 
 
150 
- Evə qayıdanda gördüm ki, küçədə canlanma 
var.  Görünür,  gözəlimin  tez  getməsinə  də  səbəb 
küçədəki  adamlar  imiş.  Mən  sanki  sərxoş  idim. 
Gözlərim  önündə  hər  şey  fırlanırdı.  Mən  dəqiq 
bilmək  istəyirdim  yatıram,  yoxsa  oyağam.  Buna 
əmin  olmaq  üçün  əl-qolumu  çimdikləyirdim,  hiss 
edirdim ki, oyağam. Gənc qızları damların üstündə 
görəndə  də  mənə  elə  gəlirdi  ki,  onları  yuxuda 
görürəm. 
 
Gözəl qızların camalını görəndə 
Sanki gözlərimə inanmıram mən. 
Bilmirəm gözlərimdə həqiqətmi yuxuya dönmüş. 
Yoxsa yuxu həqiqətə. 
 
Artıq  işini  bilməlisən,  Mirzə  Şəfi!  –  deyə  öz-
özümə  pıçıldadım.  –Yad  bir  qızın  sənə  dikilmiş 
səmimi  baxışına,  demək,  tələbkar  baxışlarla 
baxacaqsan?  Əgər  bu  sənə  nəsib  olmasa,  demək, 
onun gül yanaqlarının alovunun qəlbini yandırması 
ağılsızlıq  olar?  Həqiqəti  bilmək  üçün  gözəl  bir 
nəğmə 
yazmışdım. 
Ələ 
düşən 
kimi 
ona 
oxuyacaqdım.  Əgər  bunu  edə  bilməsəydim  onda 
nəğmə  yazılmış  kağızı  badam  qabığına  büküb, 
gözəlimə atacaqdım. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
151 
-
 
Sən o nəğməni əzbər bilirsənsə, mənə oxu! –
deyə ondan xahiş etdim. Ustad xahişimə əməl edib, 
oxudu: 
Sənin sehrlənmiş o baxışın məni sevindirir.  
Getdikcə təsir edir, qəlbimi alovlandırır.  
Bəxtimin o parlaq qəribəliyində. 
Ehtiramla qulaq as, şirin həyatım, 
 bir sual verirəm sənə:  
O baxışlar həsrətləmi zillənmiş mənə, bildir  
bir işarənlə bu sirri mənə! 
Sənin icazənlə nazını çəksəm,  
ağuşumda əlçatmaz olarsan. 
 Qəlbim mənim də şadlıqla dolu, olmazdı  
sevincimin həddi-hüdudu! 
Möcüzəli taleyimdə səadətimi anlarıma,  
anlarımı səadətə qatardım.  
İllər boyu mən xoşbəxt yaşardım! 
-  Az  bir  müddət  içində  şeiri  ona  oxumağa 
imkan tapdım, - deyə Mirzə Şəfi hekayəsinə davam 
etdi.  –  Mən  nəğmənin  birinci  bəndini  oxuyub 
qurtaranda,  qonşu  damların  üstündə  yığışan  qızlar 
bizə  mane  oldular.  Mənim  gözəlim  onları  görüb 
qorxdu  və  mənə  getmək  işarəsi  verdi.  Mən  onun 
işarəsinə  əməl  etməmişdən  əvvəl  nəğməni  badam 
qabığına  büküb,  ona  atdım.  Qız  gedərkən,  gördüm 
ki,  qırmızı  sapa  bağlayıb  badam  yarpağına 


Akif  Bayramov 
 
 
152 
bükdüyüm  şeiri  yerdən  götürdü  və  tələsik  gözdən 
itdi. Nəğməmin onda olması, əlbəttə, xoş bir qələbə 
idi.  Bu  da  mənə  kifayətdi.  Onun  mənim  nəğməmə 
qulaq  asması  və  qəlbindəki  hisslərini  büruzə 
verməsi  buna  sübut  idi.  O  biri  günü  onunla 
görüşmək  mənə  yenə  nəsib  oldu.  Gözəl  qız  damın 
üstündə  üzüörtülü  vəziyyətdə  əyləşmişdi.  O  məni 
uzaqdan görcək üzünü yana çevirdi. Mən ona baxıb 
evin  yanından  tənbəl  addımlarla  keçəndə,  o  mənə 
baxmadı.  Bu  vaxt  evin  arxasından  ucaboylu,  yaşlı 
bir  qadın  çıxıb  mənə  sarı  gəldi.  O,  yorğun  səslə: 
“Mirzə  Şəfi,  uzaqdan  məni  izlə  və  arxamca  gəl!”  –
dedi.  O  mənim  adımı  bilirmiş.  Bu  qadın  mənim 
gözəlimin xəbər göndərdiyi adamdan başqa kim ola 
bilərdi? Qadının dediyi kimi, onu izləyib, arxasınca 
getdim.  O  bir  azdan  yerdən  adam  boyu  qədər 
ucalığı  olan  tənha  bir  evin  yanında  dayandı. 
Ətrafına  baxandan  sonra  mənə  əl  eləyib,  gəlmək 
işarəsi  verdi  və  özü  içəri  keçdi.  Mən  də  onun 
arxasınca,  kasıb  avadanlığı  olan  zəif  işıqlandırılmış 
evə daxil oldum. Evdə on-on iki yaşlarında iki gözəl 
qız  vardı.  Onlar  evin  ortasında  salınmış  həsirin 
üstündə  oturub,  qadın  işi  görürdülər.  Biz  içəri 
girəndə  onlara  damın  üstünə  çıxıb  təmiz  hava 
almağa icazə verilmişdi. Onlar getdikdən sonra biz 
tək qaldıq. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
153 
- Mirzə Şəfi, -deyə arvad mənə müraciət etdi. –
Sənə  xoş  xəbər  desəm,  nə  verərsən?  Sənin  taleyin 
məndən asılıdır! 
Nə  pulum  vardısa,  hamısını  ona  verdim  və 
gələcəkdə  bundan  da  artıq  verəcəyimi  vəd  etdim. 
Sənə  dediyim  kimi  qarı  mənə  söylədi  ki,  Hafizə 
mənə  və  mənim  nəğmələrimə  ürəkdən  səmimi 
münasibət  bəsləyir.  Eyni  vaxtda  öyrəndim  ki, 
onunla  evlənmək  mənim  üçün  çətin  olacaq.  Çünki 
onun pulgir, tacir atası böyük məbləğdə kəbin pulu 
istəyib,  bir  neçə  gələn  elçisini  geri  qaytarıb.  Bu 
qadının nələr danışdığını sənə nəql etsəm, qurtaran 
deyil.  Onun  hər  iki  tərəfə  işləməyə  həvəsi  vardı. 
Arvad  məndən  artıqlaması  ilə  hədiyyə  almaq 
niyyətilə  o  biri  günə  görüş  təyin  etdi.  Mən, 
danışdığımız kimi, görüş vaxtı qılığına girib, ondan 
bütün  bildiklərini  öyrəndim.  Məqsədimi  həyata 
keçirmək  üçün,  bu  qadınla  xeyli  danışdıqdan, 
götür-qoydan  sonra  ona  çoxlu  pul  vəd  edib 
razılığını  aldım.  Şərtimiz  belə  oldu  ki,  məqsədim 
baş  tutandan  sonra  ona  vəd  etdiyim  pulu  alacaq. 
Mənim  pulum  onu  razı  sala  bilərdi.  Məhəbbət 
yolunda nə qurbanlar verilmir?! 
Bizim  görəcəyimiz  iş  belə  idi:  mən  arvad 
paltarı  geyməliydim.  Qoca  qadının  boyu  mənimlə 
eyni  olduğundan,  mənə  qırmızı  rəngdə  tuman 


Akif  Bayramov 
 
 
154 
gətirməli  idi.  O  biri  günü  hər  şey  hazır  olduqdan 
sonra  mən  gözəl  qadın  paltarı  geydim.  Hətta 
Hafizəgilə  gedəndə  yolda  kişilər  iki  dəfə  mənə  öz 
məhəbbətlərini bildirdilər. 
- Saqqalın səni ələ vermədi ki? 
-  Sifətimi  Azərbaycan  qızlarının  sifətinə 
oxşatmaq  üçün  çarşaba  bürünüb  elə  utancaq 
vəziyyət  almışdım  ki,  ancaq  gözlərim  görünürdü. 
Çarşabın  üstündən  başıma  şal  da  salmışdım. 
Bədənimi  ağ  çadraya  elə  bükmüşdüm  ki,  məni 
görən  cavan,  qoca,  utancaq  qız  olduğumu  zənn 
edirdilər.  Beləliklə,  heç  kimdə  şübhə  oyatmadan 
Hafizə  ilə  görüşürdüm.  Görüş  zamanı  onun  mənə 
və  şeirlərimə  olan  məhəbbəti  getdikcə  artırdı. 
Hafizənin  anası  gəlib  bizi  bir  yerdə  görənə  qədər 
mən  onunla  xoş  saatlarımı  yaşadım.  Hafizə  ilə 
danışan 
vaxt 
səsimin 
cingildəməsi 
arvadı 
şübhələndirmişdi.  Sən  demə,  o  mənim  arxamdan 
sakitcə  yaxınlaşıb,  söhbətlərimizlə  maraqlanıbmış. 
Anasından  söhbət  düşəndə  hürkmüş  Hafizə 
qorxudan  elə  vəziyyətə  düşdü  ki,  bu  kədərli 
səhnəni  yenidən  xatırlamaq  mənə  çox  ağırdır.  Ana 
ürəyi qızının bu vəziyyətini hiss etməsəydi, hər şey 
məhv  olub  gedəcəkdi.  Qızının  göz  yaşları,  onun 
mənə olan saf məhəbbəti ilə bərabər nəğmələrim də 
ana  qəlbini  həyəcana  gətirmişdi.  Mən  bir  şeirimdə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
155 
demişdim:  “Hafizəni  dünyaya  gətirən  ana  elə  bir 
pəridir  ki,  bütün  dünya  şahzadələri  onun  qulu 
olmağa  layiqdir.  Qızılgülün  bitdiyi  yerin  sinəsi 
sanki  ayın  əksidir!”  Mən  bu  misraları  anaya 
oxuyanda  onun  qəlbində  mənə  qarşı  olan  kini 
məhəbbətə  çevrildi  və  gələcəkdə  arzumu  yerinə 
yetirmək  üçün  qızını  mənə  verəcəyini  vəd  etdi. 
Hafizənin atasının razılığını almaq  üçün ara adamı 
tapmalıydım.  Qocanın  mənə  və  mənim  şeirlərimə 
az  bələd  olması,  bir  tərəfdən  də  tələbinin  nəticə 
verməməsi  qızın  anasına  öz  sözünü  deməyə 
qoymamışdı.  Əgər  mən  kəbin  kəsdirmək  üçün  öz 
imkanım  barəsində  bir  sənəd  təqdim  etsəydim, 
kəbin  və  toy  günü  uzanmalıydı.  Rus  əlifbası 
barədəki  əhvalat  işin  gedişinə  yenə  mane  olurdu. 
Müftinin  fikri  qızın  atasını  məcbur  eləmişdi  ki, 
mənim barəmdə müctəhidlərdən, mollalardan daha 
ətraflı  məlumat  toplasın.  Bu  dindarlar  sürüsünün 
mənim barəmdə nə fikirdə olduğunu özün bilirsən. 
Yaxın  vaxtda  mən  Tiflisi  tərk  etməliydim. 
Görüşüb  ayrılarkən  ümidvardım  ki,  gəncəli  Ustad 
öz  məqsədinə  nail  olanda,  işlərinin  sahmana 
salınmasında  onun  yaxın  dostlarının  əllərindən 
gələni  əsirgəmədiyinə  qəti  inanacaq.  Konsntanti–
nopolda  ondan  aldığım  məktubda  bildirilirdi  ki, 
artıq  gimnaziyada  işləmir,  hərbi  qəza  məktəbində 


Akif  Bayramov 
 
 
156 
yaxşı bir işə düzəlib. Başqa bir mənbədən öyrəndim 
ki,  o  öz  vəzifəsinin  öhdəsindən  vicdanla  gəlir. 
Tezliklə  aldığım  ayrı  məktubdan  aydın  oldu  ki, 
Hafizənin  atası  sarılıq  xəstəliyindən  vəfat  etdikdən 
sonra  Mirzə  Şəfi  xoşbəxtlik  dağına  səbrlə 
qalxmışdır.  Hafizənin  anası  isə  onlara  mane 
olmamışdır.  Mirzə  Şəfi  bu  arada  öz  bacarığı  və 
qənaətcilliyi  sayəsində  toy  tədarükü  üçün  pul  yığa 
bilibmiş.  Kaş  toy  təntənəli  keçəydi!  Məni  səbr  və 
diqqətlə izləyən oxucularımı yormamış, toy məclisi 
barəsində öyrəndiyim məlumatlarla sizi tanış etmək 
istəyirəm.  Mirzə  Şəfi  yasdan  səkkiz  gün  keçəndən 
sonra  yaxın  qohumlarından  birini  kəbin  gününü 
təyin  etmək  üçün  Hafizənin  anasının  yanına 
göndərib.  Farslar  bu  günə  “Şirin-xürrəm”  deyirlər. 
Bu  gündə  bəyin  valideynləri,  yaxın  qohumları 
gəlinin  evinə  yığışırlar.  Hər  iki  tərəfi  şirin 
yeməklərlə, qəndə, mürəbbəyə qonaq edirlər. 
Kəbinkəsilmə  günü  belə  bir  adət  gələcək 
ailənin  mehriban  yaşamasına  işarədir.  Qadınlar 
kişilərdən  ayrı,  onlar  üçün  düzəldilmiş  otaqda, 
xalça  üstündə,  şirniyyat  süfrəsinin  ətrafında 
əyləşirlər.  Məsələ  həll  olandan  sonra  tərəflər  bir-
birini  təbrik  edib,  musiqinin  sədaları  altında 
şadlanırlar.  Belə  günlərdə  saz,  qaval  və  zərb 
alətlərindən  istifadə  olunur.  Onların  birlikdə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
157 
çıxardığı  ahəng  avropalı  üçün  qulaqbatırıcı  təsir 
bağışlayır.  Farslar,  azərbaycanlılar  bu  musiqidən 
böyük  zövq  alırlar.  Vətənindən  Peterburqa  sürgün 
edilmiş  bir  şərqlinin  vətəninə  qayıtdığı  ərəfədə 
doğma sazəndələrin və alətlərin ahəngini dinləmək 
və qiymətləndirmək Peterburq salonlarında  verilən 
konsertləri dinləməkdən daha üstündür. 
Nişan  günü  gəlinə  nişan  hədiyyələrini 
aparmaq  üçün  bəyin  evinə  toplaşırlar.  Hədiyyə 
əsasən  nişan  üzüyü,  parça,  imkan  dərəcəsində 
bahalı  paltar,  şal,  çəkmə,  sabun,  xına  və  sürmədən 
ibarətdir. Xonçanı aparan qızların da görkəmi gözəl 
olmalıdır.  Kirpiklərinə  sürmə  çəkmək,  əl-ayaq 
barmaqlarını  xına  ilə  boyamaq  yadlarından  çıxmır. 
Bəyin  qohumlarından  biri  gəlini  otağın  ortasına 
dəvət  edib,  nişan  üzüyünü  barmağına  taxır. 
Beləliklə,  hamı  xoş  əhval-ruhiyyə  ilə  gəlini  təbrik 
edib,  ona  xoşbəxtlik  arzulayır.  Üç  gündən  sonra 
gəlin  bəyə  hədiyyə  göndərir.  Bu,  əsasən  zərif 
toxunmuş  əlcəkdən,  pencək  üçün  parçadan  və 
gündəlik  işlədilən  bəzək  əşyalarından  ibarətdir. 
Bundan  sonra  toya  hazırlıq  başlayır.  Nişanlılar  toy 
paltarlarını hazırlayana qədər xeyli vaxt keçir. Toya 
hazırlığın  əsas  məsələlərindən  biri  bu  münasibətlə 
bəyin  evinə  tələsik  gəlib-gedən  saysız  xidmətçi 
qadınların bir yerə yığışıb məsləhət etmələridir. Bəy 


Akif  Bayramov 
 
 
158 
bu  arada  çalışır  ki,  qızın  anasının  hörmətini 
qazanmaq  üçün,  gəlinin  xəbəri  olmadan,  qız  evinə 
bir səbət meyvə, kiçik bəzək əşyaları, gül dəstəsi və 
yaxud  erkək  göndərsin.  Öz  yerlərinin  adət-
ənənələrinə 
görə, 
bəylə 
gəlin 
toy 
qabağı 
görüşməməlidirlər. Əgər onlar bu qaydanı pozsalar, 
onları  pis  başa  düşərlər.  Hərgah  bu  ərəfədə 
görüşmək  arzusunda    olsalar,  özləri  üçün  münasib 
vaxt  və  yer  seçməlidirlər  ki,    onları  heç  kəs 
görməsin.  Şərqdə  cinslər  arasındakı  münasibət, 
Avropaya  görə,  çox  ciddidir.  Şərqin  qoca  bir 
müdrikinin dediyinə görə, “əgər Şərqdə bir kişi, bir 
arvad  olsaydılar  və  onlar  bir  anlıq  birləşsəydilər, 
bütün yer, dəniz insanlarla dolardı”. 
Nəhayət,  təyin  olunmuş  toy  günü  gəlib  çatır 
(qatı  dindarın  məsləhəti  ilə  təyin  olunmuş  gün). 
Bəy, qız evində dəvət olunmuş saysız qonaqları razı 
yola salmaq qayğısına qalır. Toy danışığında yalnız 
qohumlar  və  tanışlar  iştirak  edir.  Bu  formal 
qanunlaşdırılmış  danışıqda,  kişi  hər  ehtimala  qarşı 
qadınından 
ayrılmaq 
istəyəndə, 
arvadının 
ləyaqətinə  toxunmadan,  ona  qaytarılacaq  pulun  və 
yaxud  əşyaların  müəyyən  edilmiş  miqdarını 
verməyə boyun olur. Bundan sonra qızdan üç dəfə: 
“Səni  alan  bu  oğlandırmı?  Sən  bu  oğlana  getmək 
istəyirsənmi?  Kəbinin  kəsilməsinə  razısanmı?  ”  – 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
159 
deyə  soruşurlar.  Qız  mollanın  yanında  öz  fikrini 
dedikdən  sonra  molla  öz  təsdiq  möhürünü  kəbin 
kağızına  basır.  Bununla  da  xırda-para  işlər  bitir, 
yığıncaq  dağılır.  Qədim  adət-ənənəyə  görə,  bir  çox 
ailələr  toy  məclisini  daha  da  şənləndirmək, 
mənalandırmaq  üçün  mollalara  Qurandan  surələr 
oxudur,  ya  da  toyda  bir  şənlik  o  birini  əvəz  edir. 
Kəbin  kəsilib  qurtardıqdan  sonra  gəlin  bir  dəstə 
qızla 
hamama 
gedir. 
Oradan 
da 
onu 
qohumlarından  birinin  evinə  aparırlar.  Bundan 
sonra  gəlini  musiqinin  sədaları  altında,  bir  dəstə 
qızın  əhatəsində  bəyin  evinə  yola  salırlar.  Burada 
bəy  çimib,  təmizlənmiş  halda  gəlini  qarşılayır. 
Onları,  hər  iki  əllərində  şam,  gəlin  üçün  ayrılmış 
otağa  ötürürlər.  Şamları  iki  yerə  bölüb,  içərisində 
düyü olan sinilərə düzürlər. Gəlin paltarını dəyişir, 
bir ləyən su gətirib, nişanlısının ayaqlarını yuyur və 
sonra suyu müqəddəs otağın dörd küncünə çiləyir. 
Bundan  sonra  sakitlik  çökür,  içəri  iki  qadın  daxil 
olur,  onlar  bəylə  gəlini  bir-birinə  tapşırıb,  Allahın, 
peyğəmbərin  qoyduğu  qayda-qanunla  yaşamağı 
məsləhət  edir.  Xeyir-dua  verdikdən  sonra  bəylə 
gəlini 
bağlı 
qapı 
arxasında 
öz 
talelərinin 
sərəncamına verib çıxırlar ... 
 
 


Akif  Bayramov 
 
 
160 
Akif Bayramov.
 “Fridrix Bodenştedtin Mirzə Şəfi  
                         Vazeh haqqında xatirələri". 
                                                        Gəncə, 160 səh. 2014 
 
 
 
 
 
Texniki redaktor:     F.R.Mirzəyev 
Kompüter yığımı:     İ.A.Cəfərova 
Kompüter dizayneri: N.C.Mirzəyeva 
 
Yığılmağa verilmişdir: 01.04.2014 
Çapa imzalanmışdır:   04.04.2014 
Kağızın formatı:   60x90, 1/16 
Uçot nəşr vərəqi: 10,7 
Tirajı: 200 
 
 
 
 
                                                     AMEA Gəncə Bölməsi,  
H.Əliyev prospekti 153. 
 
 
 

Document Outline

  • 655 (07) – 2004
  • Texniki redaktor:     F.R.Mirzəyev
  • Kompüter yığımı:     İ.A.Cəfərova
  • Kompüter dizayneri: N.C.Mirzəyeva
  • Yığılmağa verilmişdir: 01.04.2014
  • Çapa imzalanmışdır:   04.04.2014
  • Kağızın formatı:   60x90, 1/16
  • Uçot nəşr vərəqi: 10,7
  • Tirajı: 200
  • AMEA Gəncə Bölməsi,
  • H.Əliyev prospekti 153.

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə