Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
113 
-
 
Ustad,  necə  olur  ki,  biz  yağmursuz  havada 
üst-başımızı  təmiz  saxlaya    bilmirik,  sən  isə  yağışlı 
gündə  uzaq  yolu  işə  piyada  gələrkən  şalvarının 
balağını, 
ayaqqabını, 
zərif 
corablarını 
çirkə 
batırmırsan? 
Mirzə  Şəfi  gülümsünüb,  öz  dilində:  -
Adətdəndir! – dedi və yoldaşlarıma üz tutub, sualla 
müraciət  etdi.  Yoldaşlarım  Azərbaycan  dilini 
anlamadıqları  üçün  nə  deyəcəklərini  bilmədilər. 
Ustadım  üzünü  mənə  tutub,  yoldaşlarımın  şərab 
içmələri barəsində soruşdu. Mən ona yoldaşlarımın 
şərabı  xoşladıqlarını  bildirdim.  Onu  da  deyim  ki, 
Mirzə Şəfi mənim köməyim vasitəsilə gimnaziyada 
yeni 
vəzifə 
almaq 
arzusunda 
idi. 
Lakin 
allahsızlığına görə, rəqibləri ona mane oldular. Ona 
görə  də  bizimlə  şərab  içsə,  dilə-dişə  düşəcəyindən 
ehtiyat  edirdi.  Mən  onun  narahatlığını  hiss  edib, 
yoldaşlarımın 
etibarlı, 
sirr 
saxlayan 
adam 
olduqlarına onu inandırdım.  
Mirzə  Şəfi  yan  otaqda  büzüşüb  oturan  oğlanı 
Hafizin  nəğməsilə:  “Sofi,  bear  badə”  –deyə  səslədi. 
Gənc, ustadın nə dediyini o dəqiqə anladı və qapıya 
tərəf  yönəldi.  Görünür,  bu  işarə  ona  yaxşı  məlum 
idi. 
Mirzə  Şəfidən  soruşdum:  -Bu  gənc  oğlan 
kimdir? 


Akif  Bayramov 
 
 
114 
-  O  mənim  kasıb  qohumumun  oğludur.  Atası 
öləndən  sonra  yanımda  saxlayıram.  İstəyirəm  elm 
öyrənsin.  Ancaq  ondan  bir  şey  çıxan  deyil.  Çalışır 
ki, molla olsun. Onun üçün molla, müctəhid böyük 
şəxsiyyətlərdir.  Qoca  bir  seyidin  əlini  öpmək, 
mənim  əlimdən  şərab  alıb  içməkdən  ona  daha 
xoşdur.  Onun  gələcəkdə  müctəhid  olacağına  heç 
şübhəm  yoxdur.  Bunun  üçün  onda  hər  bacarıq 
vardı.  Dərviş  kimi  cilddən-cildə  girməyi,  həm  də 
mollalar kimi yay tək açılıb-yığılmağı bacarır, -deyə 
ustad cavab verdi. –Ancaq gözəl xətti var. Hər gün 
oturub köhnə mərsiyələrin və cürbəcür əhvalatların 
üzünü köçürməklə məşğul olur. Bu minvalla özünə 
gələcəkdə  çörək  pulu  qazanmaq  istəyir.  Mirzə  Şəfi 
gəncin barəsində danışan zaman oğlan, əlində şərab 
kuzəsi içəri girdi və qırmızı pərdəli taxçadan stəkan 
götürüb  şərab  süzmək  istəyəndə,  ustad  kuzəni 
ondan alıb:  
- Ver mən süzüm. Sən get yazdığın dəftərlərini 
gətir. Bu cavan ustadlar bilmək istəyirlər ki, sən bu 
həftə ərzində nə yazmısan, -dedi. 
Gənc  tez  gedib,  səliqə  ilə  yazılmış  iki  dəftər 
gətirdi.  Dəftərlərdən  birinin  başlığı:  “Rusların 
İrəvana gəlməsinə dair tərif”, o birinin isə “Qarabağ 
müsəlmanlarının  rus  çarına  duası”  idi.  Hər  iki 
dəftər  şeirlə  yazılmışdı.  Şeirlərin  əksəriyyəti  fars 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
115 
dilində 
idi 
və 
elə 
səliqəli 
yazılmışdı 
ki, 
tərifləməmək mümkün deyildi. Mən xahiş etdim bir 
nüsxəsini  mənə  versin.  Gənc  oğlan  tərifdən 
xoşallanıb,  dəftərlərini  mənə  bağışlamaq  istədi, 
lakin Mirzə Şəfi ona mane olub, mənə: 
-  Sən  dəftərləri  almağa  tələsmə.  O,  bir  nüsxə 
də  səliqə  ilə  köçürər,  mən  gələn  dərsdə  gətirib, 
orada yazılan mərsiyə şeirlərinin nə olduğunu sənə 
başa  salaram,  -dedi  və  gəncə  işarə  etdi  ki,  getsin. 
Gənc gedəndən sonra əlavə etdi: -Əgər sən şeirlərin 
təsirindən  Allaha  inansan,  mən  bir  daha  səninlə 
şərab içməcəyəm. 
- Məni sənin kitabxanan maraqlandırır, ustad. 
Yəqin  kitabxanada  mərsiyələrdən  başqa  ayrı 
kitabların  da  var.  Yaxşı  olardı  bizə  kitabxananı 
göstərəydin. 
Mirzə Şəfi gülümsünüb, Hafizin şeiri ilə mənə 
cavab verdi və dedi: 
-Doğrusu,  mənim  kitablarımı  daşımaq  üçün 
dəvə karvanı gərək deyil. 
O  mənə,  kiçik  olsa  da,  fars  və  ərəb  dillərində 
yazılmış qiymətli əlyazmalarını  göstərdi. Onun bu 
ədəbi  sərvəti  fəlsəfi  fikirlərlə  dolu  şeirlərdən  ibarət 
idi. Mən özümü saxlaya bilməyib soruşdum: 
-  Ustad,  bəs  necə  olur  ki,  qidalandığın  söz 
dəryası  bu  qədər  kiçik  olduğu  halda,  hər  gün  Şərq 


Akif  Bayramov 
 
 
116 
poeziyasının əlvan, rəngarəng söz boyalarını aləmə 
bəxş edirsən? 
-  Bu  elm  dəryası  kiçik  görünsə  də,  məzmunu 
dərin,  fikir  dünyası  genişdir.  Böyük  şairlərin 
yazdıqlarını  mən 
əzbər  bilirəm,  əgər  onu 
unudaramsa,  təkrar-təkrar  oxuyub  öyrənirəm.  Bu, 
mənə  xoş  olur.  Pis  şairlərin  bircə  sətrini  də 
oxumuram.  Məzmunsuz  şeir  kimə  gərəkdir?  İnsan 
müdrikləşdikcə  kitabları  da  azalır.  Yüz  dənə  pis 
kitabı  bir  yol  oxumaqdansa,  yaxşı  bir  kitabı  yüz 
dəfə  oxumaq  məsləhətdir.  Gərəksiz  kitablar  çox 
olduqca  dolaşıqlıq  da  artır.  Gərəksiz  şeirləri 
oxuyandan  sonra  hirslənirəm,  onlar  gözəl  şeir 
yazmağa  mənə  mane  olur.  Ona  görə  ilhamımı 
başqalarından  almaq  istəmirəm.  Mən  öz  ilhamımı 
gözəllərdən,  təravətli  çiçəklərdən,  əla  şərabdan  və 
baharın ətirli nəfəsindən alıb, şeir yazıram. Şairlərin 
ilham mənbəyi bu olmalıdır.  
Mirzə Şəfi sözünə ara verib, şərab dolu qədəhi 
başına  çəkdi  və  onu  yenidən  doldurub,  həyəcanla 
sözünə davam etdi: 
-Çiçəkli  bir  bağ  mənə  daha  çox  rayihə  verir, 
nəinki  sərvət  dolu  karvanların  keçdiyi  susuz  bir 
səhra.  Bir  gözəlin  gül  yanaqlarının  qızartısından 
daha  çox  ilham  alıram,  nəinki  boşboğaz  şairlərin 
şeirlərindən. Günahsız bir körpənin səsi mənə daha 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə