Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Akif  Bayramov 
 
 
58 
 
Axmaqların adətidir  
O dünyanı tərif etmək 
Gül camallı torpaq kimi  
Bir cananı seyr etməmək.  
 
Bədbəxtlikdir, inanın mənə  
Kor-koranə ömür sürmək.  
Şeytanların arzusudur  
Xoşbəxt olmaq o dünyada.  
Çünki yoxdur onun haqqı  
Yaşamağa bu dünyada.  
 
Gözəllik yad, sevda ona biganədir,  
İnsanlıqda payı olmaz, divanədir.  
Allah deyə bayquş kimi haray salar
Mənası yox bir kəlamdan ilham alar.  
 
Gözəllik qarşısında diz çökərək,  
Nəğmə deyib oxuyuram, 
Bu dünyaya səcdə edib
Şair kimi yaşayıram.  
 
Mirzə Şəfi fikrinə bir az ara vermək istəyəndə, 
mən ona müraciət etdim:  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
59 
-
 
Mirzə  Şəfi,  sənin  nəğmələrin  bizi  valeh  etdi. 
Bilirəm ki, bu nəğmələr hamının xoşuna gələcəkdir. 
Ancaq  sənə  irad  tuta  bilərlər  ki,  niyə  eyni 
məsələlərdən,  yəni  güldən,  bülbüldən,  şərabdan, 
gözəllikdən başqa ayrı şeirlərdən oxumursan?  
Mirzə 
Şəfi 
aramla 
başını 
silkələyib, 
mehribanca  gülümsündü.  O,  bir  an  düşündükdən 
sonra sualıma şeirlə cavab verdi:  
Həmişə 
eyni 
şeydən 
oxuyuram 
deyə 
nəğmələrim sizə xoş gəlmir?  
Ona  görəmi  xoş  gəlmir,  mən  qızılgüldən, 
bülbüldən,  şərabdan,  bahardan,  məhəbbətdən 
oxuyuram?  
Hansı  yaxşıdır:  nəğməkarın  yolu  azdıran 
işıltını,  qaranlıqda  yanan  lampa  işığını  vəsf 
etməsimi,  yoxsa  əbədi  günəş  şəfəqlərini  tərif 
etməsimi?  
Günəş  şəfəqlərini  saçan  kimi,  mən  də  öz 
hisslərimi  (şəfəqlərimi)  ən  yaxşı  nəğmələrimdə 
saçıram.  
Çünki  mən  çirkinlikdən  yox,  həmişə  ancaq 
gözəllikdən oxuyuram.  
Qoy  başqaları  məscidlərdəki  çəkişmələri  və 
əsilzadələrin təmtərağını tərif etsinlər.  
Mənim  nəğmələrim  isə  həmişə  qızılgülü, 
şərabı və məhəbbəti vəsf etməlidir. 


Akif  Bayramov 
 
 
60 
Ey Mirzə Şəfi, başqaları sənin nəğmələrin kimi 
ətirli nəğmələr oxuya bilməz!  
Mirzə  Şəfidən  dərs  aldığım  günlərdə  tanış 
olduğum  adamlar  içərisində  biliyinə  və  tutduğu 
vəzifəsinə  görə  ən  görkəmlisi  Bakı  xanlarının 
nəslindən olan Abbasqulu xan idi.  
O,  dərin,  hərtərəfli  biliyi,  bacarığı,  yüksək 
mədəniyyəti  ilə  fərqlənirdi.  Abbasqulu  xan  rus 
ölkəsinə  böyük  məhəbbət  bəsləyən  şəxslərdəndi. 
Moskvada, 
Peterburqda 
olmuş, 
rus 
dilini 
mükəmməl  öyrənmişdi.  Onun  bədii  cəhətdən 
qüvvətli şeirləri, elmi  əsərləri, xüsusən “Dağıstanın 
tarixi”  əsəri  bu  ölkədə  yaşayan  xalqların  böyük 
məhəbbətini  qazanmış,  müəllifinin  adını  Bakının 
nüfuzlu 
adamları 
yanında 
şöhrətləndirmişdi. 
Yazdığı  əsərlər  bədii  və  elmi  cəhətdən  kamil 
olduğuna  görə  tənqid  üzü  görməmişdir.  Onun 
hərəkətlərində  iki  şey  özünü  daha  qabarıq  büruzə 
verirdi: bilik və sadəlik. O, görüb-dərk etmədiyi şey 
haqqında  tələsik  fikir  söyləməzdi,  ətrafındakı 
adamlarla  da  elə  hərəkət  edərdi  ki,  heç  kəs  ondan 
inciməzdi.  
Bir  gün  Abbasqulu  xan  “Divani-hikmət” 
dərsində  bizi  öz  hikmətləri  ilə  tanış  etdikdə,  Mirzə 
Şəfi onun haqqında tərifli sözlər deyib, onun böyük 
alim  olduğunu  qeyd  etdi.  Bu  tərif  hər  ikisində 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
61 
böyük  ruh  yüksəkliyi  oyatdı.  Onların  arasında 
başlayan geniş, qızğın, həm də səmimi mübahisələr 
hər  ikisini  xoşhal  elədi.  Onlar  Qurandan,  Sədidən, 
Hafizdən,  Füzulidən  şeirlər  oxuyaraq,  bunların  yer 
üzündəki  bütün  hikmətlərin  timsalı  olduğunu 
söylədilər.  Onların  arasında  mübahisələr  sürətlə 
getdiyindən, 
ondan 
rabitəli 
bir 
şey 
yaza 
bilmədiyimə çox təəssüflənirəm.  
Mən  bu  görüşümüzdən  yadigar  saxlamaq 
üçün,  Abbasqulu  xana  yaxınlaşıb,  bir  şeir 
yazmağını  xahiş  etdim.  O,  xahişimi  qəbul  edib, 
ertəsi  günü  mənə  bir  şeir  verdi.  Bu,  “Fatma  tar 
çalır” şeiri idi:  
 
Əlində titrər o nazik tellər,  
Sonsuz həyəcanla titrədi qəlbim.  
O inci, o şirin, dadlı nəğmələr,  
Fələyə qaldırdı ruhumu mənim.  
Eşqim yüksəldi  
Fərəhlə bir an,  
Şövqə gəldi can.  
Qoy açsın qanad, 
Sənin xəyalın.  
Bir an da olsa qoy gülsün üzün
Məst etsin qəlbimi  gözəl gözün.  
Hamıdan xoşbəxtəm bu dünyada mən,  


Akif  Bayramov 
 
 
62 
Səninlə bağlıdır bəxtiyarlığım.  
Əqlim də sən oldun, düşümcəm də sən,  
Sənsiz nəyə lazım mənim varlığım?  
Hüsnünün nurunu gördükcə bu dəm,  
Könül qaldı mat, alovlu həmdəm.  
Sanasan dövrəmdə rəqs etdi aləm,  
Bütün kainat bir nəğmə oldu.  
Füsunlu ahənglə qəlbimə doldu.  
Mən səni araram, ey əziz nigar,  
Qoyma ki, arzum qəlbimdə qalsın,  
Təbiət məst olub, bizə oldu yar,  
Çalışır tez bizi ağuşa alsın.  
Onun şaqraq səsi vardır,  
Ürəyim səninlə  
Nə bəxtiyardır.  
 
Mirzə  Şəfi  şeirin  gözəlliyini  tərifləyib,  bu 
əsərin 
müəllifinə 
yüksək 
şərəf 
və 
şöhrət 
qazandıracağını  söylədi.  Abbasqulu  xanın  vacib  işi 
olduğundan,  getməyə  tələsirdi.  O,  ayağa  qalxıb 
gedəndə  “Fars  dilinin  qrammatikası”  kitabını  da 
mənə  hədiyyə  verəcəyini  vəd  etdi.  Abbasqulu  xan 
Tiflisdə  bir  neçə  həftə  ərzində  “Dağıstanın  tarixi” 
əsərini  rus  dilinə  çevirmək  fikrində  idi.  Bu  əsər 
1846-cı  ildə  çap  olunmuşdu,  orda  Xəzər  dənizi 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə