Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
17 
müəllimimin  ayaq  səsləri  eşidildi.  Mirzə  Şəfi 
ayaqqabılarını  qapı  arxasında  çıxarıb,  ayağında 
əlvan,  səliqəli  toxunmuş  corab,  otağa  daxil  oldu. 
Qonağım  elə  güman  elədi  ki,  Mirzə  Şəfini  qəsdən 
buraya  dəvət  etmişəm.  Çünki  Mirzə  Şəfi,  onu 
görcək  pis  vəziyyətə  düşmüş  Mirzə  Yusifi  başdan-
ayağa  kinli  nəzərlərlə  süzüb,  daxili  hissini  büruzə 
vermək  istədi.  Bu  vaxt  mən  onu  tez  qabaqlayıb 
soruşdum:  
-
 
Mirzə  Şəfi,  gəncəli  ustad!  Mən  nələr 
eşidirəm?!  Sən  yazmağı,  oxumağı  bilmədən  mənə 
elm  öyrətmək  istəyirsən?  Bağdadlı  ustad  Mirzə 
Yusif  səni  elm  aləmində  səriştəsi  olmayan  adam 
hesab edir?  
Bu sözlərdən Mirzə Şəfinin ovqatı təlx oldu. O 
əvvəlcə  əlini  əlinə  vurdu,  xidmətçimə  qəlyan 
gətirməyə  işarə  etdi.  Mənim  xidmətçim,  həmişə 
olduğu  kimi,  ona  bir  qəlyan  gətirdi.  Mirzə  Şəfi 
bununla yanaşı, həm də dikdaban ayaqqabısının bir 
tayını  götürdü  və  rəhmsizliklə  onu  bağdadlı 
“müdrikin”  başına  çırpdı.  Mirzə  Şəfinin  özündən 
çıxdığını  görən  bağdadlı  “müdrik”  tez  bayıra 
qaçmağa  fürsət  axtardı.  Mirzə  Şəfi  ona  imkan 
verməyib:  
-
 
Demək, sən məndən ağıllısan? Deyirsən mən 
oxuya  bilmirəm?  Indi  dayan,  sənə  bir  oxumaq 


Akif  Bayramov 
 
 
18 
öyrədim  ki,  aləm  tamaşana  gəlsin!  Deyirsən  yəni 
mən yaza da bilmirəm? Al, başıbatmış! – deyib, ara 
vermədən ayaqqqabını onun başına endirdi.  
Bağdadlı  “müdrik”  Mirzə  Şəfinin  kötəkləri 
altında 
ufuldayaraq, 
sızıldayaraq 
otaqdan 
artırmaya,  oradan  da  pilləkənlə  aşağı  enib  gözdən 
itdi.  
Mirzə  Şəfi  müdriklik  mübarizəsində  qələbə 
çalmış,  qürurla  mənim  gözlədiyimdən  də  artıq 
sakitləşmiş vəziyyətdə geri qayıtdı.  
Müəllimim mənə  söylədi ki, Mirzə Yusif kimi 
boşboğazların  sözlərinə  inanmayım,  yalnız  onun 
dediklərinə əməl edim.  
-
 
Mirzə  Yusif  kimi  çoxları  sənin  yanına 
gələcək,  ancaq  sən  onlardan  öz  ağlınla  üz 
döndərməlisən.  Şair  deyir  ki:  “Oxumağı,  yazmağı 
bacarmayan  adamların  könlündən  vəzirlik  keçər”. 
Çünki  belə  adamların  biliyi  dayaz,  tamahları  isə 
böyük olur. Onlar sənin yanına elm öyrətmək üçün 
deyil, cibini soymağa gəlirlər.  
Mirzə  Şəfi  sədəf  kimi  ağ  dişlərini  göstərib, 
əlavə etdi:  
-
 
İştah diş altında olur.  
O,  adəti  üzrə,  rahatlanmaq  üçün  papağını 
çıxarıb  kənara  qoydu.  Başını  ülgüclə  tərtəmiz 
qırxdıranda çox məğrur görünürdü. Bu vaxt ona elə 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
19 
gəlirdi ki, bütün qadınlarda ona məhəbbət, kişilərdə 
isə ehtiram hissi oyanır.  
Hər  dəfə  o,  başını  qırxdıranda,  mən  onun 
ruhunu oxşamaq üçün deyərdim:  
-
 
Bu gün necə gözəlsiniz, Mirzə Şəfi!  
Dikdaban  ayaqqabı  əhvalatına  baxmayaraq, 
Mirzə  Şəfi  bu  gecə  mənə  daha  şad  görünürdü. 
Çünki  bizim  tanışlığımızdan  indiyə  qədər  ilk  dəfə 
idi  ki,  mənimlə  şərab  içməyə  meyl  edirdi.  Halbuki 
o,  həmişə  müəyyən  bəhanə  ilə  bundan  boyun 
qaçırardı.  Mirzə  Şəfi  çox  hörmətli  adam  olduğu 
üçün  Avropada  onun  şərab  içməsi  barəsində 
danışacağımdan,  onun  təmiz  müəllim  adına  ləkə 
gətirə  biləcəyimdən  ehtiyat  edirdi.  Ancaq  o  öz 
hisslərini boğa bilmədi, iki-üç qədəh içdikdən sonra 
ilhama gəldi. Mirzə Şəfi elə mükəddər, elə söhbətcil 
bir  adama  çevrildi  ki,  heç  vaxt  onu  belə  əhvalda 
görməmişdim.  O,  məni  xumar  baxışlarla  süzüb 
dedi:  
-
 
Gör Hafiz nə deyib:  
Şərabdır müdrikin sevdiyi içki,  
Xoş edər könlünü, yaşadar səni.  
Dolanar qəlbində məhəbbət, sevgi,  
Müqəddəs ruhlarla oxşayar səni!  
-
 
Əslində  -  deyə  o,  sözünə  davam  etdi,  - 
şərabın  ləzzətini  yalnız  avam  adamlar  başa 


Akif  Bayramov 
 
 
20 
düşməzlər. Biz filosoflara Quran nə lazımdır? Bizim 
müdrik  şairlərimiz,  ağıllı  xanəndələrimiz  ömürləri 
boyu  şərabı  mədh  ediblər.  Şeirlər  sətri  tərcümə 
olunmuşdur.  İndi  bizim  cürətimiz  çatarmı  ki, 
onların dediklərinə əks gedək? 
Mirzə  Şəfi  bu  sözlərlə  sübuta  yetirmək  istəyir 
ki,  onun  söylədiklərini  dünənə  şamil  etmək  olmaz. 
O mənə on il bundan əvvəl qatı dindar bir mollaya 
göndərdiyi,  şəraba  məhəbbətini  izhar  edən  bir 
nəğmə oxudu:  
Molla, nifrət etmə sən saf şəraba
Həqiqət axtarsan onda taparsan. 
Anlatsan sirrini sən o meyxoşun, 
Haqqın dərgahına onda çatarsan.  
Badəni  şeir,  şeiri  isə  badə  əvəz  edirdi.  Birdən 
mənim  nəzərlərim  təəccüblə  ona  dikildi.  Mirzə 
dərin  fikrə  getmişdi.  Gözləri  bir  nöqtəyə  dikilib 
qalmışdı.  O  bir  an  beləcə  xəyalə  daldı.  Mən  onu 
xəyaldan  ayırmağa  qıymadım.  O,  dərin  köks 
ötürüb,  kədərli  bir  ahənglə  aşağıdakı  nəğməni 
oxudu:  
Əydi məhəbbət belimi,  
Kimdən ötəri, soruşma.  
Ayrılıq zəhəri verdi
Kimin əlilə, soruşma.  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
21 
-
 
Mirzə  Şəfi,  heç  sevmisənmi?  –  soruşdum.  O 
məni  əzablı  baxışlarla  süzdü  və  başladı  başqa  bir 
nəğmə  oxumağa.  Mənə  elə  gəlir  ki,  nəğmə  Hafizin 
idi:  
Məhəbbət bir ümmandır, 
Gedən yolu görünməz.  
Bu yola düçar olan
Çətin yolu hiss etməz.  
Tapar rahatlığını  
Ölən andan, inciməz.  
O  nəğməni  axıra  qədər  avazla  oxudu  və 
üzünü mənə tutub dedi:  
-
 
Yox,  indi  mən  sevmirəm,  ancaq  bircə  dəfə 
aşiq  olmuşam.  Mənim  kimi  heç  bir  kəs  belə 
vurulmayıb!  
Sizə  deyim  ki,  onun  məhəbbətinin  sirrini 
öyrənmək  üçün  bütün  səyimi  toplamağa  cəhd 
göstərdim. Biz gecədən xeyli keçənə qədər oturduq. 
Nəzərlərim ona zillənmişdi, diqqətim onda idi.  
-
 
İbrahim  xanın  qızı  Züleyxanı  mənim 
Gəncədə  gördüyüm  vaxtdan  düz  on  bir  il 
keçmişdir,  -  deyə  Mirzə  Şəfi  köks  ötürüb,  sözünə 
davam  etdi.  Mən  onun  gözəlliyini  necə  tərif  edim 
ki,  səndə  aydın  təsəvvür  yaransın.  Heç  bilmirəm 
sənə  onun  zülmət  gecəyə  bənzər,  lakin  ulduzlar 
kimi  parlaq  gözlərindənmi,  yoxsa  zərif  qəddü 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə