Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   10   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
31 
qüdrətli  qartal  qanadlarına  mindirib,  sarsıntılar 
içində  yüksək  bir  zirvəyə  qaldırdı.  Tezliklə 
taleyimin hökmü veriləcəyini hiss edib cürətləndim. 
Qəlbim  isə  mənə  deyirdi:  həyatda  sənin  üçün 
yeganə  varlıq  olan  Züleyxanın  sevgisindən  başqa, 
kasıb Mirzənin qəlbini dünyada daha heç nə oxşaya 
bilməz.  Buna  görə  Züleyxaya  qovuşmaq  üçün 
bütün  qüvvəmi  sərf  edirdim.  Əhməd  bəy  isə 
avarların mərkəzi şəhəri olan Xunzaka bir dəstə atlı 
göndərmişdi ki, qız üçün cehiz və başlıq gətirsinlər. 
O,  kəbin  kəsdirib,  toy  etdikdən  sonra  Züleyxanı 
vətəninə aparacaqdı.  
Gəncə,  hərbi  yürüşdən  qalibiyyətlə  qayıtmış 
hər  iki  xanın  şərəfinə  bayramsayağı  bəzədilmişdi. 
Züleyxanın  xahişi  ilə  xanəndələr  yarışacaqdılar. 
Yarışmaq  üçün  çox  yerdən  bura  xanəndələr  dəvət 
olunmuşdu.  Onların  hər  biri  Züleyxanın  şərəfinə 
gözəl  mahnı  oxumalı  idi.  Yarışın  qalibinə  böyük 
hörmət göstərilirdi. Onun qalib gəldiyi ən görkəmli 
xanəndənin  belə  əlindən  sazını  alıb  qırmaq  ixtiyarı 
da vardı. Mən də yarışa dəvət olunmuşdum. Qalib 
gələcəyimi  əvvəldən  hiss  etmişdim.  Ona  görə  hiss 
etmişdim  ki,  mənim  ilham  mənbəyim  şənliyə 
yığılan  xanəndələrin  ilhamından  güclü  idi.  Gül 
olmayan  yerdə  bülbül  necə  oxuya  bilər?  Məhəbbət 
olmayan  yerdə  nəğmə  də  olmaz!  Mən  özümdə 


Akif  Bayramov 
 
 
32 
qüdrət  hiss  edib,  taleyimin  yüksək  zirvəsinə 
qalxmaq, həyatımda bir dönüş yaratmaq istəyirdim. 
Sirrimi  Akim  adlı  bir  nəfərə  demişdim.  Mənim 
istəyim baş tutsaydı, o bizi karvanı ilə Şirvan tərəfə, 
Şamaxıya  qaçırmağa  söz  vermişdi.  Bütün  işlər 
barədə  Fatma  ilə  məsləhətləşmişdik.  O,  yola 
götürüləcək  bahalı  şeyləri  qablaşdıracaq  və  Akimi 
əvvəlcədən  razı  salacaqdı.  Bayram  axşamı  biz 
Züleyxa  ilə  birlikdə  qaçmalı  idik.  Mən  gecəyarısı 
Fatma  ilə  görüşdüyümüz  yerə  gəldim.  Biz  oradan 
ensiz  bir  çığırla  böyük  yola  çıxıb,  karvanın 
gəlməsini  gözləməli  idik.  Nəhayət,  gözlədiyimiz 
gün gəlib çatdı. Son vaxtlar heç bilmirdim ki, mənə 
nə olub. Öz mənzilimdə özümü yad sanırdım. Evin 
ağ  divarlarını,  paltar  boxçasını,  gil  döşəməyə 
salınmış  həsiri,  pəncərəmə  vurulmuş  dəmir 
şəbəkəni  elə  bil  təzəcə  görürdüm.  Dəqiqələr  mənə 
günlər, saatlar isə illər kimi görünürdü.  
Səbirsizliklə  taleyim  barədə  veriləcək  hökmü 
gözləyirdim.  Lakin  günortaçağı  xoş  bir  xəbər 
eşitdim.  Akim  yanıma  gəlib,  qonaqlarl  ilə  birlikdə 
İbrahim  xanın  yeddi  atla  şəhərdən  çıxıb  gəzməyə 
getdiyini  və  sərkərdələrin  silahlanıb  onların 
arxasınca  at  çaparaq,  hərbi  oyunda  iştirak  edtiyini 
söylədi.  Qadınlar  isə  evdə  qalıb  xanəndələrin 
yarışmasına  qulaq  asmalı  idilər.  Xanəndələrin 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
33 
yarışına  tamaşa  etmək  üçün  şəhər  evlərinin 
damlarına  toplaşan  qızların  al-əlvan  paltarlarının 
sayrışmasını, 
sevincdən 
parıldayan 
iri 
qara 
gözlərini  kaş  görəydin!  Züleyxagilin  evinin 
həyətində  böyük  bir  xalça  sərilmişdi.  Xalçanın 
üstündə  iki  xanəndə  əyləşmişdi.  Onların  birinin 
əlində  saz,  o  birinin  də  əlində  cəngi  var  idi. 
Gəncənin  ən  gözəl  oğlanlarından  biri  yarışın 
başlandığını bildirmək üçün gümüş bir sini gətirib, 
xanəndənin qarşısına qoydu.  
-
 
Gümüş  sinini  onların  qarşısına  qoymaqda 
məqsəd nədir, Mirzə? – deyə soruşdum.  
-
 
Gör 
məndən 
nə 
soruşursan! 
Sininin 
arxasında  müğənni  öz  hisslərini  gizlədir.  Müğənni 
məhəbbətdən  oxuyanda  ürəyi  sıxılır,  rəngi  saralır. 
O  halda  gözəllərə  öz  sifətini  necə  göstərə  bilər? 
İyirmi  nəfər  müğənni  növbə  ilə  mahnı  oxuyurdu. 
Mən  yaşca  kiçik  olduğumdan,  axırda  çıxış 
etməliydim. 
Həyəcandan 
müğənnilərin 
nə 
oxuduqlarını  elə  bil  eşitmirdim.  Ancaq  mən  onu 
bilirdim  ki,  onların  oxuduqları  mahnılar  mənim 
oxuyacağım  mahnının  yanında  sönük  bir  qığılcıma 
bənzəyəcək.  Nəğməmin  sözünə  və  ahənginə  özüm 
də məftun olmuşdum. Qulaq as, oxuyum:  
 
 


Akif  Bayramov 
 
 
34 
mavi göylərdə uçan mələklərə,  
Nə çiçəkli çöllərdə qızılgüllərə,  
əbədi günəşin şəfəqlərinə,  
İnan, dəyişmərəm Züleyxamı mən.  
 
Mələklərin qəlbində məhəbbət olmaz
Qızılgül budağı da tikansız olmaz.  
Günəş də gecələr itirər nurunu.  
Züleyxam itirməz gözəlliyini.  
 
Axtarıb tapmadım heç yanda  
O Züleyxama tay cahanda.  
Gözəl, tikansız, əbədi eşqin macərasında  
Tayını ancaq özündə gördüm Züleyxamın.  
 
Mən  mahnını  oxuyub  qurtaranda  qızılgüllər 
ayağımın  altına  səpələndi.  Mən  yarışın  qalibi 
oldum. 
Qəlbimdə 
sevincimi 
Züleyxa 
ilə 
bölüşdürürdüm. Yola hazırlaşmaq üçün tələsik evə 
qaçdım.  Hətta  qalib  gəldiyim  müğənninin  sazını 
alıb  qırmaq  belə  yadımdan  çıxmışdı.  Mən  özümü 
xoşbəxt sanırdım.  
Mirzə  Şəfinin  keçmiş  xatirələri  sanki  cana 
gəlmişdi.  O,  söhbətini  yarımçıq  qoydu  və  gözlərini 
bir an uzaqlara dikib, dinməz dayandı. Ona qəlyan 
gətirdilər.  O,  qəlyandan  bir  –  iki  qullab  vurub, 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə