Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
35 
tüstüsünü  qarşısına  üflədi.  Görünür,  xatirələr 
Mirzənin qəlbini kövrəltmişdi. O, kefsiz görünürdü. 
Havaya  üflədiyi  tüstüdən  hərdən  sifəti  görünməz 
olurdu.  
Nəhayət,  öz-özünə  danışaraq,  qalxıb  getməyə 
hazırlaşanda, 
yarımçıq 
qalan 
xatirəsini 
tamamlamaq məqsədilə ona bir neçə sual verib,  ilk 
məhəbbətinin taleyini öyrənə bildim.  
-
 
Gecəyarısı  biz  yola  çıxmalı  idik.  Qaçmaq 
üçün yol tədarükümüzü Akimə vermişdik. Züleyxa 
Fatma  ilə  bir  otaqda  idi.  Başqa  qadınların 
otaqlarından  Züleyxanın  yatağını  hamam  otağı 
ayırırdı. 
Vidalaşdığımız 
vaxt 
Fatma 
məni 
Züleyxanın yataq otağına aparmalı idi. Həmin vaxt 
qəribə  bir  hiss  qəlbimi  bürüdü.  Mən  qorxudan 
əsirdim.  Ürəyim  bərk-bərk  döyünürdü.  Öz-özümə 
deyirdim:  “Mirzə  Şəfi,  səndən  həddindən  artıq 
cəsarət  tələb  edən  belə  bir  iş  tutmağa  necə  cürət 
edirsən?  Siratın  səni  cənnətə  aparan  körpüsündən 
günah dolu addımlarla nə üçün keçirsən?  
Sənin 
müdrikliyin 
Züleyxanın 
gözəlliyi 
qarşısında kimə lazımdır?” 
Mən Fatma ilə vidalaşdığımız yerə gəlmişdim 
ki,  “tez  ol,  Mirzə  -  deyə  Fatma  məni  səslədi. 
Dalımca gəl, Züleyxa toy paltarında səni gözləyir”. 
Qorxumdan  qıçlarım  əsə-əsə  Fatmanın  arxasınca 


Akif  Bayramov 
 
 
36 
getdim.  Gözəllik  pərisi  Züleyxanın  yataq  otağına 
gəldiyimizi  heç  kəs  görmədi.  Züleyxa,  su  pərisi 
kimi,  gözqamaşdıran  ağ  çadraya  bürünüb,  utancaq 
vəziyyətdə  əyləşmişdi.  Onun  yanında  sanki  nitqim 
tutulmuşdu.  
Ağıllı Fatma dilləndi:  
-
 
Xəyala  dalmağa  vaxtımız  yoxdur,  tələsməli-
yik,  kənizlər  bizi  görməsinlər.  Sevgilinin  əlindən 
tut, Allahın sizə göstərdiyi yolla getməsini xahiş elə!  
Mən Fatmanın əmrini yerinə yetirmək istədim. 
Züleyxanın əlini əlimə alanda, o geri çəkilib, bizdən 
başqa 
heç 
kəsin 
eşidə 
bilməyəcəyi 
tərzdə 
narazılığını  bildirdi.  Fatma  onu  sakitləşdirdi. 
“Günəşin  parlaqlığına  kim  şəkk  edə  bilər? 
Qızılgülün ətrinə kim şübhə edə bilər? Sənin qızlıq 
ismətinə kim söz deyər? Mənim əzizim, məhəbbətin 
yolunda  özün  düşünməlisən,  qalx,  Allahın  sənə 
göndərdiyi bəndəsilə get!”  
Mirzə  Şəfi  söhbətini  davam  etdirənəcən  mən 
bəzi  məsələləri  aydınlaşdırmaq  istəyirəm.  Qafqaz 
müsəlmanlarının  belə  bir  adəti  var:  adaxlıların 
valideynləri  nə  qədər  yaxın  olsalar  da,  qız 
qaçırılanda  mütləq  hay-haray  salınır,  dava-dalaş 
olur. Qız qaçırılanda nə qədər müqavimət göstərib, 
qışqır-bağır  salsa,  bir  o  qədər  ismətli  görünür, 
hörmətə layiq olur. Əziz oxucum, indi Mirzə Şəfini 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
37 
dinləyək,  görək  başına  gələn  hadisə  nə  ilə 
nəticələndi.  
-
 
Xeyli 
yalvarışdan 
sonra 
ağıllı 
Fatma 
Züleyxanı  sakitləşdirdi.  Mən  gəldiyim  gizli  yolla 
Züleyxanı aparanda yazıq qız qorxusundan yarpaq 
kimi  əsirdi,  yolda  mən  onu  Fatmaya  tapşırdım, 
özüm  isə  ehtiyat  üçün  bir  az  aralı,  arxalarınca 
getdim. Yolda qorxulu bir hadisə olmadı! Biz ensiz 
cığırla  ilk  dəfə  Fatma  ilə  görüşdüyümüz  yerə  gəlib 
çıxdıq.  Atası  evindən  çıxarkən  Züleyxanın  qəlbini 
bürüyən  kədər  tezliklə  xoş  hisslərlə  əvəz  olundu. 
Biz artıq heç nədən qorxmurduq. Özümüzü xoşbəxt 
sanırdıq.  Həyatım  bir  dəfə  də  olsun  günəşin  axır 
vaxtlar  olduğu  kimi,  öz  şəfəqlərini  üzümə  belə 
parlaqlıqla 
saçdığını 
görməmişdim. 
Buludlar 
arasında  daim  gizlənən  ay  da  mənə  belə  parlaq 
görünməmişdi. Biz sübh tezdən karvana qoşulduq. 
Yolda Fatmanın bir hərəkəti bizi təəccübləndirdi. O, 
Züleyxanın  qarşısında  diz  çöküb,  xilaskarımız 
Akimi 
sevdiyini 
bildirdi. 
Bu 
Züleyxanı 
qəzəbləndirdi. Sonra o sakitləşdi, söz demədi. Sevgi 
qədrini  sevənlər  bilər.  Məhəbbət  yolçusunun 
günahından  ancaq  onlar  keçərlər.  Bir  tərəfdən  də, 
Fatmanın Akimi sevməsi əmin-amanlığımızın rəhni 
idi. Akim daim bizim təhlükəsizliyimizin qayğısına 
qalırdı. 
Qadınlarımız 
çadralarıma 
elə 


Akif  Bayramov 
 
 
38 
bürünmüşdülər ki, onları çətin tanımaq olardı. Mən 
də  görkəmimi  dəyişib,  özümü  xalça  alveri  edən 
Bakı  tacirlərinə  bənzətmişdim.  Biz  yavaş-yavaş 
Quruqçay  küçəsi  ilə  irəliləyirdik.  Akim  təhlükəsiz-
liyimiz  üçün  tədbirlər  hazırlamışdı.  O,  karvandan 
ayrılıb, 
küçənin 
kənarındakı 
ensiz 
cığırla 
addımlayırdı.  Gecə  vaxtı  burada  adam  tanımaq 
olmurdu.  Züleyxa  ata  minmişdi.  Fatma,  Akim  və 
mən  piyada  gedirdik.  Bu  qədər  ağıllı  tədbirlər 
görülməsəydi, elə ilk dəfədən ələ keçə bilərdik. Biz 
yola düşəndən bir neçə saat sonra eşitdik ki, Əhməd 
xan  başda  olmaqla  bizi  axtarırlar.  Bir  neçə  vaxtdan 
sonra  bir  dəstə  atlı  bizə  yaxınlaşdı.  Dəstə  başçısı 
Əhməd  xanı  o  dəqiqə  tanıdım.  Xoşbəxtlikdən, 
Gəncədə  bir  dəfə  də  olsa  onunla  üz-üzə 
gəlməmişdim.  O  da  mənə  diqqət  yetirməmişdi. 
Yoxsa  məni  başqa  paltarda  görüb  tanısaydı, 
şübhələnə 
bilərdi. 
Onların 
gəlişindən 
mən 
qorxmadım.  O,  yanımızdan  keçəndə  bizə  ciddi 
nəzər  yetirib,  qadın  görmədiyindən,  hirslənib 
iyrənc  söyüşlər  yağdırdı  və  tezliklə  gözdən  itdi. 
Kasıblıq  yaman  bəladır.  Tapılıb,  sonra  da  itirilmiş 
xəzinənin  qiymətini  sonradan  bilmək  dözülməz 
haldır.  Cənnət  bağında  boş-bekar  avaralanmağın 
özü də cəhənnəmdə olmaq deməkdir.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə