Binder pdf



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix30.12.2017
ölçüsü5,01 Kb.
#18310
1   2   3   4   5   6   7   8   9   ...   44


 
V.İ.Tsalkin, P.İ.Boriskovski, İ.İ.Sokolov. M.Barney və D.Perkinsin əsərlərində 
işıqlandırılmışdır.  Üst paleolit dövründə Azərbaycanın regionlarında coğrafi 
mühitin ümumi mənzərəsinin yaradılması üzrə  iş antropologiya, dördüncü dövr 
geologiyası, paleobotanika, paleocoğrafiya, osteologiya və  bir sıra digər elmləri 
kompleks və ümumiləşmiş halda cəlb etməklə  aparılmışdır. Azərbaycan qayaüstü 
təsvirləri mövzusunda nəşr olunmuş bir çox tədqiqatların mövcudluğunu nəzərə 
alan müəllif dünya analoqlarına əsaslanaraq diqqətini  əsasən  əvvəlki tədqiqat və 
nəşrlərin işıqlandırılmayan müqayisəli təhlilinə yönəltmişdir. Azərbaycanın 
qayaüstü incəsənətinə dair ümumiləşdirilmiş elmi tədqiqat işinin ilk dəfə 
yazıldığını nəzərə alaraq müəllif öncə  hər bir mənbə  qrupunu ayrı-ayrılıqda 
öyrənməyi, tənqidi təhlil etməyi metodoloji cəhətdən düzgün hesab edir. Hər bir 
qrup müəyyən kompleks problemlərlə əlaqədar olduğu üçün bunu məntiq də tələb 
edir. 
Yekunda müxtəlif elmlərə  dair materialların öyrənilməsi yolu ilə  əldə 
olunmuş nəticələr ümumiləşdirilir və qayaüstü incəsənət vahid, bütöv bir proses 
kimi təqdim olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
I FƏSİL 
 
AZƏRBAYCAN QAYAÜSTÜ 
TƏSVİRLƏRİNİN TARİXİ-COĞRAFİ İCMALI 
 
1.1. AZƏRBAYCAN  PETROQLİFLƏRİNİN 
TƏDQİQ  EDİLMƏSİNİN  TARİXİ  İCMALI 
 
Azərbaycanda qayaüstü təsvirlərin mövcudluğu haqqında ilk məlumatlar 
arxeoloq-tədqiqatçı İ.M.Cəfərzadəyə  məxsusdur. O, 1939-cu ilin baharında Bakı 
şəhərinin cənub-qərbində yerləşən Cingirdağın ətəyində - Yazılıtəpədə qayaüstü 
rəsmlər aşkar etmiş, bu tarixi abidənin mövcud olduğu yeri və  rəsmlərin bir 
hissəsini - vəhşi heyvan (keçi, ceyran, maral, şir, at, it) təsvirlərinin, həmçinin 
qurbankəsmə  və ov səhnələrinin [61, 304-311] ətraflı qeydiyyatını aparmışdır. 
Həmin ilin iyununda «Bakinski raboçi» qəzetində çap olunmuş «Qayalar üzərində 
qədim rəsmlər» məqaləsində  yazıldığı kimi, «Sanqaçalın 15 kilometrliyində, 
Cingirdağın ətəyində iri qayalar üzərində həkk olunmuş irihəcmli heyvan təsvirləri 
aşkar olunmuşdur» [5,8,4]. 
A.A.Bakıxanov adına Tarix İnstitutu İ.Cəfərzadənin rəhbərliyi ilə 1940-
1941-ci illərdə bu abidələrin tədqiq edilməsi məqsədilə ekspedisiyalar təşkil etmiş 
və hər dəfə yeni-yeni təsvirlər qeydə alınmışdır. Bu isə, eyni zamanda adı çəkilən 
kompleksin tarixini və əhəmiyyətini müəyyən etməyə imkan yaradırdı. 
Böyük Vətən müharibəsi illərində tədqiqat işləri dayandırılmışdır. Qobustan 
abidələrinin tədqiq edilməsi üçün növbəti arxeoloji ekspedisiya 1947-ci ilin 
yazında İ.M.Cəfərzadənin rəhbərliyi ilə Azərbaycan EA A.A.Bakıxanov adına 
Tarix İnstitutu tərəfindən təşkil olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində 
Yazılıtəpədə 115 obyekt qeydə  alınmış, onların ölçüləri müəyyən edilmiş, qrafit 
izləri çıxarılmış və  mövcud olduğu yerlərin sxematik planı tərtib edilmişdir. 
Sonralar N.O.Burçak - Abramoviç və N.K.Vereşşaginin məqaləsində [38, 225-230] 
bu məlumatlardan istifadə edilmişdir. Müəlliflər məqalədə qayaüstü rəsmlərin 
yerinə yetirilmə  texnikasına da toxunurlar [38, səh.225 -230]. N.K.Vereşşagin isə 
«Paleontoloqun qeydləri» məqaləsində insan, heyvan və  quşların qayaüstü 
rəsmlərinin faiz nisbətləri haqqında maraqlı məlumatlar verir [41, səh. 3-71]. 
Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutu 1965-ci ilədək 
İ.M.Cəfərzadənin rəhbərliyi ilə Qobustan arxeoloji abidələrinin tədqiqi ilə  məşğul 
olmuşdur. O, «Azərbaycanın qədim tarixinə dair oçerklər» məqaləsində 
Azərbaycan  ərazisində animizm əlamətləri daşıyan bitki və  ağaclara sitayişin 
rolunun təhlilini verir [62,51]. 
İ.M.Cəfərzadə «Qobustan» kitabında ibtidai din məsələlərinə də toxunur. O, 
faktlara əsaslanaraq XX əsrədək Qobustan ərazisində dini ayinlərin mövcudluğunu 
israr edir və buna sübut olaraq ulduzların, svastikanın, göy cismlərinin rəsmlərini



 
qurbankəsmə  səhnələrini, insanların əlləri yuxarı ibadət vəziyyətində olan 
təsvirlərini göstərir. Rəsmlərin  əsas kütləsi kahinlər tərəfindən uğurlu ovun təmin 
olunması üçün ibtidai ovsun üsulları kimi həkk olunurdu [67,15 28], [68, səh 
15,18] [231.99-114]. Təsadüfi deyil ki, bu ərazilərdə 6 müqəddəs ocaq - pirlər 
qeydə alınmışdır. Orta əsr ərəb yazılarının mövcudluğu da buna bir daha sübutdur 
[231. 99-114]. 
Kitabın ən qədim dövrlərdə Azərbaycanın coğrafi mühitinə  həsr olunmuş 
xüsusi fəslində üst paleolit (mezolit, neolit) dövrünün əsas ov obyekti olan və 
qədim rəssamların yaradıcılığında əksini tapmış heyvanların geniş yayılmasının 
xarakteristikası verilmişdir. 
Bundan  əlavə, kitabda G.A.Əlizadə, T.A.Məmmədov, A.T.Zaroostrovsev, 
K.K.Gül, X.A.Əliyeva, B.A.Budaqov, N.K.Vereşşagin, V.V.Boqaçov, 
S.A.Kovalevski, F.Tseyner, V.R.Kabo, V.İ.Popov, V.A.Petrov, V.İ.Qromova, 
V.İ.Tsalkin, P.İ.Boriskovski, İ.İ.Sokolov. M.Barney, D.Perkinsin əsərləri  əsasında 
paleontoloji və geoloji məlumatlar, xüsusilə Azərbaycan ərazisində buzlaşmaya aid 
tədqiqat materialları, daşın geoloji quruluşu, dağəmələgəlmə, Xəzər dənizinin 
transqressiya və reqressiyası əks olunmuşdur. 
Rus tədqiqatçısı A.A.Formozov Qobustan qayaüstü təsvirlərini «Qayaüstü 
təsvirlər və onların öyrənilməsi» kitabında özünəməxsus şəkildə təsvir etmişdir. O, 
hesab edir ki, bədənini xətlər kəsən heyvan təsviri «Adi heyvan deyil, heyvanların 
başçısı, totem əcdad və ya buna oxşar bir şeydir» [204,13]. 
A.A.Formozov öz tədqiqatlarında Qobustan qayaüstü təsvirlərində totem 
əlamətlərini açıqlayır və onları Dağıstan, Misir, Fransa, Ural təsvirləri ilə müqayisə 
edir. A.A.Formozov «SSRİ-nin Avropa hissəsi  ərazisində  daş dövründə 
etnomədəni tarixi problemlər» kitabında Qobustan mədəniyyətinin Xəzər dənizinin 
şərq sahilləri mədəniyyəti ilə, xüsusilə  Krasnovodsk yarımadasının Cebel 
mağarasının tapıntıları ilə  oxşarlığını göstərir [201,49]. Qobustanın qayaüstü 
təsvirləri mövzusuna digər xarici alimlər də  toxunmuşlar. Çex paleontoloqu Yan 
Yelinek dünyanın bir çox ölkələrində, o cümlədən Qobustanda aşkar olunmuş 
qayaüstü təsvirləri müqayisə edərək [78, 276-528] ibtidai incəsənətin texnikası, 
mövzusu və xronologiyasını təhlil etmişdir. 
II Beynəlxalq Bakı simpoziumunda alman arxeoloqu Gizela Burger 
Qobustan və  Levante (İspaniya) qayaüstü təsvirlərinin [271,49-51] müqayisəli 
təhlilini aparmışdır. Qobustanda oxatanlar səhnəsinin İspan qayaüstü təsvirləri ilə 
müqayisəsi xüsusilə maraqlıdır. 
1965-ci ildən başlayan Qobustan qayaüstü rəsmlərinin tədqiqi ilə 1968-ci 
ildən ekspedisiyalara rəhbərlik edən C.Rüstəmov məşğul olmuşdur. Tədqiqatlar 
nəticəsində üzərində 2500 təsvir olan 300-dək daş, o cümlədən qonşu Şıxqaya və 
Şonqardağ dağlarında 30 daş aşkar olunmuş və onların şəkli çəkilmişdir. 130-dan 
artıq daş qazıntı zamanı, qalanları isə Böyükdaş və Kiçikdaş dağlarının sahələrində 
tapılmışdır. Bir çox rəsmlər isə C.Rüstəmov tərəfindən qayaların qədim yaşayış 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə