Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   ...   31

Akif  Bayramov 
 
 

hamının diqqətini cəlb edir. Ona artıq “Mirzə Şəfi” 
deyirlər.  
Bu  xoşbəxt  günlər  çox  sürmür.  1826-cı  ildə 
Püstə  xanımın  Rusiya-İran  müharibəsi  ərəfəsində 
qardaşı  Uğurlu  xanla  birlikdə  İrana  qaçması,  o  biri 
tərəfdən  də  Hacı  Abdullanın  qəfil  ölümü  Mirzə 
Şəfini  sarsıdır,  vəziyyətini  çətinləşdirir.  O,  bir 
müddət  özünə  iş  axtarır.  Gözəl  xəttinə  bələd  olan 
mədrəsə  rəhbərliyi  onu  işə  dəvət  edir.  Mirzə  Şəfi 
mədrəsədə  uşaqlara  nəstəliq  xətti  ilə  gözəl  yazıb-
oxumağı öyrədir.  
Mədrəsədə  işlədiyi  zaman  o,  dini  xurafatın 
çürüklüyünü  dərindən  dərk  edir,  gənc  istedadların 
öz  vaxtlarını  dini  təhsilə  sərf  etməsinə  heyfslənib, 
xeyirxah  məsləhətləri  və  təlqinləri  ilə  onları 
tutduqları yoldan uzaqlaşdırmağa çalışır.  
Bir  müddət  Mirzə  Şəfidən  dərs  almış  böyük 
dramaturq,  şair,  filosof    M.F.Axundovun  dini 
təhsildən 
uzaqlaşması 
buna 
canlı 
misaldır. 
Ruhanilər  Mirzə  Şəfidə  dinə  qarşı  inamsızlığı 
görüb,  onu  “kafir”  adlandıraraq  mədrəsədən 
uzaqlaşdırırlar.  Mirzə  Şəfinin  din  xadimləri  ilə 
mübarizəsi  də  elə  bu  dövrdən  başlayır.  Hələ 
M.F.Axundovun  yaradıcı  materialist  və  ateist 
çıxışlarından, 
S.Ə.Şirvaninin, 
H.B.Zərdabinin 
tənqidi  fikirlərindən  çox  əvvəl  M.Ş.Vazeh  din 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 

xadimlərinin  ifşasına  girişmişdi.  Odur  ki,  Gəncədə 
ona iş tapılmırdı.  
Mirzə  Şəfi  1840-cı  ildə  Gəncəni  tərk  edib 
Tiflisə  gedir.  Öz  tanınmış  tələbəsi  M.F.Axundovun 
köməyi  sayəsində  Tiflis  qəza  məktəbinə  fars,  ərəb 
və  Azərbaycan  dilləri  müəllimi  vəzifəsinə  təyin 
olunur.  Tiflis  dövrü  şairin  həyatında  ən  mənalı  və 
zəngin  dövrdür.  O  burada  bir  neçə  xalqın  qabaqcıl 
fikirli ziyalıları ilə görüşmüş, dostluq etmişdir.  
Mirzə  Şəfinin  tanışları,  dostları  içərisində 
Almaniyadan gəlmiş Fridrix Martin Fon Bodenştedt 
də  var  idi.  O,  Mirzə  Şəfinin  1844-cü  ildə  Tiflisdə 
təşkil  etdiyi  “Divani  hikmət”  adlı  ədəbi  məclisində 
yaxından  iştirak  edib,  şairdən  Şərq  poeziyasının 
özünəməxsus  çalarlarını  öyrənir.  Çox  keçmir  ki, 
Mirzə  Şəfi  ilə  F.Bodenştedtin  tanışlığı  yaxın 
dostluğa  çevrilir.  F.Bodenştedt  vətəni  Almaniyaya 
qayıdan  vaxt  şairin  əlyazması  halında  olan  şeir 
məcmuəsini  alman  dilinə  tərcümə  etmək  üçün 
ondan alıb özü ilə aparır. F.Bodenştedt alman dilinə 
tərcümə  etdiyi  bu  şeirlərin  bir  qismini  özünün 
tarixi-etnoqrafik  əsəri  olan  “Şərqdə  min  bir  gün” 
kitabına  daxil  edərək,  Mirzə  Şəfi  barəsində 
xatirələrini 
də 
yazmışdır. 
Alman 
oxucuları 
tərəfindən  rəğbətlə  qarşılanan  şeirlər  F.Bodenştedt-
də şairin qalan şeirlərini tərcümə edib ayrıca kitabça 


Akif  Bayramov 
 
 
10 
halında  çap  etdirmək  həvəsi  oyadır.  1851-ci  ildə  o, 
Mirzə  Şəfinin  şeirlərini  “Mirzə  Şəfinin  nəğmələri” 
başlığı  altında  nəfis  şəkildə  çap  etdirir.  Şeirlər 
surətlə  yayılaraq,  müəllifinə  görünməmiş  şöhrət 
gətirir.  Az  müddət  ərzində  Mirzə  Şəfi  nəğmələri 
Avropa  dillərinin  bir  çoxuna  tərcümə  olunur. 
Dünyanın 
məşhur 
bəstəkarları 
Mirzə 
Şəfi 
nəğmələrinə  musiqi  əsərləri  bəstələyirlər.  Şeirlərin 
misilsiz  şöhrətini  görən  F.Bodenştedt  1870-ci  ildə 
“Mirzə  Şəfinin  sələfindən”  adı  altında  ikinci  bir 
kitabça  çap  etdirərək,  Mirzə  Şəfi  adı  ilə  bağlı 
şeirlərin  onun  özünə  məxsus  olduğunu  və  Mirzə 
Şəfinin  onun  “ədəbi  təxəllüsü”  olduğu  fikrini 
söyləyir. Bununla da o, Mirzə Şəfi ədəbi irsinə kölgə 
salır.  Bir  tərəfdən  Mirzə  Şəfinin  orijinal  əsərlərinin 
əldə  az  olması,  digər  tərəfdən  də  elmi  mətbuatda 
şair  haqqında  söylənilən  diqqətəlayiq  fikirlərlə 
yanaşı, qeyri-elmi, zidd, yanlış hökmlərin meydana 
çıxması  Mirzə  Şəfinin  ədəbi  irsi  haqqında  tam  fikir 
söyləməyə  imkan  verməmişdir.  Son  dövrlərdə 
ədəbiyyatşünaslarımızın,  tədqiqatçı  alimlərimizin 
gərgin  axtarışları  nəticəsində  Mirzə  Şəvi  və 
F.Bodenştedt  münasibətlərinə  hərtərəfli  nəzər 
yetirilmiş, 
şairimizin 
ədəbi 
irsinə 
salınmış 
kölgələrin  bir  qismi  aydınlaşdırılmışdır.  Sübut 
edilmişdir  ki,  alman  dilində  tərcümə  olunmuş 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
11 
“Mirzə  Şəfinin  nəğmələri”  başlığı  altında  çıxmış 
kitabçadakı 
şeirlər 
poetik 
ifadə, 
fəlsəfi 
ümumiləşdirmə  baxımından  Azərbaycan  şairi 
Mirzə Şəfi Vazehin qələminə məxsusdur.  
Şair şeirlərində Azərbaycanın feodal-patriarxal 
həyat  tərzinin  ziddiyyətlərini,  yeni  həyata  doğru 
qabaqcıl  meyllərini  əks  etdirmişdir.  Füzuli  ədəbi 
məktəbini  ləyaqətlə  davam  etdirən  Mirzə  Şəfinin 
əsərlərində səcdə etdiyi şey həyat gözəllikləridir. O, 
həyatın gözəlliyini kor-koranə etiqadda deyil, onun 
düzgün  dərk  edilməsində  axtarır.  Həyatla  bağlılıq, 
onun  maddi  və  mənəvi  nemətlərindən  istifadə 
etməyə  çağırış  şairin  şeirlərinin  ümumi  ruhunu 
təşkil  edir.  Həyatı  canlı  müşahidələr  əsasında 
öyrənmək,  təbiətin  nemətlərindən  faydalanmaq, 
zövq  almaq  fikri  onun  poeziyasında  daha  mənalı 
səslənir.  Mirzə  Şəfi  şeirlərində  öz  coşğun  mənalı 
eşqilə  dini  əfsanələri  alt-üst  edir.  Onun  şeirlərində 
təsvir olunan eybəcərlik, fənalıq bizdə bu hala qarşı 
mübarizə  eşqi  tərbiyə  edir,  istər-istəməz  fanatiklər 
dünyasına  nifrətimizi  artırır,  eyni  zamanda  dünya 
gözəlliyini qorumağa çağırır.  
Şair  sevib-sevilməsi  ilə  fəxr  edən  nikbin,  real 
insanın, hərtərəfli gözəl insanın vurğunudur. Mirzə 
Şəfi belə bir insanı tərənnüm etməyi şeirin qarşısına 
bir  vəzifə  kimi  qoyur.  Onun  şeirlərində  dini 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə