Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
  1   2   3   4   5   6   7   8   9   ...   44



 
AZƏRBAYCAN RESPUBLİKASI 
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ  
 
MINISTRY OF CULTURE AND TOURISM  
OF THE REPUBLIC OF AZERBAIJAN 
 
МИНИСТЕРСТВО КУЛЬТУРЫ И  
ТУРИЗМА АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 
 
 
 
MƏLAHƏT FƏRƏCOVA 
AZƏRBAYCAN QAYAÜSTÜ İNCƏSƏNƏTİ 
 
MALAHAT PARAJOVA 
ROCK ART OF AZERBAIJAN 
 
МАЛАХАТ ФАРАДЖEВА 
НАСКАЛЬНОЕ ИСКУССТВО АЗЕРБАЙДЖАНА 
 
 
 
 
 
 
 
 
 
«ASPOLİQRAF» 
BAKI 2009 
AZƏRBAYCAN RESPUBLİKASI 



 
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
 
 
 
MƏLAHƏT FƏRƏCOVA 
 
 
 
 
AZƏRBAYCAN 
QAYAÜSTÜ İNCƏSƏNƏTİ 
 
 
 
 
 
 
 
 
 
«ASPOLİQRAF» 
BAKI-2009 
 
Elmi redaktor: V.H.Əliyev 



 
tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor 
 
Rəyçilər: Q.S.İsmayılzadə 
tarix elmləri doktoru, professor 
 
N.A.Müseyibli 
tarix elmləri namizədi 
 
Foto və illüstrasiyalar: M.N.Fərəcovanındır. 
 
 
F 61 Məlahət Fərəcova. 
Azərbaycan qayaüstü incəsənəti. Bakı, "Aspoliqraf”, 2009. 384 səh. 
 
 
Oxuculara təqdim olunan kitab Azərbaycanın qayaüstü incəsənətinə  və 
problemlərinə həsr olunub. Əsərdə işlənmə texnikasına və stilistik xüsusiyyətlərinə 
görə petroqliflərin mədəni-tarixi təsnifatı verilir. Xronologiya məsələlərinə toxunan 
müəllif arxeoloji materiallara və  mədəni təbəqələrdə  aşkar olunmuş petroqlifli 
daşlara istinad edir. Əldə olunmuş nəticələr əsasında müəllif Azərbaycan qayaüstü 
incəsənətinin erkən yaranma formaları haqqında özünün  orijinal konsepsiyasını 
qurur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
F 0504000000  2009 
053 
 
İSBN 978-9952-8007-3-9 
© Məlahət N.Fərəcova 



 
ÖN SÖZ 
 
Bu gün arxeoloji abidələrin qədim, eyni zamanda əsas və mühüm 
növlərindən olan qayaüstü təsvirlərin - petroqliflərin əhəmiyyəti məlum həqiqətdir. 
Fərəhli haldır ki, Qafqaz ərazisində qədim qayaüstü təsvirlərin iri ocaqları ilk dəfə 
Azərbaycanda aşkar olunmuşdur. Onları ilk dəfə olaraq görkəmli Azərbaycan 
arxeoloqu İ.M.Cəfərzadə kəşf etmiş və araşdırmışdır. O, keçən əsrin 30-cu illərinin 
sonunda Bakı yaxınlığında yerləşən Qobustanda külli miqdarda petroqliflər aşkar 
etmişdir. 60-70-ci illər yeni qayaüstü təsvirlərin kəşfləri ilə  əlamətdar olmuşdur. 
Bu dövrdə Azərbaycan arxeoloqlarından Q.M.Aslanov Abşeronda, V.Q.Əliyev 
Gəmiqayada, Q.S.İsmayılzadə  Kəlbəcər bölgəsində çoxlu sayda nadir qayaüstü 
təsvirlər qeydə  almışlar. Həmin illərdə C.N.Rüstəmov və  F.Muradovanın 
apardıqları genişmiqyaslı kəşfiyyat işləri nəticəsində  Qobustanda aşkar olunmuş 
qayaüstü təsvirlərin sayı iki dəfə  artmışdır. Beləliklə, Azərbaycan  ərazisində 
əcdadlarımızın təsərrüfat-məişət fəaliyyətini, adətlərini, etiqadlarını və ümumən 
yüksək maddi və  mənəvi mədəniyyətini təsdiq edən abidələrin xüsusi növü aşkar 
olunmuşdur. 
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu mühüm tarixi mənbələr uzun 
müddət xüsusi tədqiqat obyekti olmamış, nəşr olunmuş əsərlərin  əksəriyyətində 
əsas diqqət bu və ya digər ocağın petroqliflərinin ayrı-ayrılıqda ümumi təsvirinə 
yönəldilmiş, onların dəqiq və  sistemli şəkildə öyrənilməsi məsələləri kənarda 
qalmışdır. 
Qayaüstü rəsmlərin öyrənilməsi qədim tayfaların mədəniyyət tarixi, 
incəsənəti və  dünyagörüşünün inkişafı ilə  əlaqədar bir çox məsələlərin həllinə 
imkan verir. Müxtəlif etnomədəni  əyalətlər arasında minillik intensiv əlaqələr 
zonası olan Azərbaycan qayaüstü təsvirləri arxeologiya elmi tərəfindən hələ tam 
öyrənilməmişdir. Bu baxımdan təqdim olunan tədqiqat işi Azərbaycanın qədim 
qayaüstü təsvirlərinin öyrənilməsində  mövcud boşluğun aradan qaldırılmasına 
kömək etməlidir. 
Tədqiqat işində əsas yeri Qobustan qayaüstü rəsmlərinin dövrlərə bölünməsi 
məsələsi  tutur.  Bu  mürəkkəb prosesin açılması müxtəlif elmlərin - antropologiya, 
geologiya, paleontologiya, arxeologiya, etnoqrafiya və tarix elmlərinin 
məlumatlarına əsaslanan tədqiqatlar nəticəsində mümkündür. Arxeoloqlarımız 
tərəfindən Qobustan, Abşeron, Gəmiqaya və  Kəlbəcərdə azərbaycanlıların qədim 
əcdadlarının tarixi inkişaf mərhələlərinin müəyyənləşdirilməsi, onların 
mədəniyyətinin, xüsusilə  də qayaüstü incəsənətinin təkamülü haqqında təsəvvür 
yaradır, üst paleolit və sonrakı dövrlərdə Avropa və Asiyanın mədəniyyət tarixi ilə 
konteksdə Azərbaycan qayaüstü təsvirlərinin tarixi yerini və əhəmiyyətini düzgün 
başa düşməyə imkan verir. 



 
Tədqiqatın geniş xronoloji sərhədləri petroqlitlərdə müxtəlif tarixi dövrlərə 
aid kompleks təsvirlərin mövcudluğu ilə  şərtlənir. Ən qədim təsvirlər üst paleolit 
dövrünə, ən son təsvirlər isə orta əsrlərə aid edilir. 
Əksər qayaüstü təsvirlərin təsnifatı müasir arxeologiyada hamı tərəfindən 
qəbul olunmuş sistem əsasında həyata keçirilir. Paleoekoloji mühitin müəyyən 
edilməsi və  bərpa olunması üçün elmin müxtəlif sahələrində  aparılan tədqiqat 
işlərinin nəticələrindən də istifadə  olunmuşdur. Bu tədqiqat işi ayrı-ayrı 
komplekslərin  ətraflı izahından əlavə, qayaüstü təsvirlərin xronologiyası, onların 
geniş semantik təhlili və bədii dəyəri ilə əlaqədar bir sıra suallara cavab verən ilk 
əsaslı elmi işdir: 
- üst paleolit dövrünə aid təsvirlər xüsusi göstərilmiş, ayrı-ayrı hallarda 
petroqliflərin dəfn və yaşayış materialları ilə konkret əlaqələri müəyyən edilmişdir: 
- qayaüstü rəsmlərin semantik izahında arxaik əlamətlərini qoruyub 
saxlamış türk-monqol, hind-avropa və digər xalqların mifologiyası, etnoqrafiyası, 
folkloru və ədəbiyyatına dair məlumatlardan geniş istifadə olunmuşdur; 
- coğrafi mühit də tədqiqat işinə daxil edilir, qaya-üstü təsvirlərin yaranma 
dövründə Qobustanın təbii şəraitinin yenidən müəyyənləşdirilməsinə cəhd edilir. 
Dünyada mövcud oxşarlar əsasında ilk dəfə Azərbaycan qayaüstü 
təsvirlərinin üslub xüsusiyyətləri verilir. Tədqiqat materialları əsasında Azərbaycan 
qayaüstü təsvirləri yeni dövrlərə  bölünmüşdür. Bu elmi-tədqiqat işi Azərbaycan 
qayaüstü təsvirlərinin ən erkən formalarını və sonrakı inkişaf dövrlərini əks etdirir. 
Qayaüstü incəsənətin yaranması və erkən formalarına həsr olunmuş tədqiqat işi 
üçün  əsas mənbə arxeoloji məlumatlardır. Bu iş qayaüstü incəsənətə dair dəqiq 
toplanmış materiallar əsasında yazılmışdır. Burada arxiv məlumatlarından, yerli və 
xarici alimlərin, arxeoloqların, mütəxəssislərin dünya və Azərbaycan qayaüstü 
incəsənəti haqqında əsərlərindən istifadə  olunmuşdur. Bunların sırasında 
İ.Cəfərzadə, C.Rüstəmov. F.Muradova. Q.İsmayılzadə, Q.Aslanov, İ.Əliyev, 
N.Müseyiblinin tədqiqatları, Qobustan qayaüstü təsvirləri ilə  Gəmiqaya, Kəlbəcər 
və  Abşeron təsvirlərini müqayisə edən materiallar vardır. Avropa qayaüstü 
təsvirlərinin üslub xüsusiyyətlərini ilk dəfə xarici alimlərdən Breyl, Qrasiozi, 
Laminq-Emperer, Lerua-Quran göstərmişlər. Azərbaycan qayaüstü təsvirlərinin 
tədqiq olunmasına 1939-cu ildə  Qobustanda İ.Cəfərzadə  tərəfindən başlanmışdır. 
Bundan sonra arxeoloqlar C.Rüstəmov və F.Muradova arxeoloji kəşfiyyat işlərini 
davam etdirmişlər. 70-ci illərdən başlayaraq Q.Aslanov. V.Əliyev, Q.İsmayılzadə 
və  N.Müseyibli Naxçıvanda, Kəlbəcərdə  və  Abşeron yarımadasında arxeoloji 
tədqiqat işləri aparmışlar. Coğrafi, paleontoloji və geoloji mühit (xüsusilə 
Azərbaycan  ərazisində  qədim buzlaşma, daşın geoloji quruluşu, dağəmələgəlmə, 
Xəzər dənizinin transqressiyası və reqressiyasına aid materiallar) N.K.Vereşşagin, 
N.A.Ələkbərov, N.İ.Burçak-Abramoviç, Q.A.Əlizadə, T.A.Məmmədov, 
A.T.Zaroostrovsev, K.K.Gül, X.A.Əliyeva, B.A.Budaqov, V.V.Boqaçov. 
S.A.Kovalevski, F.Tseyner, V.R.Kabo, V.İ.Popov. V.A.Petrov, V.İ.Qromova, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə