Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

Akif  Bayramov 
 
 
78 
Mən şərabla birlikdə sanki onun baxışlarını  
da içirəm, 
Ah kaş həmişəlik belə olaydı. 
 
Günəş batır, qaş qaralır, 
Mənim qəlbimdəsə məhəbbət ulduzu. 
 
Qaranlıqdan parlaq şəfəq çiləyir, 
Ah kaş həmişəlik belə olaydı. 
 
Mənim coşğun məhəbbətimin axını 
Sənin qara gözlərinin dənizinə axır, 
 
Gəl, ay qız! Qaş qaralır, heç kəs görünmür
Ah, kaş həmişəlik belə olaydı! 
 
Dənizin gen sinəsinə günəş şəfəq saçır, 
Onun dalğalarında öz əks-sədasını tapır. 
 
Sən də günəş kimi nəğmələrimdə öz əksini tapırsan. 
Sənin şəfəqindən nəğmələrim nur alıb, cana gəlir! 
 
Mən hiss edirəm ki, sənin nəfəsindir 
Hər tərəfimdə əsən, 
Hara Baxıramsa, mənə elə gəlir ki, səni 
                                                      orda görürəm. 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
79 
Mənim fikrim dənizdədir, 
Sən bəlkə orda batmısan ki, 
Günəş kimi yenidən gözəl çıxasan. 
 
Yayın  ilkin  vaxtı  idi,  bərk  sarılıq  xəstəliyinə 
tutulmuşdum.  Buna  görə  xəstəxanaya  düşdüm. 
Məni  müalicə  edən  həkimlər  Tiflisdə  havaların  isti 
keçəcəyini  və  mənim  xəstəliyimin  ciddiləşəcəyini 
nəzərə alıb, məsləhət bilmişdilər ki, şəhəri tərk edib, 
dağ  havasına  çıxım,  bəlkə  xəstəliyim  keçib  gedə. 
Xəstəliyimin pisləşdiyini görən Mirzə Şəfi mənə baş 
çəkir, 
lazım 
olan 
dərmanları 
alır, 
mədə-
bağırsağımda  soyuqlamanın  qarşısını  almaq  üçün 
hətta tut bəhməzi gətirirdi. 
Sololak  dağı  Tiflisin  ən  gözəl  nöqtələrindən 
biridir. Onun arxa hissəsində Şahdağ gümbəzləri ilə 
məşhur  olan  uzun  kərpic  hörgü  qədim  Karikale 
xarabalığını 
birləşdiridi. 
Bu 
qala 
farsların 
Gürcüstana  tutduqları  qanlı  divandan  xatirə  idi. 
Sololak  dağının  zirvəsindən  baxanda  qarşıda  gözəl 
mənzərə açılır. Burada elə bil David dağı ilə üzbəüz 
durursan,  Didubə  düzlüyü,  Kür  çayının  ətrafında 
və  Soğanlıqda  Tiflisin  ən  gözəl  bağları  buradan 
aydın  görünür.  Hər  şeydən  əvvəl  Sololak  dağında, 
hündür  Varın  qarşısında  pilləkən  qaydasında 
salınmış asma bağda iri, qollu-budaqlı müxtəlif növ 


Akif  Bayramov 
 
 
80 
ağaclar amma daha çox xoş gəlirdi. Mən Tiflisə artıq 
öyrəşsəm də, Mirzə Şəfi ilə ilk dəfə Sololak dağında 
gördüyüm  tut  ağacları  mənə  qəribə  və  xoş  təsir 
bağışlayırdı,  çünki  onlara  öyrəşməmişdim,  heç 
görməmişdim də. 
Biz  bağa  girib,  dincəlmək  üçün  böyük  bir 
ağacın  altında  oturduq.  Burada  mən,  Mirzə  Şəfinin 
təklifilə, xəstəliyimə şəfa gətirmək üçün tut ağacına 
çıxıb,  tut  yeməli  oldum.  Mirzənin  köməyilə  ağaca 
baxdım, onun arzusunu yerinə yetirmək üçün, güc-
bəla  budaqdan-budağa  adlayıb,  tut  dərib  ləzzətlə 
yedim.  Ustadın  bu  müalicəsinin  əksinə,  xəstəliyim 
daha  ciddiləşdi.  Bir  neçə  həftədən  sonra  Qafqazın 
yer-canişininin  Pirutinadakı  yay  iqamətgahına 
gedib,  orada  özümü  müalicə  etmək  üçün  Pirutina 
dağ  otlarından  dərmanlar  sifariş  etmək  qərarına 
gəldim. 
Yerli  canişinin  mehriban  xanımı  Neydqartın 
dəvətilə  mən  bütün  yayı  onun  mənzilində,  gözəl 
qadınların  əhatəsində,  ətirli  güllərin  içində,  təmiz 
dağ  havasında,  yaşıl  meşəlikdə  keçirdim.  Mən 
onlardan  xoş  təəssüratla,  sağlam  canla  ayrılaraq, 
Məndan,  Aspinzadan  keçib,  Axalsix  paşalığına 
doğru səyahətimi davam etdirdim ... 
Biz  Salkaya  çatanda  günəş  artıq  batmaq  üzrə 
idi. Burada yarım saat dincəlmək qərarına gəldik.  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
81 
Biz istirahət edib, yola düşəndən sonra Georgi 
yol  boyu  qırx  qız  haqqında  əfsanəni  mənə  danışdı: 
“Bir  gün  Allah  öz  əzizlərini  cənnədə  dünya 
gözəlləri  ilə  sevindirmək  üçün  axırıncı  imama  əmr 
verdi ki, dünya xalqları içindən axtarıb qırx məlakə 
tapsın  və  onları  göyə  çıxarsın.  Müqəddəs  ata  bunu 
necə gözəllik olduğunu başa düşüb, Allahın əmrinə 
sözsüz əməl etməyə başladı. 
O,  Firəngistandan  keçib  İngilisə  getdi  və  hər 
ölkədə  şahların  gözəl  qızlarını  oğurladı.  Şah  qızını 
oğurlayanı tutub öldürmək istəyəndə, Allah ona elə 
təsir edirdi ki, gözləri dumanlanırdı. 
İmam  böyük  su  üzərindən  üzüb,  bər-bəzəkli 
geyimləri,  şirindilli,  cazibədar  olan  Nemsəyə 
(Almaniya-A.B.)  gəldi.  Bir  ildən  sonra  Allahın 
tapşırdığı müqəddəs say düzəldi. İmam Qara dənizi 
keçib  Cənuba  gəldi  və  bir  dəstə  xoşbəxt  gözəli  ilə, 
nəhayət,  Quriyaya  yetişdi,  ancaq  o,  burada 
düşmənlə rastlaşdı. 
Bu  yerdə  bir  nəfər  onun  hurisinin  birinə  bərk 
vurulmuşdu.  O,  günah  işlədib,  sevgilisinin  cənnətə 
getməsinə mane olmuşdu. İmam həmin qızı başqası 
ilə  əvəz  etmək  üçün  burada  nə  qədər  gözəl 
axtardısa,  tapa  bilmədi.  O,  Allahın  qəzəbinə  düçar 
olmamaq  üçün  dərin  təəssüf  hissi  ilə  qılınc 
Osmanlıya üz tutdu. 


Akif  Bayramov 
 
 
82 
Lakin  o  gözəl  qız  Quriyada  qaldı.  Onun 
dünyaya  gətirdiyi  gözəl  övladları  artıq  yerli 
uşaqlarla qarışmışlar ...” 
...Biz  Axalgələgdən,  Aspinzadan  keçib,  Ömər 
əfəndinin görüşünə tələsirdik. 
Axalsix paşalığını Paskeviç alandan sonra türk 
xalqları  mərkəzi  şəhəri  tərk  edib,  Anadolu 
vilayətinə  köçmüşdülər.  Axalsixdə  qalıb  yaşayan 
terklərin  içərisində  xəttat,  şair  kimi  ən  görkəmli 
Ömər  əfəndi  idi.  Onun  burada  kiçik  bir  torpaq 
sahəsi  vardı.  O,  mərkəzdən  bir  az  aralı,  Adıgöy 
kəndində 
yaşayırdı. 
Hörmətli 
oxucum, 
siz 
söhbətimizin  əvvəlində  hörmətli  Mirzənin  ona 
yaxın  və  yaxud  uzaqlarda  yaşayan  ustadlar 
haqqında  fikrini  xatırlayırsınız.  Ömər  barəsində  də 
o, çox yaxşı fikir söyləmişdi. 
Xəzər dənizi sahillərindən olan Abbasqulu xan 
adlı  göyün  qızılgül  nəğməkarı  və  Ömər  əfəndi 
Mirzə  Şəfinin  məktəbində  olmasalar  da,  müəllimin 
məktəbdə  onların  haqqında  tərifli  sözlər  demişdir. 
Tiflisdə yaşayan xəttat alimlər Mirzə Şəfi ilə yarışın 
yaxınlaşdığını  hiss  edəndə  özlərini  yığışdırırdılar. 
Bir dəfə mən ustadımdan soruşanda ki, o, şiələrdən, 
sünnülərdən ibarət dindar xəttat alimlərin arasında 
necə dostluq münasibəti yaradır, Mirzə mənə dedi: 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə