Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
63 
sahillərində  yaşayan  xalqlar,  onların  yaşadıqları 
yerlər haqqında qiymətli məlumatlar vardı.  
Abbasqulu  xan  otaqdan  çıxanda  Mirzə  Şəfi 
qarşısındakı  şüşəni  götürüb  özünə  şərab  süzdü  və 
içəndə, mən soruşdum:  
-
 
Sən xanın yanında niyə içmədin, Mirzə Şəfi?  
-
 
O, dindar adamdır. Dindarlar şərab içmirlər.  
-
 
Sən  də  ancaq  onun  dindar  olduğuna  görə 
içmədin?  
-
 
O  məndən  yaşlı,  həm  də  rütbəcə  böyük 
adamdır.  Mən  onun  yanında  içsəm,  onu  təhqir 
etmiş olardım. Mən ona sənin qonağın kimi hörmət 
etməliyəm. Zal öz qəhrəman oğluna necə demişdir: 
“Düşmənin  kiçiyi,  böyüyü  yoxdur.  Onu  düşmən 
kimi  qiymətləndirmək  lazımdır”.  Bir  də  görürsən 
ki, balaca bir bulaq gözündən gözlənilmədən su elə 
fəvvarə  vurdu  ki,  hətta  yüklənmiş  dəvə  karvanını 
ağzına alıb apardı.  
-
 
Nəfsini saxlamaq üçün heç bir əsasın yoxdur, 
Mirzə?  
-
 
Sual nə lazım – deyə o, badəni mənə uzatdı.  
-
 
Gəl  mənimlə  iç.  Yaxşı  əsasdır  badənin  qızıl 
tutumu, ən yaxşı ağız isə sərxoşun ağzıdır.  
-
 
Sən  hikmətli  söz  deyirsən  –  mən  onu 
qabaqladım.  Mən  səninlə,  həmişəki  kimi  oxumaq, 
içmək istəyirəm. Lakin sən mənim bir neçə sualıma 


Akif  Bayramov 
 
 
64 
cavab  ver.  Sən  hər  gün  öz  nəğmələrində  şərabın 
gözəl  məziyyətlərini  tərifləyirsən.  Mən  bunun 
şahidiyəm,  inanıram.  Bəs  necə  olur  ki,  burada 
yaşayanlar  su  kimi  içirlər,  ancaq  hikmət  sahibi 
olmurlar?  
-
 
Yəqin onlar içməyi bacarmırlar:  
 
Şərabdır insanı alovlandıran, 
Hissə zəhər verən, qəlbi yandıran. 
 
Yüksəldər insanı odlu qəlbində,  
Alçaldar onu bil öz əməlində. 
Bunlara dözümlü olarsa insan
Müdrikdən bir kəsə olmaz düşman.  
 
***  
Alçaqlıq yoluna düşdüsə insan
O yatar daim sərxoşluğundan.  
Ayılmaz heç vaxtı sökülsə də dan,  
Qaranlıq içində o  yuxusundan.  
 
***  
Ağılla içənlər xoşrəftar olur,  
Hikmət zirvəsinə daim ucalar.  
Gözəllikdir onun ali duyğusu
Mənalı danışar, olmaz qorxusu.  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
65 
 
Sədi  isə  bu  haqda  belə  deyib:  “Əgər  yağış  öz 
təbiətini dəyişməyib,  qaydasında yağarsa, bağlarda 
meh  əsər,  hər  yanda  ətirli  çiçəklər  bitər,  şoran  və 
barsız yerlər nəmişlik olar”.  
Mənim  yaşadığım  ev  David  dağının  ətəyində 
idi.  Dağın  zirvəsində  əzəmətli  David  kilsəsi 
ucalırdı.  Kilsənin  adı  dağın  adı  ilə  bağlıdır.  Hər 
hansı  bir  qadın  təmiz  niyyətlə  kilsənin  başına  üç 
dəfə  dolanıb,  hər  dəfə  onun  divarına  bir  daş 
yapışdırsaydı  və  bu  daş  kilsənin  divarından 
qopmasaydı,  demək,  onun  istək  və  arzusu  yerinə 
yetəcək,  günahları  bağışlanacaqdı.  Kilsəyə  gələn 
qadınların  kimisi  ərinin  işinin  yaxşı  getməsini 
arzulayır,  övladı  olmayanlar  isə  Allahdan  övlad 
diləyirdilər.  
Deyilənlərə  görə,  övladı  olmayan  bir  kişinin 
qadını kilsəyə gəlib dua edəndən sonra onun uşağı 
dünyaya  gəlibmiş.  Hər  həftənin  üçüncü  günü  bura 
saysız-hesabsız  bərli-bəzəkli,  ucaboy  gürcü  qızları 
toplaşar,  kilsə  ətrafında  dövrə  vurduqdan  sonra 
ayaqqabılarını  çıxarıb,  ziyarət  etmək  üçün  içəri 
daxil  olardılar.  Hətta  xristian  olmayan  Mirzə  Şəfi 
özü  belə,  ölümündən  sonra  müqəddəs  Davidin 
bura  qadın  yığmaq  qüdrətinə  heyran  qalmışdı.  O, 
həyəcanla deyirdi:  


Akif  Bayramov 
 
 
66 
-
 
Dünyanın  hansı  yerində  biz  belə  evlərin 
damında  və  yaxud  eyvanında  əyləşib,  qəlyan 
tüstülədərək,  qarşımızdan  gəlib  keçən  möminləri, 
dindarları  həvəslə  seyr  edərdik?  Dünyanın  hansı 
yerində biz bu qədər içi meyvə dolu gözəl, yaraşıqlı 
səbətlər  görə  bilərdik?!  Hansı  yerdə  bu  qədər 
çılpaq, 
gözəl 
qadın 
ayaqlarını 
görmək 
mümkündür?  
Qadınların  kilsəyə  ayaqyalın  daxil  olması 
onların qədim müqəddəs adəti idi.  
Gürcü  qadınları  qar  kimi  ağ  kəlağayı 
örtərdilər.  Kəlağayı  bu  yaraşıqlı  qadınları  daha  da 
cazibədar göstərərdi.  
David dağından baxanda möhtəşəm sarayları, 
bağları,  terras  üslubunda  tikilən  evləri  olan  şəhər 
sanki  ayaqlarımız  altında  idi.  Biz  terras  üslubunda 
tikilmiş  pəncərəsiz  evlərin  yanından  aşağı,  şəhərə 
endik.  Hava  pis  olanda  bu  evlərin  pəncərələri 
örtülərdi.  Mənzil  qaranlığa  qərq  olardı.  Adam 
hərdən düşünürdü:  
-
 
Görəsən, 
Gürcüstanın 
dəmir 
tağlardan 
tikilmiş  binalarından  hansı  həyata  bu  balaca  evlər 
gözəllik verər?  
Biz  Tiflisin  küçələrini,  haylı-küylü  bazarını 
gəzib-dolaşdıqdan  sonra  dostumuz  möhtərəm 
Zalsmanın evinə gəldik. O, evdə yox idi. Bizi onun 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
67 
həyat  yoldaşı  qarşıladı.  İçəri  keçib  əyləşdik.  Bərk 
yorulmuşduq.  Bir  az  söhbət  etdikdən  sonra  xanım 
Zalsman  bizi  axşam  yeməyinə  və  kaxet  şərabına 
qonaq  etdi.  Dincimizi  alandan  sonra  axşamtərəfi, 
gəldiyimiz  yolla  geri  qayıtmağı  qərara  aldıq. 
Qayıdanbaş yolda yenə bərk yorulmuşduq. Hərdən 
dayanıb  dincimizi  alırdıq.  Buna  baxmayaraq, 
ayaqlarım  zorla  gedirdi.  Daha  tab  gətirə  bilmədim, 
dincimi  almaq  üçün  bir  ağacın  altında  dayandım. 
Ətraf  mənzərəli  olduğundan,  xəyalım  uzaq  idi. 
Birdən  qulaqlarımda  bir  səs  cingildədi.  Bu  oxunan 
nəğmə  mənə  tanış  idi.  Mən  onu  ahəngindən 
tanımışdım.  Bu,  sənin  səsin,  sənin  nəğmən  idi,  ey 
gəncəli  ustadım  Mirzə  Şəfi!  Ayağına  sarı  rəngə 
çalan  çəkələk,  əyninə  atlas  şalvar,  nazik  parçadan 
tikilmiş,  tərtəmiz,  səliqəli  pencək  geyib,  qara 
damının  üstündə  utancaq  görkəmdə  durub,  ətrafı 
seyr  edərək  nəğmə  oxumağın  indi  də  gözlərim 
önündə canlanır.  
Sən,  elə  zənn  edirdin  ki,  o  evin  kölgəsində 
artıq  görünməzsən,  hətta  sənin  surətini  mən  də 
unutmuşam. 
Lakin 
mən 
sənin 
surətini 
unutmamışam.  
Hərdən 
qollarını 
sinən 
üstündə 
çarpazlamağın, 
əlini 
gicgahına 
qoyub 
fikrə 
getməyin sənə bir müqəddəs düha görkəmi verirdi.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə