Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Akif  Bayramov 
 
 
98 
vardısa,  o  Mirzə  Şəfi  idi.  Gəncəli  ustadım  bir  çox 
nəğmələri  şənliklərdə  azərbaycanlı  sazəndələrin 
dilindən düşmürdü. Əgər Şərq şerinin adətinə görə 
müəllifin 
adı 
axırda 
gəlməsəydi, 
oxunan 
nəğmələrin müəllifini  bilmək çətin olardı. Məsələn, 
Hafiz şerində belədir: 
 
Kim oxumaqda və ahəngində Hafiz sənətinə  
ucala bilər? 
 Bu o deməkdir ki, yazıq bir qaranquş özünü  
qartalla müqayisə edər. 
 
Və yaxud Mirzə Şəfi nəğməsində: 
 
Mirzə Şəfi, necə məhəbbətlə səslənir,  
Sənin ahəngində hikmətlərin.  
Nəğmələrin danışığında səslənir,  
Danışığın nəğmələrində ülviləşir. 
 
Mirzə  Şəfidən  tərcümə  etdiyim  nəğmələrin 
orijinallığına  xələl  gətirmədən,  onları  alman 
donunda 
vermişəm, 
çünki 
bu 
nəğmələrin 
yaranmasının özü kimi də, onların fikrimizdə qalan 
maraqlı tarixçəsinin şahidi olmuşam. 
Hikmət  kitabına  yazılmış  ilk  sözdə  deyilir: 
“Allah  adından  xeyir-dua  verənlərə  və  mərhəmətli 
Yeri-göyü 
yaradanın 
tərifini 
və 
mükafatını 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
99 
verəndən  sonra”,  bu  kitabın  əsl  həqiqətini-surətini 
və  keyfiyyətini  açaq.  Mirzə  Şəfi  (Allah  onun 
güzəranını  yaxşılaşdırsın)  Bustan  əfəndinin  (Allah 
onun    işini  avand  eləsin)  istək  və  arzusuna  əsasən, 
qəsidə,  qəzəl,  mürəbbe,  məsnəvi  və  rübailərdən 
ibarət  kitabı,  ağıllar  mənbəyindən  axmaqların 
qidalanması  və  ustadlar  biliyini  möhkəmlətmək 
üçün yazmışdır. 
Bu  kitabda  sevinc,  məhəbbət  və  şərabın 
mədhi;  istək  və  arzu,  təsəlli,  məhkumluq,  yaxşılıq, 
gözəllik,  hikmətlərin  mənbəyi,  pislik,  mərhəmət 
barəsində  nəğmələr  vardır.  Bu  nəğmələrlə  elmə 
həvəs, qiraətə məhəbbət aşılanır, ustadlıq aləmində 
kim atını düzgün çapsa, həqiqi yolunu o tapır. 
Bu  nəğmələr  gələcəkdə  pis  şairlərin  əsərlərini 
göstərmək  üçün  bir  meyar  olacaq.  Pis  şair  elə 
bataqlığa  bənzər  ki,  əvvəl  dərinliyi  bilinməz, 
sonradan  aydın  olar  ki,  dayazdır  (belələrinə  lənət). 
Pis şair düzgün yolu tutmaq əvəzinə, özgə səsindən 
çıxan  əsərləri  oğurlayır.  Onlardan  heç  kəs  mənfəət 
götürə bilməz, axmaq  işlərindən heç kəs xeyir tapa 
bilməz. Yaxşı şair haqqında deyilib: 
 
Şah öz ziynəti, varı ilə tanınar, 
Şair isə öz sözü, öz mənliyi ilə seçilər. 
 


Akif  Bayramov 
 
 
100 
*** 
Hörmətli  oxucum,  “Şərqdə  min  bir  gün” 
əsərimin  əvvəlində  Ustad  Mirzə  Yusifi  və  Mirzə 
Şəfinin  ona  neçə  böyük  üstünlüklə  qalib  gəldiyini 
yəqin xatırlayırsınız. 
Mirzə 
Yusif 
yarışda 
məğlub 
olmasına 
baxmayaraq,  məni  öz  tərəfinə  çəkmək  ümidini 
itirməmişdi.  O,  gəncəli  ustadım  Mirzə  Şəfidən 
çəkinib,  yanıma  gələ  bilmirdi.  Lakin  mənimlə 
tanışları, şagirdləri vasitəsilə əlaqə saxlayır, istək və 
arzularını mənə bildirirdi. 
Tanışlarımdan biri xeyli vaxt idi ki, onunla rus 
dilində  məşğul  olurdu.  Mirzə  Yusif  bu  dili  səylə 
öyrənməyə  çalışırdı  və  yaxşı  nəticələr  də  əldə 
edirdi.  Onun  ərəb,  fars  dillərinin  yazısı  sahəsində 
bir  xəttat  kimi  hörməti  vardı,  lakin  kələkbaz 
olduğundan,  bir  alim  kimi  mənliyi  yox  idi.  Belə 
adamı  Avropada  “dələduz”  alim  adlandırmaq 
olardı,  Şərqdə  isə  belələri  haqqında  deyirlər: 
“Qapıdan qovsan, bacadan girər”. Elə həftə olmazdı 
ki,  mənimlə  görüşə  can  atmasını  şagirdləri 
vasitəsilə  bildirməsin,  mənə  ithaf  etdiyi  şeirlərini, 
kağız  üzərində  dırnağı  ilə  cızdığı  şəkilləri 
göndərməsin.  Bir  şəklində  mən  hətta  kol  dibində 
gizlənmiş dovşana bənzəyirdim. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
101 
Şəkillərin  çəkilməsinə  gərgin  əmək  sərf 
etdiyinə  görə    Mirzə  Yusif  hörmətə  layiqdi.  Onun 
kağız  üzərində  rəngsiz-boyasız  çəkdiyi  şəkillərdən 
bir  neçəsini  xeyli  müddət  ehtiyatla  saxladım. 
Bunların əvəzində Mirzə Yusifə öz minnətdarlığımı 
bildirmək  məqsədilə  güllü-naxışlı  balaca  bir  cib 
güzgüsü  alıb  ona  göndərdim.  Zənnimcə,  özündən 
çox-çox razı adam üçün bu, vacib hədiyyə idi. Onu 
da hiss etdim ki, bundan Mirzə Yusifin dəcəlliyinin 
qarşısına  hədd  çəkən  çətin  tapılacaq.  Bu,  belə  də 
oldu. O, Mirzə Şəfiyə acıq vermək məqsədilə mənə 
tərif  dolu  şeirlər,  Mirzə  Şəfiyə  isə  sərbəst  şeir 
formasında həcv yazırdı. O mənə göstərdiyi şeirləri, 
şəkilləri  tərifləyib,  bildirirdi  ki,  bir  gecədə  üç  gözəl 
şeir  yazır,  üç  xoşagələn  şəkil  çəkir.  Guya  o  öz 
sənətkarlığında gəncəli ustaddan çox-çox üstündür. 
Gəncəli  ustadım  Mirzə  Şəfi  gördü  ki,  Mirzə 
Yusif  son  vaxtlar  küçəyə,  bazara  ev  çəkələyində 
çıxır,  ona  əhəmiyyət  vermədən,  başını  dik  tutub, 
yanından  saymazyana  ötüb  keçir.  Mirzə  Şəfi  onun 
sərbəst  şeir  formasında  həcv  yazmasına  da  çox 
təəccüblənirdi. Lakin Mirzə Şəfi adi şeydən ötrü tez 
özündən  çıxıb,  hirslənən  adam  deyildi.  O,  Mirzə 
Yusifin  dəcəlliyinə  öz  satikliyi  ilə  cavab  verirdi. 
Gəncəli  ustadım  Mirzə  Yusifi  özündən  çıxarmaq 


Akif  Bayramov 
 
 
102 
məqsədilə,  hərdənbir  ona  həcv  yazıb  ələ  salırdı. 
Mirzə Şəfi yazmışdı: 
Mirzə Yusif, kefim kökdür şərabdan, 
Səninlə sözləşmək gərəyim deyil. 
Həyatını özün zəhərləyirsən, 
Haqla yaşayana həyat cənnət olar, bil. 
Mirzə Yusif daim qaşqabaqlı dolanır, 
Bəyənməz heç kəsi, sevməz heç kəsi. 
Özünü hamıdan ağıllı sanar, 
İstəyər ki, hamı ona bənzəsin. 
Öküz maymaq olar, üzü gülməz, 
Yersiz böyürtüsü də qulaq batırar. 
Bülbül ilə o heç zaman yarışa bilməz 
Çünki bülbülün zərif, incə səsi var. 
Beləliklə,  ustadlar  arasında  yarış  qızışır,  hər 
dəfə  də  Mirzə  Şəfi  ona  qalib  gəlirdi.  Mirzə  Yusif 
zarafata  tab  gətirməzdi,  tez  hirslənərdi.  Onun  hər 
məğlubiyyəti  qəlbində  acı  kədərə  çevrilərdi.  Hər 
dəfə  Mirzə  Şəfinin  şeirlərini  alanda  keçirdiyi  acı 
hisslər bir anda intiqamla əvəz olunurdu. Mirzə Şəfi 
ona belə bir şeir yazmışdı: 
Mirzə Yusif çox qəribə oğlandır, 
Günəş parıltısı xoş gəlməz ona. 
Əlinə qızılgül heç zaman almaz, 
Tikanları ox olub batar canına. 
 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə