Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
39 
-
 
Sən  ağıllı  söz  deyirsən,  Mirzə  Şəfi  –  deyib 
mən onun sözünü kəsdim. Lakin məhəbbətdən söz 
düşəndə  müdrik  sözlərin  deyilməsi  nəyə  lazımdır? 
Hafiz  yaxşı  demirmi,  “məhəbbət  danışanda  idrak 
susmalıdır!”  
Mirzə  Şəfi  mənim  sualıma  cavab  vermədi. 
Həddindən  artıq  söhbətcil  olan  müəllimimi  nə 
qədər  dilə  tutdumsa,  söhbətini  yarımçıq  qoymasın, 
yola gətirə bilmədim.  
O:  -  Qoy  gedim  –  dedi.  Sənin  yalvarışların, 
məhəbbəti belini əymiş Mirzəyə kömək edə bilməz.  
 
Əydi məhəbbət belimi  
Kimdən ötəri, soruşma.  
Ayrılıq zəhəri verdi 
Kimin əliylə, soruşma.  
 
O,  bu  misraları  titrək  səslə  təkrar  pıçıldadı, 
mənə “gecən xeyrə qalsın” deyib getdi.  
Hörmətli  oxucum,  bir  halda  ki,  mən  sizdə 
müəllimimin  ilk  məhəbbətinə  maraq  oyatdım, 
sonradan  eşidib  öyrəndiyim  məlumatları  da  sizə 
danışmağı  özümə  borc  bilirəm.  Müəllimimin  ilk 
məhəbbət macərası qısaca olaraq belə bitir.  
“Üçüncü  günü  şiddətli  tufan,  güclü  leysan 
yağışı 
qəfildən 
yolçularımızın 
üstünü 
alır. 


Akif  Bayramov 
 
 
40 
Xoşbəxtlikdənmi,  yoxsa  bədbəxtlikdənmi,  Akim 
soyuqdan,  yağışdan  daldalanmaq  üçün  yaxın 
kəndin  birinə  dönür.  O,  yüklü  heyvanları 
karvanbaşıya  tapşırıb,  qadınları  da  özü  ilə  aparır. 
Qızlar  atlardan  düşəndə  yaxınlıqdakı  evin  yanında 
belə bir söhbət eşidilir.  
-
 
Səlim, ora bax, o bakılı tacir Akim deyil?  
-
 
Vallah özüdür ki, var. Görəsən xalça əvəzinə 
nə  vaxtdan  bəri  qadın  alveri  edir?  Ora  bax,  gör  nə 
gözəl hurilərdir.  
Biri ucadan deyir:  
-
 
And içirəm ki, bu, Akimdir! Bəs bir karvanın 
yanından keçəndə onu niyə görmədik?  
-
 
Eh,  sağ  olmuş,  sən  lap  qəzvinlilər  kimi 
danışırsan. Bəyəm o, gizli yolla gedə bilməzdi? İndi 
əhvalat  mənə  yaxşıca  aydındır.  Tez  Əhməd  xanın 
yanına  qaçıb,  onun  qəzəbini  sevincə  çevirmək 
lazımdır.”. 
Söhbət  edən  o  iki  nəfər  Əhməd  xanın 
adamlarından  idi.  Onlar  da  səmərəsiz  axtarışdan 
sonra soyuqdan, yağışdan daldalanmaq üçün kəndə 
dönüb,  özlərinə  yer  axtarırlarmış.  Yarım  saatdan 
sonra  Züleyxa  və  Fatma  onları  təqib  edən  Əhməd 
xanın  adamlarının  əlində  idilər.  Sizə  qadınların 
başına  gələn,  ürək  ağrıdan  hadisələrdən  söhbət 
etməyəcəyəm.  Lakin  onu  bildirmək  istəyirəm  ki, 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
41 
yolda  qadınlarla  mülayim  rəftar  etməmişlər.  Onlar 
da ağır, dözülməz dərdlərini ürəklərində çəkmişlər.  
Məhəbbət,  şərab,  gül  nəğməkarı  gəncəli 
ustadım da Əhməd xanın təhqiredici əmrinə məruz 
qaldı.  Gənc  ikən  onu  Züleyxanın  yataq  otağına,  o 
xoşbəxtlik  zirvəsinə  gətirmiş  ayaqlarına  dəyən 
saysız-hesabsız 
ağac 
zərbələri 
müəllimimin 
qəlbində böyük dərdə çevrildi.  
Mirzə  Şəfi  ilk  məhəbbətinin  sirrini  mənə 
danışandan  sonra  onun  qəlbi  Tiflis  bağçalarının 
gülləri  kimi  üzümə  açılmışdı.  Artıq  o  öz 
şagirdlərindən  heç  nəyi  gizlətmirdi.  Mənimlə 
ünsiyyətdə o özünün bütün gözəl məziyyətlərini öz 
təbiiliyindən büruzə verirdi. Elə insanlar var ki, bir-
birini  tanımaq  üçün  onlara  aylar,  illər  lazım  deyil. 
Bir  saat  yol  yoldaşı  olmaq  kifayətdir.  Mən  qəmli 
xatirələrini  onun  yadına  salmaq  istəmirdim.  Buna 
görə o mənə öz minnətdarlığını bildirdi. O  elə hiss 
edirdi  ki,  məhəbbətinin  uğursuzluğu  onu  mənim 
nəzərimdə  kiçildə  bilər.  Sonralar  əmin  oldu  ki, 
uğursuz  məhəbbəti  onu  nəinki  mənim  nəzərimdə 
kiçildib, əksinə, daha da ucaldıb. İlk məhəbbətindən 
sonra  ustadımın  həyatında  sanki  günəş  batmış, 
qəlbində  xatirələrin  zəif  işartısından  başqa  heç  nə 
qalmamışdı.  Onun  taleyi  bu  şeirində  daha  yaxşı 
ifadə olunmuşdur:  


Akif  Bayramov 
 
 
42 
Bir vaxt ömrünün sonu gələcək,  
Xatirələr ulduzlara dönəcək.  
Onlar dərinliklərdən sayrışaraq,  
Artıq gecənin düşdüyünü söyləyəcək.  
 
Qəmli  vaxtlarımızda,  ona  xoş  gəlsin  deyə, 
həmişə  keçmiş  və  itirilmiş  anlardan  söhbət  açmağı 
təklif  edərdim.  Belə  söhbətləri  biz,  gözlənilmədən 
dağlardan 
qopan 
dəhşətli 
çovğunun 
sanki 
insanların  əzab  və  fəryadlarını  ifadə  edən  vıyıltısı 
ilə,  təbiəti  başına  götürdüyü  sərt  qış  günlərində 
daha tez-tez edərdik. Mən çalışırdım ki, söhbətimiz 
Züleyxadan  getsin.  Onun  adı  mənim  üçün  də 
böyük  məna  kəsb  edirdi.  Çünki  Mirzə  Şəfinin  şeir 
çələngi    içərisində  ona  həsr  olunanlar  qızılgül  kimi 
qəlb  oxşayırdı.  Əvvəllər  mən  sizə  xatırlatdım  ki, 
Züleyxa  gəncəli  ustadımın  ilk  məhəbbəti  idi. 
Ustadım  öz  məhəbbətinə  sadiq  qalmışdı.  Hamıya 
aydın  idi  ki,  o  heç  bir  qadınla  yaxınlıq  etməmiş  və 
heç  kimə  pis  nəzərlərlə  baxmamışdı.  Lakin    şübhə 
yox idi ki, qadınlar onun saflığına vurula bilərdilər. 
Züleyxa Mirzə Şəfinin gözündə yer üzündəki bütün 
qadın  gözəllik  rəmzi,  ismət  və  zərifliyinin  yüksək 
zirvəsi  ilə  bir  məhəbbətə  sadiq  qaldığına  görə  kim 
onu 
məzəmmət 
edə 
bilərdi? 
Qadına 
olan 
münasibətini  o  indiyədək  beləcə  pak  və  təmiz 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə