Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   ...   31

Akif  Bayramov 
 
 
12 
etiqadların  və  tərkidünyalıq  fəlsəfəsinin  tənqidi 
gözəlin  real  və  ideal  surəti  ilə  əvəz  olunur.  Dərin 
estetik zövqə malik olan şair nəğmələrində dünyəvi 
gözəllikləri  lirik  planda,  yüksək  sənətkarlıqla 
tərənnüm etmişdir.  
Mirzə Şəfinin şeirlərində səslənən bu motivlər, 
F.Bodenştedtin  şair  haqqında  yazdığı  xatirələrində 
öz  əksini  tapmışdır.  F.Bodenştedt  Mirzə  Şəfi  ilə  ilk 
tanışlıqdan  başlayaraq,  onunla  ayrılana  qədərki 
bütöv  bir  dövrü,  öz  müəllim  və  dostuna  olan 
münasibətini  böyük  məhəbbər  və  hörmətlə  qələmə 
almışdır.  F.Bodenştedtin  xatirələrində  dahi  Mirzə 
Şəfinin  surətini  görür,  onun  həyatının  bizə  məlum 
olmayan keyfiyyətləri ilə tanış oluruq.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
13 
 
 
 
 
P R O L O Q  
 
Qəlbimdə  yenə  sən  canlanırsan,  ey  gəncəli 
ustadım!  Sənin  yanında  əyləşib,  nəğmələrini 
məlahətli  səsində  dinləmək  istəyirəm.  Sənin  mənə 
bəxş  etdiyin  o  ətirli  çiçəklərdən  gözəl  bir  çələng 
hördüm. Sənə şöhrət, qadınlarımıza sevinc gətirmək 
üçün  qarşıma  tökdüyü  inciləri  sapa  düzüb,  səliqəli 
bir  boyunbağı  düzəltdim,  ey  mənim  gəncəli  söz 
ustadım Mirzə Şəfi!  
 
F.BODENŞTEDT  
 
 
 
 
 
 
 
 
 
 


Akif  Bayramov 
 
 
14 
Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim 
tutmaq 
məsələsi 
düşündürürdü 
ki, 
tatar 
(Azərbaycan  –  A.B.)  dilini  öyrənim.  Qafqazda 
yaşayan  camaatla  ünsiyyətdə  olmaq  üçün  bu  dili 
bilmək kifayət edirdi.  
Xoşbəxtlikdən,  arayıb-axtardığım  müəllimlər-
dən  ürəyimə  yatanı  tanınmış  xəttat,  alim,  gəncəli 
Mirzə Şəfi oldu.  
Mirzə  Şəfi  öz  təvazökarlığı  ilə  Şərqin  ən 
müdrik  adamlarından  biri  idi.  O,  bi  fikirdəydi  ki, 
Avropada  gənclər  etiqadsız  və  inamsız  yaşayırlar. 
O,  eyni  zamanda  belə  bir  möhkəm  əqidədə  idi  ki, 
biz  –  Qərb  övladları  dərs  alacağımız  illər  ərzində 
onun  səyi  ilə  Şərqin  müdrik  və  ibrətamiz 
cəhətlərinə yiyələnəcəyik.  
-
 
Sən  mənim  beşinci  şagirdimsən,  -  deyə  o, 
əlavə  edib  bildirdi  ki,  hikmətli  kəlamlarını 
dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların 
sayı getdikcə çoxalır. Bir az susduqdan sonra əlavə 
etdi  ki,  məndən  əvvəlki  dörd  şagirdi  geriyə  - 
Avropaya,  öz  vətənlərinə  qayıdandan  sonra  bütün 
səylərini  Şərqdə  aldıqları  bilikləri  yerlərində  geniş 
yaymağa  həsr  etmişlər.  Mənə  isə  o,  daha  böyük 
ümid və ehtiram bəsləyirdi.  
O vaxt mən elə güman edirdim ki, onun mənə 
olan  pərəstişkarlığı  müqəddəs  dilləri  öyrənməkdə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
15 
səy  və  bacarığım,  eyni  zamanda  onun  hər  bir 
dərsinə  verdiyim  qeyri-adi  (yəni  böyük)  qiyməti 
olan bir gümüş pulla bağlıdır.  
Mirzə  Şəfi  inana  bilmir  ki,  müqəddəs  dilləri 
bilmədən adam özünü necə müdrik hesab edib alim 
adı ilə dünyanı gəzib dolaşsın.  
O,  mənim  müqəddəs  dilləri  öyrənmək  səyimi 
və  bacarığımı,  eyni  zamanda  xoşbəxtlikdən  onu 
özümə  müəllim  seçməkdə  üstün  cəhətlərimi  görüb 
bəzi  şeylərdə  mənə  güzəştə  gedirdi.  O,  mənə 
xeyirxah  münasibətini  əyani  şəkildə  sübut  etməyə 
çalışırdı.  
-
 
Mən, 
Mirzə 
Şəfi, 
Şərqin 
tanınmış 
alimlərindənəm.  Deməli,  sən  məndən  sonra  ikinci 
müdrik  adam  olmalısan.  Ancaq  sən  məni  düzgün 
başa düş. Mənim Ömər əfəndi adlı bir dostum var. 
O, böyük, ağıl və mərifət sahibidir. Bu diyarda onu 
yazı-pozu  işində  üçüncü  şəxsiyyət  hesab  etmək 
olar. Əgər mən ölsəm, sənin müəllimin o olmalıdır. 
O  zaman  o  birinci,  sən  isə  ikinci  müdrik  adam 
olmalısan.  
Bu  ürək  sözlərini  deyə-deyə  Mirzə  Şəfi 
şəhadət  barmağını  alnına  söykəyib,  nüfuzedici 
nəzərlərlə məni süzür, mən də sükut içində razılıqla 
başımı  tərpədib  onun  fikrinə  tərəfdar  olduğumu 
bildirirdim.  


Akif  Bayramov 
 
 
16 
Gəncəli ustadım dərin biliyinə şübhə edən hər 
bir  kəsə  öz  müdrikliyini  əyani  surətdə  göstərirdi. 
Mən də bir hadisədə bunun şahidi oldum.  
Mirzə  Şəfinin  mühazirələrinə  paxıllıq  eyləyən 
qələm rəqibləri içərisində ən qəddarı bağdadlı alim 
Yusif  idi.  O  özünü  ona  görə  bağdadlı  adlandırırdı 
ki, ərəbcə təhsilini orada almışdır. O iddia edirdi ki, 
bilikdə Mirzə Şəfidən daha dərin adamdır. O, Mirzə 
Şəfini  elm  adamları  arasında  ən  səviyyəsiz  şəxs 
sayırdı.  Onun  savadlı  yaza  bilmədiyini  söyləyib, 
hörmətli müəllimimi gözümdən salmağa çalışırdı.  
-
 
O, hətta oxumağı bacarmır. Mənə de görüm, 
yazmağı bacarmayan adam müdrik olarmı? – deyib, 
ara vermədən cır, qulaqbatırıcı səslə danışırdı.  
Onun  danışığından  heç  nə  başa  düşmək 
olmurdu. O öz adının gözəlliyini, peyğəmbər adı ilə 
bağlı  olduğunu  deyirdi.  Deyirdi  ki,  “Yusif  adını 
şairlər  dönə-dönə  ehtiramla  vəsf  etmişlər”.  O, 
canfəşanlıqla  sübut  etməyə  çalışırdı  ki,  bu  ad  adi 
söz  deyil,  Misir  ölkəsində  əfsanəyə  çevrilmiş 
Yusifin  eynidir  ki,  insanlar  arasında  müdrikliyin 
timsalıdır. Bu adı daşıyanların özündə də az, ya çox 
dərəcədə  gözəllik,  böyüklük  və  müqəddəslik  var. 
Bax bu cür özünü tərifləyirdi Yusif!  
O,  mənə  özünün  yeni  keyfiyyətlərindən 
danışmaq 
istəyəndə, 
artırmada 
möhtərəm 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə