Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   2   3   4   5   6   7   8   9   ...   31

Akif  Bayramov 
 
 
26 
onların  evlənməyinə  razıdır.  Onlar  səfərdən 
qayıdandan  sonra  bu  məsələni  həll  edəcəklər.  Ona 
görə  tez  bir  əlac  etməlisən  ki,  onlar  səfərdən 
qayıdana  kimi  məhəbbətiniz  qovuşsun.  Molla 
axşamçağı  minarədən  azan  çəkən  zaman  evimizin 
yanındakı  bağçaya  gələrsən.  Mən  çalışaram  ki, 
Züleyxanın  diqqətini  sənə  yönəldim.  Sən  isə  onun 
xoşuna  gələn  bir  nəğmə  oxuyarsan.  Əgər  nəğmən 
onun  xoşuna  gəlsə,  səni  əmin  edirəm  ki,  onun 
sevgisinə nail olub,  bir qönçə alacaqsan. Fatma çox 
danışdı.  Mən  isə  bizim  söhbətin  ən  vacib  tərəfini 
sənə  söylədim.  Fatmanın  lütfkarlığının  əvəzində 
mən  ona  cib  saatımı,  pul  kisəmi,  yanımda  qiymətli 
nə  vardısa,  hamısını  bağışladım.  Hətta  onun  sağ 
yanağındakı ləkəni götürmək üçün dua yazacağımı 
da  bildirdim.  Nəhayət,  biz  müəyyən  bir  zamanda 
görüşmək üçün vidalaşıb ayrıldıq.  
Mirzə  Şəfi  şərab  dolu  qədəhi  əlinə  götürüb, 
dərindən  nəfəs  aldı  və  söhbətinə  ara  verdi.  Mən 
bununla 
maraqlanıb, 
qaranlıq 
olan 
yerləri 
aydınlaşdırmaq məqsədilə soruşdum:  
-
 
Mirzə,  söylədiyin  o  “möhnət  tikanının”  və 
Fatmanın  söylədiyi  “qönçə  alacaqsan”  deməsinin 
mənası nədir?  
-
 
Bəyəm  sən  o  qədər  təcrübəsizsən  ki, 
məhəbbəti  ifadə  edən  vasitələri  də  bilmirsən? 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
27 
Bakirə  bir  qız  tanımadığı  kişiyə  öz  hisslərini  necə 
deyə bilər?  
Mən  dinmədim.  Dərslərdə  oxuduğu  şeirləri 
qafiyələrilə mənə izah etməkdə böyük istedadı olan 
Mirzə, adəti üzrə hisslərini şeirlə ifadə etdi:  
 
Həm inkar, həm də nifrət,  
Qəzəb timsalıdır tikan.  
Gözəl səni inkar (rədd) etsə,  
Demək, verir sənə tikan.  
 
Bir gözəl qız gül qönçəsi
Tullayırsa mənə sarı.  
Bəxt üzümə gülür demək, 
Ölənəcən sevmək gərək.  
Qızılgülü versə o qız, 
Ümidlərim hasil olar,  
Dilbər mənə qismət olar,  
Məhəbbəti qəlbə dolar.  
 
-
 
Mirzə, indi  hər şeyi başa düşdüm, söhbətinə 
davam edə bilərsən – dedim.  
-
 
Mən  sevgimizə  əməl  edib,  ertəsi  gün  Fatma 
dediyi  yerə  gəldim  –  deyə  Mirzə  söhbətini  davam 
etdirdi.  Həmin  günü  mən  sevgilimin  biganə  qala 
bilməyəcəyini  duyub,  məhəbbət  barədə  bir  şeir 


Akif  Bayramov 
 
 
28 
yazdım.  Bu  şeiri  azı  iyirmi  dəfədən  çox  öz-özümə 
oxudum  ki,  yaxşı  səslənməsinə  əmin  olum.  Qızla 
görüşməzdən  əvvəl  də  hamama  gedib,  özümü 
səliqə-səhmana salmışdım.  
Görüşəcəyimiz  gecə  sakit  və  sərin  idi.  Mən 
gizləndiyim  yerdən  Züleyxanı  aydın  görə  bilirdim. 
O,  Fatma  ilə  bərabər  eyvanda  dayanıb,  üzündən 
çadranı yana çəkmişdi. Mən də cürətlə qabağa çıxıb, 
özümü  göstərdim.  Bilirsənmi  belə  görüş  adamın 
qəlbinə  necə  təsir  edir?  –  deyə  Mirzə  dərin  köks 
ötürdü,  mövzudan  uzaqlaşmamaq  üçün  yenidən 
söhbətinə  qayıtmaq  istəyirdi  ki,  mən  ona  təsəlli 
verib:  
-
 
Ay  Mirzə,  nə  olub  bəyəm,  maşallah,  indi  də 
pis  deyilsən  –  dedim.  Sən  mənə  o  günü  yazdığı 
şeiri  necə  oxumağından  və  bu  şeirin  Züleyxaya 
necə təsir etməsindən danış.  
Mən  şeiri  oxumamışdan  əvvəl,  onun  mətnini 
badam  qabığında  Züleyxaya  töhfə  kimi  eyvana 
atdım. Sonra şeiri gözəl bir ahənglə oxudum:  
Qamətinin yanında sərvin qiyməri olmaz,  
Maralın gözləri də gözlərinə tay olmaz.  
 
Küləklərin gətirdiyi Şirazın ətri  
Nəfəsinin ətrilə, gülüm, yarışa bilməz.  
Dodaqlarından qopan inci kəlmənin yanında  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
29 
Heç nədir hafizin oxuduğu şirin nəğmələr də.  
Bülbüllərin su kasası, o qızılgülün butası,  
Bənzər rənginə al dodaqlarının sənin.  
Günəş nədir, Ay nədir, göydə sayrışan  
                                                      ulduzlar nə?  
Onlar camalını seyr edib sayrışırlar göylərdə.  
Özüm nəyəm, ürəyim nə, nəğmələrimin  
mənası nə?  
Qüdrətinin quluyam, yaşadıram gözəlliyini  
nəğmələrimdə.  
 
Mən heyrətimi bildirdim:  
-
 
Aman  allah!  Necə  gözəl  nəğmədir!  Mirzə, 
sənin  nəğmələrin  xəyal  dünyasında  pərvazlanan 
pərilərin  nəğmələri  qədər  xoşdur.  Kimdir  Hafiz 
sənin yanında? Bir damla su nədir ümmanda?  
Gəncəli müdrik dedi:  
-
 
Bu 
hələ 
başlanğıcdır. 
Əsl 
məhəbbət 
nəğmələrini bundan sonra oxumalıyam.  
 
Mənim qəlbimdə müqəddəs, səmimi bir duyğu,  
Yaxınlaşıram, gülüm, sevgimin zirvəsinə.  
Oxuyuram, bax, bu nəğməni sirli, arzulu,  
Sənə min sözü var, sualı var, söhbəti var.  
Qəbul et onu, ya sevinclə, ya da nifrətlə,  
Ya mənə tikan bağışla, ya qarşıla gül-çiçəklə.  


Akif  Bayramov 
 
 
30 
Ya məni məhv elə, ya da ümid ver qəlbimə,  
Gözləyirəm etirafını, gülüm, cavab ver mənə.  
 
-
 
Bəs  Züleyxa  sənə  nə  cavab  verdi?  –  deyə 
soruşdum.  
-
 
O  gülümsünərək  bir  qönçə  aldı  mənə.  İlk 
dəfə onun gözəl üzünü də yaxından orda gördüm.  
Züleyxanın  sevdiyini  bildikdən  sonra  mənim 
də  iztirablarıma  və  qəmli  həyatıma  son  qoyuldu. 
İşıqlı  dünyaya  çıxdım.  Onun  qəlbini  alovlandıran 
məhəbbətindən  zövq  aldıqca,  dəqiqələrim  saatlara 
döndü.  Şərəfinə  oxuduğum  nəğmələrin,  onu 
görmək  üçün  atdığım  addımların  sayını  kim 
hesablaya  bilər?  Bəxtimə  səadət  günəşi  doğmuşdu. 
Taleyin  mənə  göstərdiyi  iltifat  keçmiş  maneələri 
aradan  götürmüşdü.  Mənim  məhəbbətim  Gəncədə 
sirr  olaraq  qalmadı.  Dostlarım,  tanışlarım  buna 
sevinirdilər.  Əllərindən  gələn  köməyi  etməyə  hazır 
idilər.  Bir  çoxları  da  İbrahim  xana  kin-küdurət 
bəslədiklərindən, 
bizim 
xoşbəxt 
olmağımızı 
arzulayırdılar.  
Züleyxa  məhəbbətinin  rəhni  olaraq  mənə 
atdığı  qönçənin  vaxtından  altı  ay  keçmişdi  ki,  qara 
bir xəbər məni sarsıtdı. Ibrahim xan və Züleyxanın 
gələcək  nişanlısı  Əhməd  xan  hərbi  yürüşdən 
qayıtmışdılar.  Bu  xəbər  məni  qorxutsa  da,  məni 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə