Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə11/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   7   8   9   10   11   12   13   14   ...   31

Akif  Bayramov 
 
 
48 
-
 
Sən  yaxşı  dedin.  Mirzə  Şəfi  minnətdarlıq 
əlaməti olaraq başını ağır-ağır tərpətdi:  
-
 
Irana  səfər  etdiyim  zaman  şahın  vəzirinə 
həsr  etdiyim  şeirimdə  sənin  dediklərin  öz  əksini 
tapmışdır.  
Həmin oğlan soruşdu:  
-
 
O hansı nəğmələrdir, Mirzə?  
-
 
Şahın  əmri  ilə  mən  vəzirin  divanına 
gəlmişdim  və  ona  bu  sualla  cavab  verməli  idim: 
“Mənə de, Mirzə, sənin eşitdiyin, gördüyün şeylərin 
həqiqətə  oxşamasının  sirri  nədədir?”  Mən  dedim: 
“Ey sənə deyim ki, görüb hiss etdiyim hər nə varsa, 
həqiqət sanıram. Dəyirmanın səsini eşidirəm, ancaq 
üyüdülən dəni görmürəm”.  
Mirzə Şəfinin öz dövrünün ağıllı simalarından 
olmasını  yəqin  etmək  üçün  ona  müxtəlif  ölkələr, 
xalqlar haqqında suallar verib, təsəvvürünü bilmək 
istəyirdim. O bilirdi ki, Şərq ölkələrinə gəlmək üçün 
Qara  dənizi  üzüb  keçməli  və  yaxud  Moskvadan 
gəlməlisən.  Avropada  xalqların  gil  və  daş  evlərdə 
özünəməxsus  həyatını,  maşın  yerinə  dəvə  və 
uzunqulaqdan 
istifadə 
edib-etmədiyini 
dəqiq 
bilməsə  də,  Mirzə  Şəfi  anlayırdı  ki,  yer  üzündə  üç 
xalq yaşayır: almanlar, ingilislər, fransızlar.  
Mən Mirzə Şəfidən: “Bu xalqlar arasında fərqi 
nədə görürsən?” soruşanda o dedi:  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
49 
-
 
Alman  xalqı  alimlər,  dilşünaslar  yetirən 
xalqdır.  İngilislər  zəhmətkeşdirlər,  onlar  gözəl 
parça  toxuyur,  üst-başımızı  bəzəyir,  iti  ülgüc 
istehsal  edirlər  ki,  üz-başımızı  qırxıb,  özümüzü 
səhmana  salırıq.  Fransızlar  isə  şən  millətdirlər, 
onlar 
həmişə 
deyib-gülürlər, 
onların 
üst-
başlarından daim ətir qoxusu gələr.  
Mirzə 
Şəfinin 
Qərb 
xalqları 
haqqında 
özünəməxsus  fikri  vardı.  O,  Qərb  ölkələrində 
olmasa da, almanları ondan dil öyrəndiklərinə görə, 
ingilisləri  istehsal  etdikləri  parçaya,  ülgücə  görə 
tanıyırdı.  Hətta  o,  ingilislərə  toxuduqları  gözəl 
parçalarla  Şərq  müdriklərinin  əynini  bəzədiklərinə 
və  ülgüclərilə  üz-başlarını  qırxdıqlarına  görə 
minnətdarlığını 
bildirirdi. 
Mirzə 
Şəfi 
bu 
ülgüclərdən çox istifadə edirdi.  
Onun  axırıncı  ülgücünü  bir  kazak  aparmışdı. 
Mirzə Şəfi bundan hirslənib, “allah ona lənət eləsin” 
demişdi.  Ingilis  ülgücündən  söhbət  gedən  zaman, 
mənimlə  bir  otaqda  yaşayan  səyyah  dostum 
yerindən  sakitcə  qalxıb  yan  otağa  keçdi.  Bir  azdan 
o, gözəl naxışlı iki dənə parıldayan ülgüc gətirdi və 
Mirzə Şəfiyə göstərdi.  
-
 
Xoşunuza  gəlirmi?  –  deyə  Mirzə  Şəfidən 
soruşdu.  


Akif  Bayramov 
 
 
50 
-
 
Vallah,  çox  xoşuma  gəlir  –  deyə  Mirzə 
mehribanlıqla gülümsünüb cavab verdi.  
Həmin 
səyyah 
ülgücləri 
Mirzə 
Şəfiyə 
bağışladı.  Ustad  hədiyyəni  sakitcə  qəbul  edib,  öz 
minnətdarlığını  bildirdi.  Mirzə  Şəfi  sevinclə  də, 
kədərlə  də  qarşılaşanda  özünü  çox  təmkinli 
aparardı. Artıq gec idi. Ustad ayağa qalxıb, bizimlə 
mehriban  görüşəndə,  nəzərləri  qarşımdakı  ingilis 
üzqırxan alətinə dikildi:  
-
 
Bu da mənim çox xoşuma gəlir. Ülgücə görə 
çox  sağ  olun.  Məni  sevindirdiniz,  gecəniz  xeyrə 
qalsın – deyib getdi.  
 
*** 
Bir  gün  mənzilimdə  rahat  əyləşib,  məni 
müalicə edən alman həkim dostum G. ilə vətənimiz 
Almaniya  barəsində  xatirələrimizi  danışırdıq.  Tale 
dostumu  qanadlarına  alıb  vətənindən  çox  –  çox 
uzaqlara  aparmışdı.  O,  Tiflisdə  rus  hərbçilərinin 
xəstəxanasında  baş  həkim  vəzifəsində  çalışırdı. 
Söhbətimizin  şirin  yerində  qapı  gözlənilmədən 
açıldı.  Cəsur  görkəmli,  cəld  bir  azərbaycanlı  balası 
içəri  daxil  oldu,  ədəb-ərkanla  əlini  sinəsinə  qoyub 
bizə  baş  əydi  və  hansımızın  xaricdən  gələn  alim 
olduğumuzu  soruşdu.  Mən  özümü  ona  təqdim 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
51 
etdim.  O,  mənə  Mirzə  Şəfidən  bir  parça  yazılı 
məktub gətirmişdi. Mən məktubu alıb:  
-
 
Gəlişin xeyirli olsun-  dedim, görəsən gəncəli 
Ustadıma neyçin gərək olmuşam.  
Mən  məktubu  oxuyana  qədər  azərbaycanlı 
gənc  evə  diqqətlə  nəzər  yetirdi.  Mirzə  Şəfi 
məktubda qısa yazırdı:  
“Şərqin işığı, hikmətin mənası.  
Səni  sevən  və  sənə  böyük  hörməti  olan 
dostunun  mənə  bağışladığı  iki  ədəd  ingilis  ülgücü 
çox  xoşuma  gəldi.  Mən  sənin  üzqırxanına  nəzər 
yetirdim,  o  da  ingilisin  məhsulu  olduğuna  görə 
mənə daha çox əlverişlidir.  
Ayaqların altına çiçəklər.  
Mirzə Şəfi”.  
Başa düşdüm ki, Mirzə Şəfiyə üzünü qırxmaq 
üçün  alət  lazımdır.  Mən  üzqırxan  alətimi  gəncə 
verib,  Mirzə  Şəfiyə  salam  yetirməyi  və  qızılgül  ətri 
ilə  üz-başını  isladıb  xoşhal  olmasını  arzuladım. 
Gənc daxil olub, baş əydiyi kimi, eləcə də bizə təzim 
edib  xudahafizləşdi  və  cəld  gözdən  itdi.  Gəncin 
ədəb-ərkanla  özünü  təqdim  etməsi  xoşumuza 
gəlmişdi.  
-
 
Bu  xalqın  köhnədən  qalan  adət-ənənəsidir  – 
deyə  həkim  mənə  müraciət  etdi:  Belə  adət  harda 
varsa, mənə çox xoş gəlir...  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə