Gəncə Bölməsi


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
43 
saxlamışdı.  Qadınların  çatışmayan  cəhətləri  isə 
onun Züleyxa üzərində cəmləşdirdiyi qızlıq təravəti 
və  sehrli  qadın  cazibədarlığının  içərisində  əriyib 
yox  olurdu.  O,  daha  sevə  bilməzdi.  Ona  görə  də 
belə qərara gəlmişdi ki, heç bir qadının əzabına bais 
olmasın.  Onun  qəlbinə  hakim  kəsilən  yalnız 
Züleyxa  idi.  Onun  səliqə-səhmanı  əvvəlki  kimi 
dəyişilməz  qalmışdı.  Həmişə  olduğu  kimi,  başını 
səliqə  ilə  qırxdırar,  qıvrım  saqqalından  xoş  ətir 
qoxusu 
gələrdi. 
Onun 
nazik 
barmaqları 
Gürcüstanın  səması kimi təmiz görünərdi. Özünün 
dediyi  kimi,  “sevda  yuvası”  olan  şiş  papağı  ona 
xüsusi  yaraşıq  verirdi.  O,  eyvanda,  küçədə  qadın 
görəndə özünü təmkinlə aparır, başını qaldırmayıb, 
qadınların qəlbini ovlayıb keçirdi. O, bundan xoşhal 
olmasa da, istəyirdi ki, ona çoxları vurulsun. Onun 
gözəl  görkəmini,  eşqində  sadiqliyini  görən  qızlar, 
qadınlar  iri  qara  gözlərini  ona  dikib  vurulsaydılar 
da, xeyri yox idi. O təkcə Züleyxanı sevirdi.  
Qış fəsli idi. Mirzə Şəfinin tanış şagirdlərindən 
biri  və  Almaniyadan  K.  və  R.  adlı  iki  nəfər  ondan 
dərs alırdı. Almaniyada biri təbiət və tarixlə, ikincisi 
isə 
dilşünaslıqla 
məşğul 
olurdu. 
Həmin 
şagirdlərdən R. səyyah olduğuna görə, məqsədimiz 
bir-birinə uyğun idi. Odur ki, mən onunla yaxından 
dostluq  edərdim.  Biz  birlikdə  oxuyar,  birlikdə 


Akif  Bayramov 
 
 
44 
şəhərin  küçələrini  gəzib-dolaşardıq.  Axşamlar  isə 
Mirzə  Şəfinin  dərslərini  dinləyərdik.  Tiflisin  başqa 
yerlərindən  Azərbaycan  və  fars  dillərini  az-çox 
bilən  tələbələr  də  Mirzə  Şəfinin  dərslərinə 
gələrdilər.  Mirzə  Şəfinin  rəhbərliyi  ilə  əsl  “Divani 
hikmət” məclisi başlayardı. Dərnəkdə əvvəla Ustad 
özü şeirini oxuyar, sonra həmin şeirlərin qafiyəsi və 
məzmunu  barəsində  danışıb  bizi  başa  salardı.  O, 
tələffüz üzərində də ciddi dayanırdı.  
 
Mən oxuduqca şərqilərimi  
Qızların sevincindən qəlbi kövrələr.  
 
Zümrüdtək incə - zərif sözlərim  
Saplara düzülüb sevinc gətirər.  
 
Hurimin nəfəsilə dolmuş  
Sözlərim ətir qoxuyar.  
Sanki bir dəstə qızılgülü 
Hədiyyə vermiş mənə Züleyxam!  
 
Təəccüb etməyin ki, nəğməkarın 
Qəlbi hikmətlə doludur.  
Hikmətlərimlə şıltaq gəncliyim, 
Ancaq şeirlərimdə qovuşur.  
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
45 
Eşqdir, məhəbbətdir müdrikliyim,  
Ondan öyrəndim sözü, söhbəti.  
Qara gözlüm, gözəl mələyim  
Çevrilmiş nəğmənin sözlərinə.  
 
Hikmətsiz olsa da nəğmələrim,  
Xoş gələr sizə, mənə bəllidir.  
Dodaqlarımdan qopan sözlərim,  
Çünki sevgilimin şirin vəsfidir.  
 
Cəmşidin cuşə gətirən şərabının  
Qüvvətinə bənzər onun qüdrəti.  
Hikmətin sirrini mənə açdıran, 
Füsunkar aləmdir, bir də şöhrəti.  
 
Gözəl səslənmirmi o nəğmələrim 
Qəlbləri oxşayan ahənglərimdə?  
Nəğmələrimin axını deyilmi 
Nazlı gözəlin yüngül qədəmləri?  
 
Mirzə  Şəfinin  şeirlərində  həmişə  ərəb  sözləri 
işlənirdi. Biz buna tez-tez rast gəlirdik. Çalışırdıq ki, 
bu  sözlərin  mənasını  özümüz  tapaq.  Mirzə  Şəfi 
“gözəl 
sözlərdir” 
deyib, 
onların 
mənasını 
aydınlaşdırmağa 
ehtiyac 
duymazdı. 
Ustad 
nəğməsini  oxuyub  qurtardıqdan  sonra  gərək 


Akif  Bayramov 
 
 
46 
hərəmiz  bir  hikmətli    söz,  yaxud  bir  hekayə 
danışardıq. Onu da sizə xatırladım ki, söylədiyimiz 
fikir  və  yaxud  hekayənin  orijinallığı  üçün 
məsuliyyət  hiss  etmirdik.  Ona  görə  də    yol 
verdiyimiz  səhvlərin  xarakteri  ümumi  idi.  Mirzə 
Şəfi  bizi  diqqətlə  dinlədikdən  sonra  kimin  ağıllı, 
kimin mənasız danışdığı məsələ barəsində öz fikrini 
bildirirdi. Ağlımıza gələn hikmətli sözləri isə Ustad 
o dəqiqə nəğməyə çevirirdi.  
Bir  gün  bizlərdən  aşiq  olan  bir  gənc  dedi: 
“İnsan  ürəyi  özü  belə  hiss  etmədən  öz  qaranlıq 
guşəsində uzun müddət nadir bir inci gizlədə bilir. 
Elə  ki  ilk  dəfə  o  sehrlənmiş  qaranlıq  guşəyə  qadın 
nəzərləri  çıraq  kimi  dikilir,  o  dəqiqə  inci  alışıb 
yanmağa başlayır”.  
Bunu  deyib  qurtarmışdı  ki,  Mirzə  Şəfi  fikrini 
nəğmə ilə ifadə etdi.  
 
Nazlı canan, qəlbim sənin gözəlliyinlə bəzənir,  
Səma günəş şəfəqlərindən bəzənən kimi.  
Sən mənə, ey gül, camalını bəxş etməsəydin.  
Qaranlıq aləm olardı mənə zindan kimi.  
 
Günəş işıqlandırmasaydı qaranlıqları,  
Dünya gözəlliklərə, inan, həsrət qalardı.  
Sənin gözəlliyindən şəfəq alan anları.  
Qəlbim qızılgül kimi xoş ətir saçardı.  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
47 
Mən məftunluqla dedim:  
-
 
Bu,  sənin  nəğməndir,  Mirzə  Şəfi!  Mənim 
burada  heç  bir  iştirakım  yoxdur.  Əlbəttə,  bu  sənin 
qəlbinin nidasıdır.  
-
 
Yox,  -  deyə  Mirzə  Şəfi  cavab  verdi  və  şeirin 
ardını oxudu:  
 
Nəğməmi yaradan, oxuyan da sən!  
Ancaq sənə bəzək verən rəssamam mən.  
Əlinlə verdiyin təmiz mərmərdə  
Gözəllik yaradan heykəltaraşam mən.  
 
Sən mənə ruh verdin, fikir də verdin
Mənimsə ağlım öz yerindədir. 
Başımı itirsəm, yolumu azsam, 
Fikrim, zikirim səy seyrindədir.  
 
Səyyah  sifətilə  İrandan  yenicə  gəlmiş  oğlan 
qəşəng  bir  gürcü  qızına  vurulmuşdu.  Odur  ki, 
Ustadın nəğmələri onu valeh etmişdi.  
O, yerindən dilləndi:  
-
 
Mirzə  Şəfi,  Avropa  nəğməkarları  sənin 
yanında  heç  nədirlər.  Deyirlər,  lampa  günəşin 
yanında  xırda  bir  toz  isə,  böyük  səhrada 
görünməzdir.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə