Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   ...   31

Akif  Bayramov 
 
 
22 
qamətindənmi,  qar  kimi  ağ,  incə  əllərindənmi, 
buruq-buruq  dolaşıb  gərdəninə  tökülmüş  uzun 
hörüklərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi 
ətirli  nəfəsindənmi  sənə  söz  açım?  Əlbəttə,  sənə 
bunları  danışmağımın  heç  bir  mənası  yoxdur. 
Onsuz  da  bilirəm  ki,  danışdığım  hadisələrin 
mənasını,  incəliyini  mənim  kimi  dərk  edə 
bilməyəcəksən,  çünki  insan  qeyri-adi  şeyləri  çətin 
qavraya bilər.  
Züleyxanı  görmək  üçün  altı  ay  həsrətini 
çəkdim.  Nəhayət,  mən  onu  rəfiqələri  ilə  eyvanda 
oturub,  axşamüstü  ay  işığında  kənizlərin  rəqs 
etmələrinə 
baxanda 
görə 
bildim. 
Görüşüb 
danışmağa  cürət  edə  bilməzdim,  çünki  qızın  mənə 
meyli  ola  biləcəyinə  ümidim  yox  idi.  İnsan  günəşə 
yaxınlaşa  bilmədiyi  kimi,  mən  də  ona  yaxınlaşa 
bilərdimmi?  Gündüzlər  ehtiyatla  gəzib-dolaşırdım. 
Ibrahim xan bilsəydi ki, mən onun qızına məhəbbət 
gözüylə  baxıram,  vəziyyətim  pis  olardı.  Ancaq 
axşamlar  Züleyxanı  görməyə  cəsarət  etmirdim. 
Bilirdim  ki,  İbrahim  xan  axşam  saat  səkkizdən 
sonra ayağını evdən kənara qoymur.  
Odur  ki,  gecələr  qəlbimdə  alovlanan  eşqimi 
nəğmələrə  çevirirdim.  Hərdən  Hafizdən,  Camidən 
də qəzəllər oxuyurdum.  
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
23 
Sərin külək, əs yarımı sərinlət!  
Ona xoş söz söylə aşiqi məndən,  
Gətirmə kədərli cavab sən ondan 
Şəfa versə gətir nazlı canandan! 
Əksər 
hallarda 
mən 
öz 
nəğmələrimi 
oxuyurdum.  Borc  alınmış  zər-xara  ilə  bəzənmək 
nəyimə  lazım  idi?  Kimin  nəğmələri  mənim 
nəğmələrim  qədər  səlis,  aydın  olar,  ürəklərə  yol 
tapa  bilər?  Mən  çox  dözməli  oldum.  Nəhayət,  bir 
xoş gündə qızın diqqətini özümə yönəltməyə qadir 
oldum. Xoşbəxtlikdən elə təsadüf düşdü ki, İbrahim 
xan yerli düşmənlərlə vuruşmaq üçün Tiflisə getdi. 
Xanın  evinin  yanında  sərbəst  gəzib-dolanmaq  və 
nəğmə oxumaq imkanı tapmışdım.  
Bir  gün  İbrahim  xanın  evinin  yaxınlığında 
Züleyxanı  görmək  üçün  gizlənib  onu  güdürdüm, 
güddüyüm  yerdə  boş-bekar  dayanıb  nəğmə 
oxuyurdum. Xanın evində isə heç kəs görünmürdü. 
Züleyxanı  görməməyimdən  müəssir  olub,  evə 
qayıtmaq  istətyirdim  ki,  qəfildən  ağ  çadraya 
bürünmüş bir qadın yanımdan ötəndə astadan:  
-
 
Mirzə  Şəfi,  arxamca  gəl  və  məni  izlə  -  dedi. 
Həyəcandan  ürəyim  döyündü.  Mən  onun  sözünə 
əməl  edib,  dinməz  arxasınca  getməyə  məcbur 
oldum.  Biz  dar  döngənin  sağ  tərəfi  ilə  addımlayıb, 
əzgil  kolları  əhatə  olunmuş,  yüklü  karvanların 


Akif  Bayramov 
 
 
24 
keçib gedə bilməsi mümkün olmayan dar bir cığıra 
gəlib  çatdıq  və  dağa  sarı  qalxıb,  xəlvət  yerdə 
dayandıq.  Burda  bizi  heç  kim  görməzdi.  Mən  hiss 
etdim  ki,  bu  qadın  Züleyxadan  mənə  nəsə  demək 
istəyir.  
Mirzə Şəfi bir an sözünə ara verdi və şərabdan 
bir  –  iki  qurtum  içib,  hekayəsini  davam  etmək 
istəyirdi ki, mən onu qabaqlayıb:  
-
 
Mənə  belə  gəldi  ki,  ağ  çadralı  qadın 
Züleyxanın özüdür, - dedim.  
O  mənim  dediyimi  könülsüz  dinləyib  cavab 
verdi:  
-
 
Günəş  yerə  enə  bilərmi?  Əgər  Züleyxa 
gəlmiş  olsaydı,  mənimlə  təklikdə  qala  bilərdimi? 
Günəş  qüruba  ensə,  gecə  olmazmı,  bu  da  xoşbəxt 
başlanğıcın sonu deyilmi?  
Mirzə Şəfi arada bir qədəh də şərab içib, sanki 
hisslərini sakitləşdirirdi.  
-
 
Mənim  sadəlövh  yol  yoldaşım  aramıza 
çökmüş  sükutu  pozdu,  -  Mirzə  Şəfi  sözünü  davam 
etdirdi.  
-Mənim  adım  Fatmadır  –  dedi.  –  Züleyxanın 
sirdaşıyam.  Xanım  səni  bir  neçə  dəfə  görüb.  Onun 
çox xoşuna gəlirsən. Sənin səsini eşitcək o şad olur, 
nəğmələrin  isə  onu  valeh  edir.  Məni  sənin  yanına 
göndərən də odur. Səni sevindirmək üçün deyirəm 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
25 
ki,  sevginə  əmin  ola  bilərsən.  Məhəbbətin  yolunda 
əziyyət  çəkdiyinə  görə  sənə  ürəkdən  yanıram. 
Mənə inana bilərsən.  
-
 
Demək,  Züleyxa  yazıq  qullarından  birinin 
məhəbbətinə  öz  qəlbi  ilə  cavab  vermişdir?  –  deyə 
sevindiyimdən  özümü  saxlaya  bilməyib,  ucadan 
səsləndim.  Sanki  yer,  göy  mənim  idi.  Bu  geniş 
səmada 
ucmağa 
qanad 
axtarırdım. 
Deməli, 
möhnətin  qəlbimi  neştərləyən  tikanı  sevincimin 
qarşısında parçalanmışdır? Allaha min şükür olsun! 
Onun  mərhəməti  nə  qədər  böyük,  gördüyü  işlər 
necə  də  qəribə  olurmuş!  Mən  görən  necə  iş 
görmüşəm  ki,  öz  mərhəmətini  Züleyxanın  qəlbinə 
yağdırır?!  Ilham  çeşməmi  gözəllik  dənizindən 
qidalandırır.  
-
 
Sən 
allahın 
mərhəmətini, 
Züleyxanın 
gözəlliyini  tərifləməkdə  haqlısan  –  deyib  Fatma 
razılığını  bildirdi.  Züleyxa  qiymətli  bir  üzüyün 
bahalı  qaşıdır.  O,  xoşbəxtliyin,  səadətin  özüdür. 
Onun ismət və məsumluğu gözəlliyindən yüksəkdə 
olmasaydı,  sənə  razılığını  çoxdan  bildirərdi.  Bir  də 
Züleyxa  onu  dünyalar  qədər  sevən  atasının 
qorxusundan,  kasıb  bir  Mirzənin  onu  sevməsinə 
heç  imkan  verməzdi.  Lakin  sənə  bildirim  ki, 
İbrahim  xanla  səfərə  çıxmış  avar  Əhməd  xan 
Züleyxa  ilə  evlənmək  istəyir.  Züleyxanın  atası 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə