Gəncə Bölməsi



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə12/31
tarix01.07.2018
ölçüsü1,36 Mb.
#52704
1   ...   8   9   10   11   12   13   14   15   ...   31

Akif  Bayramov 
 
 
52 
Biz  xeyli  söhbət  edəndən  sonra  həkim  məni 
işlədiyi yerə dəvət etdi. Mən dəvəti məmnuniyyətlə 
qəbul  etdim,  çünki  onun  işlədiyi  xəstəxanada 
olmamışdım...  
 
***  
-
 
Mirzə  Şəfi  –  deyib  “Divani-hikmət”  ədəbi 
məclisinin  növbəti  yığıncağında  ayağa  qalxıb, 
Ustada müraciət etdim.  
-
 
Əgər  mən  desəm  ki,  siz  avropalı  ustadlar 
barəsində  pis  düşündüyünüz  kimi,  onlar  da  sizin 
haqqınızda 
pis 
düşünürlər, 
necə 
ki, 
sizin 
haqqınızda pis fikirdədilər, sən mənə nə deyərsən?  
-
 
Mən  onların  axmaqlıqlarına  ancaq  təəccüb 
etməkdən  başqa  nə  deyə  bilərəm?!.  Əgər  onlar 
mənim  dediklərimi  təkrar  edirlərsə,  onların 
hikmətlərindən yeni şey nə öyrənmək olar? – deyə o 
məni qabaqladı. Mirzə Şəfi özünə qəlyan gətizdirdi. 
Düşüncəli halda bir-iki qullab vuruv, yazmaq üçün 
qələm-kağız hazırlamağımızı xahiş etdi və oxumağa 
başladı:  
 
İnsanın axmaqlığına  
Gülüm, kədərlənim mən?  
Başqalarının sözlərini  
Söyləyənləri söyümmü mən?  


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
53 
Axmaqlar yer üzündə olmasaydılar, 
Qiymətli olmazdı şeirin, sənətin.  
Tərifə layiqdir müdrik sənətkar,  
Odur sənət aləminin hörməti, şahı.  
 
-
 
Mirzə Şəfi  – deyə ona müraciət etdim. Sənin 
Şərq  aləminə  yayılan  hikmətlərin  axmaqlar  üçün 
dərs, yolunu azmışlar üçün yol göstərən ulduzdur. 
Bizim  qadınlar  hikmətə  baş  əydikləri  üçün,  mənə 
elə  gəlir  ki,  sənin  müdrik  sözlərin  onlara  münasib 
mənəvi zövq mənbəyi olmalıdır.  
-
 
Qadınlar həmişə ağıllı olublar – deyə mənim 
müəllimim  cavab  verdi.  Onların  hökmü  böyük, 
məhəbbətləri  ülvidir.  Bunu  axmaqlar  heç  vaxt 
qanmazlar.  Qadınların  gözləri  gözəlliyin  həqiqəti, 
hikmətin özüdür. Kim ondan qidalanır, ölümündən 
qorxmamalıdır,  birdən  cənnətə  getməz.  Məlahətli 
oxuyan  xanəndə  qızın  ahəngi,  möhkəm  bəndləri, 
hasarları  uçurub  dağıdar.  Balaca  bir  qız  uşağının 
səsi məscidlərdə, kilsələrdə oxunan ayələri belə alt-
üst edər.  
-
 
Sən mənim sualıma cavab vermədin, Ustad – 
dedim.  
Mirzə Şəfi mehribanlıqla gülümsünüb:  


Akif  Bayramov 
 
 
54 
-
 
Sən  ağıllı  oğlansan  –  dedi.  İndi  görürəm  ki, 
mənim 
səpdiyim 
toxumlar 
sənin 
fikrində 
cücərmişdir. İndi mən şeir oxuyacağam, sən də yaz.  
Ustad  şeirlərini  oxudu.  Bunların  bəzilərini 
mən alman dilinə tərcümə etdim.  
 
Müəllimim hafiz, məqsədim meydir,  
Onlardır gözəllikləri sevdirən mənə.  
Odur ki, vurğunam mən hər ikisinə.  
Gəzib-dolandıqca kama yetirəm,  
 
Gəlirəm sevinclə, deyirlər müdrikimiz gəlir.  
Gedirəm, qəlbləri kədər-qəm alar. 
Əgər yoxamsa, demək, günəş qaralar.  
Qonaq qalaramsa, sevincdən könüllər açılar.  
 
Uzaq olmaq üçün dinin pis əməllərindən
Daim allaha dua edib yalvarıram mən.  
Deyirəm  məhəbbətdən  qəlbim  qoy  cana  gəlsin, 
Meyin özü məni pis əməllərdən gözləsin!  
 
Məni yaşayıb-yaratmağa sövq edən meydir,  
Qəlbimi oxşayan o, sanki həzin bir neydir.  
Odur həyatın sirrini anladan mənə,  
Məni daim alışdırıb-yandıran.  
 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
55 
Odur mənə xeyir-dua verib yaşatdıran. 
Oh, mey içində keçən fərəhli dəmlərim
Gözəl sevgilimə qovuşan anlarım. 
Onu bağrıma basıb xoşbəxt ölmək istərəm,  
Hər kəsə mən haqq yolunda “amin” dilərəm.  
 
***  
Ürkək-ürkək addım atan nazənin, 
Düşünmə ki, qıvrım tellərinə toxunaram,  
Bir busə keçsə qəlbimdən gizlin,  
Düşünmə ki, al dodaqlara toxunaram,  
Taleyi mənə yazılıbsa, ancaq onu taparam.  
 
 
Allaha, Qurana inanan kimi  
İnana bilərsən məhəbbətimə.  
Başqaları məhəbbətinə kor olan kimi,  
Mənim məhəbbətim nur çiləyir səadətimə.  
Çünki belə yazılıb taleyimə.  
 
Yad məhəbbət incitsə səni, 
At onu qəlbindən, sevindir məni.  
Əgər axtardığımı taparamsa mən,  
Başqası yad olar sevən qəlbimə.  
Çünki belə yazılıb taleyimə.  
 


Akif  Bayramov 
 
 
56 
İstəsən qəlbimi alıb aparmaq,  
Hazıram yolunda rəfiqin kimi.  
İstəsən məhəbbətini sinəmdə tapmaq 
Müraciət et sevən qəlbimə,  
Çünki belə yazılıb taleyimə.  
 
Ürəkdən gələn səsimi dinlə, 
Qəbul et onu eşqimin ahəngi kimi.  
Ölüm yatağında cənnət məstliyindən 
Yaxşıdır bu dünyada sevib-sevilmək mənə.  
Çünki belə yazılıb taleyimə.  
 
Səhər küləyində gələn qızılgül ətri  
O mənim qəlbimin hərarətindəndir.  
Məni bağışla, çılğın olsa da eşqim,  
Qovuşdurmuş məni səadətimə, 
Demək, belə yazılmış taleyimə.  
 
***  
İnana bilmirəm, sevimli canan,  
O zərif ayaqların sənin  
Dünya qədər gözəlliyini  
Necə daşıya bilsin  
İncə əlinə baxanda  
Düşünürəm, mələyim, 
Onlar insana 


Fridrix Bodenştedtin Mirzə Şəfi Vazeh haqqında xatirələri 
 
 
57 
Necə xəsarət yetirə bilsin.  
Laləyə bənzər al dodaqlarını görəndə, 
Anlaya bilmirəm, gözəlim, 
Odlu öpüşlərdən necə imtina etsin.  
Elə ki, baxıram o ağıllı gözlərinə, 
Fikirlər məni alıb aparır.  
Ülvi məhəbbət yolunda ona  
Çətin tay ola bilsin.  
 
Səni hiss edirəm, mənə məhəbbətlə bax
Qəlbim səndən cana gəlir, sevimli qız.  
İnan, mənim ürəyimdir səni sevən yalnız.  
Bu füsunkar nəğməmə qulaq as bir an,  
Dodaqlarımdan süzülür eşqim, ilhamım,  
Mənim dodaqlarım qədər başqası  
Heç vaxt məhəbbətini büruzə verməz.  
 
***  
Yer gözəl bir kürədir, 
Asta-asta dövrə vurar.  
Kimi onda xoşbəxt yaşar
Kimi də ki, ondan qaçar.  
 
Mən xoşbəxtlərin xoşbəxtiyəm.  
Torpaq kimi dayağım var. 
Gen sinəmdə eşqi yaşar, 
Qollarımda qüvvəti var.  


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə