Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   12   13   14   15   16   17   18   19   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
73 
O,  bir  qədəh  şərab  içib,  özünə  qəlyan  sifariş 
etdikdən  sonra  başqa  hadisələrdən  danışmaq 
istəyəndə mən onun sözünü kəsib:  
-
 
Sənin  sözlərin  çox  səmimi  səslənir,  Mirzə 
Şəfi!  Mən  də  Quranda  gözəl  kəlamları  oxumağı 
sevirəm. Xahiş edirəm qadınlar barəsində öz fikrinə 
davam elə! – dedim.  
-
 
Xahişin  ağıllı  xahişdir  –  deyə  Mirzə  cavab 
verdi.  Məmnuniyyətlə  sənin  xahişini  yerinə 
yetirərəm. Qadına qəlbən nə qədər bağlansan, bir o 
qədər  onu  yaxından  tanıyırsan,  öyrənirsən.  Yaxşı 
tanıdıqdan sonra bir o qədər çox sevirsən. Nə qədər 
onları çox sevirlər, bunun əvəzində, bir o qədərdən 
də  artıq  onlar  bizi  sevirlər.  Çünki  əsl  məhəbbətə 
onlar  qarşılıqlı  cavab  verirlər.  Ən  ülvi  məhəbbət 
yüksək  ağıl  deməkdir.  Bu  dünyada  qadından 
yüksək 
nə 
ola 
bilər? 
Şən 
xəyalımızda 
canlandırdığımız  cənnətin  gözəlləri  yer  üzündə 
yaşayan  mələklərin  yanında  nədir?  Xəyal  həqiqət 
yanında  nəyə  gərəkdir?  Kölgə  canlı  varlıq  yanında 
nədir  ki?  Mən  sənə  deyirəm  ki,  qadın  yer  üzündə 
Allahın 
həqiqi 
varlığıdır! 
Onlardır 
həyatın 
daşıyıcısı.  Onlar  həyatın  ən  gözəl  məxluqudur. 
Onlardır xoşbəxtlik tacının ən qiymətli daşı. Kim ki, 
onların  tərəfdarıdır,  həyat  da  onlarındır!  Gözəl 


Akif  Bayramov 
 
 
74 
qadının  əlini  öpmək  ən  dadlı  yeməklərdən 
üstündür...  
-
 
Öpdüyün  gözəlin  əli  erməni  qadınlarının 
əllərindən təmiz olmalıdır, Mirzə Şəfi!  
-
 
Sən  yersiz  danışırsan!  Qadınların  təbiətində 
ən  maraqlı  cəhət  odur  ki,  qadınların  pintiliyi  ağıllı 
kişilərin  onlarla  düzgün  rəftar  etməməsindən  irəli 
gəlir. Qadını elə öyrət ki, onun əlini öpsünlər. Onda 
onun  əli  həmişə  təmiz  olar.  Onun  ayağını  öpsən,  o 
çalışacaq  ki,  öz  ayaqlarına  bütün  qadınlıq  səyi  ilə 
qulluq etsin!  
Mən  Ustadın  bu  gecəki  kimi  vəcdə  gəldiyini 
görməmişdim.  O,  qadını  tərifləməklə  qurtarmaq 
bilmirdi.  Artıq  neçə  vaxtdı  o,  gözümə  xasiyyəti 
dəyişilmiş  kimi  dəyirdi.  Onun  sifətində  qabaqlar 
hiss  olunan  məyusluq  xoş  əhval-ruhiyyə  ilə  əvəz 
olunmuşdu.  Onun  axşam  macəralarını  görəndə 
başa  düşdüm  ki,  o  yenidən  vurulub.  Mənim  bu 
fərziyyəm tamamilə doğru çıxdı. Mən onu xəyaldan 
ayırıb,  fikrini  gündəlik  məsələlərə  yönəldəndə, 
dalğın  halda  olsa  da,  kefi  yaxşı  olurdu.  Dərsin  hər 
tənəffüsündə nəğmə oxunurdu. Hər arzu, hər istək 
bir neçə nəğmədə öz gözəl ifadəsini tapırdı.  
O boş şərab şüşəsini götürüb, ucadan səsləndi:  
-
 
Qoy şərab gətirsinlər. Hafiz necə deyib:  
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
75 
Qızıl gülün fəsli gəlib 
Şərab gətir ay sevgilim 
Bir-birimizə sevda verib 
Xoşbəxt gəzək ay sevgilim. 
-
 
Mirzə  Şəfi,    -  deyib  onun  sözünü  kəsdim.  –
Boynuna al sən bütün varlığınla aşiqsən. Mən bunu 
hərəkətlərindən başa düşürəm. 
-
 
Haqlısan,  -  o  gülümsünərək  cavab  verdi.  – 
Dünya  yenə  mənə  olduğundan  gözəl  görünür! 
Hafiz necə deyib: 
Mən coşğun dənizdə çox səyahət etdim, 
Ölümlə üzbəüz gəldim, lakin ölüm yan keçdi. 
Elə  ki  mirvari  tapdım,  dəniz  mənə  dəhşətli 
görünmədi. 
Mən yenə onu qabaqladım: 
-
 
Sən niyə nəğmələrini oxumursan, Mirzə Şəfi? 
Hafizin  gözəl  nəğmələrini  həmişə  oxuya  bilərik. 
Lakin  sənin  nəğmələrini  ancaq  yanında  olanda 
eşidirəm. 
O,  razılıq  əlaməti  olaraq  başını  tərpətdi.  Mən 
qələm-kağız  hazırladım.  Mirzə  Şəfi  o  dəqiqə  də 
nəğmə oxumağa başladı. 
Arzumuza çatmaq üçün 
Mən də, sən də can atırıq. 
Gecəmizi, gündüzmüzə 
Yorulmadan biz qatırıq. 


Akif  Bayramov 
 
 
76 
Sən gəlbini mənə verdin, 
Mən könlümü sənə verdim. 
Hər ikimiz ayrılıqda 
Yaşasaq da birik dedim. 
 
Gəlbimizdə istək böyük, 
Ayrılmayan bir bütövük. 
Qartal kimi səmalara 
Biz durmadan yüksəlirik. 
-  Sən  yazırsanmı?  –  deyə  o  sözünü  kəsib 
sordu. 
-  Necə  bəyəm?  Sənin  özün  mənə  yazmağı 
tapşırmışdın ki? 
- Belə mənasız şeyi yazmağa dəyməz. Mən bir 
coşmaq  istədim.  Ağıllı  nəğmə  yazmaqdan  və  aşiq 
olmaqdan asan şey yoxdur! 
-  Əgər  bu  sənə  asan  müəssər  olursa,  demək, 
qərib bir şey olmalıdır! 
-  Bu,  onu  yetirən  kökdən  asılıdır!  İndi  mən 
oxuyum, sən yaz. 
Mirzə Şəfi oxuyur: 
Hər tərəfdə duman olsa, çən olsa, 
Qorxumuzu, qəmimizi unudaq. 
Gözəl yanında, şərab məclisində 
Riyakarlığı unudaq. 
Müdrikləri, xeyirxahı qoruyaq 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
77 
Peyğəmbərin iti, qılıncı ilə. 
Xurafatı məhv edib doğrayaq
Günəşi, ayı yerə endirib 
Ocağını nəğməmizlə alovlandıraq. 
Qoy bizim nəğməmiz gözəllik 
Mehrabımın nəzir alovuna çevrilsin, 
Qıvrım telli gözəlləri öz 
Şəfəqində isitsin, bizə sevinc gətirsin. 
 
Biz  burada  Mirzə  Şəfi  və  “Divani-hikmət” 
barədə 
söhbəti 
saxlayıb, 
səyahətimiz 
boyu 
danışılacaq  görüşlərimizdən  söhbətə  imkan  tapaq. 
Buradaca  bir  neçə  qısa  nəğmə  veririk  ki,  bu  da 
“Divani-hikmət”  məktəbindən  gələn  əks-səda,  yeni 
səyahətimizə keçid nöqtəsidir. 
 
Ayaqlarım altında coşğun, sarı rəngli Kür axır, 
Onun dalğaları günəş şəfəqləri altında rəqs edərək
bərq vurub gülümsünür. 
 
Mənimsə qəlbim çəmənlikləri seyr edir, 
Kaş həmişəlik belə olaydı. 
 
Qırmızı rəngli Kaxet şərabı qədəhdə şəfəq saçır, 
Sevgilim isə qədəhimə şərab süzür
 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə